Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1443/2025 05.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin bir hissəsinin etibarsız hesab edilməsi və çıxarışının ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “əqdin bir hissəsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(10 3)-5534/2024 nömrəli 2 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 05 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngədə olan 0,06 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X3 və ailə üzvləri X8, X10, Nümayəndə Aftandil oğlunun və İddiaçı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 205,3 kv metr yaşayış, 497,3 kv metr köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi xx.xx.2007-ci il tarixdə ümumi birgə mülkiyyət hüququ üzrə X4, Nümayəndə Aftan dil oğlunun, X10, İddiaçı Aftandil qızının və X8 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı, habelə Nümayəndə Aftandil oğlu öz əvəzinə, eyni zamanda, xx.xx.2007-ci il tarixli etibarnamə əsasında X11 və xx.xx.2007-ci il tarixli etibarnamə əsasında X3 əvəzinə hərəkət edərək, Cavabdeh2 ilə xx.xx.2007-ci il tarixdə bağladıqları bağışlama müqaviləsinə əsasən həmin fərdi yaşayış evində olan paylarını Cavabdeh2 bağışlamışlar. xx.xx.2006-cı il tarixdə X5 vəfat etmişdir. xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X8 vərəsəsi oğlu Nümayəndə Aftandil oğlu müəyyən edilmiş və miras əmlak olaraq mübahisəli fərdi yaşayış evinin 1/5 hissəsi üzərində onun payı tanınmışdır. Bundan sonra xx.xx.2008-ci il tarixdə həmin fərdi yaşayış evin in 4/5 hissəsi üzərində Cavabdeh2, 1/5 hissəsi üzərində isə Nümayəndə Aftandil oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının müraciətinə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda fərdi yaşayış evinin ona məxsus hissəsinin Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2007-ci il tarixli bağışlanma müqaviləsi əsasında digər şəxsin adına qeydiyyata alındığı bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2007-ci ilin 04 dekabrında 12 saylı Notariat Kontorunda (haz ırda Notariat Ofisi adlanır) Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngə, hüquq müəyyənedici sənəd üzrə 0,06 ha torpaq sahəsi üzərində yerləşən 10 nömrəli fərdi yaşayış evinin iddiaçıya məxsus 1/5-də hissəsinin iddiaçının adından bağışlanma müqaviləsi əsasında Cavabdeh2 bağışlanma hissəsində etibarsız, bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində Reyestr nömrəsi **********02-10301, qeydiyyat nömrəsi **********, xx.xx.2008 -ci il tarixli seriya MH N:0101556 saylı çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandırmış və əl avə olaraq qeyd etmişdir ki, o, 2023-cü ilin iyun ayında onun paylı mülkiyyətinin hüquqi vəziyyəti barədə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdikdə, ona 2007-ci ildən paylı mülkiyyətinin xəbəri olmadan başqa şəxsin adına keçirildiyi bildirilmişdir. Belə ki, onun sonradan çox çətinliklə əldə etdiyi xx.xx.2007-ci il tarixli müqavilənin surətindən ona məlum olmuşdur ki, guya o, Nümayəndə və xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 15 saylı dövlət Notariat Kontoru tərəfindən E85/34181 №-li reyestrdə qeydə alınmış etibarnamə əsasında X12, xx.xx.2007-ci il tarixdə 19 saylı Notariat Kontoru tərəfindən 7E-39-19620 №-li reyestrdə qeydə alınmış etibarnamə əsasında X7 əvəzinə hərəkət edən və Bakı şəhəri, C.Xəndan küçəsi, ev 3, 85 saylı mənz ilində yaşayan Cavabdeh2 ilə birlikdə xx.xx.2007-ci il tarixdə müqavilə bağlayaraq o, paylı mülkiyyət kimi ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngə, hüquq müəyyənedici sənəd üzrə 0,06 ha torpaq sahəsi üzərində yerləşən 10 nömrəli fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır. O, heç vaxt, o cümlədən 2007-ci ilin 4 dekabrında 1 saylı Notariat Kontrounda olmamış və heç bir bağışlama müqaviləsini imzalamamışdır. Lakin əldə etdiyi müqaviləyə baxdıqda müəyyən etmişdir ki, onun adından naməlum şəxs tərəfindən saxtalaşdırılma aparılmış və müqavilə imzalanmışdır. O, bu barədə hər iki cavabdehə bildirsə də, heç bir nəticəsi olmamışdır. xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2- c i yaşayış massivi, Badamdar şossesi, 2-ci döngə, hüquq müəyyənedici sənəd üzrə 0,06 ha torpaq sahəsi üzərində yerləşən 10 nömrəli fərdi yaşayış evinin 4/5 hissəsi Cavabdeh2, 1/5 hissəsi Nümayəndə adına qeydiyyata alınmışdır. Hər iki cavabdeh saxtakarlıq etmiş və onun iştirakı və razılığı olmadan onun imzasını saxtalaşdırmışdır. O, mənzilin bağışlama müqaviləsi qaydasında cavabdehin adına keçirilməsindən məlumatsız olmuşdur. Lakin hazırda o, mülkiyyəti barədə məlumat əldə etmək istədikdə məlum olmuşdur ki, cavabdeh saxtakarlıq etmiş və mənzilin ona məxsus hissəsini bağışlama qaydası ilə öz adına keçirmişdir.
4. Cavabdeh2 iddia müddətinin tədbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddət i 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. İddiaçının iddia tələbi daşınmaz əmlakla bağlı müqavilənin ləğvi ilə əlaqədardır və müqavilə 2007-ci ildə bağlandığından artıq həmin müqavilənin mübahisələndirilməsi üçün iddia müddəti keçmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddia müddəti tədbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
5. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı təxminən 2007-ci ildə ailə quraraq evdən getdikdən sonra sonra ailə üzvləri ilə münasibətləri kəsilmilş, ailə üzvləri onunla danışmamışlar. O, həmin evdə uzun illər yaşamamış və əmlakın bağışlanmasından da xəbəri olmamışdır. Daha sonra cav abdeh digər qardaşının əmlakına iddia etdikdə, yəni əmlakı onun adına kecirməkdən imtina etdikdə qardaşı iddiaçıya cavabdehin onun əmlakınıda mənimsədiyini bildirərək ona bu barədə məlumat vermişdir. Bundan sonra iddiaçı onun əmlakı barədə müvafiq orqana müraciət edərək mülkiyyətində olan daşınmaz əmlakın qanunsuz olaraq bağışlanıldığını öyrənmişdir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh və qardaşı bu barədə bilsələr də, bu barədə, bacılarına, iş üzrə iddiaçıya heç nə deməmişlər. Çünki iddiaçı ilə o zaman və son illərədək küsülü idilər. Bundan başqa bunu cavabdehin anası da bilirdi, o da deyə bilərdi, amma heç nə deməmişdir. Mübahisəli mənzildə atası, anası, qardaşı, o, və bacısı olmaqla dörd nəfərin payı olmuşdur. O, öz payını bağışlasa da, anasının payı ona vərəsəlik yolu ilə keçmişdir. O, öz payını, qardaşının və atasının payını Cavabdeh2 bağışlamışdı. Notariusda rus dilli qadın var idi və cavabdeh özü onunla danışmışdı. Bacısı özü o vaxtda da, hazırda da kirayədə qalır. Bacısına bu barədə qardaşı ilə bu yaxınlarda söz söhbətləri olduqdan sonra o demişdir. Səbinə ilə boşanmasina səbəb də, qardaşının payına görə olmuşdur. Onlar boşandıqdan sonra da, həmin evdə yaşamağa davam etmişlər. Bu səbəbdən də, iddiaçı heç bir şeydən şübhələnməmişdir. İddiaçı həmin evdə uzun illərdir yaşamadığından, ailə üzvləri ilə əlaqəsi olmadığından öz payının bağışlanıldığından xəbəri olmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, iddia müddətini tət biq etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Göstərmişdir ki, həmin dövrün imza nümunələri əlavə olunmamışdır. İddiaçı, Nümayəndə və ailəsinin 2008-ci ildən Aynurun öz payını bağışlaması barədə məlumatı olub, notariat kontorunda Aynur özü iştirak edib, qardaşı Nümayəndəla birlikdə. Bu neçə illər ərzində məlumatlı olub və etirazını bildirməyib. İddiaçı məhkəmədə qeyd etdiyi kimi onun və Nümayəndə boşanması ilə bağlı olan 2023-cü il iyun ayında baş vermiş Səbail Rayon Məhkəməsində əmlak bölgüsü prosesindən sonra iddia qaldırıb. Bu iddia birbaşa Nümayəndə tərəfindən bacısı İddiaçı olan təzyiqi nəticəsində qaldırılıb. Şəxsi maraqları naminə Nümayəndə bir pay daha özünə mənimsəmək məqsədi ilə bu hərəkətləri edir və buna bəhanə olaraq saxtakarlıqla iddia qaldırır. Qeyd etmək istəyir ki, İddiaçı oğlu Nurlana oğurluq üstündə 8 il iş verilib və həbsə alınıb. Əlavə olaraq ikinci həyat yoldaşı Araz saxtakarlıqla, dolandırıcılıqla vaxtilə insanları aldadıb külli miqdarda pullarını mənimsəyib və bununla məsuliyyətə cəlb edilib. Bu halları nəzərə almağı və qarşı tərəfin saxtakarlıq keçmişini bu işdə nəzərə almağı xahiş edir. İddiaçı başqa bir şəxslə evlənmək üçün evdən qaçmış və bu səbəbdən də ailəsinin iddiaçı ilə arasında narazılıq yaranmış və onunla danışmamışlar. İddiaçı uzun müddət həmin evdə yaşamamışdır. Hal-hazırda da yaşamır. O, həyat yoldaşından xahiş etmişdir ki, əmlakın hərəsi bir şəxsin adınadır, bu səbəbdən də hamısını öz adına keçirsin. Həyat yoldaşı Nümayəndə bundan sonra əmlakı bağışlama müqaviləsi əsasında mülkiyyətə olan payları onun adına keçirmişdir. Bunu b ütün nəsli bilirdi ki, o evi Müşviq onların birgə nikah dövründə onların pulu ilə tikilib. Onun yaxın qohumları və vəkillərdə ona deyirdilər ki, “çox təhlükəli insanın əlindəsən, ona görə də sən çalış heç olmasa ev məsələsini həll elə ki, bu insan sənin həyatında olmaqla sənə heçnə edə bilməsin”. Hətta onun xəbəri olmadan boşanma ilə məhkəməyə müraciət etmiş və sonradan məhkəmədən ona zəng edərkən bu barədə məlumat verdikdən sonra bilmişdir. Sonradan məhkəməyə gəlmiş və aralarında bağlanmış nikah pozulmuşdur. Müşfiqlə onun arasında düz üç il danışıqları olub ki, deyib ki, evi ona versin, ondan başqa heçnə istəmir. İş üzrə iddiaçı olan Müşfiqin bacısı birinci dəfə boşandıqdan sonra ikinci dəfə qoşulub qaçmışdır. Həmin qoşulub qaçdığı insan da dələduzluğa görə tutulmuşdur. Hətta qardaşınında on minlik malınıda götürmüşdü və onunda pulunu qaytarmamışdır. Ona görə də hətta onun bacısını bıçaqlamışdılar. Əvvəllər bacısı ilə münasibətləri yaxşı olmuş, lakin boşanıb ikinci dəfə o insana qoşulub qaçdığı üçün nəsildə heç kim onu danışdırmamışdır. Sonradan hansısa sənədlə bağlı adına əmlakların olmasını yoxladarkən adına Suraxanı rayonunda da mənzil çıxmışdır. Sonradan bilmişdir ki, həmin ev Müşfiqin adına olub əslində isə qardaşının evidir. Ondan evi tələb etdikdə isə bildirmişdir ki, bir şərtlə qaytarar ki, hazırki evi verirsən ona. Ona bildirdi ki, qardaşı ilə aralarında mübahisə var, gedək notariusda imza etsin, onun evini qaytarsınlar. O da dedi ki, vəkilsiz o, heç yerə gedən və heç nəyə imza atası deyil. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə qəb ul edilməsini xahiş edir. 7. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şosesi, 2-ci döngə, ev 10 ünvanında olan fərdi yaşayış evi onun yerləşdiyi 0,06 ha torpaq sahasi Səbail Rayon İcra Hakimiyyətinin başçısının 89 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamına, JN-5139D nömrəli xx.xx.2002-ci İİ tarixli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə və eskiz layihəyə əsasən ümumi birgə əsaslarla X6, Nümayəndə, İddiaçı, X11 və X1 adlarına qeydiyyata alınmışdır. Həmçinin bildirilmişdir ki, sözügedən əmlakın 4/5 hissəsi Bakı şəhəri 12 saylı natariat kontorunun xx-xx-1039 reyestr nömrəli xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh1 xx-xx-1039 reyestr nömrəli xx.xx.2007-ci il tarixli bağışlama və 2V-2-423 reyestr nömrəli xx.xx.2007-ci il tarixli "Qanun üzrə vərəsəli hüququ haqqında şəhadətnamə”yə əsasən 1/5 hissə isə Nümayəndə adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
8. Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2024-cü il tarixli 3-16-16/2-4/148 №-li rəyinə əsasən, ekspertizaya təqdim edilmiş 04 dekabr 2007-ci il tarixli müqavilənin “İmzalar” qrafasındakı imzalar İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 2(004)253/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2007-ci il tarixli notariat bağışl ama müqaviləsinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngə hüquqmüəyyənedici sənəd üzrə 0,06 torpaq sahəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsinin İddiaçı tərəfindən Cavabdeh2 bağışlanması hissəsində etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən, (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 2-ci döngə hüquqmüəyyənedici sənəd üzrə 0,06 torpaq sahəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsinə münasibətdə) aparılmış ********** saylı qeydiyyat və həmin qeydiyyata əsasən Cavabdeh2 adına verilmiş xx.xx.2008-ci il tarixli, **********02-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyat ı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının ləğv edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 126 manat ekspertiza xərcinin Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim X20).
10. Məhkəmə qeyd etmişdir ki, bağışlanma müqaviləsinin bağlanılmasında İddiaçı iştirak etməmiş, ekspert rəyi ilə müqavilədəki imzanın ona aid olmadığı, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edilmişdir. Müqavilə iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanmamış, beləliklə əqd qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır. Beləliklə, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiaçının iddia tələbi əsaslı olmuşdur.
11. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə m ünasibətdə qeyd etmişdir ki, həm cavabdehin, həm də iddiaçının nümayəndəsinin izahatından göründüyü kimi, iddiaçının uzun müddət ailəsi ilə əlaqəsi olmamış, onlarla danışmamış və eyni zamanda mübahisəli evdə yaşamamışdır. Bu səbəbdən də iddiaçının onun adından bağışlama müqaviləsinin imzalanması və mülkiyyətində olan daşınmaz əmlakın başqa şəxsin adına keçirilməsi barədə məlumatının olmasına dair cavabdehin bildirdikləri əsassızdır. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. İş materiallarından müəyyən edildiyi kimi, iddiaçıya ƏMDX DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə arayış verilərək, İddiaçı adına daşınmaz əmlak aşkar edilmədiyi bildirilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürü lməmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152, 329, 331, 337, 372i, 373 və 377-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 119.1 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya insta nsiyası məhkəməsindəki icraat
13. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin ev onun birgə nikahda olduğu zaman inşa olunmuş və bu səbəbdən də iddiaçının bağışlanma müqaviləsini imzalamaması mümkün deyildir. Buna görə də o, iddiaçı ilə üzləşməklə məsələni aydınlaşdırmaq üçün iddiaçının özünün məhkəmə iclasına dəvət olunması barədə vəsatətlə məhkəməyə müraciət etmiş, lakin zərurətin yaranmasına baxmayaraq, o, üzləşmək və izahat vermək üçün məhkəməyə çağrılmamışdır. Həmçinin, ekspert rəyi hazırki iş üzrə əsas götürülə bilməz. Belə ki, İddiaçı tərəfindən 17 il öncəki imzasını təqdim etmədən qeyd edilən müqavilədəki imzanın iddaçıya aid olub-olmadığını müəyyən etmək mümkün deyildir. Bütün bunlara baxmayaraq, məhkəmə təkrar ekspertiza təyin edilməsi barədə vəsatəti rədd etmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsinin onun keçmiş əri olması və onunla aralarında olan münasibəti, fərdi yaşayış evinin kim tərəfindən və hansı tarixdə inşa olunması kimi faktiki hallar araşdırılmamışdır. İddiaçı xx.xx.2007-ci il tarixdə 1 saylı Notariat kontorunda olduğundan və həmin tarixdə bağışlanma müqaviləsini imzaladığından qeyd olunan müqavilənin mübahisələndirməsi üçün iddia müddəti keçmişdir. Ona görə də iddia müddəti tətbiq edilərək iddia tələbi rədd edilməli idi. Həmçinin məhkəmə, ekspert rəyinin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyini, İddiaçı tərəfindən 17 il öncəki imzasını təqdim etmədən qeyd edil ən müqavilədəki imzanın iddaçıya aid olub-olmamasını müəyyən etməyin mümkünsüz olduğunu, iş üzrə əlavə araşdırma zərurətinin yarandığını və təkrar ekspertiza təyin edilməli olduğunu nəzərə alınmalı idi. Məhkəmənin təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyini, müqavilədəki imzanın iddaçıya aid olub-olmamasını müəyyən etmək üçün iş üzrə təkrar ekspertiza keçirilmədən və iddiaçının məhkəmə iclasına üzləşmək və izahat vermək üçün məhkəməyə çağrılması zərurəti yarandığını nəzərə almadan çıxarılmış qətnamə tam qanunsuzdur. Belə ki, müqavilədəki imzanın iddaçıya aid olub olmamasını müəyyən etmək üçün iddiaçı zərurət yarandığına görə izahat vermək üçün şəxsən məhkəməyə çağrılmalı və təkrar ekspertiza təyin etdikdən sonra qətnamə çıxarılmalı idi. Belə ki, biri nci instansiya məhkəməsi onun izahatlarını nəzərə almadan iddiaçının nümayəndəsinin onun keçmiş həyat yoldaşı olmasına baxmayaraq, izahatlarını və ekspert rəyini əsas götürməklə səhv nəticəyə gəlmiş, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmişdir.
15. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun uzun illərdir ki, cavabdeh və onun həyat yoldaşı olmuş qardaşı ilə münasibəti olmamış, həmin evə də getməmişdir. İddia qaldırılmamışdan bir müddət əvvəl onun digər qardaşı hazırda mübahisələndirdiyi bağışlanma müqaviləsi barədə ona məlumat vermiş, o da bu məlumatı əldə etdikdən sonra dərhal Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət etmişdir. Əldə e tdiyi cavab məktubundan da müəyyən etmişdir ki, həqiqətən də onun payı ondan xəbərsiz şəkildə cavabdehə bağışlanmışdır. Halbuki, bu barədə məlumat əldə edənə kimi, payının öz mülkiyyətində olduğunu bilmişdir. Heç vaxt da onu cavabdehə bağışlamaq niyyətində olmamış, müqavilədə göstərilməsinə baxmayaraq, həqiqətdə notariat kontoruna da getməmiş və müqavilə bağlanan zaman heç kontorda da olmamışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5534/2024 nömrəli 12 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-253/2024 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdiri lmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilmişdir. (X2 (sədrlik edən və məruzəçi), X16 və X9 ibarət tərkibdə).
17. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh şikayətində təkrar ekspertiza keçirilməsi mövqeyindən çıxış etsə də, xx.xx.2024-cü il tarixli ekspert rəyinin mötəbərliyinə xələl gətirən hər hansı halın mövcudluğu ilə bağlı arqumentlərini əsaslandıra bilməmişdir. İş materiallarında olan ekspert rəyinin mötəbərliyini şübhə altına alan və ya rəyin işdə olan digər materiallarla ziddiyyət təşkil etdiyini göstərən hər hansı əsas və ya hal müəyyən etməmişdir. Bu səbəbdən məhkəmə xx.xx.2024-cü il tarixli ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, iş üzrə təkrar məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsi barədə ap ellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
18. Məhkəmə daha sonra qeyd etmişdir ki, xx.xx.2007-ci il tarixli müqavilədə onun tərəfi (hədiyyə verən) olaraq və imzalayan şəxs kimi göstərilməsinə baxmayaraq, iddiaçı nəinki həmin müqaviləni imzalamamış, onun ümumiyyətlə müqavilə bağlanan tarixdə notariat kontorunda olması öz təsdiqini tapmamışdır. İddiaçının ümumiyyətlə bu müqavilənin bağlanması barədə məlumatının olması, habelə müqaviləni imzalamasa da bundan sonrakı illər ərzində hər hansı bir vaxt, hər hansı bir hərəkəti ilə bu müqaviləni bəyənməsi müəyyən edilməmişdir, cavabdeh isə bunun əksini təsdiq edən sübut təqdim edə bilməmişdir. İş materiallarında olan sənədlərdən də iddiaçının bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan məlumat əldə etdiyi, hətta bundan sonra məsələyə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Səbail rayon Polis idarəsinə şikayət etdiyi müəyyən edilir.
19. Hüquqi nəticə etibarı ilə mülkiyyətində olan payın bağışlanmasında iddiaçının nəinki iradə ifadəsi, ümumiyyətlə bu müqavilə barədə hər hansı məlumatı olmamış, iddiaçı öz mülkiyyətindən hər hansı hüquqi əsas olmadan, qanunsuz olaraq məhrum edilmişdir. Bu səbəbdən həmin müqavilə onun payının cavabdehə bağışlanması hissəsində əhəmiyyətsizdir və bu əsasla etibarsız hesab edilməlidir. Nəzərə alınmalıdır ki, bu müqavilənin iddiaçının mülkiyyətində olan hissə olmadan da bağlanması mümkündür. Birinci instansiya məhkəməsi iddianın həm bu, həm də bu tələbdən irəli gələn iddiaçıya aid hissədə (1/5) çıxarışın (mülkiyyət hüququ haqqında qeydin) ləğv edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsassızdır.
20. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 5,3, 152, 329, 329, 331, 337, 352, 357, 358, 661 və 668-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınnı 02 dekabr 2024-cü il tarixli, 2(103)-5534/2024 saylı qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti apelyasiya şikayət i ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, təkrar ekspertiza keçirilməsini cavabdeh vəsatətlə tələb etsə də, bu tələbi məhkəmə tərəfindən rədd edilmişdir. Əlavə araşdırma belə keçirilməmişdir. Beləliklə, əsassız və qanunsuz məhkəmə aktı qəbul etmişdir.
23. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354, 373 və 668.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan ist ifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
28. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridi.
29. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
30. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
31. Maddə
331. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağla yan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
32. Maddə 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
33. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
34. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
35. Maddə
352. Əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi.
36. Maddə
357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
37. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
38. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
39. Maddə 661.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi h ədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.
40. Maddə 668.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı i nstansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxı mdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
49. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
50. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə ko llegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
51. Bel əliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edil məsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5534/2024 nömrəli iş üzrə 2 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.