Məhkəmə qərarları › İş №2(102)-1425/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1425/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1425/2022 14.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak X12 yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax Ərazi İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10060/2021 nömrəli iş üzrə 05 noyabr 2021-ci i l tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 21 may 2007-ci il tarixdə Cavabdeh ASC ilə "xxxx" MMC-nin direktoru Əliyev Etibar Balakişi oğlu arasında 5 il müddətinə illik istifadə dərəcəsi 7 faiz olmaqla 150000 manat məbləğində kreditin verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə borclunun öhdəliklərinin təminatı kimi müxtəlif daşınmaz əmlaklar, o cümlədən İddiaçı məxsus Mingəçevir şəhəri, Nizami küçəsi, 5 saylı evin 42 saylı mənzili ipoteka ilə yüklü edilmiş və bununla əlaqədar bankla mülkiyyətçi arasında 04 iyul 2007-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, bankın ipoteka hüququ dövlət qeydiyyatın a alınmışdır. 2016-cı ildə Cavabdeh ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Etibar Əliyevin kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka 73977,15 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin borcun MMC-dən tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X10 mənzilini ipoteka qoymuş X11 əri olmaqla həmin mənzilin onların ümumi birgə mülkiyyəti olmasını, mənzilin ipoteka qoyulmasına razılıq verməməsini, 03 iyul 2007-ci il tarixli razılıq ərizəsinin onun tərəfindən imzalanmamasını əsas göstərməklə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmasının ləğ v edilməsi barədə tələb irəli sürmüşdür. Mingəçevir Şəhər Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi ilə hər iki iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 20 aprel 2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2017-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 20 aprel 2017-ci il tarixli qətnaməsi ilk iddia hissəsində ləğv edilərək iş həmin hissədə yenidən apellyasiya baxışına göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 fevral 2018-ci il tarixli qətnaməsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi ilk iddia tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh ASC, Maraqlı şəxs1MMC, ƏMDK yanında DƏDRX-in Yevlax Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız sayılması, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC ilə onun arasında bağlanmış 04.07.2007-ci il tarixli, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 45,64 kvadrat metr olan mənzilinə aid ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh ASC-nin xeyrinə yüklü edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MH ******* №-li Çıxarışın ləğv edilməsi ba rədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qohumu (qaynı) Əliyev Etibar Balakişi oğlu sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Əliyev Etibar Balakişi oğlu 20.07.2009-cu il tarixdə vəfat etmişdir. X3 ona bildirmişdir ki, Etibar Əliyev Cavabdeh ASC-dən kredit götürür mülkiyyətində olan daşınmaz əmlakları yetərli deyil, bu səbəbdən o, da mülkiyyətində olan Mingəçevir şəhəri Nizami küçəsi 5 saylı evin 42 saylı mənzilini onun kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoysun, heç bir problem olmaz, krediti vaxtı-vaxtında ödəyəcəkdir, bundan başqa onsuz da o, öz əmlaklarını ipotekaya qoymuşdur. Öz əmlaklarını satsa, kredit borcunu artıqlaması ilə ödəyəcəkdir. İddiaçı da razılaşmış, fikirləşmişdir ki, həqiqətən Əliyev Etibar Balakişi oğluna istədiy i qaydada kredit verilsə, yaxşı sahibkardır, vaxtı-vaxtında da krediti ödəyəcəkdir. Həqiqətən də o, 04.07.2007-ci il tarixli ipoteka müqaviləsi imzalayaraq mülkiyyətində olan mənzili kredit müqaviləsinin təminatı kimi Cavabdeh ASC-niıı qarşısında yüklü edilməsinə razılıq vermişdir. X20 Balakişi oğlunun həqiqətən də kredit götürməsini və yaxud da hansı məbləğdə kredit verilməsindən məlumatı olmamışdır. Mənzilinin veriləcək pulun təminatı olaraq 21 may 2012-ci il tarixdək Cavabdeh ASC ilə öhdəlik qarşısında yüklü olacağını bilmişdir. Müqavilələr bağlandıqdan iki il sonra Əliyev Etibar Balakişi oğlu avtomobil qəzasında vəfat etmiş, eşitdiyinə görə onun sahibkarlıq fəaliyyəti dayanmışdır. Fəaliyyətini arvadı X14 "xxxx" MMC-nin direktoru kimi davam etdirmişdir. Əliyev Etibar Balakişi oğlunun kr edit borcunun olub-olmaması və yaxud da kreditin tam ödənilib-ödənilməməsindən məlumatı olmayıb. 2013-cü ilin oktyabr ayının əvvəllərinə ona Mingəçevir Şəhər Məhkəməsindən bildiriş və iddia ərizəsi gəlmişdir. Bundan sonra uzun-uzadı məhkəmə çəkişmələri başlamışdır. İddiaçı Cavabdeh ASC cavabdehlər "xxxx" MMC-yə, İddiaçı, X5 qarşı «kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetlərinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmaları, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etdi. Əri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X10 isə cavabde hlər Cavabdeh ASC-yə, "xxxx" MMC-yə və ona İddiaçı qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının və DƏDRX-də yüklülüyünün ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qanuni qüvvəsini almış Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-15/2016 saylı 09 dekabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASCnin Mingəçevir filialı ilə "xxxx" MMC-nin direktoru Əliyev Etibar Balakişi oğlu arasında 21.05.2007-ci il tarixdə 90 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Əliyev Etibar Balakişi oğluna Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə un və un məmulatlarının istehsalı və yeni tipli un dəyirmanının tikintisi məqsədi ilə 60 ay müddətinə, illik 7 % olmaqla 150000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 30.05.2007-ci il tarixdə və 04.07.2007-ci il tarixində ipoteka müqavilələri bağlanaraq, X5 tam mülkiyyət hüququ üzrə məxsus Mingəçevir şəhəri Yaşar Muradov küçəsində yerləşən 27 saylı yaşayış binası, Əliyev Etibar Balakişi oğluna tam mülkiyyət hüququ üzrə məxsus ünvan 2 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və İddiaçı qızma tam mülkiyyət hüququ üzrə məxsus Mingəçevir şəhəri Nizami küçəsi bina 5 mənzil 42 ipoteka ilə yüklənmişdir. Bunlardan əlavə verilmiş kreditin təminatı kimi 30 may 2007-ci il tarixdə girov müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən PXS çörəkbişirmək üçün 10 tonluq soba girov qoyulmuşdur. Sonradan 20.07.2009-cu il tarixdə Əliyev Etibar Balakişi oğlu rəhmətə getm iş və əmrlə MMC-nin işlərini rəhbər kimi X14 aparmşdır. X21 Balakişi oğlu və sonradan "xxxx" MMC-nin icraçı direktoru olan X14 21.05.2007-ci il tarixli kredit müqaviləsinin müddəalarını pozaraq, kredit borcunu və ona hesablanmış faizləri ödəməmişdir. İddiaçı tərəfindən bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi də cavabdeh borcunu ödəməmişdir. Cavabdeh "xxxx" MMC-nin icraçı direktorunun 29.10.2011-ci il tarixli 03 saylı ərizəsinə əsasən kreditə hesablanmış faizlər dayandırılmışdır. Buna baxmayaraq, "xxxx" MMC borcunu bağlamamışdır. Belə ki, 18.09.2013-cü il tarixli maliyyə arayışına əsasən "xxxx" MMC-nin Cavabdeh ASC-nin Mingəçevir filialına əsas və gecikmə borcu 73.977 manat 15 qəpik təşkil edir. Bundan başqa ipoteka predmetinə tutmanın yönəldilməsi barədə DƏDRXyə ərizə ilə müraciət olunmuşdur. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.Cavabdeh "xxxx" MMC-nin direktoru X14 məhkəmə iclasında Cavabdeh ASCnin iddiasını və müstəqil tələb irəli sürən 3-cü şəxs Əliyev-Rəhman Balakişi oğlunun iddiasını qəbul etməyərək, məhkəmədən iddiaların rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, həmin 150000 manat kreditin onun da baş mühasib olduğu müəssisəyə köçürülməsindən onun xəbəri olmamışdır. Əri vəfat etdikdən sonra müəssisənin direktoru kimi bank işçiləri ona hədə qorxu gəldiklərindən pul ödəməyə başlamışdır. Ancaq başa düşməmişdir ki, həmin pul əslində müəssisəyə köçürülməmişdir. Təkrar ekspertiza zamanı iddiaçı məxaric orderini təqdim etmədiyindən təkrar ekspertiza keçirilə bilməmişdir. Hazırki vaxtadək də bank məxaric orderini təqdim edə bilmir. Çünki əslində həmin kredit müəssisəyə verilməmişdir. O, da məhkəmə iclasında Cavabdeh ASC-nin iddiasının təmin edilməməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsi iddia tələblərini tam sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verdi və 2(051)-15/2016 saylı 09 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər "xxxx" MMC-yə, İddiaçı, X5 qarşı kredit borcu və ona hesablanmış faiz borcunun ödənilməsi, tələbin girov predmetlərinə yönəldilməsi, girov əmlakların açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, mənzildən çıxarılmaları, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X4 cavabdehlər Cavabdeh ASC-və, "xxxx" MMC - yə və İddiaçı qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipotekanın dövlət qeydiyyatının və DƏDRX-də yükliilüyünün ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh ASC-nin ödədiyi dövlət rüsumunun iddiaçı Cavabdeh ASC-yə aid edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X4 ödədiyi dövlət rüsumu 3-cü şəxs X6 aid edilməsi, ekspertiza tədqiqatının dəyəri 80 manat 3-cü şəxs X2 alınaraq təqdim edilmiş hesab üzrə Dövlət büdcəsinə ödənilməsi, 656 manat məbləğində qiymətləndirmə xərcinin X7 və İddiaçı müştərək qaydada tutularaq təqdim olunmuş hesab üzrə Azə rbaycan Respublikası ƏMDK-nm yanında DƏDRX-yə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh "xxxx" MMC-nin direktoru X7 tutularaq təqdim edilmiş hesab üzrə Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh ASC apellyasiya və kassasiya şikayətləri verdi. Sonda Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-15/2016 saylı 09 dekabr 2016-cı il tarixli qətnaməsi qüvvəsində saxlanılmışdır. Bütün bu proseslərdən Cavabdeh ASC-nin "xxxx" MMC-yə kredit borcu verməsi sübut olunmamaışdır. Belə məlum olur ki, onun mülkiyyətində olan Mingəçevir şəhəri Nizami küçəsi 5 saylı evin 42 saylı mənzili verilməyən kreditin təminatı kimi ipotekaya qoyulmuşdur. Qətnamənin qanuni qüvvəsini almağından dörd il müddət keçməsinə baxmayaraq Cavabdeh ASC onun mənzilini özünə qaytarmaq istə mir. Mülkiyyət hüquqlarını pozur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 2(005)3102/2020 saylı, 02.11.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əsas öhdəliyin icra edilməsi barədə iddia məhkəmə tərəfindən rədd edildiyindən, onun icrasının təmin edilməsi üsulu olaraq ipoteka əsas məqsədini itirmişdir və daşınmaz əmlak yüklülükdən azad edilməlidir. Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti verərək 21 may 2007-ci il tarixli kredit müqaviləsində göstərilən məbləğin borcluya ödənilməməsi barədə nəticənin əsassız olmasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelly asiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov və Vahid Sadıqov) 2(103)-2940/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi ipoteka müqaviləsinin etibarsız sayılmasını qanuni sayarkən əsas öhdəlik üzrə iddianın rədd edilməsini və belə olduqda ipotekanın öz əsas məqsədini itirməsini əsas göstərmiş və bu zaman qanuni əsas kimi “İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə istinad etmişdir. Cavabdeh ASC kassasiya şikayəti verərək ipoteka müqaviləsinin qanunun tələblər inə uyğun bağlanmaqla onun etibarsız sayılması üçün əsasların olmamasını, müqavilənin etibarsız sayılması üçün Mülki Məcəllədə müəyyən olunmuş 1 il müddətin ötürülməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının (hakimlər: İlqar Xələfov (sədrlik edən və məruzəçi), Gündüz Quliyev və Zaur Əliyev) 2(102)-4083/2021 saylı, 07.07.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, borcun tutulması barədə bankın tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd olunduğundan, ipoteka predmetinin yüklü vəziyyətdə qalması iddiaçının mülkiyyət hüququnu pozur və bu pozuntu müqavilənin etibarsız sayılması ilə deyil, əmlakın yüklülükdən azad edilməsinə imkan verən qanunun tələblərinə əsasən aradan qaldırılmalıdır. Məhkəmə kollegiyasının qanuni əsas kimi istinad etdiyi “İpoteka haqqında” Qanunun 10.1-ci maddəsinə görə ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. İş materiallarından görün ür ki, 21 may 2007-ci il tarixli kredit müqaviləsinin etibarsız sayılması məhkəmə qaydasında mübahisələndirilməmiş və müqavilə etibarsız hesab edilməmişdir. Belə olduqda “İpoteka haqqında” Qanunun qüvvəsi tətbiq edilməklə ipoteka müqaviləsi etibarsız sayıla bilərdi. Çünki həmin qanun yalnız kredit müqaviləsinin etibarsız sayıldığı halda ipoteka müqaviləsinin etibarsız hesab edilməsi imkanını nəzərdə tutmuşdur. İpoteka müqaviləsi etibarsız sayılarkən onun etibarsızlığı üçün əsas verən başqa dəlillərə və maddi hüquq normasına istinad olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrində əqdin etibarsız sayılmasının əsasları müəyyən olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbində ipoteka müqaviləsinin etibarsız sayılmasına imkan verən qanunda nəzərdə t utulan əsaslardan hər hansı birinin mövcud olması iddia olunmamışdır. İşdən göründüyü kimi, ipoteka müqaviləsi bilavasitə tərəflərin iştirakı ilə bağlanmış, müqavilənin bağlanmasına onun həyat yoldaşı Rəhman Əliyev tərəfindən razılıq verilmiş və müqavilə notariatda təsdiq olunmaqla dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, işdən görünür ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb hazırkı iş üzrə iddiaçının əri Rəhman Əliyev tərəfindən irəli sürülmüş və Mingəçevir Şəhər Məhkəməsinin 09 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. Nə həmin iddia tələbində, nə də hazırkı iddia tələbində ipoteka müqaviləsinin bağlanması zamanı onun etibarsızlığına səbəb ola biləcək hər hansı əsasın olması iddia olunmamış və müəyyən olunmamışdır. Məhkəmə kollegiyası qey d etmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsində borcun verilməsinin sübuta yetirilməməsi barədə göstərilənlər ipoteka müqaviləsinin etibarsız sayılması üçün əsas verməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Lakin məhkəmə iddianı təmin edərkən qanunun həmin normasının tələbini nəzərə almamış və həmin məsələyə müvafiq hüquqi qiymət verməmişdir. Bununla belə, məhkəmə hesab etmişdir ki, borcun tutulması barədə bankın tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd olunduğundan, ipoteka predmetinin yüklü vəziyyətdə qalması iddiaçının mülkiyyət hüququnu pozur və bu pozun tu müqavilənin etibarsız sayılması ilə deyil, əmlakın yüklülükdən azad edilməsinə imkan verən və qanunun tələblərinə uyğun əsaslandırılmış tələblə aradan qaldırıla bilər. İşə baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almadan, onlara qanunun tələbinə uyğun qiymət vermədən nəticəyə gəlməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Anar Tanrıverdiyev sədrlik edən və məruzəçi, İkram Şirinov və Tofiq Səmədov) 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ASC-nin xeyrinə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 45,64 kvadrat metr olan mənzilin ipoteka yüklülüyündən azad edilməsi qət olunmuşdur. Məhkəmə Ali Məhkəmənin qərarında göstərilmiş hüquqi mövqeyi nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində əmlakın ipoteka yüklülüyü ilə bağlı çıxarışın ləğv edilməsi ilə bağlı tələb qoysa da, lakin iddianın məzmunundan aydın olur ki, iddiaçı əmlakının yüklülükdən azad olunmasını istəyir. Daşınmaz əmlakın ipoteka müqaviləsi əsasında qoyulmuş yüklülükdən azad edilməsi mahiyyət etibarı ilə iddiaçının iddia tələbinin məzmununa uyğundur və iddia tələbindən kənara çıxma hesab edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, hazırda əsas öhdəlik mövcud olmadığından, iddiaçının əmlakı üzərində yüklülüyün olması mülki qanunvericiliyn mahiyyətinə uyğ un deyildir və həmin əmlak yüklülükdən azad edilməlidir. Cavabdeh ASC (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İpoteka müqaviləsi tərəflər arasında qanunda nəzərdə tutulmuş qaydada bağlanmış və müqavilənin etibarsız hesab edilməsinə dair Mülki Məcəllədə nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. İddiaçının mülkiyyətində olan mənzilin ipotekaya qoyulması ilə təminatlandırlımış kredit müqaviləsi üzrə 73977,15 manat m əbləğində borcun tutulması və ipotekaya yönəldilməsi barədə bankın iddiasının rədd olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olsa da, həmin qətnamə iddiaçı bank tərəfindən sübutlar təqdim olunmadığına çıxarılmışdır. Lakin sonradan bank kredit alan tərəfindən 119387 manat və 29852 manat ödənişlər edilməsi barədə kassa mədaxil orderləri, kredit alan MMC-nin 150000 manat kredit alması barədə arayışı X8 əldə etmişdir. Bankın iddiası rədd olunsa da, MMC-yə kredit kimi verilən pulu X8 alındığına görə Fondun kredit tələbi və ipotekaya yönəltmə barədə iddia qaldırmaq imkanı qalmışdır. Belə vəziyyətdə mənzilin yüklülükdən azad edilməsi qanuni və əsaslı sayıla bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. bank qətnaməni tam Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə

29. Hər k əsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tə nzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka müqaviləsinin etibarsızlığını deyil, əmlakın ipotekadan azad edilməsi məsələsini həll etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırda mübahisə predmeti olan ipoteka predmetinin yüklü olduğu əsas öhdəliyin mövcud olmaması sübut və təsdiq edildiyindən məhkəmə haqlı olaraq ipotekanın yüklülüyün ipoteka qoyanın (mülkiyyətçinin) mülkiyyət hüquq larının pozulması qənaətinə gəlmişdir. MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Nəzərə almaq lazımdır ki, ipoteka (girov) kreditorun tələbinin borclu tərəfindən yerinə yetirilməsini təminat altına almaq məqsədi ilə əşya üzərində kreditora tanınan bir əşya haqqıdır. Borclu tərəfindən öhdəliyin (kreditorun tələbinin) pozulduğu təqdirdə, kreditor ipoteka (girov) qoyulan həmin əşyanı satdırmaqla əldə olunan vəsait hesabına pozulmuş əmlak mənafeyini bərpa etmək imkanına malik olur. Yəni ipoteka (girov) bir tələbin yerinə yetirilməsini təmin edən məhdud əşya hüququ olduğundan müstəqil deyil, “əlavə” (Mülki Məcəllənin 269.5, 376 və s. maddələri) bir haqdır. İpoteka (girov) tələbinin əmələ gəlmə səbəbi, məqsədi və təyinatı şəxsi tələb hüququnun yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı olduğundan, ipoteka (girov) tələbinin yaranması üçün ilk öncə şəxsi tələb hüququ olmalıdır. Cavabdeh ASC-nin "xxxx" MMC-yə və qeyrilərinə qarşı kredit borcunun tutulması və ipotekaya yönəldilməsi barədə iddiası rədd olunsa da, MMC-yə verilmiş kredit X1 görə Fondun kredit tələbi və ipotekaya yönəltmə barədə iddia qaldırmaq imkanın olması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh ASC tərəfindən verilmiş kreditə görə "xxxx" MMC-yə, həmçinin həmin kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka dair, o cümlədən hazırkı iş üzrə İddiaçı qarşı X13 tərəfindən iddia qaldırması istisna olunur, ona görə ki, nə İddiaçı, nə də digərlərinin X15 ilə hər hansı müqaviləsi yoxdur, İddiaçı mülkiyyətində olan mənzil Cavabdeh ASC-nin X8 aldığı kreditə görə ipoteka ilə yüklü edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10060/2021 nömrəli iş üzrə 05 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar