Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1419/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X3 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1419/2023 Açar söz: aliment tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, İddiaçı X3 Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7110/2022 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə “03” may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etd i: İşin halları
1. İddiaçı Cavabdeh ilə cavabdeh X5 xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, onların bu nikahından xx.xx.2012-ci il təvəllüdlü X12 doğulmuşdur.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)2818/2017 nömrəli qətnaməsi ilə iddiaçı İsmayıl (İsparova) Gyulnur Vaqif qızı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə bağlanmış nikahın pozulması və xx.xx.2012-ci il təvəllüdlü Əlinin anasının yanında qalması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X6 Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının (başqa gəlirərinin ) ¼ hissəsi miqdarında alimentin tutulması barədə qətna mə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, nikah pozulduqdan bir müddət keçdikdən sonra cavabdeh hər ay mütəmadi şəkildə övladının maddi tələbatlarını ödəməkdən yayınmışdır. İddiaçı valideynlik vəzifələrini yerinə yetirdiyi kimi, cavabdeh də valideynlik vəzifələrini yerinə yetirməli, övladının maddi və mənəvi tələbatlarının təmin etməlidir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aylıq vəzifə maaşı 11874 manat olmaqla, “direktor” vəzifəsində çalışır. Ona görə də, xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulmalıdır.
5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmişdir.
6. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1797/2022 nömrəli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddianın təmin edilməsi, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay aylıq əmək haqqının ¼ hissəsi həcmində alimentin X4 xeyrinə tutulması qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mü mkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsi (4-cü bənd), “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 13 və 19-cu, “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1 və 100.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və xx.xx.2022-ci il tarixindən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh onun hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə valideyndən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulur. Bu normadan da aydın olur ki, aliment təkcə əmək haqqından deyil, başqa gəlirlərdən də tutulur. Həmin maddəyə əsasən, iddia ərizəsində də xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin qətnamədə yalnız “əmək haqqının ¼ hissəsi həcmində alimentin tutul ması” qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə qətnamə qəbul edilən zaman iddianın tam təmin edilməsi bildirilmiş, lakin qətnamə tərtib olunandan sonra müəyyən olmuşdur ki, nəticə hissəsində “hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi həcmində alimentin tutulması” əvəzinə “hər ay aylıq əmək haqqının ¼ hissəsi həcmində alimentin tutulması” qeyd edilmişdir. Bununla da iddiaçı övladının saxlanmasına görə hər ay ala biləcəyi aliment məbləğinin bir hissəsindən məhrum olmuşdur.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7110/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Cahangir Yusifov və Anar Tanrıverdiyev) iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1797/ 2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş və Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin ¼ hissəsi həcmində aliment tutulması müəyyən edilmişdir.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinin dispozitiv şərtlərində 1 uşağa görə məhkəmə tərəfindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması qeyd edilsə də, rayon məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol verərək əmək haqqının ¼ həcmində aliment tutulmasını müəyyən etmiş, bununla da azyaşlı üçün tutulacaq alimentin məbləğinin məhdudlaşmasına, azalmasına səbəb olmuşdur. Belə olan halda, iddiaçının apellyasiya şikayətinin dəlili əsaslıdır, qətnamə həmin hissədə dəyişdirilməli, cavabdehdən hər ay qazancın v ə (və ya) başqa gəlirlərinin ¼ hissəsi həcmində aliment tutulması müəyyən edilməlidir.
13. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini əsaslandırarkən Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddələrinə stinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-7110/2022 saylı qətnaməsinin ləğv edilməsi və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1797/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə qətnamədə yalnışlığın düzəldilməsi barədə ərizə ilə məhkəm əyə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı daha sonra şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1797/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli, 2(005)1797/2022 saylı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini həmin məhkəməyə təqdim etmiş, Bakı Apellyasiya Məhkəməsinə isə müraciət edərək 2(005)-1797/2022 saylı qərardadından verdiyi şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Qeyd etmək lazımdır ki, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə iddia ərizəsi tam təmin edilmişdir. İddiaçının iddia ərizəsində tələbi xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul etmək olsa da, məhkəmə iddianı tam təmin etməsinə baxmayaraq, yalnışlıqla (başqa gəlirlərinin) sözünü qət etdi hissəsində göstərməmişdir. Bunun qeyd edilən maddənin tələbinə əsasən yalnışlıq olduğu, texniki səhv olduğu açıq aşkardır. Ona görə ki, iddia ərizəsi tam təmin olunmuşdur. Daha sonra ərizədə düzəliş etmək barədə ərizə versə də, ərizənin məhkəmə tərəfindən təmin olunmaması barədə qərardad çıxarılmışdır. İddiaçının bu qərardaddan şikayət verdiyi halda daha sonra şikayətini geri götürməsi və qətnamədən apellyasiya şikayəti verərək məhkəmədən eyni məzmunlu yeni qətnamə qəbul edilməsini xahiş e tməsi ciddi prosessual pozuntu hesab olunmalıdır. Buradan iddiaçının əslində bilərəkdən prosessual pozuntu etməsi bəllidir. Bundan əlavə, qeyd etmək vacibdir ki, qərardaddan şikayət verilməsi qətnamədən şikayətin verilməsi üçün müddətin ötürülməsi üzrlü səbəb kimi hesab edilə bilməz. Bu cür səbəbin üzrlü hal kimi qeyd olunmasının heç bir hüquqi əsası yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
17. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
18. Maddə 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Azər baycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
25. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qətnamədən apelyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizəsi birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilmiş, cavabdehin həmin qərardaddan verdiyi apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6618/2022 saylı qərardadı ilə təmin edilməmiş, müddətin üzürü səbəbdən buraxılması barədə qənaət əsaslı hesab edilmişdir.
30. Kassatorun birinci instansiya məhkəməsinin qətnaməsində yol verilmiş yanlışlığın Azərbaycan Respublikası MPM-nin 228-ci maddəsində nzərədə tutlan qaydada aradan qalıdrmaq imkanı olduğu halda, iddiaçının qətnamədən apelyasiya şikayəti verməsini prosessual qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilməsi ilə bağlı dəlili ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
31. Hazırki iş üzrə isə düzgün olmayan qətnamənin qəbulu ilə nəticələnən prosessual pozuntuya yol verməmişdir. Həmçinin qeyd edilən məsələ qətnaməni qəbul edən hakim tərəfindən yanlışlıq kimi qiymətləndirilməmiş və bu barədə iddiaçının ərizəsi təmin edilməmişd ir. Belə olan halda, iddiaçının qətnamədən apelyasiya şikayəti vermək hüququ yaranmışdır.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7110/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.