Məhkəmə qərarları › İş №2(102)-1436/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1436/2024

08.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1436/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Kateqoriya:ailə-nikah münasibətlərindən irəli gələn mübahisələr; nikahın pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdeh X4 oğluna və q. qarşı “nikahın pozulması və s.” tələbinə dair iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)7262/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdehtərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Mə hkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra mətndə iddiaçı) ilə Cavabdeh (bundan sonra mətndə cavabdeh) arasında xx.xx.1994-cü il tarixində Sumqayıt şəhər Qeydiyyat şöbəsində nikah bağlanmış və 324 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Həmin nikahdan tərəflərin iki qız övladı dünyaya gəlmişdir: xx.xx.1994-cü il təvəllüdlü X6 və xx.xx.1997-ci il təvəllüdlü X5. Övladların hər ikisi yetkinlik yaşına çatmışdır. 3 saylı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 05/Q-10/15 saylı məktubdan görünür ki, Cavabdeh onunla birgə nikahın pozulması üçün qeydiyyat şöbəsinə müraciət etməməsi səbəbindən qeydiyyat orqanında ərizənin təmin edilməsi mümkün olmamışdır. Bu sə bəbdən də, iddiaçı nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh, X2, X4 qarşı "nikahın pozulması, birgə əmlaklarda payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.1994-cü il tarixində Sumqayıt şəhər Qeydiyyat şöbəsində nikah bağlanmış və 324 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Həmin nikahdan onların iki qız övladı dünyaya gəlmişdir: xx.xx.1994-cü il təvəllüdlü X6 və xx.xx.1997-ci il təvəllüdlü X5. Övladların hər ikisi yetkinlik yaşına çatmışdır. Son bir ildə onunla cavabdehin ailə münasibətləri kəskin şəkildə pisləşmiş, aralarında dəfələ rlə münaqişələr baş vermişdir. Bunun nəticəsi olaraq, o, boşanma barədə qərara gəlmişdir. Bu məqsəd ilə, 3 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin nikahın pozulmasından imtina edilmişdir. Birgə nikah dövründə 5 əmlak əldə edilmişdir. İddiaçı bir müddət xarici ölkədə yaşamış, göndərdiyi pul vəsaitləri hesabına öz adına daşınmaz əmlakların alınmasını arvadı Cavabdeh həvalə etmişdir. Bu məqsəd ilə, o, öz arvadı Cavabdeh 2019-cu ildə və xx.xx.2021-ci ildə etibarnamələr (iki ayrı etibarnamə) vermişdir. O, Cavabdeh mütəmadi olaraq xaricdən böyük məbləğdə pul vəsaitləri göndərirdi ki, Cavabdeh Azərbaycanda onun adına əmlaklar alsın. Lakin alınan bütün əmlaklar cavabdeh Gülbənizin adına rəsmiləşdirilmişdir. Birgə nikah dövründə Cavabdeh adına aşağıdakı 5 (beş) əmlak əldə edilmişdir. Cavabdeh ona verilən etibarnamələrdən bir daha da sui-istifadə etmiş və qanunsuz olaraq, birgə nikah dövründə əldə edilmiş 4 əmlakı özgəninkiləşdirmişdir. Cavabdeh onunla münasibətləri pisləşdikdən sonra, o, Gülbənizə verdiyi etibarnamələri ləğv etmək qərarına gəlmişdir. Bundan xəbər tutan Cavabdeh yuxarıda qeyd olunan əmlakları (mənzil, qeyri-yaşayış sahəsi və avtomobil), öz qızı X3 adına keçirmiş, digər əmlakı (Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsi) isə, alqı-satqı müqaviləsi ilə X1 adına formal olaraq rəsmiləşdirmişdir. Cavabdeh onunla boşanma zamanı əmlakların bölünməsinin qabağını almaq üçün, əmlakları qanunsuz olaraq, etibarnamədən sui-istifadə edərək özgəninkiləşdirmişdir ki, əmlaklardan ona pay çatmasın.

4. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2421/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh, X2, X4 qarşı “nikahın pozulması, birgə əmlaklarda payların müəyyən edilməsi" tələbinə dair e-2(006)-2421/2023 saylı mülki iş üzrə “əmlak bölgüsü” tələbinin ayrılaraq ayrıca icraatda baxılması, İddiaçı cavabdehlər Cavabdeh, X2, X4 qarşı “əmlak bölgüsü” tələbinə dair işə nömrə verilməsinin məhkəmənin kargüzarlıq xidmətinə həvalə edilməsi qərara alınmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2(006)2421/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1994- cü il tarixində Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində bağlanmış və 324 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflərin arasında barışıq əldə edilməsi məqsədilə məhkəmə iclası təxirə salınmış, lakin müddətin sonunda tərəflər arasında barışıq əldə olunmamışdır. İddiaçı nikahın pozulmasını təkid etdiyindən, nikah münasibətlərinə daxil olmaq könüllü olduğu kimi bu münasibətlərdə qalmaq da tərəflərin iradəsindən asılı olan hal olduğundan tərəflər arasında xx.xx.1994-cü il tarixində Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 324 nömrə ilə qeyd edilmiş nikah pozulmalıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1, 20.1 və 20.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat:

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 21 sentyabr 2023-cü il, 2(006)- 2421/2023 tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflərin ailə münasibətlərinin bərpası istiqamətində hər hansı tədbir görməmiş (barışmaq üçün təklif verməmiş və s.), birgə yaşamasının qeyri-mümkünlüyünü müəyyən edən hər hansı halı müəyyən etməmiş, nəticədə maddi hüquq normasının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

10. İddiaçının nümayəndəsi Vəkil3 apellyasiya şikayətini əsassız hesab edilərək təmin olunmamasını, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2421/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişirilmədən saxlanılmasını xahiş etmi şdir. Həmçinin bildirmişdir ki, idiaçının cavabdehlə barışmaq fikri yoxdur, iddiaçı hazırda Səduyyə Ərəbistanda yaşayır. Cavabdeh əgər boşanmaq istəmirdisə o zaman mediasiya prosesində, məhkəmə iclaslarında iştirak edərdi. Birinci instansiya məhkəməsi tərəfindən barışıq üçün 3 ay vaxt verilmişdi.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7262/2023 saylı, 12 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – C.C. Musayeva (sədrlik edən və məruzəçi), F. F. Babayev, G.T. Axundova) apellyasiya şikayəti təmin edilməmişdir və birinci instansiya məhkəməsinin 2(006)-2421/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nətic ə ilə razılaşaraq mövqeyini onunla əsaslandırmışdır ki, nikahın pozulması tələbinə dair işlərə baxarkən məhkəmə ailənin qorunub saxlanılması məsələsinə xüsusi diqqət yetirməli, tərəflərdən birinin nikahın pozulmasına razılığı olmadıqda məhkəmə boşanmanın səbəblərini öyrənməli, ailənin bərpası, tərəflərin barışması üçün qanunla yol verilən bütün imkanlardan istifadə etməlidir. Bu məqsədlə məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Tərəflər arasında barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Birinci instansiya məhkəməsi tərəflərə barışmaq üçün verdiyi 3 ay müddətindən sonra iddiaçının iddiasında israrlı olmasını nəzərə almaqla, tərəflərin arasında bağlanmış nikahın pozulmalı olduğu qənaətinə gəlmək lə haqlı olmuşdur. Belə ki, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması prinsiplərinə uyğun həyata keçirilir. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.2, 2.3, 19, 20, 21.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh (Vəkil2 Əziza oğlu) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7262/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması və işin yenidən baxılmaq üçün ap ellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatından məlum olur ki, onun İddiaçı ilə aralarındakı ailə münasibətləri daim normal olmuşdur. Və münasibətlərinin pozulmasına səbəb ola bilən hər hansı hal mövcud deyil. Beləliklə, birinci instansiya məhkəməsi tərəflərin ailə münasibətlərinin bərpası istiqamətində hər hansı tədbir görməmiş (barışmaq üçün təklif verməmiş və s.), iddiaçı ilə cavabdehin birgə yaşamasının qeyri-mümkünlüyünü müəyyən edən hər hansı halı müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də öz növbəsində göstərilən halları nəzərə almamış, işin faktiki hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyərək hüquq normasının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

16. Məhkəmə sübutlara (tərəflərin izahatlarına və s.) obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız özünün subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəticədə prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir

17. Apellyasiya instansiyasıməhkəməsi cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş və çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

18. Cavabdeh kassasiya şikayətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 81, 88-ci maddələrinə istinad et məklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi:

20. Maddə 2.2. Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.

21. Maddə 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.

22. Maddə 19.1. Bu məcəllənin 17.2-ci ma ddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

23. Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

24. Maddə 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün mə hkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

29. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sist eminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

30. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir.

31. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 418.1. Ma ddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, iş materialları ilə təsdiq edilir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin arasında barışıq əldə edilməsi məqsədilə 3 ay vaxt verilməklə məhkəmə iclası təxirə salınmış, lakin müddətin sonunda tərəflər arasında barışıq əldə olunmamışdır. İddiaçı nikahın pozulmasını təkid etdiyindən tərəflər arasındakı nikah pozulmuşdur.Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən də tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Apellyasiya instansiyası məhkəməsində məhkəmə iclasında da iddiaçının nümayəndəsi iddiaçının cavabdehlə barışmaq fikrinin olmadığını bildirmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflərə barışmaq üçün verdiyi 3 ay müddətind ən sonra iddiaçının iddiasında israrlı olmasını nəzərə almaqla, tərəflərin arasında bağlanmış nikahın pozulmalı olduğu qənaətinə gəlməklə haqlı olmuşdur. Belə ki, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması prinsiplərinə uyğun həyata keçirilir. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.

40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya ko llegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinin cavabdehin məhkəmə iclasında iştirakını təmin etmədiyi və çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etdiyi barədə dəlili ilə əlaqədar bildirir ki, həmin dəlil əsassızdır.Belə ki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlarla (iş v. 82 və 85) iş üzrə 12 dekabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclası barədə cavabdehin vəkili və nümayəndəsinin elektron kabinetinə müvafiq bildiriş yerləşdirilməklə və cavabdehə SMS xəbərdarlıq göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilmişdir.Apellyasiya instansiyası məhkəməsində iş üzrə 12 dekabr 2023-cü il tarixində keçirilmiş məhkəmə iclasının protokolundan görünür ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin olmadan baxılmasını qərara almışdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilə nlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli 2(103)-7262/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar