Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10430/2019 08.10.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Sarıyevin sədrliyi ilə, X10 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndələri və vəkilləri X9 və Vəkil4 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh2 və ilkin iddia üzrə Cavabdeh1 qarşı “istifadə hüququnun itirilməsi və s.” tələbinə dair iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşı (AR X20 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) “əqdin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2235/2019 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında (AZ1073,Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 60 saylı yaşayış binasının 4-cü mənzilindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 oğlunun Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 60 saylı yaşayış binasının 4-cü mənzilindən çıxarılmaları, həmçinin onlara məxsus əmlakların çıxarılması, cavabdehlərdən müştərək qaydada əldən çıxmış fayda kimi 6.000 manatın, hüquqi yardım xərcləri üzrə 3.000 manatın və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın, ümumilikdə 9.030 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, cavabdehlərin həmin ərəfədə də iddiaçıya məxsus olan mənzildə yaşamaqda davam etməklərini nəzərə alaraq qanunvericiliyin tələbinə əsasən iddia tələbinin həcmini artıraraq cavabdehlərdən müştərək qaydada əldən çıxmış fayda kimi tutulmalı olan 6.000 (altı min) manatın məbləğini artıraraq 12.000 (on iki min) manat tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 60 saylı yaşayış binasının 4-cü mənzilini xx xxxxxx 2018-ci il tarixli AN-İ ******* saylı alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 almışdır. Hazırda həmin mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və mənzilə dair mülkiyyət hüquqlarını təsdiq edən Azərbaycan Respublikası X20 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışı da əldə etmişdir. Çıxarışın qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə xx xxxxxx 2018-ci ildir. Qeyd olunan mənzilə dair Çıxarış daşınmaz əmlakın dövlət reyestrində 2849 nömrəli reyestr kitabının 265723 nömrəli vərəqində qeydiyyata alınmışdır. Satıcı ilə aralarında alğı-satqı müqaviləsi bağlanarkən müqavilənin 8-ci bəndində də göstərilmişdir ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Lakin, buna baxmayaraq satıcı və onun ailə üzvləri bugünədək həmin mənzildən çıxmamışlar. Bundan başqa Cavabdeh1 həmin mənzildə formal olaraq qeydiyyatda qalmaqdadır. Cavabdehlərin onun mülkiyyətində olan mənzildən qanunsuz istifadə etmələri və cavabdehlərdən Cavabdeh1 formal olaraq qeydiyyatda qalması onun həmin mənzilə olan istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Cavabdehlərin mənzilin mülkiyyətçisi dəyişdikdən sonra mülkiyyətində olan mənzildə yaşamaları onun qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən cavabdehlərin onun mülkiyyətində olan mənzildən və qeydiyyatdan çıxarılmaları üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Aralarında bağlanmış alğı-satqı müqaviləsinin 1-ci bəndində qeyd olunmuşdur ki, “Satıcı” Cavabdeh3 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 183,96 kv/m olan ona məxsus mənzili “Alıcı” İddiaçı mülkiyyətinə verir, “Satıcı” daşınmaz əmlakı 200.000 manat qiymətinə satdı, “Alıcı” isə həmin qiymətə aldı, “Satıcı” Cavabdeh3 daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək “Alıcı” İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürür, bu müqavilə bağlandığı andan qüvvəyə minir və müddəları tərəflər üçün məcburi olur, tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Bundan başqa notarius tərəfindən müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. xx xxxxxx 2018-ci il tarixli AN-İ ******* saylı alğı-satqı müqaviləsinə əsasən o, İddiaçı oglu, alıcı olaraq qeyd olunan müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri qanunvericiliyin tələblərinə uyğun olaraq tam, vaxtında və layiqincə yerinə yetirmişdir. Lakin buna baxmayaraq cavabdehlər Cavabdeh3 və digərləri müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri ciddi şəkildə pozur, ümumiyyətlə yerinə yetirmirlər. 3 aydan çox vaxt keçməsinə baxmayaraq, cavabdehlər ona məxsus mənzildə əsassız və qanunsuz qalmaqla onun mülkiyyət hüquqlarını ciddi şəkildə pozurlar. Bu barədə cavabdehlərlə dəfələrlə danışıqlar aparılmış, ancaq onlar hər dəfə bir bəhanə bildirməklə müqavilə ilə üzərlərinə götürdükləri öhdəliyin yerinə yetirilməsindən yayınmışdırlar. Sonuncu dəfə məhkəməyə müraciət etmədən öncə müqavilə şərtlərinin yerinə yetirilməsi üçün cavabdehlərə müraciət olunsa da, heç bir nəticə olmamışdır. Notariat işindən məlum olur ki, mənzilin alğı-satqısı zamanı cavabdehlərdən Cavabdeh1 xx/xx/2018-ci il tarixdə ərizə ilə Bakı şəhəri 9 saylı Notariat Kontoruna rəsmi şəkildə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və “Satıcı” Cavabdeh3 məxsus olan mənzilin satılmasına etiraz etmədiyini, gələcəkdə də, bununla bağlı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Lakin hal-hazırda onun formal olaraq qeydiyyatda qalması onun həmin mənzilə olan istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona və ailə üzvlərinə maddi və mənəvi ziyan dəymişdir. Bu mənzili almaq üçün yaşadıqları mənzili satmışlar. Əgər mülkiyyətçisi olduğu mənzili kirayə versəydi hər ay 2.000 manat qazanc əldə edə bilərdi. İş materiallarından göründüyü kimi, xx xxxxxx 2018-ci il tarixdən bu günə kimi cavabdehlər tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmiş, ona məxsus mənzil boşaldılmamışdır. Belə olduğu halda 6.000 manat məbləğində pul əldən çıxmış fayda olaraq cavabdehlərdən tutularaq ona ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxışlar üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğin alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bununla əlaqədar olaraq onunla arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən onun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququnun itirilməsi, mənzildən çıxarılma və pul tələbinə dair” iddiası üzrə onu Azərbaycan Respublikasının Bitün məhkəmələrində təmsil etməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən icraçı tərəfindən göstəriləcək hüquq xidmətinin dəyəri 3.000 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunanlardan görünür ki, cavabdehin təqsiri üzündən pozulmuş hüquqlarının bərpası üzrə hüquqi xidmətlərinə görə çəkiləcək 3000 manat hüquqi yardım xərcləri, 30 manat dövlət rüsumu cavabdehlər tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd olunaraq, İddiaçı Yusif oğlu ilə onun arasında Bakı şəhəri, S.Vurğun küçəsi, 60 saylı evin, 4 saylı mənzilinə dair bağlanmış xx xxxxxx 2018-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş X20 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi qanunsuz və əsassızdır, bu səbəbdən rədd də edilməlidir. Bakı şəhəri, S.Vurğun küçəsi, ev 60, mənzil 4-ə dair bağlanmış xx xxxxxx 2018-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsi etibarsız sayılmalıdır. İş materillarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Bakı şəhəri, S.Vurğun küçəsi, ev 60, mənzil 4 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Sözügedən sənədlərdən məlum olur ki, İddiaçı onun yaşlı olmağından istifadə edərək, oğluna borc verdiyi üçün mülkiyətində olan Bakı şəhəri, S.Vurğun küçəsi, ev 60, mənzil 4-ə dair girov müqaviləsi bağlamaq adı ilə notariata aparıb qanunsuz olaraq alğı-satqı müqaviləsi rəsmilədirmişlər. Beləliklə, İddiaçı yalandan və saxtakarlıqdan istifadə edərək mülkiyətində olan Bakı şəhəri, S.Vurğun küçəsi, ev 60, mənzil 4-ü dələduzluqla öz adına rəsmilədirmiş, bununla da onun konstitusion hüquqlarını kobudcasına pozmuşdur. O, Cavabdeh3, mülkiyətində olan Bakı şəhəri, S.Vurğun küçəsi, ev 60, mənzil 4-ü heç kimə satmamış, ümumiyyətlə kiməsə satmaq fikri belə olmamışdır. Girov əvəzinə xx xxxxxx 2018ci il tarixli, AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsinin bağlanılması haqda yaşadığı evə məhkəmə bildirişi daxil olduqdan sonra xəbər tutmuşdur. Aldadıldığını aşağıdakı hallar təsdiq etməkdədir. Birincisi, mənzilinin yerləşdiyi yaşayış binasında demək olar bütün yaxın qohumlarının (övladları, qardaş-bacıları, qardaşı və bacılarının uşaqları, digər qohumları) mənzilləri yerləşir. Bu səbəbdən həmin mənzili ümumiyyətlə kiməsə satmaq fikri olmayıb, olsaydı belə həmin mənzili ilk növbədə qohumları alardı. Böyüklərin razılığı, kiçiklərin məsləhəti olmadan kimsə öz mənzilini kənar şəxsə sata bilməz. İkincisi, ilkin iddia ərizəsinə görə guya mənzil tərəfindən 200.000 manat məbləğində satılmışdır. Tamamilə saxta bir iddiadır, ona görə ki, mülkiyyətində olan Bakı şəhəri, S.Vurğun küçəsi, ev 60, mənzil 4-ün bazar dəyəri 200.000 manat deyil, təxminən 460.000 manatdır. Belə olan halda əgər mənzilinin qiyməti 460.000 manat təşkil edirsə, niyə görə o bu mənzili 200.000 manata satmalı idi. O, Cavabdeh3 ağlını itirməmişdir. Əgər itirmişdisə, bu halda əqdi bağlamış şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən bağlanmışdır ki, əqdin etibarsızlığından xəbər verir. Üçüncüsü, onlar mənzilin satılması barədə hər hansı bir elan vermədikləri və ya daşınmaz əmlak bürolarına evin satılması ilə bağlı tapşırıq vermədikləri halda İddiaçı mənzilin satılmasını haradan öyrəndi və mənzili necə aldı. Dördüncüsü, baxmayaraq ki, alğı-satqı müqaviləsi 2018-ci ilin noyabr ayında bağlanmışdır, nədənsə İddiaçı iddia qaldırılana kimi bir dəfə belə olsun mənzilin boşaldılması barədə onlara xəbərdarlıq etməmişdir. Eşitdiyinə görə İddiaçı yalnız verdiyi borcun qaytarılmasını tələb etmişdir. Onun ev satmaq niyyəti olmayıb və o, ev satmamışdır. Oğlu Cavabdeh2la ilkin iddia üzrə İddiaçı arasında borc münasibətləri olmuş, oğlunun xahişi əsasında borca görə mənzili girov qoymaq məqsədi ilə notariata getmiş, təqdim edilən bəzi sənədlərə imza atmış və ona bildirilmişdir ki, imzaladığı sənədlər girovla bağlıdır. İddiaçı onu aldadaraq girov müqaviləsi əvəzinə alğı-satqı müqaviləsi rəsmiləşməsinə nail olmuşdur ki, qanunvericiliyə görə cinayətdir və əqdin etibarsızlığı ilə nəticələnir. Onu aldadaraq, etimadından sui-istifadə edərək açıq-aşkar öz mənafelərinə uyğun olan sözügedən müqavilənin tərəfindən imzalanmasına nail olmuşdur. Bu işlə bağlı tərəfindən İddiaçı ona qarşı törətdiyi əməllərlə bağlı (cinayət olub-olmamasının yoxlanılması və hüquqi qiymət verilməsi) hüquqmühafizə orqanlarına şikayət ərizəsi ünvanlanmışdır. Bakı şəhəri, S. Vurğun küçəsi, ev 60, mənzil 4-ə dair bağlanmış xx xxxxxx 2018ci il tarixli AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsi aldatma nəticəsində bağlandığından etibarsızdır. Sözügedən alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə zidd olaraq bağlanıldığından, bağlandığı andan etibarən etibarsız əqd hesab olunmalıdır. Xüsusilə qeyd olunmalıdır ki, sözügedən müqavilə bağlanılarkən o aldadılmışdır, ona səhv informasiya verilmiş və alğı-satqı müqaviləsini imzalatdırmışlar. Bu qanunsuzluq evlərində aşkar edildikdən sonra oğlu Cavabdeh2 bildirmişdir ki, onunla A. Y. Qasımov arasında əvvəlcədən də, girov müqaviləsinin bağlanıldığı razılaşdırılmışdır. Lakin borclu olduğu üçün və İddiaçı ona təzyiq etdiyi üçün oğlu Elvin ona alğı-satqı barədə heç bir məlumat verməmişdir. Eləcə də Elvin bildirmişdir ki, onunla İddiaçı və onun yaxın qohumunun telefon danışıqları mövcuddur və həmin danışıqlar zamanı oğlu Elvinlə İddiaçı arasında borc münasibətləri təsdiq olunur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2235/2019 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh2 və ilkin iddia üzrə Cavabdeh1 qarşı “istifadə hüququnun itirilməsi, mənzildən çıxarılma və pul” tələbinə dair iddiası rədd edilmiş, ilkin iddia üzrə cavabdeh,(qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşı qarşılıqlı iddiası təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 60 saylı evin, 4 saylı mənzilinə dair Bakı şəhəri, 9 saylı notariat kontorunda Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin mənzilə dair cavabdeh İddiaçı adına X20 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış ləğv edilmişdir. İddiaçı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2235/2019 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını, qarşılıqlı iddianın maddi və prosessual hüquq normalarının pozulması ilə icraata qəbul olunduğu üçün, icraatına xitam verilməsi, birinci instansiya məhkəməsi hakiminin barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2018-ci il tarixində Cavabdeh3 ilə İddiaçı arasında daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 183.96 kvadrat metr olan mənzili Cavabdeh3 200.000 (iki yüz min) manat müqabilində İddiaçı satmışdır. Alğı-satqı müqaviləsinin predmeti olan mənzil həm də “xxxx” Bank Olmayan Kredit Təşkilatı ASC-də girovda olmuş və alğısatqı əməliyyatı zamanı əmlakın satış qiymətindən, yəni 200.000 (iki yüz min) manatdan 46174 (qırx altı min bir yüz yetmiş dörd) manat “xxxx” Bank Olmayan Kredit Təşkilatının nümayəndəsinə, qalan 147755.32 (bir yüz qırx yeddi min yeddi yüz əlli beş manat otuz iki qəpik) manat Cavabdeh3 ödənilmişdir. Alğı-satqı prosesi zamanı Cavabdeh3 xx xxxxxx 2018-ci il tarixli 19937 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh2 təmsil etmişdir. Notariat işinin materiallarından görünür ki, Cavabdeh3 notariat kontoruna ərizə ilə müraciət edərək alğı-satqı predmeti olan əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın əldə edilməsinin təmin olunmasını xahiş etmişdir. Həmin ərizəni Cavabdeh3 əvəzinə onun savadsızlığı səbəbindən X12 imzalamışdır. Həmçinin, Cavabdeh3 notariat kontoruna ərizə ilə müraciət edərək alğı-satqı predmeti olan mənzildə qeydiyyatda olanlar barədə məlumatın əldə edilməsinin təmin olunmasını xahiş etmişdir. Həmin ərizəni Cavabdeh3 əvəzinə onun savadsızlığı səbəbindən X12 imzalamışdır. Notariat işinin materiallarında olan xx xxxxxx 2018-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, Cavabdeh3 etibarnamə üzrə Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 60 saylı evin, 4 saylı mənzilinə dair sərəncam vermək, satmaq, bağışlamaq, bankdan pulu almaq, müqavilə bağlamaq, ərizə vermək və s. səlahiyyətləri vermişdir. Etibarnaməni Bakı şəhəri, 9 saylı notariat kontorunun xüsusi notariusu Sadıqov Rəşadət Zülfüqar oğlunun iştirakı ilə Cavabdeh3 tapşırığı ilə onun savadsızlığı səbəbindən X12 imzalamışdır (etibarnamədə Cavabdeh3 da imzası mövcuddur, lakin bununla yanaşı Aynur Məmmədova da imzalayıb). Notariat işinin materiallarında olan ərizədən görünür ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 60 saylı evin, 4 saylı mənzildə qeydiyyatda olan Cavabdeh1 qeydiyyatda olduğu mənzilin satılmasına etiraz etməmişdir. Notariat işinin materiallarında olan xx xxxxxx 2018-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən ev alğı-satqısı müqaviləsi üzrə 200.000 (iki yüz min) manat “xxxx” ASC-nin Nərimanov filialının hesabına mədaxil edilmişdir. Bundan əlavə, satıcı və alıcı ərizə ilə 9 saylı notariat kontorunun xüsusi notariusu X5 müraciət edərək mənzilin qiymətinin notariusun depozit hesabına qəbul edilməsini və sözügedən məbləğin satıcıya notariusun depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin satıcıya izah edilməsini xahiş etmişlər. xx xxxxxx 2018-ci il tarixli AN –İN ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 11-ci maddəsinə əsasən satıcı Cavabdeh3 xx xxxxxx 2018-ci il tarixinədək mənzili alıcı İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdeh3 müqavilə ilə üzərinə götürdüyü öhdəliyin tələblərinə əməl etməmiş və mənzili İddiaçı təhvil verməmiş və həmin mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxmalarını təmin etməmişdir. Bundan sonra, İddiaçı dəfələrlə Cavabdeh3 daşınmaz əmlakın alğı-satqı müqaviləsində müəyyən edilmiş öhdəlikləri pozması barədə xəbərdarlıq etmiş, ondan öhdəliklərin həm müqaviləyə, həm də qanunvericiliyin tələblərinə uyğun olaraq icra edilməsini tələb etmiş, lakin Cavabdeh3 buna əhəmiyyət verməmiş və müqavilə öhdəliyinin icrasını pozmaqda davam etmişdir. Mübahisənin başqa qaydada həll olunmadığını dərk edən İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsi isə yuxarıda təsvir edilən və hazırda mübahisələndirilən məhkəmə aktını qəbul etmişdir. Həmçinin, Nərimanov RPİ İŞ-nin müstəntiqi, polis mayoru Pərviz Məmmədovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxx 2019-cu il tarixli qərarından görünür ki, araşdırma zamanı Cavabdeh3 ərizəsi əsasında toplanmış material üzrə İddiaçı əməlində cinayət tərkibi olmaması müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Hazırki iş üzrə Nəsimi rayon Məhkəməsi aşağıdakıları tam və hərtərəfli araşdırmalı idi: (a) Alğı-satqı əməliyyatının qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilib-keçirilməməsi; (b) Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarlı olub-olmaması; (c) Satıcı adından çıxış edən şəxsə verilən etibarnamənin etibarlı olub – olmaması; (d) Tərəflərin notarial əməliyyat aparılan zaman müvafiq iradə ifadələrinin mövcud olub – olmaması; (e) Alıcının vicdanlı əldə edən olub – olmaması. Hazırki iş üzrə isə Nəsimi rayon Məhkəməsi bu xüsusatları tam araşdırmamış və yalnız bir tərəfin hüquqi mövqeyinə uyğun qərəzli araşdırma aparmışdır. Notariat əməliyyatının aparılması ilə bağlı hüquqi çərçivə müəyyən edilmişdir. Notariat işinin materiallarına nəzər salsaq görərik ki, alğı-satqı əməliyyatı yuxarıda sadalanan tələblərə uyğun şəkildə həyata keçirilmişdir: (1) Notarius tərəfindən tərəflərin səlahiyyəti yoxlanmışdır. Müəyyən edilmişdir ki, alğı-satqı predmeti olan əmlak həqiqətən də satıcının mülkiyyətindədir. Həmçinin, müəyyən edilmişdir ki, nümayəndənin satıcının adından sərəncam vermək səlahiyyəti mövcuddur. (2) Hətta, Cavabdeh3 savadsız olmasını nəzərə alaraq, notarius başqa bir şəxsi cəlb etmiş və etibarnaməni həmin şəxs imzalamışdır. (3) Həm etibarnamə imzalanarkən, həm də alğı-satqı müqaviləsi bağlanarkən notarius tərəfindən müvafiq şəxslərə onların hüquq və vəzifələri və etdikləri hərəkətlərin hüquqi nəticələri izah olunmuşdur. (4) Qeydiyyatda olan şəxslərin razılığı alınmışdır. (5) Mənzilin satılması müqabilində ödəniş notariusun depozit hesabı vasitəsilə həyata keçirilmişdir. (6) Bütün digər mühüm tələblərə əməl edilmişdir. Təəssüf ki, Nəsimi rayon Məhkəməsi alğı-satqı müqaviləsinin etibarlı olub-olmaması məsələsinə hüquqi qiymət verərkən alğı-satqı əməliyyatını rəsmiləşdirən notariusun məhkəmə iclasında iştirakını təmin etməmişdir. Digər tərəfdən, əqdi Cavabdeh3 savadsızlığı səbəbindən imzalamış X12 da məhkəmə prosesinə cəlb edilməmişdir. Cavabdeh3 əqdin hüquqi nəticələrini dərk edib-etməməsini, eləcə də onun həqiqi iradə ifadəsinin alğı-satqı olub-olmamasını, hər hansı formada aldadılıb-aldadılmamasını müəyyən etmək üçün həm notarius X8, həm də X12 şahid qismində məhkəmə iclasına dəvət edilməli və dindirilməlidirlər. Əks təqdirdə, həmin hissədə mübahisəyə hüquqi qiymət vermək mümkün deyil. Hazırki iş üzrə notariat işinin materiallarından görünür ki, Cavabdeh3 oğluna etibarnamə verməsi üçün notariusa gəlmişdir. Etibarnamədə xüsusilə alqı-satqı predmeti olan əmlaka istinad olunmuş və əmlakın özgəninkiləşdirilməsi ilə bağlı bütün səlahiyyətlər, həmçinin pulun alınması göstərilmişdir. Etibarnaməni Cavabdeh3 özü imzalamasa da onun savadsızlığına görə onun xahişi ilə Aynur Məmmədova imzalamışdır. Bu ona dəlalət edir ki, etibarnamənin məzmununu və onun imzalanmasının hüquqi nəticələrini Cavabdeh3 həm notarius Rəşadət Sadıqov, həm də Cavabdeh3 adından etibarnaməni imza edən Aynur Məmmədova izah etmişlər. Həmçinin, notariat işində mövcud olan **********191 nömrəli xx xxxxxx 2018-ci il tarixli və **********191 nömrəli xx xxxxxx 2018-ci il tarixli ərizələrdə Cavabdeh3 sözügedən mənzili satmaq niyyəti açıq-aşkar göstərilmiş və müvafiq olaraq notariat kontorundan əmlak üzərində qadağanın olub-olmaması və qeydiyyatda olan şəxslər barədə məlumat verilməsinin təmin edilməsi xahiş edilmişdir. Qeyd olunan ərizələr Cavabdeh3 savadsızlığı səbəbindən X12 tərəfindən imzalansa da notarius tərəfindən ərizələrin məzmunu Cavabdeh3 izah olunmuşdur. Eyni zamanda, **********200 nömrəli, xx xxxxxx 2018-ci il tarixli ərizədə Cavabdeh1 qeydiyyatda olduğu mənzilin satılmasına etiraz etməmişdir. Bundan əlavə, alğı-satqı prosesinə X29 Kredit Təşkilatı ASC də cəlb edilmiş və satıcı tərəfin həmin təşkilata olan borcu satış qiymətindən çıxılaraq xxxx BOKT ASC-nin nümayəndəsinə ödənilmişdir. Əlavə olaraq, həm İddiaçı, həm də Cavabdeh2 birgə ərizə ilə notariat kontoruna müraciət edərək Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 60 saylı evin, 4 saylı mənzilini 200.000 (iki yüz min) manat müqabilində satılması barədə razılığa gəldiklərini ifadə etmişlər. Göründüyü kimi, alğı-satqı prosesinə cəlb olunan bütün şəxslər - Cavabdeh3, onun əvəzindən etibarnaməni və ərizələri imza etmiş X12, mənzildə qeydiyyatda olan Cavabdeh1, alğı-satqı qiymətindən özünə çatası məbləği götürən xxxx BOKT ASC-nin nümayəndəsi, etibarnamə əsasında müqaviləni imzalayan Cavabdeh2 və alıcı İddiaçı – tam dərk etmişlər ki, notariat işi ilə bağlı tərtib olunan bütün sənədlərdə söhbət yalnız Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 60 saylı evin, 4 saylı mənzilinin alğı-satqısından gedir. Hazırki iş üzrə müqavilənin etibarsız olması nəzərdə tutulsa da, mənzilə görə ödənilmiş 200.000 (iki yüz min) manat pul vəsaitinin taleyi açıq qalmışdır. Qarşılıqlı iddiaçının iddia tələbində bu məsələ göstərilməsə belə, MPM-nin 218.3-cü maddəsinə əsasən Nəsimi rayon Məhkəməsi 200.000 AZN məsələsinə münasibət bildirməli idi. Notariat işindən məlum olur ki, mənzilin alğı-satqısı zamanı cavabdehlərdən Cavabdeh1 xx/xx/2018-ci il tarixdə ərizə ilə Bakı şəhəri 9 saylı notariat kontoruna rəsmi şəkildə ərizə ilə müraciət edərək ünvan 4 ünvanında yerləşən və “Satıcı” Cavabdeh3 məxsus olan mənzilin satılmasına etiraz etmədiyini, gələcəkdə də bununla bağlı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Lakin hal-hazırda onun formal olaraq qeydiyyatda qalması İddiaçı həmin mənzilə olan istifadə və sərəncam vermək hüquqlarımı məhdudlaşdırır. Qeyd edilməlidir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində İddiaçı maddi və mənəvi ziyan dəymişdir. Bu mənzili almaq üçün o yaşadığı mənzili satmışdır. Əgər o, mülkiyyətçisi olduğu mənzili kirayə versəydi, hər ay 2.000 (iki min) manat qazanc əldə edə bilərdi. Bu hal Azərbaycan Respublikası “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş MB 12/154 saylı xx xxxxxx 2019-cu il tarixli arayışla təsdiq olunur. İş materiallarindan göründüyü kimi xx xxxxxx 2018-ci il tarixdən bu günə kimi cavabdehlər tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilməmiş, iddiaçıya məxsus mənzil boşaldılmamışdır. Belə olduğu halda hesab edirik ki, 12.000 (on iki min) manat məbləğində pul əldən çıxmış fayda olaraq cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tərəfindən prosessual hüquq norması pozulmaqla, qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndələri və vəkilləri X9 və Vəkil4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh3 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı ilə Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 arasında bağlanmış müqavilə etibarlı sayıla bilməz. Müqavilə Cavabdeh3 tərəfindən imzalanmayıb. Etibarnamə verərkən Sahilə xanım oğlunun girov müqaviləsi bağlayacağını bilmiş və evin girov qoyulmasına razı olmuşdur. Oğlu Elvin ona biznesi ilə əlaqədar evi girov qoyacağını, bunun müqabilində borc alacağını bildirmişdir. Sahilə xanımın evi satmaq niyyəti olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin və qarşılıqlı iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı qəbul edərək bildirmişdir ki, Akif ilə Elvin borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinə daxil olmuşlar. Cavabdeh2 alğı-satqı müqaviləsini məcburiyyət qarşısında qaldığından bağlamışdır. Bütün hərəkətlər mənzili girov qoymaq məqsədilə edilmişdir. Cavabdeh3 yalnız Elvinə verdiyi etibarnaməni imzalamışdır. Evin satılmasına etiraz etmədiyinə dair ərizə və alğı-satqı müqaviləsi Aynur adlı şəxs tərəfindən imzalanmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh1 ifadə verərək bildirmişdir ki, onun heç nədən xəbəri olmamışdır. Anasının ev satmaq niyyəti olmayıb. Hal-hazırda o, qardaşı öz ailəsi və anası həmin evdə yaşayırlar. Qardaşı ona imza atmaq lazım olduğunu bildirmişdir. İmza atarkən heç nəyi oxumamışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil3, ilkin və qarşılıqlı iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmiş, məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-10430/2019 saylı qərardadı iləBakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2235/2019 saylı qətnaməsi qismən- Cavabdeh1 oğlunun Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 60 saylı yaşayış binasının 4-cü mənzilindən qeydiyyatdan çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Belə olan halda, kollegiya qeyd edir ki, apellyasiya baxışının predmetində qalan hissə- Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2235/2019 saylı qətnaməsi ilə ilkin iddianın “Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 60 saylı yaşayış binasının 4-cü mənzilindən istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 60 saylı yaşayış binasının 4-cü mənzilindən çıxarılmaları, həmçinin onlara məxsus əmlakların çıxarılması, cavabdehlərdən müştərək qaydada əldən çıxmış fayda kimi 12.000 (on iki min) manat tutularaq, İddiaçı ödənilməsinin” təmin edilməyən və qarşılıqlı iddianın “əqdin etibarsız hesab edilməsinin” təmin edilən hissəsi təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Birinci instansiya məhkəməsi iddianı rədd, qarşılıqlı iddianın təmin oşunmasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu Rəşadət Sadıqov tərəfindən təsdiq edilmiş ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2018-ci il tarixdə X13 tərəfındən 200000 manat məbləğində pula İddiaçı satılmasına dair ANİ № ******* saylı daşınmaz əmlakın alğı-satqısı müqaviləsi məzmun baxımından qanuna uyğun tərtib edilsə də, faktiki olaraq mülkiyyətçinin nümayəndəsi vasitəsilə iradə ifadəsi düzgün əks etdirilmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. İşin araşdırılmış halları ilə tam olaraq təsdiq edilmişdir ki, X6 oğlu Cavabdeh2 ilə İddiaçı arasında 200000 manat məbləği ilə bağlı borc münasibətləri yaranmış və faktiki olaraq xx.xx.2018-ci il tarixli AN-İ№ ******* saylı daşınmaz əmlakın alğı-satqısı müqaviləsi təsdiq edilən zaman mübahisəli evin alınmış borc pul müqabilində alğı-satqı müqaviləsi yolu ilə girov kimi rəsmişləşdirilməsi baş vermiş, bu da mənzilin satılmasına iradə ifadəsi olmamış mülkiyyətçi X6 hüquqlarının pozulmasına gətirib çıxartmışdır. Birinci instansiya məhkəməsi alğı-satqının etibarsızlığı halında restitusiyanın tətbiq olunmasını qətnamənin əsaslandırıcı hissəsində qeyd etsə də, restitusiyanı tətdiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Qərarın 6.4-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericiliklə müəyyən edilmiş prosessual qaydaların pozulması ilə əldə edilmiş sübutlar məhkəmə qətnaməsinin əsasını təşkil edə bilməz. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi hansı yolla əldə edilməsi bəlli olmayan səs yazısı əsasında keçirilmiş ekspert rəyinə istinad etməklə, prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası X20 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 60 saylı evin 4 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 2849 nömrəli reyestr kitabının 265723 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası X20 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 60 saylı evin 4 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2849 nömrəli reyestr kitabının 265723 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Təsdiq olunmuş notarial işində olan (reyestr № 4Ə-1351) xx xxxxxx 2018-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı Cavabdeh3 (xx.xx.2018-ci il tarixdə verilmiş 19937 reyestr nömrəli etibarnamə üzrə Cavabdeh3 əvəzinə Cavabdeh2) mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 60 saylı evin, 4 saylı mənzilini alıcı İddiaçı satmışdır. Həmin müqavilənin 8ci bəndinə əsasən satıcıya alıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü bəndinə əsasən müqavilə notariat qaydasında təsdiq olunduğu zaman satıcı həmin ünvanda qeydiyyatda deyil. Cavabdeh3 tərəfindən Notariat kontoruna ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş **********24-05301-093043 reyestr və ********** qeydiyyat nömrəli çıxarış əsasında təmsil etdiyi Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvandakı mənzili satmaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 əvəzinə savadsızlığı səbəbindən X12 imza etdi. Cavabdeh3 tərəfindən Notariat kontoruna ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizənin notarial qaydda təsdiq olunmuş surətindən görünür ki, DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş **********24-05301-093043 reyestr və ********** qeydiyyat nömrəli çıxarış əsasında təmsil etdiyi Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvandakı mənzili satmaq istəyir. Bununla əlaqədar həmin mənzildə qeydiyyatda olanlar barədə məlumatın real vaxt rejimində “Elektron Notariat” X1 əldə edilməsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh3 əvəzinə savadsızlığı səbəbindən X12 imza etdi. “Elektron notariat” X1 Çıxarışın surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin notariat işində olan Cavabdeh1 tərəfindən imzalanmış notariat qaydasında təsdiq edilmiş ərizənin surətindən görünür ki, o, Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına etiraz etməmişdir. Gələcəkdə də, bununla bağlı heç bir iddia və tələbi olmayacaqdır. xx xxxxxx 2018-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən tarixdə X4 hesabına 200.000,00 manat mədaxil edilmişdir. Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu R.Z.Sadıqov tərəfindən “xxxx” ASC-nin 6 saylı şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olan İddiaçı notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə 200.000,00 (iki yüz min) manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında 46.174,00 (qırx altı min bir yüz yetmiş dörd) manat “xxxx” BOKT ASC-nin nümayəndəsi X7, 6.070,68 (altı min yetmiş manat 68 qəpik) manat vergi məbləğinin X3 və qalan 147.755,32 (bir yüz qırx yeddi min yeddi yüz əlli beş manat 32 qəpik) manat Şamaxı şəhəri, Nizami küçəsi, ev 8-də qeydiyyatda olan Cavabdeh2 verilməsi üçün banklarında olan **********00001AZM54 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. “Elektron notariat” X1 Çıxarışın surətindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası “xxxx” MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti tərəfindən İddiaçı ünvanlanmış arayışdan görünür ki, ünvan 6irkinin yaxınlığında yerləşən “Yeni tikili” binalarda 4 otaqlı mənzillərin 2019-cu il fevral ayına olan orta bazar kirayə qiyməti texniki və digər göstəricilərindən asılı olaraq 1500-2000 manat təşkil edir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2019-cu il tarixli 01/062 saylı mənzilin qiymətləndirilməsi barədə hesabatdangörünürki, xx.xx.2019-cu il tarixə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 60, ünvanında yerləşən 4 nömrəli mənzilin bazar dəyəri 460.000 manat təşkil edir. Borc verən İddiaçı ilə borc alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinə əsasən, borc verən İddiaçı borc alan Cavabdeh2 30.000,00 manat məbləğində pul borc verməyi, borc alan isə krediti xx.xx.2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli icra qeydinin surətindən görünür ki, Şamaxı rayon notariat ofisinin xüsusi notariusu X2 Akif Yusif oğlunun xeyrinə Cavabdeh2 müddət üçün vaxtında ödənilməmiş 30.000,00 manat məbləğində pulun tutulmasını təklif edir. Şamaxı rayon icra və probasiya şöbəsi tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2019-cu il tarixli bildiriş və eyni tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borcluya icranı könüllü təmin etməsi təklif edilmiş, əks halda barəsində AR İXM-nin 528.1-ci maddəsilə inzibati protokol (5xx xxxxxxxx 1000 manatadək cərimə və ya 30 sutkayadək həbs) tərtib edilərək Şamaxı Rayon Məhkəməsinə, daha sonra isə AR Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə AR Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimatla müraciət ediləcəyi və xx xxxxx 2019-cu il saat 10-00-da şəxsiyyət vəsiqəsilə birlikdə Şamaxı rayon icra və probasiya şöbəsində olmasının vacib olduğu bildirilmişdir. 4 saylı Vəkil Bürosunun GSU 254358 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün 510 manat məbləğində pul ödənilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X11 ifadəsində göstərmişdir ki, Cavabdeh2 işçisi, onun köməkçisidir. Orta təhsillidir. Elvin biznesmendir. Xarici ölkələrdən məişət-texnikası gətirir. Burada isə onların alğı-satqısı ilə məşğuldur. Gömrükdə problem yaşandığından, ona borc pul lazım olmuşdur. Bu zaman Elvin həmin məsələ ilə bağlı Firudinə müraciət etmişdir. Firudin isə onu Akiflə tanış etmişdir. Elvin evlərini girov qoyaraq 250.000 manat məbləğində pul əldə etmək istəyirdi. Elvin notariusa alğı-satqı müqaviləsi bağlamaq niyyəti ilə getməmişdir. Müqavilə bağlanarkən Elvin, Akif, notarius, Elvinin Röya adlı işçisi və o notariat kontorunda olmuşlar. Elgünü və Sahilə xanımı isə orada görməmişdir. 250.000 manat pulu onlar notariat kontorunda götürmüşlər. Pul ağ torbada olub. X31 vermişdir. Pul dəstələri 100-lük əskinazlardan ibarət idi. Pulu borc olaraq götürmüşlər. Akif onlar tərəfindən pul tez ödəniləcəyi halda faizlərdə onlara köməklik edəcəyini bildirmişdir. Elvin pulun qaytarılması barədə daim fikirləşərək onun yolunu axtarırdı. Nərimanov RPİ İŞ-nin müstəntiqi, polis mayoru Pərviz Məmmədovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxx 2019-cu il tarixli qərarından görünür ki, araşdırma zamanı Cavabdeh3 ərizəsi əsasında toplanmış material üzrə İddiaçı və ya hər hansı bir şəxsin əməlində cinayət tərkibinin olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində ifadə vermiş Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X8 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzilin alğı-satqısı ilə bağlı notariat əməliyyatı notariat haqqında qanunvericiliyin tələblərinə müvafiq qaydada aparılmışdır. Sözügedən məznilin mülkiyyətçisi Cavabdeh3 notariat kontoruna ərizə ilə müraciət edərək alğısatqı predmeti olan əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulubqoyulmaması barədə məlumatın əldə edilməsinin təmin olunmasını xahiş etmişdir. Həmin ərizəni Cavabdeh3 əvəzinə onun savadsızlığı səbəbindən X12 imzalamışdır. Həmçinin, Cavabdeh3 notariat kontoruna ərizə ilə müraciət edərək alğı-satqı predmeti olan mənzildə qeydiyyatda olanlar barədə məlumatın əldə edilməsinin təmin olunmasını xahiş etmişdir. Həmin ərizəni Cavabdeh3 əvəzinə onun savadsızlığı səbəbindən X12 imzalamışdır. xx xxxxxx 2018-ci il tarixli etibarnamə ilə Cavabdeh3 etibarnamə üzrə Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 60 saylı evin, 4 saylı mənzilinə dair sərəncam vermək, satmaq, bağışlamaq, bankdan pulu almaq, müqavilə bağlamaq, ərizə vermək və s. səlahiyyətləri Cavabdeh2 vermişdir. Etibarnaməni Cavabdeh3 tapşırığı ilə onun savadsızlığı səbəbindən X12 imzalamışdır. Tərəflərin suallarına cavab verən X8 bildirmişdir ki, Cavabdeh3 etibarnamənin və ərizələrin məzmunu izah edilmiş və həmin sənədlərin alğı-satqı ilə əlaqədar olduğu bildirilmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş X14 ifadəsində göstərmişdir ki, bank olmayan kredit təşkilatında fəaliyyət göstərir və müraciət edən şəxslərə kredit verilməsi ilə məşğuldur. Cavabdeh2 ona kredit alınması üçün müraciət etmiş və o da Elvindən bunun yalnız daşınmaz əmlakın girov qoyulması qarşısılığında mümkün olmasını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Elvinin girov qoymaq istədiyi mənzil başqa yerdə girovdadır. Buna görə də ona kredit verilməsindən imtina etmişdir. Sonradan Elvin ona mənzili satmaq istədiyini bildirmişdir. Firudin İddiaçı uzun müddətdir ki, tanıyır və onun öz evini satıb mənzil almaq istədiyini bilirdi. Firudin Akifin ev almaq istədiyini Elvinə bildirmiş və sonradan sözügedən mənzilə baxış keçirmək üçün Akiflə birlikdə ora getmişlər. Həmin zaman mənzildə Elvinin anası Cavabdeh3 da olmuş və onlara mürəbbə ilə çay vermişdir. Onun yanında mənzilin alğı-satqısı ilə bağlı danışıqlar aparılmışdır. Elvinlə Akif arasında yalnız mənzilin alğı-satqısı ilə bağlı söhbət getmişdir və mənzilin borc qarşılığında girov qoyulması ilə bağlı danışıq aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində göstərmişdir ki, noyabr ayının sonlarında notariat əməliyyatının aparılması üçün yaşadığı əraziyə yaxın notariusa yaxınlaşmışdır. Həmin vaxt notariat kontorunun işçisi ondan xahiş etmişdir ki, yaşlı bir xanım sənədi imzalaya bilmədiyinə görə onun əvəzinə sənədi imzalamaq lazımdır. O da buna razılıq vermiş və ərizələri və etibarnaməni Cavabdeh3 adından imzalamışdır. Sənədləri imzaladıqda həm Aynur Məmmədova, həm də notariat kontorunun əməkdaşı sənədlərin alğı-satqı ilə əlaqədar olduğunu Cavabdeh3 izah etmişlər. O tərəflərin heç birini əvvəlcədən tanımamışdır. Bir neçə ay bundan əvvəl isə Elvin adlı şəxs ona zəng edərək, onların xeyrinə məhkəmədə ifadə verməyi xahiş etmiş, Aynur isə bundan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. MM-nin 647-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. MM-nin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. MM-nin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. MM-nin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. MM-nin 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. MM-nin 331.4-cü maddəsinə əsasən, əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs tərəfindən təsdiqlənməlidir. MM-nin 334-cü maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. “Notariat haqqında” Qanunun 46-cı maddəsinə əsasən, “qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir.”, “Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olubolmamağı və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır.”, “Qadağan olduqda əmlakın özgəninkiləşdirilməsi haqqında əqd yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilə bilər.” “Notariat haqqında” Qanunun 49-cu maddəsinə əsasən, notarius və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxs bir və ya bir neçə şəxs adından bir və ya bir neçə şəxsin adına verilən etibarnaməni təsdiq edə bilər. Notariat hərəkətlərinin aparılması əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatla (bundan sonra “Təlimat”) tənzimlənir. Təlimatın 38-ci bəndinə əsasən, notariuslar öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar təsdiq etdikləri əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Təlimatın 41-ci bəndinə əsasən, əqd nümayəndə tərəfindən bağlandıqda, notariuslar onun səlahiyyətini yoxlayırlar. Nümayəndənin səlahiyyəti onun adına verilmiş etibarnamə ilə təsdiq edilir. Təlimatın 46-cı bəndinə əsasən, notarius daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlaka sərəncam verilməsi haqqında müqavilələri notariat qaydasında təsdiq edərkən, əmlaka dair sərəncam verən tərəfin sərəncam hüququnu və layihəsi notarius tərəfindən hazırlanmadığı halda, müqavilənin qanunauyğunluğunu yoxlayır. Təlimatın 48-ci bəndinə əsasən, daşınmaz əmlak (o cümlədən, tikintisi başa çatdırılmamış daşınmaz əmlak) obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq olunarkən, notarius daşınmaz əmlaka sərəncam verənin və ya onun nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi və daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı, habelə “Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və X24”nə daxil olan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin məqsədləri üçün tələb olunan məlumatları (kənd təsərrüfatı təyinatlı torpaqların keyfiyyət qrupları, şərti ballar) “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Ərizədə arayışın daşınmaz əmlakın sərəncam verilməsinə dair notariat hərəkətinin aparılması məqsədi ilə əldə edilməsi göstərilməli və müraciət edən şəxsin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilməlidir. Həmin bəndin son abzasına əsasən əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumat olduqda, əmlaka sərəncam verilməsi haqqında müqavilə yalnız kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilir. Təlimatın 49-cu bəndinə əsasən, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Həmin bəndin dördüncü abzasına əsasən, müqavilə üzrə ödəniş əmlakın ümumi satış qiyməti nəzərə alınmaqla, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Bu halda müqavilə üzrə hər dəfə tərəflərdən biri digərinə ödənişi məbləğindən asılı olmayaraq, notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirir. Həmin bəndin doqquzuncu abzasına əsasən, əmlakın satılmasına və ya dəyişdirilməsinə dair razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius ... tərəfindən təsdiq edilməlidir. Əmlaka sərəncam verilməsinə dair müqavilələrin rəsmiləşdirilməsi üçün tələb olunan razılıq ərizələrində özgəninkiləşdirilən konkret əmlaka dair məlumatlar (daşınmaz əmlakın ünvanı, nəqliyyat vasitəsinə münasibətdə markası, nömrəsi, əmlakın məxsus olduğu şəxsin soyadı, adı, atasının adı və s.), eləcə də həmin əmlakın satılması, bağışlanılması, dəyişdirilməsi, yaxud ipoteka qoyulması göstərilməlidir. MM-nin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə həmin Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). MM-nin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. MM-nin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Kollegiya qeyd edir ki, hüququn ümumi prinsiplərinə əsasən mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Yuxarıda istinad olunan normativ hüquqi aktların, eləcə də iş materiallarında olan sübutların təhlili nəticəsində kollegiya bu qənaətə gəlir ki, mübahisə predmeti olan mənzilin alğı-satqısı ilə bağlı notarial əməliyyatları qanunvericiliyin şərtlərinə tam əməl edilməklə həyata keçirilmişdir. Həm iş materiallarında olan notariat işi, həm də üçüncü şəxsin və şahidlərin ifadələri tərəflərin həqiqi iradəsinin mənzilin alğı-satqısı ilə bağlı olduğunu sübut edir. İlkin iddia üzrə cavabdehlər buna etiraz etsələr də, məhkəməyə etirazlarının dəlilləri ilə bağlı mötəbər sübut təqdim edə bilməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığından etibarlıdır və onun etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas mövcud deyil. Kollegiya mənzilin dəyərinin 460000 manata yaxın olduğu halda, 200000 manata satılmasını inandırıcı və ağlabatan saymaması ilə bağlı cavabdeh tərəfin dəlilinə qiymət verərək hesab edir ki, mənzilin hansı qiymətə satılıb alınması alğı-satqı müqaviləsi tərəflərinin iradəsinin ifadəsi olmaqla, qeyd olunan hal alğı-satqı müıqaviləsinin etibarsızlığı üçün əsas ola bilməz. Bu halda yuxarıda istinad olunan mülki qanunvericiliyin və alğı-satqı müqaviləsinin tələblərinə müvafiq olaraq ilkin iddia üzrə cavabdehlər onlara məxsus əmlaklarla birlikdə mübahisələndirilən mənzildən çıxarılmalı, Cavabdeh1 həmin mənzildən istifadə hüququna xitam verilməlidir. Belə ki, MM-nin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Cavabdeh1 imzaladığı və notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən o, Cavabdeh3 məxsus ünvan 3 ünvanında yerləşən mənzilin satılmasına etiraz etməmiş, gələcəkdə də, bununla bağlı heç bir iddia və tələbi olmayacağını bildirmişdir. Kollegiya ilkin iddia tələbinin cavabdehlərdən 12000 manat əldən çıxmış faydanın tutulması hissəsində iddianı əsassız hesab edərək, qeyd edir ki, iddiaçı bu məqsədlə gördüyü tədbirlər barədə sübutlar təqdim etməmişdir. MM-nin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Kollegiya hesab edir ki, ilkin iddia hüquqi yardım üçün 3000 manat məbləğində pulun ödənilməsi hissəsində qismən təmin edilməli, işdə olan mədaxil qəbzi nəzərə alınmaqla, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə hüquqi yardım üçün 510 manat məbləğində pul tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Kollegiya həmiçinin hesab edir ki, ilkin iddia 30 manat dövlət rüsumunun tutulması hissəsində qismən təmin edilməli, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 90 qəpik dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, ilkin iddia qismən təmin olunduğundan, qarşılıqlı iddianın təmin edilməsi üçün əsaslar olmadığından, qarşılıqlı iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki,apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(006)-2235/2019 saylı qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia apellyasiya baxışının predmetində qalan hissədə qismən təmin edilsin. Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 60 saylı yaşayış binasının, 4-cü mənzilindən istifadə hüququna xitam verilsin. İlkin iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 onlara məxsus əmlaklarla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 60 saylı yaşayış binasının 4-cü mənzilindən çıxarılsınlar. Hüquqi yardım xərcləri üzrə 510 (beş yüz on) manat və dövlət rüsumu kimi ödənilmiş 0,9 (doxsan qəpik) manat, cəmi 510,9 (beş yüz on manat doxsan) qəpik cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. İlkin iddia apellyasiya baxışının predmetində qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-10430/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10430/2019
08.10.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver