Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-144/2023 06.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdehnə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti ilə müraciət etmək hüququ, kassasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdehnə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi və s. tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4158/2022 nömrə li, 24 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 6 fevral 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “X2 LC 200” markalı avtomobil 24 sentyabr 2018-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətində olmuş və 24 sentyabr 2018-ci il tarixdə həmin avtomobilin İddiaçı tərəfindən “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə (yeni adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, bundan sonra – "xxxx" MMC və ya birinci cavabdeh) 178.000 manata satılmasına dair müqavilə bağlanmışdır. Həmin gün sonuncunun adına qeydiyyat şəhadətnaməsi verilmişdir.
2. Eyni tarixdə göstərilən avtomobil “X3” MMC tərəfindən Cavab dehnə (yeni adı “Arkoz X1” Məhdud Məsuliyyətli Cəmiyyəti - bundan sonra “Arkoz X1” MMC və ya ikinci cavabdeh) 178.000 manata satılması barədə alqı-satqı müqaviləsi bağlanmış və həmin gün sonuncunun adına avtomobilə mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və əlavə ərizı ilə məhkəməyə müraciət edərək, 24 sentyabr 2018-ci il tarixində onunla birinci cavabdeh və eyni tarixdə cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrin etibarsız hesab olunması, nəqliyyat vasitəsinin iddiaçının adına rəsmiləşdirilməsi və nəqliyyat vasitəsinin iddiaçıya qaytarılması, sözügedən nəqliyyat vasitəsinin köhnəlməsini nəzərə alaraq bugünkü mövcud dəyərin fərqini təşkil edən 102 000 manatın ziyanın, 3 il dövründə ailə üzvlərinin itirdiyi sağlamlıqlarının bərpa edilməsi üçün tələb olunan 300 000 manat vəsaitin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(005)-481/2021 nömrəli, 30 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia rədd edilmişdir.
3. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1, 337.3, 340.1, 340.2, 354.1, 375.2, 383, 477.0.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 53, 77.1, 78.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat icraat
4. İd diaçı və birinci cavabdeh apellyasiya şikayətləri verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-7170/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Nümayəndə3 (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) iddiaçı və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin olunmuş, mübahisəli avtomobilə dair İddiaçı ilə birinci cavabdeh arasında bağlanmış xx.xx.2018- ci il tarixli alqı-satqı müqaviləsi və həmin avtomobilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunmuş, müqavilələr əsasında aparılmı ş mülkiyyət hüququna dair qeydlər ləğv edilmiş, avtomobil üzərində iddiaçının mülkiyyət hüququna dair qeydin bərpa olunması və avtomobilin ikinci cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 21.3, 152.1, 337.1, 337.5, 340.1-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
7. İkinci cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsini qismən, iddia tələbinin təmin olunan hissədə ləğv edilməsini və iddia tələbinin tamamilə rədd olunması barədə yeni qərar qəbul edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
8. İddiaçı da kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qət naməsinin qismən - “zərərin əvəzinin ödənilməsi” hissəsində ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1096/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov (məruzəçi), Ə.Nurməmmədov və Z.Əliyev) iddiaçının kassasiya şikayəti təmin edilməmiş, ikinci cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin 13 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
10. Apellyasiya instansiya məhkəməsinin 2(103)-4158/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və V.Baxışova) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2021-ci il tarixli qətnamə qismən, yəni iddianın “avtomobilə dair satıcı olaraq iddiaçı ilə alıcı olaraq "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Alğı satqı müqaviləsinin” etibarsız hesab edilməsi barədə” hissəsinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, mübahisəli avtomobilə dair iddiaçı ilə birinci cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Alğı satqı müqaviləsi” etibarsız hesab edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyas ı məhkəməsi qeyd etmişdir ki, birinci cavabeh iddiaçının istinad etdiyi halları təsdiq və avtomobilə dair onunla iddiaçı arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə tələbi etiraf etmişdir. Ona görə də həmin müqavilə etibarsız hesab edilməlidir.
12. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, mübahisəli avtomobil xüsusi mülkiyyətdə olan daşınar əmlak kimi birinci cavabdehin adına qeydiyyata alınıb və ikinci cavabdeh vicdanla davranaraq avtomobili birinci cavabdehdən satın almışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Birinci cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 24 iyun 2022-ci il tarixli qətnaməsinin qismən (iddianın təmin olunmamış hissəində) ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə zidiyyətli nəticəyə gəlmiş, öz qənaətini əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İkinci cavabdeh kassasiya şikayətinə etiraz verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
16. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 17. 417.1. Kassasiya məhkəməsi işə baxarkən:...417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra di gər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Baxılan iş üzrə iddianın qismən təmin olunması barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti verməmiş, birinci cavabdeh isə şikayətində iddianın təmin olunmuş hissəsini mübahisələndirməmiş, qətnamənin həmin hissədə ləğv edilərək, iddianın tam təmin olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti 02 noyabr 2022-ci il tarixli qərardadla icraata qəbul olunsa da sonradan müəyyən edilmişdir ki, şikayət MPM-in tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur.
20. Belə ki, MPM-in 403.1-ci ma ddəsinə əsasən həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
21. Baxılan iş üzrə kassasiya şikayəti vermiş şəxs cavabdehdir və onun təmin olunmayan tələbi mövcud deyil. Belə olan halda MPM-in 403.1-ci maddəsinə əsasən birinci cavabdehin iddianın təmin olunmayan hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya icraatı qaydasında mübahisələndirmək hüququ da olmamışdır.
22. Ona görə də kassasiya şikayətinin icraata qəbulu barədə qərardad ləğv edilməli və mülki iş kassasiya baxışından çıxarılaraq, apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
23. MPM-in 417.1.7-ci maddəsinə əsasən, kassasiy a məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
24. Qeyd olunanları nəzərə alaraq və MPM-in 403.1 və 417.1.7-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4158/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli qərar dadı ləğv edilsin. 2(102)-144/2023 nömrəli mülki iş kassasiya baxışından çıxarılsın və Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.