Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1420/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentin bir qisminin uşağın adına açılmış bank hesabına köçürülməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6883/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq mə hkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər xx.xx.2016-cı il tarixdə nikaha girmişlər. Bu nikahdan xx.xx.2017-ci ildə X1 adlı uşaqları doğulmuşdur.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşaq ananın yanında saxlanılmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının hər ay bütün gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin Cavabdeh İbrahim qızının xeyrinə tutulması qət edilmişdir.
4. İddiaçı “xxxx” MMC-də işləyir və onun xalis aylıq əmək haqqı vergilər çıxıldıqdan sonra 5500,43 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instan siya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əmək haqqının (digər gəlirlərinin) 1/4 hissəsindən tutulan alimentin 50 faiz məbləğinin yetkinlik yaşına çatmayan uşağın yetkinlik yaşına çatana qədər adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, aliment yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan məbləğdir. Həmin məbləğ uşağın aylıq məsrəflərini qarşılamaq üçündür, başqa məqsədlər, o cümlədən aliment tutulmalı olan valideynin gəlirlərinin bir hissəsinin alınması kimi başa düşülməməlidir. Qanunvericilik aylıq gəlirin hissəsinin aliment olaraq ödənilməsini nəzərdə tutarkən ölkə üzrə orta əmə k haqqını, aylıq orta gəliri nəzərdə tutmuşdur.
7. Cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, uşaq komfort şəkildə böyüdülür, uşağa alınan paltarlar belə çox bahadır. Uşaq baxçaya gedir və baxçanın aylıq ödənişi 400 manatdır.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova) xx xxxx 2020-ci il tarixli, 2(005)1485/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməlidir. İddiaçı, özünün əmək haqqından tutulan məbləğin yarısının bank hesabına köçürülməsi ilə bağlı tələbini əsaslandıran hallara dair hər hansı mötəbər sübutu təqdim etməmişdir. b) Apellyasiya instans iyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Məmmədov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Z.Şirinov) xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-6883/20 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılmaqla, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinə (İş № 2(103)8423/2019) əsasən uşağın – xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı, onun qazancının 1/4 hissəsi miqdarda Cavabdeh İbrahim qızının xeyrinə tutulan alimentin 1/2 hissəsinin X1 adına açıla caq bank hesabına köçürülməsi qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 55.3-cü maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı övladının dövlət və ödənişsiz olan uşaq bağçasına deyil, məhz özəl və ödənişli uşaq bağçasına getməsinə razılıq verməsi cavabdeh tərəfindən sübuta yetirilmir. Ödənilən 1.375 manat məbləğində alimentin 1/2 hissəsi uşağın adına olan bank hesabına mədaxil edildiyi halda yerdə qalan 687 manat uşağın normal təminatı üçün kifayət qədərdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
13. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, X2 ha zırda xxxx Uşaq Bağçasına gedir və hər ay həmin bağçaya 450 manat məbləğində pul ödənilir, həmçinin cavabdeh övladını yaxşı və keyfiyyətli qida və geyimlə təmin etmək, onun tibbi müayinələrinə və digər ehtiyaclarını ödəmək üçün kifayət qədər yüksək xərc çəkir. Hansı ki tərəflər nikahda olduğu müddətdə iddiaçının aldığı əmək haqqı demək olar ki, tamamilə ailə xərclərinə o cümlədən X1 qida, geyim, həkim müayinəsi və sair xərclərinə gedirdi. Məhkəmə alimentin əlli faizini bank hesabına köçürtməklə faktiki olaraq azyaşlının əvvəlki təminatını saxlamamış, həmçinin onun tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və sair) təsirini, uşağın saxlanılmasını, tərbiyəsini, təhsilini və sair digər halları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 1
4. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili, kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
17. Maddə 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.
18. Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çat mayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməs i üçün əsas yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları qeyd etmişdir. 25. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 064 nömrəli arayışından görünür ki, iddiaçının aylıq vəzifə maaşı MMC-nin “Ştat cədvəlinə” uyğun olaraq 7.308,30 manat təşkil edir. Vergilər çıxıldıqdan sonra iddiaçının xalis əmək haqqı 5.500,43 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)8423/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi 2020-ci ilin yanvar ayında MMC-yə daxil olmuşdur ki, həmin qətnaməyə əsasən iddiaçının xalis əmək haqqısının 1/4 hissəsi miqdarında, yəni 1.375,11 manat məbləğində aliment tutulmalıdır. Eyni zamanda gecikmiş aliment borcunun mövcudluğu nəzərə alınaraq, iddiaçıdan hər ay onun xalis əmək haqqının 1/2 hissəsi, yəni 2.750,22 manat tutulur. İddiaçının cari aya olan aliment borcu cəmi 9.287,36 manat təşkil edir.
26. Cavabdeh tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş xxxx Uşaq Bağçasının RS-17 saylı arayışından görünür ki, iş üzrə tərəflərin övladı həmin bağçada təlim-tərbiyə alır. Aylıq ödəniş 450 manat təşkil edir.
27. Cavabdeh tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş “Gmail” elektron poçtundan çıxarılmış sənədin çap surətindən görünür ki, cavabdeh tərəfindən XXX şirkətinin vasitəsilə 3-4 yaşlı qız uşağı üçün müxtəlif vaxtlarda, müxtəlif geyim əşyaları sifariş edilmişdir. 28. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə əldə olunmuş məlumatdan görünür ki, hazırkı iş üzrə cavabdeh əmək müqaviləsinə əsasən “xxxx” MMC-də Təşkilati Hissə müdiri vəzifəsində işləyir və onun əmək haqqısı 43 1,28 manat təşkil edir. 29. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə görə, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
30. Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
31. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə, isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. 32. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 33. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Re spublikası Qanununa əsasən 2020-cı il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir.
34. İş üzrə tərəflərin övladı xxx Uşaq Bağçasında təlim-tərbiyə alır. Aylıq ödəniş 450 manat təşkil edir. Cavabdeh bildirir ki, həmin uşaq bağçasına hər ay həmin məbləği ödəyir.
35. Apellyasiya məhkəməsi qeyd etmişdir ki Mülki Prosessual Məcəllənin “Sübutların mümkünlüyü” adlı 81-ci maddəsinin göstərişinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
36. Bu sübutetmə vasitələri Azərbaycan Respublikası Vergi Məcəlləsində və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda təsvir olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16-cı maddəsinin mənasına görə qəzet və jurnalların satışı, sərnişin və yük daşıma, kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı, mebellərin təmiri və hazırlanması ilə bağlı və sair fəaliyyət növləri istisna olmaqla, digər fəaliyyət növləri üzrə nağd pul hesablaşmaları nəzarətkassa aparatları vasitəsilə həyata keçirilməlidir (maddə 16.1.8.). Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blankları verilir (maddə 16.1.9.). Bu qayda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin 7-ci bəndində də nəzərdə tutulmuşdur. Buna görə də, Məhkəmə hesab edir ki, təmir üçün lazım olan materialların alınması, həmin materialların dəyərinin ödənilməs i faktı ödəniş qəbzləri ilə, ustalara çəkilmiş xərc isə həmin xərcin ödənilməsi barədə qəbzlər ilə təsdiq olunmalıdır. Qüvvədə olan mülki prosessual hüquq normasının tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli (MPM; maddə 77.1.), məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM; maddə 14.2.).
37. Apellyasiya kollegiyası hesab etmişdir ki, rayon məhkəməsi nağd pul hesablaşmalarını təsdiq edə biləcək çekin, qəbzin və sair ciddi hesabat blankların mövcud olmamasına baxmayaraq cavabdeh tərəfindən qeyd edilən Uşaq Bağçasına hər ay ödəniş etməsini əsas götürməkdə səhv etmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən Uşaq Bağçasına ödənişlərin edilməsi əsas götürülmüş olsa bel ə bu hal iddianın rədd edilməsi üçün zəmin yarada bilməz: Birincisi, iddiaçı övladının dövlət və ödənişsiz olan uşaq bağçasına deyil, məhz özəl və ödənişli uşaq bağçasına getməsinə razılıq verməsi cavabdeh tərəfindən sübuta yetirilmir. Halbuki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər ( Ailə Məcəlləsi, maddə 56.1, 58.5, 60.3). İkincisi, ödənilən 1.375 manat məbləğində alimentin 1/2 hissəsi uşağın adına olan bank hesabına mədaxil edildiyi halda yerdə qalan 687 manat uşağın normal təminatı üçün kifayət qədərdir və (687-450) 237 manat təşkil edəcək ki, bu da 2020-cı il üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minimumundan yuxarı məbləğdir. Odur ki, iddia tələbi əsaslıdır.
38. Kassasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil etdiyindən və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə hüquqi qiymət verdiyindən Kollegiya, apellyasiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddianın göstərilən qaydada təmin edilməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarına uyğundur. Bu baxımdan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
39. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6883/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.