Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1434/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və mənzilin yüklülükdən azad edilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin xitamı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9248/2021 nömrəli iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 mar t 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. Ləğv prosesində olan Cavabdeh1 ASC ilə borclu "xxxx" MMC arasında bağlanmış 15.07.2008-ci il tarixli, 1/183 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 7 faiz dərəcəsi ilə 190.000 manat məbləğində güzəştli kredit verilmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC ilə "ipoteka qoyan” İddiaçı adından etibarnamə əsasında hərəkət edən X3 ilə 15.08.2008-ci il tarixli, 1/183 B nömrəli ipoteka müqaviləsi bağlanmışdır. 15.07.2008-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində istifadədə olan 0.19278 ha torpaq sahəsində yerləşən 68 nöm rəli, 9 mərtəbəli binada 73.33 kv.m ümumi, 42.63 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 49 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, müddətin keçməsi nəticəsində 15 avqust 2008-ci il tarixdə bağlanmış 1/183 B nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində istifadədə olan 0.19278 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 9 mərtəbəli binada 73.33 kv.m ümumi, 42.63 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 49 nömrəli mənzili yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan Cavabdeh1 ASC ilə borclu "xxxx" MMC arasında bağlanmış 15.07.2008-ci il tarixli, 1/183 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 7 faiz dərəcəsi ilə 190.000 manat məbləğində güzəştli kredit verilmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC ilə "ipoteka qoyan” İddiaçı adından etibarnamə əsasında hərəkət edən X3 ilə 15.08.2008-ci il tarixli, 1/183 B nömrəli ipoteka müqaviləsi bağlanmışdır. 15.07.2008-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində istifadədə olan 0.19278 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 9 mərtəbəli binada 73.33 kv.m ümumi, 42.63 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 49 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Borclu "xxxx" MMC tərəfindən Ləğv prosesində olan Cavabdeh1 ASC-yə sonuncu dəfə kredit ödənişi 12 dekabr 2011-ci il tarixdə "xxxx" MMC-nin rəhbəri X2 tərəfindən 1500 manat məbləğində vəsait ödənilmişdir. İddiaçı şəhid anasıdır. X1 03 oktyabr 2020-ci il tarixdə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bir evi var o, da bankda ipoteka ilə yüklü edilmişdir. Borclu "xxxx" MMC tərəfindən 15 iyul 2008-ci il tarixdə 60 ay müddətinə kredit müqaviləsi bağlanmasına, müqavilənin son müddəti 15 iyul 2013-cü il tarixi olmasına və borclu tərəfindən 12 dekabr 2011-ci il tarixdə sonuncu ödəniş edilməsinə baxmayaraq ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən öhdəliyin icrası ilə əlaqədar heç bir tədbir görülməmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2563/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi (hakim N.T.Tağıyeva) ilə iddia tələbinin təmi n edilməsi, müddətin keçməsi nəticəsində 15 avqust 2008-ci il tarixdə bağlanmış 1/183 B nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində istifadədə olan 0.19278 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 9 mərtəbəli binada 73.33 kv.m ümumi, 42.63 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 49 nömrəli mənzilin yüklülükdən azad edilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı müddətin keçməsi nəticəsində 15 avqust 2008-ci il tarixdə bağlanmış 1/183 B nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və tam mülkiyyət hüququ ilə ona məxsus mənzili yüklülükdən azad edilməsini tələb etməkdə haqlı olmuşdur.
6. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsasları kimi, Azərbaycan R espublikası Mülki Məcəlləsinin 385, 373.2, 552.2.1, 460.1, 527, 527.1, 152-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4cü maddələrinə istinad etmişdir.
7. Cavabdeh1 ASC həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2021-ci il tarixli 2(103)-9248/2021 saylı qətnaməsi (hakimlər F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) ilə Cavabdeh1 ASC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2563/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi qət edilmişdir.
9. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə nəticəyə gələrkən səhvə yol vermişdir. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, LPO Cavabdeh1 ASC ilə borclu "xxxx" MMC arasında bağlanmış 15.07.2008-ci il tarixli kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 7 faiz dərəcəsi ilə 190.000 manat məbləğində güzəştli kredit verilmişdir. LPO Cavabdeh1 ASC-yə sonuncu dəfə kredit ödənişi 12 dekabr 2011-ci il tarixdə "xxxx" MMC-nin rəhbəri X2 tərəfindən 1500 manat məbləğində vəsait ödənilmişdir. Borclu "xxxx" MMC tərəfindən 15 iyul 2008-ci il tarixdə 60 ay müddətinə kredit müqaviləsi bağlanmış, müqavilənin son müddəti 15 iyul 2013-cü il tarixi olmuşdur.
10. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılı qlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
11. Apellyasiya kollegiyası qeyd etmişdir ki, qeyd olunan maddə ümumi norma olmaqla öhdəliyə xitam verilməsinin yalnız ümumi əsaslarını müəyyən edir. Birinci instansiya məhkəməsi isə bu maddəyə istinad edərək və iddia müddətinin keçməsi qənaətinə gələrkən səhvə yol vermişdir.
12. Belə ki, Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
13. Həmin Məcəllənin 552.1-ci maddəsinə görə isə, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır.
14. Apellyasiya kollegiyası hesab etmişdir ki, hazırki iddia təl əbi ipoteka müqaviləsi üzrə öhdəliyə xitam verilməsi və əmlakın yüklülükdən azad edilməsi ilə bağlı olduğundan bu tələbə yalnız qeyd olunan müddət (10 illik müddət) tətbiq oluna bilər.
15. İş materiallarından göründüyü kimi ipoteka müqaviləsi bağlanarkən təminatı kimi çıxış etdiyi 15 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin sonu – 15 iyul 2013-cü il tarixidir. Və mübahisə üzrə qanunvericiliklə müəyyən olunmuş 10 illik müddət keçmədiyi halda iddia tələbinin təmin olunması və öhdəliyə bu əsasla xitam verilməsi əsassızdır.
16. Apellyasiya kollegiyası iş üzrə gəldiyi nəticənin qanuni əsasları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1, 551.1, 552.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
17. İddiaçı (kassasiya şikayətini tərtib edən Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9248/2021 saylı iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi iddia müddətini düzgün tətbiq etməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 may 2021-ci tarixli, 2(006)-2563/2021 saylı qətnaməsini əsassız olaraq ləğv etmişdir. Belə ki ipotekaqoyan olaraq "xxxx" MMC-yə verilmiş kreditlə bağlı iddia müddətinin ötürülməsinə dair iddia rəd d olunmuşdur. X7 kredit və ipoteka müqaviləsi ilə bağlı olan mübahisəyə məhkəmə praktikasında tətbiq olunmayan 10 illik iddia müddətini tətbiq etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində çox aydın və konkret şəkildə qeyd olunmuşdur ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Mübahisə predmeti olan kredit müqaviləsi 2008-ci ilin iyul ayında 5 illik müddətə bağlanmışdır, yəni iddia müddətinin axımı 2013-cü ilin iyul ayından 2016-cı ilin iyul ayına hesablanmalıdır. Bundan əlavə, həmin məcəllənin 373-cü maddəsinin bir başqa abzasında qeyd olunmuşdur ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. 2008-ci ildə 60 ay müddətinə bağlanmış kredit müqaviləsi özü elə sırf vaxtaşırı icra edilməli öhdəlikdir. Digər tə rəfdən, ipotekaqoyan olaraq kreditə qarşı iddia müddətinin ötürülməsini əsas gətirərək daşınmaz əmlak olan ipoteka pretmetinin etibarsızlığı mübahisələndirildiyi üçün burada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsindəki daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti olan 6 illik iddia müddəti də tətbiq oluna bilər. Belə olan halda 2013-cü ildə müddəti başa çatmış kredit və ipoteka müqavilələrindən 6 ildən çox vaxt keçdiyi üçün iddia müddəti ötürülmüş hesab olunur.
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclası yazılı icraat qaydasında keçirildiyindən MPM-nin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üç ün çağırılmadan baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 527.1 Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
22. Maddə 551.1 Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
23. Maddə 552.1 Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlar ının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiy mət vermir.
28. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
30. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamas ına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
32. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilm əsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegi yası hesab etmişdir ki, hazırki iddia tələbi ipoteka müqaviləsi üzrə öhdəliyə xitam verilməsi və əmlakın yüklülükdən azad edilməsi ilə bağlı olduğundan bu tələbə yalnız qeyd olunan müddət (10 illik müddət) tətbiq oluna bilər. İş materiallarından göründüyü kimi ipoteka müqaviləsi bağlanarkən təminatı kimi çıxış etdiyi 15 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin sonu – 15 iyul 2013-cü il tarixidir, və mübahisə üzrə qanunvericiliklə müəyyən olunmuş 10 illik müddət keçmədiyi halda iddia tələbinin təmin olunması və öhdəliyə bu əsasla xitam verilməsi əsassızdır.
37. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münas ibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uyğun hesab edir.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. Belə ki, kassator özünün xeyrinə istinad etdiyi qanunvericilik normaları hazırki mübahisənin həllində mövcud məhkəmə təcrübəsinə uyğun olaraq tətbiq oluna bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb, sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblər inə riayət edilmişdir.
39. Bundan başqa, məhkəmə kollegiyası hazırkı işin hallarına münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 11 fevral 2022-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə istinad etməyi zəruri hesab edir.
40. Həmin qərarda qeyd olunur ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi s əbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarə tdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Beləliklə, iddia müddəti hüquqi tə yinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Girov və ipoteka institutunun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditorlara nisbətən üstünlük hüququna malik olur. Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq m üddətsiz xarakter daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 2013-cü il 3 iyun tarixli Qərarında da vurğulanmışdır ki, əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi nin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. Məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu bir sıra ölkələrin təcrübəsini araşdırmış və müəyyən etmişdir ki, bəzi ölkələrin qanunvericiliyində ipoteka üzrə tələbə iddia müddətinin şamil edilmədiyini nəzərdə tutan xüsusi norma nəzərdə tutulmuşdur (Türkiyə Respublikası, İsveçrə Konfederasiyası və s.).
41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9248/2021 nömrəli iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.