Məhkəmə qərarları › İş №2(102)-1444/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1444/2023

17.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1444/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi, işəgötürənin məsuliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), X9 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1950/2022 nömrəli iş üzrə 16 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2018-ci il tarixdə iddiaçının arvadı X1 ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi “XXX” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı Cavabdeh1 tərəfindən törədilmişdir.

2. Sözügedən avtomobil Cavabdeh2 mülkiyyətindədir.

3. Hadisə ilə bağlı Cavabdeh1 cinayət məsuliyyətinə cəlb olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-XXX/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli hökmü ilə o, Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin iş üzrə iddiaçı tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır.

4. Hökmə əsasən, təqsirləndirilən şəxs Cavabdeh1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Papanin” kimi tanınan özəl kimyəvi təmizləmə sexində sürücü işləmişdir. Ona “XXX” minik markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil təhkim olunmuşdur. Həmin avtomobil nasaz olduğu üçün sexə aid olan “XXX” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili 8 iyun 2018-ci ildə sexdən icazə ilə götürüb kirayədə yaşadığı mənzilə getmişdir. 09 iyun 2018-ci ildə saat 07:30 radələrində kimyəvi təmizləmə sexinə getmək üçün həmin avtomobillə Bakı şəhə ri Nizami rayonu H.Əliyev prospekti 108 ünvanda şəhər istiqamətində saatda 80-90 km. surətlə hərəkətdə olan zaman ehtiyatsızlıqdan yolun solundan sağ tərəfə keçmək istəyən piyada XXXnı təxminən 5 metr məsafədən görmüş, lakin iti surətlə hərəkətdə olduğundan, avtomobili sağa çəkmişdir. Həmin vaxt avtomobilin sağ tərəfi səkiyə dəymiş, etdiyi bütün cəhdlərə baxmayaraq XXXnı avtomobilin sol qanadı, buferi və fara hissəsi ilə vurmuşdur. Hadisə vaxtı avtomobili tək idarə etmiş, yanında heç kim olmamışdır.

5. Hökmə əsasən, məhkəmədə zərərçəkmiş şəxs Cavabdeh2 vəkili və eyni zamanda nümayəndəsi X5 bildirmişdir ki, “XXX” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh1 təxminən bir aya yaxın vaxtdır ki, Cavabdeh2 məxsus sexdə sürücü işləmişdir. Daimi olaraq Cavabdeh2 etibarnaməsi əsasında “XXX” minik markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 08 iyun 2018-ci il tarixdə **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil nasaz olduğundan Cavabdeh1 “XXX” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmiş və 09 iyun 2018-ci ildə saat 08:20 radələrində işə gedərkən yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində Cavabdeh2 məxsus “XXX” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1.619 manat maddi ziyan dəymişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada X1 ölməsi ilə bağlı vurulmuş 18.000 manat dəfn, 10.000 manat ba şdaşı xərci olmaqla, ümumilikdə 28.000 manat maddi ziyanın, hadisə ilə bağlı psixoloji vəziyyətinin pisləşməsi nəticəsində vurulmuş 50.000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 78.000 manat məbləğdə pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddianın əsaslarına görə, hadisə baş verdikdən sonra cavabdehlər onlarla maraqlanmamış, qəbir daşı, dəfn və hüzr xərclərinə heç bir maddi yardım etməmiş və barışığa cəhd etməmişdir. Törədilmiş cinayət əməli nəticəsində ona 28.000 manat maddi, 50.000 manat mənəvi ziyan dəymişdir. Hesab edir ki, X1 ölümü ilə bağlı ona maddi və mənəvi ziyanın vurulması obyektiv həqiqət kimi qəbul edilməlidir.

8. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2040/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismə n təmin edilərək, maddi ziyana görə 7.000 manat, mənəvi ziyana görə 2.000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manatın Cavabdeh1 tutulub iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamədə Cavabdeh2 münasibətdə qeyd etmişdir ki, iddiaçı vurulmuş zərərin ödənilməsini ona görə ondan tələb etmişdir ki, Cavabdeh1 Cavabdeh2 işçisi olmuşdur, işçinin vurduğu ziyana görə də işəgötürən vurduğu zərər həcmində məsuliyyət daşıyır. İddiaçı tələbin faktiki əsası kimi Cavabdeh2 Nizami Rayon Məhkəməsinin 06 sentyabr 2019-cu il tarixli hökmündə qeyd olunmuş ifadəsinə əsaslanmışdır. İddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsi ilk öncə iddiaçının üzərinə düşür ki, hazırki iş üzrə iddiaçı C avabdeh1 Cavabdeh2 işçisi olmasını təsdiq edən hər hansı sübutu, konkret olaraq isə əmək müqaviləsini və ya mülki hüquqi müqaviləni məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia tələbi Mülki Məcəllənin 1099-cu maddəsində nəzərdə tutulmuş 2-ci dispozisiya şərtlərinə uyğun gəlmədiyindən digər dispozisiya şərtlərinin araşdırılmasına ehtiyac yoxdur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmü Cavabdeh1 cinayət əməlini törətməsi və həmin əməlin zərərçəkmiş şəxsin ölümünə səbəb olmasını sübut etsə də, sonuncunun Cavabdeh2 işçisi olmasını sübuta yetirmir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099, 1127-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddianı Cavabdeh2 münasibətdə rədd etməklə hüquq normalarının tələbini pozmuşdur. Belə ki, Cavabdeh1 Cavabdeh2 ilə əmək hüquq münasibətlərində olmuş və Cavabdeh1 münasibətdə Cavabdeh2 onun işəgötürəni kimi çıxış etmişdir.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1950/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və Z.Z eynalov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, mübahisə predmeti üzrə düzgün, obyektiv və ədalətli məhkəmə aktının qəbul edilməsi üçün aşağıdakılar müəyyən edilməlidir; - cavabdehlər bir-biri ilə işçi-işəgötürən münasibətlərində olmuşlarmı? - yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh1 idarə etdiyi avtomobil üzərində sahibliyi qanuni olmuşdurmu? - avtomobilin sonuncu tərəfindən qanuni əsaslar olmadan idarə edilməsində mülkiyyətçisi olan Cavabdeh2 təqsiri müəyyən edilirmi? - hadisə iş vaxtı baş vermişdirmi? - yol nəqliyyat hadisəsi Cavabdeh1 Cavabdeh2 tapşırığı əsasında, yaxud nəzarəti altında fəaliyyət göstərdiyi zaman baş vermişdirmi? Qeyd olunan halların müəyyən edilməsi olduqca vacib əhəmiyyət kəsb edir. Çünki tərəflərin mülki məsuliyyəti məhz müəyyən edilmiş həmin hallar üzrə yuxarıda sadalanan maddi hüquq normaları tətbiq olunmaqla həllini tapmalıdır. İlk növbədə kollegiya qeyd etməyi zəruri hesab etmişdir ki, iş materiallarına əlavə olunmuş tərəflərin təqdim etdiyi sübutlardan Cavabdeh1 həqiqətən Cavabdeh2 məxsus kimyəvi təmizləmə sexində sürücü işləməsi, rəsmi əmək müqaviləsi münasibətlərində olması, onun xidməti vəzifələrinə hansı işlərin görülməsinin aid edilməsi müyyən deyildir. Bunu təsdiq edən hər hansı bir sübut işdə mövcud deyildir. Yalnız cinayət mühakimə icraatı qaydasında məhkum edilmiş şəxs Cavabdeh1 Cavabdeh2 məxsus kimyəvi təmizləmə sexində sürücü işlədiyini, daimi olaraq Cavabdeh2 etibarnaməsi əsasında “XXX” minik markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini bildirmiş, Cavabdeh2 vəkili və eyni zamanda nümayəndəsi X5 bu halı təsdiq edərək, Tərlanın bir aya yaxın müddət ərzində sexdə sürücü işlədiyini və etibarnamə əsasında “XXX” minik markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini bildirmişdir. Qeyd olunanlar isə belə qənaətə gəlməyə əsas verir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında mülki hüquq müqaviləsi üzrə işlərin görülməsinə dair bir razılaşma olmuşdur. Yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh1 Cavabdeh2 məxsus “XXX” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Cinayət mühakimə icraatı zamanı vermiş olduğu ifadəsində bunu belə izah etmişdir ki, ona təhkim olunan “XXX” minik markalı ** -LE-*** dövlət qeydiyyat nişanlı avtomobil nasaz olduğundan, sexə aid digər “XXX” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili 08 iyun 2018-ci ildə sexdən icazə ilə götürüb kirayədə yaşadığı mənzilə getmişdir. İş materiallarından Cavabdeh1 qeyd olunan avtomobilin 08 iyun 2018-ci ildə saat neçədə və hansı məqsədlə sexdən götürməsi, buna hansı səlahiyyətli şəxsin icazə verməsi müəyyən deyildir. Avtomobilin mülkiyyətçisi Cavabdeh2 ilkin mərhələdə şikayətçi olmuş, avtomobilinə yetirilən zərəri tələb etmiş, zərərçəkmiş şəxs qismində tanınmış, sonradan Cavabdeh1 ilə barışdıqlarını bildirərək, ona qarşı heç-bir şikayət və tələbinin olmadığını bildirmişdir. Qeyd olunanlar isə yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh1 idarə etdiyi avtomobil üzərində sahibliyinin qanunsuz olmas ı ilə yanaşı, sonuncu tərəfindən qanuni əsaslar olmadan avtomobilin idarə edilməsində mülkiyyətçisi olan Cavabdeh2 təqsirinin olmamasına dəlalət edir. Qanuni qüvvəyə minmiş hökmlə yol nəqliyyat hadisəsinin 09 iyun 2018-ci ildə saat 08:14 radələrində baş verdiyi müəyyən edilmişdir. Hadisənin iş saatlarında baş verməməsi ilə yanaşı, bilavasitə Cavabdeh1 Cavabdeh2 tapşırığı əsasında, yaxud nəzarəti altında fəaliyyət göstərdiyi zaman baş verməsi də iş materialları ilə müəyyən olunmur. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən olunan hallarına əsasən işçi tərəfindən vurulmuş zərər bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olmamış, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdir. Odur ki, Konstiusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Cavabdeh2 Mülki Məcəllənin 1099-cu maddəsi ilə mülki hüquqi məsuliyyəti müəyyən olunmur. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən olunan hallarından biri də ondan ibarət olmuşdur ki, yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh1 tərəfindən Cavabdeh2 məxsus “XXX” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni əsaslar olmadan idarə edilməsində sonuncunun təqsiri olmamışdır. Odur ki, Cavabdeh2 Mülki Məcəllənin 1108.2-ci maddəsi ilə də, mülki hüquqi məsuliyyət daşımalı olması müəyyən olunmur. Qeyd olunanlardan savayı kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissələrində ləğv olunmasını və iddiasının tam təmin olunmasını xahiş etsə də, məzmun etibarı ilə apellyasiya şikayətinin dəlilləri yalnız iddianın cavabdehlərdən Cavabdeh2 yönəlik olmuşdur. Digər hissələrdə, yəni maddi və mənəvi zərərin təmin olunmayan hissələrinə yönəlik qətnamənin əsaslılığını şübhə altına alan dəlillər gətirilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1099.1, 1099.2, 1108.1, 1108.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİ N VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayətinin dəlillərinə görə, Cavabdeh1 Cavabdeh2 işçisi olmasını təsdiq edən kifayət qədər sübut (hadisənin iş vaxtı, Cavabdeh2 tapşırığı əsasında yerinə yetirərkən) olmasına baxmayaraq, kollegiya bu sübutlara əhəmiyyət verməmişdir.

18. Məhkəmə kollegiyası işdə olan sübutları işin digər halları ilə əlaqəli şəkildə təhlil etməmişdir. Bunu sübut edən qanuni qüvvəyə minmiş məhkəmə hökmü olduğu halda bu mötəbər sübuta əhəmiyyət verilməmişdir. Halbuki hökmdə Cavabdeh1 özü və Cavabdeh2 vəkili tərəflər arasında əmək münasibətləri olduğunu bildirm işlər. Eyni zamanda Cavabdeh2 işəgötürən kimi inzibati cərimə də olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı Cavabdeh2 etirazının dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın ona aid rədd edilən hissəsinin əsasları ilə eyni olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası: İİ. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zər ər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağ lı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü v ə keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Maddə 1127. Dəfn xərclərinin əvəzinin ödənilməsi Zərəçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir.

22. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar -

2. İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs; -

3. İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. - 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; -

5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi” ) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir: 392.1.6. apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri; Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhk əməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edil ən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin; Maddə 418.6. Hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zər urəti kifayət qədər əsaslandırılmasın.

24. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi: Maddə 12.2. Cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərar: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər y etirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.” “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərar: “... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərar: “Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər ye tirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır.... Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Məsələn, avtomobilə zərər vuran şəxsin avtoyuma məntəqəsinin ərazisində iş vaxtı xüsusi geyimdə olması, avtoyuma məntəqəsinin digər işçilərindən göstərişlər alması və faktiki olaraq əmək funksiyalarının yerinə yetirilməsi barədə digər sübutlar əsasında məhkəmə işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında faktiki əmək münasibətləri olm ası qənaətinə gələ bilər. Onu da nəzərə almaq lazımdır ki, tərəflər arasında əmək münasibətləri işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı da yarana bilər. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır.”

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: - 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; - 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; -

7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; -

17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları pozulmuşdur, bu da pozuntuya yol verilən hissədə iş üzrə qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

31. İlk olaraq, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və sair xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə m əsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntu su (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Mülki Məcəllənin 1097.3-cü maddəsi). Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir (Mülki Məcəllənin 1099.1 və 1099.2-ci maddələri). Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qu lluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozu lma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükə liliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və sair olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək tə hlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Göstərilənlər nəzərə alınm aqla, nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır.

32. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə: 1) Cavabdeh1 ilə Cavabdeh2 arasında mülki hüquq müqaviləsi üzrə işlərin görülməsinə dair bir razılaşma olmuşdur. Belə ki, cinayət mühakimə icraatı qaydasında məhkum edilmiş şəxs Cavabdeh1 Cavabdeh2 məxsus kimyəvi təmizləmə sexində sürücü işlədiyini, daimi olaraq Cavabdeh2 etibarnaməsi əsasında “XXX” minik markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini bildirmiş, Cavabdeh2 vəkili və eyni zamanda nümayəndəsi X5 bu halı təsdiq edərək, Tərlanın bir aya yaxın müddət ərzində se xdə sürücü işlədiyini və etibarnamə əsasında “XXX” minik markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini bildirmişdir; 2) Yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh1 Cavabdeh2 məxsus “XXX” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etmişdir. Belə ki, Cavabdeh1 cinayət mühakimə icraatı zamanı vermiş olduğu ifadəsində bunu belə izah etmişdir ki, ona təhkim olunan “XXX” minik markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil nasaz olduğundan, sexə aid digər “XXX” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2018-ci ildə sexdən icazə ilə götürüb kirayədə yaşadığı mənzilə getmişdir; 3) Yol nəqliyyat hadisəsi Cavabdeh1 xx.xx.2018-ci il tarixdə yaşadığı kirayə mənzildən çıxıb işə gedərkən saat 08:14 radələ rində baş vermişdir.

33. Apellyasiya instansiyası məhkəməsi iddianı Cavabdeh2 münasibətdə rədd edərkən ona əsaslanmışdır ki:

1. Cavabdeh1 Cavabdeh2 məxsus kimyəvi təmizləmə sexində sürücü işləməsi, rəsmi əmək müqaviləsi münasibətlərində olması, onun xidməti vəzifələrinə hansı işlərin görülməsinin aid edilməsi müyyən deyil;

2. Cavabdeh1 qeyd olunan avtomobilin xx.xx.2018-ci ildə saat neçədə və hansı məqsədlə sexdən götürməsi, buna hansı səlahiyyətli şəxsin icazə verməsi müəyyən deyildir. Qeyd olunanlar isə yol nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh1 idarə etdiyi avtomobil üzərində sahibliyinin qanunsuz olması ilə yanaşı, sonuncu tərəfindən qanuni əsaslar olmadan avtomobilin idarə edilməsində mülkiyyətçisi olan Cavabdeh2 təqsirinin olmamasına dəlalət edir;

3. Hadisənin iş saatlarında ba ş verməməsi ilə yanaşı, bilavasitə Cavabdeh1 Cavabdeh2 tapşırığı əsasında, yaxud nəzarəti altında fəaliyyət göstərdiyi zaman baş verməsi də iş materialları ilə müəyyən olunmur;

4. İşçi tərəfindən vurulmuş zərər bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olmamış, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdir; 5. “XXX” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni əsaslar olmadan idarə edilməsində təqsiri olmayan Cavabdeh2 Mülki Məcəllənin 1108.2-ci maddəsi ilə də mülki hüquqi məsuliyyət daşımalı olması müəyyən olunmur.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəll əsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında şərh etmişdir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Həmçinin, tərəflər arasında əmək münasibətləri işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı da yarana bilər. Bundan əlavə, işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır.

35. Bu kontekstdə, Cavabdeh2 “XXX” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 hüquqazidd hərəkətləri (oğurlanma və sair) nəticəsində onun sahibliyindən çıxdığını irəli sürmür və sübuta yetirmir. O, sadəcə qəza törədən avtomobilin Cavabdeh1 tərəfindən etibarnamə olmadan idarə edildiyini bildirir. Bu mənada, əgər xx.xx.2018-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verməsəydi, Cavabdeh2lə Cavabdeh1 arasında münasibətlərdə hər hansı dəyişikliyin baş verəcəyi də inandırıcı görünmür. Belə ki, Cavabdeh1 bir aya yaxın müddətdə həmin özəl kimyəvi təmizləmə sexində sürücü işlədiyi, ona “XXX” minik markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhkim olunduğu, həmin avtomobil nasaz olduğu üçün Cavabdeh1 sexə aid olan digər (“XXX” minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı) avtomobili icazə ilə götürüb, kirayədə yaşadığı mənzilə getdiyi işin mübahisələndirilməyən hallarıdır. Odur ki, Cavabdeh1la Cavabdeh2 arasında əmək müqaviləsi olmasa da, faktiki əmək münasibətlərinin mövcud ol ması hər hansı sual və etiraz doğurmur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 iş yerinin icazəsi olduğu üçün qanuni əsaslarla sahiblik etdiyi nəqliyyat vasitəsi ilə yaşadığı mənzildən məhz işə gedərkən törətdiyi deliktə görə onun işəgötürəni qismində çıxış edən Cavabdeh2 də məsuliyyət daşıyır və bu anlamda kassasiya şikayətinin dəlilləri əsaslıdır.

36. Məhkəmə kollegiyası bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qəra r, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X3rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67).

37. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunm uş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

38. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.

39. İşə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən bu Qərarın 3135-ci bəndlərində müzakirə edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli mə qamlar aradan qaldırılmalıdır.

40. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iş eyni hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.

41. Göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1950/2022 nömrəli iş üzrə 16 noyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin, iş eyni hissədə yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar