Məhkəmə qərarları › İş №2(102)-142/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-142/2020

07.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-142/2020 07.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh vəkili Musayev Xəqani Zakir oğlunun iştirakı ilə, İddiaçı və Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikay əti verərək, qətnamənin “azyaşlı X1 müalicəsi ilə bağlı hər ay 200 manat məbləğində vəsaitinin tutulması” hissəsində dəyişdirilməsini və həmin hissədə iddia tələblərinin tam təmin edilməsi və “azyaşlı X1 müalicəsi ilə bağlı hər ay 2000 manat məbləğində vəsaitinin tutulması” barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən hər ay əlavə xərclərə görə 200 (iki yüz) manat pul vəsaitinin tutulması hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı alimentin tutulması tələbinə dair ilkin iddia ərizəsi ilə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Axundov, iş 2(004)-2615/2019) ilkin iddia tələbi qismən təmin edilmiş, 15.09.2010-cu il təvəllüdlü X9 və 15.02.2016-cı il təvəllüdlü Ələkbər Mikayıl Baba oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün ilkin iddia üzrə Cavabdeh hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ilkin iddia üzrə İddiaçı verilməsi, alimentin tutulma müddətinin 04.03.2019-cu il tarixdən müəyyən edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, 15.02.2016-cı il təvəllüdlü Ələkbər Mikayıl Baba oğlunun müalicəsi ilə bağlı hər ay 500 (beş yüz) manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçı verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbi təmin edilərək Cavabdeh ilə İddiaçı arasında 23.02.2010-cu il tarixdə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsində 59 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan övladları 15.09.2010-cu il təvəllüdlü X6 və 15.02.2016-cı il təvəllüdlü Ələkbər Mikayıl Baba oğlunun anası İddiaçı yanında qalması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov(sədrlik edən və məruzəçi), T.Səmədov v ə E.Kazımov, iş № 2(103)-8786/2019) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2615/2019 saylı, 22 aprel 2019-ci il tarixli qətnaməsinin qismən əlavə xərclərin tutulmasına dair hissədə dəyişdirilməsi və 15.02.2016-cı il təvəllüdlü Ələkbər Mikayıl Baba oğlunun müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay sabit pul məbləğində 200 (iki yüz) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmiş, qətnamə qalan hissədə (onların apelyasiya şikayətlərinə münasibətdə) dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və pros essual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsinin “azyaşlı X1 müalicəsi ilə bağlı hər ay 200 manat məbləğində vəsaitinin tutulması” hissəsində dəyişdirilməsini və həmin hissədə iddia tələblərinin tam təmin edilməsi və “azyaşlı X1 müalicəsi ilə bağlı hər ay 2000 manat məbləğində vəsaitinin tutulması” barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsinin qismən hər ay əlavə xərclərə görə 200 (iki yüz) manat pul vəsaitinin tutulması hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Musayev Xəqani Zakir oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsinin qismən hər ay əlavə xərclərə görə 200 (iki yüz) manat pul vəsaitinin tutulması hissəsindələğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini, həmçinin qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh ilə X3 arasında 23.02.2010-cu il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Ələkbərov, arvada Ələkbərova soyadı verilmişdir. Doğum haqqında şəhadətna məyə görə, X9 15.09.2010-cu il tarixdə, Ələkbər Mikayıl Baba oğlu 15.02.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdular. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. TQS 088/1 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaqlar üçün Tibbi Sosial Ekspert Komissiyasının 0054003AAA28 göndərişə görə, 15.02.2016-cı il təvəllüdlü Ələkbər Mikayıl Baba oğlunda bilateral çox ağır dərəcədə (İV dərəcə) ağıreşitmə təsbit edilmişdir. Azərbaycan Respublikası ƏƏSMD-nin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışa görə, Ələkbər Mikayıl Baba oğlu sağlamlıq imkanı məhdud uşaqdır. Mədaxil qəbzlərinə görə, Mikayıl Ələkbər Baba oğlunun 05.10.2018-ci il tarixdə loqopedik dərsinə görə 600 manat, 06.06.2018-ci il tarixdə loqopedik dərs inə görə 600 manat, 06.07.2018-ci il tarixdə loqopedik dərsinə görə 600 manat, 02.08.2018-ci il tarixdə psixoloq dərsinə görə 400 manat, 02.09.2018-ci il tarixdə psixoloq dərsinə görə 400 manat, 03.10.2018-ci il tarixdə psixoloq dərsinə görə 400 manat, 04.12.2018-ci il tarixdə psixoloq dərsinə görə 400 manat, 03.11.2018-ci il tarixdə loqopedik dərsinə görə 600 manat, 02.08.2018-ci il tarixdə loqopedik dərsinə görə 600 manat məbləğində, ümumilikdə 4600 manat məbləğində pul ödənilmişdir. Xəstənin Tibb Kartasından çıxarışa görə, Mikayıl Ələkbər Baba oğluna eşitmənin tam pozulması diaqnozu qoyulmuş və müalicələri hər ay həkim nəzarəti altında davam etdirilməlidir. “xxxx” MMC-nin 13.03.2019-cu il tarixli 0185 nömrəli arayışına görə, Cavabdeh 28.09.2018-ci il tarixdən bu vaxtadək “xxxx” MMC-də m arketinq üzrə mütəxəssis vəzifəsində çalışır və əmək müqaviləsinə əsasən aylıq 150 manat məbləğində əmək haqqı alır.“xxxx” MMC-nin 13.03.2019-cu il tarixli 0185 nömrəli arayışına görə, Cavabdeh 28.09.2018-ci il tarixdən bu vaxtadək “xxxx” MMC-də marketinq üzrə mütəxəssis vəzifəsində çalışır və əmək müqaviləsinə əsasən aylıq 150 manat məbləğində əmək haqqı alır. “xxxx” MMC- nin 28.06.2019-cu il tarixli arayışına görə, 15.02.2016-cı il təvəllüdlü Ələkbər Mikayıl Baba oğlunun mütəmadi şəkildə otolorinqoloq, loqoped və psixoloqun nəzarətində olması vacibdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında 11.07.2019-cu il tarixli arayışa görə, 15.02.2016-cı il təvəllüdlü Ələkbər Mikayıl Baba oğlu 30.06.2017-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hü quq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 27 iyul 2016cı il tarixli Qərarında da göstərmişdir ki: “Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad edilmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəb ul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əl aqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyas iya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən et diyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətlərinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsi d əyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar