Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1425/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: sığorta ödənişi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı və vəkili Xnın iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7069/2020 nömrəli iş üzrə 25 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 09 mart 2021-c i il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Daşınmaz əmlakın icbari sığortası haqqında BA seriyalı 735886 nömrəli sığorta şəhadətnaməsinin surətinə əsasən İddiaçı məxsus Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən ofis binası “xxxx” ASC tərəfindən sığortalanmışdır. 13.07.2018-ci il tarixdə Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən İddiaçı məxsus ofis binasında yanğın hadisəsi baş vermişdir. Qeyd olunan hadisə ilə bağlı “xxxx” ASC tərəfindən ofis binasının fotoşəkillərinə baxış keçirilmiş və nəticədə dəymiş ziyan 230 manat məbləğində müəyyən olunmuşdur. Sığorta hadisəsinin mövcudluğu, sığortalanmış əmlaka zərər dəyməsi mübahisəsizdir və mübahisə məhz vurulmuş zərərin məbləği ilə bağlı əmələ gəl mişdir. İddiaçı sığorta hadisəsi nəticəsində ümumilikdə 3200 manat ziyan dəyməsi ilə əlaqədar olaraq tələb olunan pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı - cavabdeh «xxxx» ASC-yə qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3200 manat dəymiş zərərin və əlavə olaraq sığorta ödənişinin ödənilmədiyi hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun cavabdeh «xxxx» ASC-dən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 02 noyabr 2017-ci il tarixdə mülkiyyətində olan Salyan rayonu, Aşağı Noxudlu kəndində yerləşən 161,3 kv.m sahəsinə dair daşınmaz əmlakın icbari sığortası haqqında müqavilə bağlayaraq əmlakını sığorta etdirmişdir. 13 iyul 2018-ci il tarixdə qeyd olunan qeyri-yaşayış binasında sığorta hadisəsi hesab olunan yanğın baş vermiş və əmlaka xeyli ziyan dəymişdir. 14 yanvar 2019-cu il tarixdə cavabdehin bildirişi ilə sığorta ödənişinin verilməsindən imtina olunmuş və əsas kimi göstərilmişdir ki, FHN Əməliyyat İstintaq İdarəsinə ünvanlanan sorğunun cavabında heç bir yanğın hadisəsinin baş vermədiyi qeyd olunmuşdur. İddiaçı sonradan Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmişdir. Nəticədə sığortaçı tərəfindən ofis fotoşəkillərinə baxış keçirilmiş və dəymiş zərərin məbləği 230 manat məbləğində müəyyən edilmişdir. İddiaçı bu məbləğlə razı deyil və hesab edir ki, zərərin məbləği daha yüksəkdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, məhkəmədən 3300 manat dəymiş zərərin və əlavə olaraq sığorta ödənişinin ödənilmədiyi hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun cavabdeh «xxxx» ASC-dən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir 20.02.2020-ci il tarixli 23948/32390 №-li məhkəmə ekspert rəyindən görünür ki, Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğın nəticəsində zərərin dəydiyi və yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 3,300 manat (1600+1700) məbləğində təşkil edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim İlkin Rüstəmli) 10 iyun 2020-ci il tarixli 2( 009)-122/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” ASC sığortalanmış və İddiaçı məxsus Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən ofis binasının təmir-bərpa xərci kimi 3.300 AZN və iddianın qaldırılması üçün ödənilmiş 30 AZN dövlət rüsumunun 15 manat hissəsi cavabdeh «xxxx» ASC-dən alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Həmçinin məhkəmə xərcləri məsələsi də həll edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən qeyri-yaşayış sahəsinin təmir-bərpa xərci, 3.300 manat olduğu təqdirdə cavabdeh “xxxx” ASC bir tərəfli qaydada həmin əmlaka dəymiş zərəri 230 manat məbləğində qiymətləndirmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi məhz sığorta hadisəsi nəticəsində əmlaka dəymiş 3.300 manat məbləğində təmin edilməlid ir. Məhkəmə cavabdehdən sığorta ödənişinin verilməsinin gecikdirildiyi üçün 0,1 faiz məbləğində dəbbə pulunun tutulması hissəsi üzrə qeyd etmişdir ki, sığorta məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğundan, bu hal sığorta ödənişinin müəyyən olunmuş müddətdə ödənilməməsi kimi qəbul edilə bilməz. Bu səbəbdən dəbbə pulunun tutulması hissəsində tələb təmin edilməməlidir. Məhkəmə qətnaməsini “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1, 7, 20.2, 35.1, 36.1, 15.3, 56.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnam ə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Namiq Cəfərov sədrlik edən və məruzəçi, Şərafət Məmmədova və Xəyal Sarıyev) 25 sentyabr 2020-ci il tarixli 2(103)-7069/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Səbail Rayon Məhkəməsinin 10.06.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apelyasiya şikayət əsassızdır. Belə ki, iddiaçının yanğın hadisəsi barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna məlumat verməməsi cavabdehi müvafiq quruma məlumat vermək vəzifəsindən azad etmirdi. Cavabdehin bu vəzifəsi Mülki Məcəllənin 923.2-ci maddəsinin göstərişindən irəl i gəlir. Həmin maddəyə görə sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. İddiaçı sığorta hadisəsinin baş verməsi barədə cavabdehi (sığortaçını) məlumatlandırmış, lakin cavabdeh müvafiq quruma məlumat verməmişdir. Bundan başqa, ofis binasının yanğından sonrakı vəziyyətini əks etdirən fotoşəkillər cavabdehdə olmuş, cavabdeh həmin fotolara baxış keçirmişdir. Belə ki, bu faktı cavabdehin özü yazılı şəkildə etiraf edib (iş v. 19, məktub). Lakin sonradan cavabdeh belə görüntülərin onda olmadığını bildirib (iş v. 66, məktub). Göründüyü kimi, cavabdeh yanğın barədə müvafiq quruma məlumat vermək vəzifəsini yerinə yetirməyib, habelə özündə olan fotoları təqdim etməkdən imtina edib, məqsədi isə ondan ibarət olub ki, sığorta ödənişinin verilməsindən yayınsın. Yanğın hadisəsi barədə səlahiyyətli dövlət orqanının arayışının olmaması sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 935-ci maddəsi və “İcbarı sığortalar haqqında” Qanunun 17-ci maddəsi sığorta ödənişinin verilməsindən imtinanın əsaslarını müəyyən edib, həmin əsasların sırasında səlahiyyətli dövlət orqanının arayışının olmaması nəzərdə tutulmayıb. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini “İcbari sığortalar haqqında” Qanunun 17.1, 17.1.4, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1, 923.2, 926.1, 93 5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2020-ci il tarixli qətnaməsinin qismən iddianın təmin olunmuş hissəsində ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı yanğın hadisəsi ilə bağlı şirkətə yalnız 03 dekabr 2018-ci il tarixində müraciət etmişdir. Həmin müraciətdən dərhal sonra, "xxxx" ASC tərəfindən 04 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinə sorğu edilərək 13 iyul 2018-ci il tarixdə Salyan r ayonu Aşağı Kürkənd kəndində yerləşən ofis binasında baş vermiş yanğın hadisəsi ilə bağlı "Yanğın barədə Akt"ın və digər sənədlərin surətlərinin təqdim olunması xahiş olunmuşdur. Lakin sorğuya cavab olaraq rəsmi məktubla bildirilmişdir ki, 13 iyul 2018-ci il tarixdə Salyan rayonu Aşağı Kürkənd kəndində yerləşən ofis binasında baş vermiş yanğın hadisəsi ilə bağlı FHN Əməliyyat-İstintaq İdarəsinə məlumat və material daxil olmamışdır. Bunun əsasında 14 yanvar 2019-cu il tarixində baş vermiş yanğın hadisəsi ilə bağlı hər hansı məlumat qeydiyyata alınmadığından İddiaçı sığorta ödənişinin verilməsindən imtina olunmasına dair rəsmi Bildiriş göndərilmişdir. Bundan sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında sığortalı tərəfindən təqdim olunmuş fotoşəkillər əsasında qeyd oluna n əmlaka dəymiş ziyan 230 manat məbləğində müəyyən olunmuşdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili X kassasiya şikayətinə etiraz edərək təmin edilməməsi apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hü quq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Maddə 923.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. “İcbari sığortalar haqqında” Qanunun Maddə 35.1. Daş ınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 17.1. İcbari sığorta ödənişi aşağıdakı sənədlər əsasında həyata keçirilir: Maddə 17.1.4. bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmama sına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əla və olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, cavabdeh iddiaçının yanğın hadisəsi barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna məlumat verməməsinə və sığorta hadisəsi ilə əlaqədar həmin qurumda hər hansı məlumatın qeydə alınmadığına istinad etməklə, 14.01.2019-cu il tarixli sığorta ödənişinin verilməsindən imtina haqqında bildirişlə sığorta ödənişinin verilməsindən imtina etmişdir. Lakin sonradan cavabdeh 14.03.2019-cu il tarixli məktubla onlar tərəfindən ofis binasının fotoşəkillərinə baxış keçirilərək, dəymiş ziyanın 230 manat müəyyən edilməsi barədə iddiaçıya bildirilmiş, həmçinin 04.04.2019-cu il tarixli məktubla iddiaçının həmin məbləğdə sığorta ödənişini almaqdan imtina edərək, müstəqil ekspertizanın təyin edilməsi ilə bağlı müraciətinə baxılması ü çün cavabdehin Şirvan nümayəndəliyi ilə əlaqə saxlanılması xahiş olunmuşdur. Göründüyü kimi, cavabdehin hal-hazırda yanğın hadisəsi barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna məlumat verilməməsi və sığorta hadisəsi ilə əlaqədar həmin qurumda hər hansı məlumatın qeydə alınmamasına istinad etməsi əsassızdır. Çünki cavabdeh bu imtinadan sonra 230 manat sığorta ödənişinin verilməsini iddiaçıya təklif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 923.2-ci maddəsinə əsasən hadisə barədə məlumat vermək vəzifəsi cavabdehə də aid olduğundan imtina üçün əsas göstərilən və qətnamədən verilən apellyasiya və kassasiya şikayətinin əsas dəlili olan bu məsələ ilə bağlı apellyasiya məhkəməsinin əsaslandırılması düzgün olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, əslində tərəflər arasında mübahisə əmlaka dəymiş ziyanın məbləği barədə olmuş və məhkəmə tərəfindən təyin edilmiş ekspertiza həmin məbləği 3300 manat məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlili əsassız hesab edir. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7069/2020 nömrəli iş üzrə 25 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.