Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1446/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: cehiz əşyalarının qaytarılması, sübutetmə yükü, sübutların qiymətləndirilməsi, sübutların təqdim edilməməsi, məhkəmə aktının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3028/2023 nömrəli, 20 dekabr 2023- cü il tarixli qətnaməsindən iddiaçı t ərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh1 21 aprel 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 24 iyul 2013-cü il tarixdə X2 və 9 dekabr 2014-cü il tarixdə X1 anadan olmuşdur. Tərəflər arasındakı nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6050/2021 nömrəli, 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının hazırkı iş üzrə cavabdehə qarşı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilin ½ hissədə bölünməsi tələbi təmin edilməmiş, qətnamə qan uni qüvvəyə minmişdir. Cavabdeh 03 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında həmin mənzili Cavabdeh2 satmış, mənzilə mülkiyyət hüququ 07 dekabr 2021-ci il tarixdə sonuncunun adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus olan və Bakı şəhəri, Xətai rayonu, 1131 məhəllə, Babək prospekti, ev 10 C, mənzil 24-də yerləşən cehiz əşyalarının cavabdehlərdən alınıb ona qaytarılması, həmin cehiz əmlaklar olmadıqda və istifadəyə yararsız olduğu halda bazar dəyərinin tutulub ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə qurduğu vaxt özünə məxsu s cehiz və şəxsi əşyalarını Bakı şəhəri, Xətai rayonu, 1131 məhəllə, Babək prospekti, ev 10 C, mənzil 24-də yerləşdirməklə həmin mənzildə əri və uşaqları ilə birlikdə yaşamışdır. Tərəflər arasında ailə mübahisələri başlandığı vaxtdan Cavabdeh1 iddiaçının iradəsi ziddinə onu yaşadığı mənzilə buraxmamış, cehiz əşyalarını qaytarmaqdan imtina etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3506/22 nömrəli, 22 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia qismən edilmiş, Cavabdeh1 iddiaçıya məxsus böyük bakal-14 ədəd – 875 manat, boşqab 3 ölçüdə -36 ədəd, boşqab 3 ölçüdə - 48 ədəd, qaşıq -12 ədəd, stəkan – 10 ədəd-1250 manat, şam qabı (qızılı zərli)-2 ədəd-500 manat, saat (qara)-1 ədəd-600 manat, süfrələr – 3 ədəd, vaza g üllü (Versace)-2 ədəd-2500 manat, buludlar (Versace)-3 ədəd - 1900 manat, kül qabı (Versace)-2 ədəd-1800 manat, vaza qara (Versace)-1 ədəd 800 manat olan cehiz əşyalarının alınaraq iddiaçıya verilməsi qət olunmuş, iddia tələbi qalan hissədə və digər Cavabdeh2 münasibətdə təmin edilməmiş, ödənilmiş 75 manat dövlət rüsumunun 40 manatının Cavabdeh1 alınaraq iddiaçıya verilməsi, qalan 35 manatın iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia ərizəsində göstərilən əmlakın bir qisminin Cavabdeh1 saxlancında olması faktı öz təsdiqini tapmışdır. İddiaçı qalan cehiz əşyalarının cavabdehlərdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin (b undan sonra – Ailə Məcəlləsi) 34-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.2, 225.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 81-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, mənzildə olan iri avadanlıqlar və mebel əşyaları satılmışdır və hal-hazırda mövcud deyildir. Mənzildəki xırda avadanlıqlar isə Qaradağ rayonunda yerləşən anbarda saxlanılır.
10. Məhkəmə Ekspertiza Mərkəzinin 14 noyabr 2023-cü il tarixli, 9/6962 saylı rəyi i lə iddia ərizəsində qeyd edilən əmlaklardan yalnız markası, modeli, texniki göstəriciləri və s. dəqiq göstərilmiş 15 adda əşyaların istifadədə olması nəzərə alınmaqla, hal-hazırkı tarixə orta bazar qiyməti ilə ümumi dəyərinin nəzəri qaydada təxminən 5600 manat olduğu müəyyən olunmuşdur. Ekspertiza tədqiqatına təqdim edilməyən, iddia ərizəsində qeyd edilən 75 adda əşyalar ekspert baxışına təqdim edilmədiyinə, eləcə də həmin malların markası, modeli, texniki göstəriciləri, ölçüləri, orijinal olub-olmaması və s. müəyyən edilmədiyinə görə bu mallar üzrə tədqiqat və qiymətləndirmə aparmaq mümkün olmamışdır. Rəy verilərkən respublikada yerləşən ticarət obyektlərində, internet saytlarında mövcud olan qiymətlərdən və sadalanan əşyaların istifadədə olunduğu nəzərə alınmışdır.
11. Bakı Apellyasiya M əhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3028/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), V.Sadıqov və M.Rüstəmli) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 qarşı iddianın təmin olunmayan hissəsində qismən – bir ədəd kombi, üç ədəd kondisioner, üç ədəd televizor, bir ədəd musiqi mərkəzi, iki ədəd soyuducu, bir ədəd qaz peçi, bir ədəd aspirator, bir ədəd qabyuyan, bir ədəd mikrodalgalı soba, bir ədəd ütüaltı, bir ədəd ətçəkən maşının, yaxud onların dəyərinin tələb olunması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin olunması, iddiaçıya məxsus 1 ədəd dəyəri 400 manat olan İtaliya isteh salı, Funditar 31 markalı kombi, 1 ədəd dəyəri 450 manat olan Yaponiya istehsalı, BTU, Mitsubishi markalı kondisioner, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, 1 ədəd dəyəri 200 manat olan Yaponiya istehsalı, Sony markalı musiqi mərkəzi, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, 2 ədəd hər birinin dəyəri 500 manat, cəmi dəyəri 1000 manat olan İtaliya istehsalı, Ariston markalı soyuducu, 1 ədəd dəyəri 350 manat olan İtaliya istehsalı qaz peçi (PHQ4İMSTVGH), 1 ədəd dəyəri 200 manat olan aspirator (HKQVQK/HA), 1 ədəd dəyəri 850 manat olan Yaponiya istehsalı kondisioner (BTU), 1 ədəd dəyəri 300 manat olan İtaliya istehsalı qabyuyayn maşın (LFT-M-28), 1 ədəd dəyəri 100 manat olan İtaliya istehsalı mikrodalğalı soba (SMV242XA), 1 ədə d dəyəri 350 manat olan İtaliya istehsalı soba (duxovka), 1 ədəd dəyəri 100 manat olan Türkiyə istehsalı ütüaltı, 1 ədəd dəyəri 60 manat olan İtaliya istehsalı, National markalı ətçəkən maşın, 1 ədəd dəyəri 400 manat olan Yaponiya istehsalı, Mitsubishi markalı kondisioner, 1 ədəd dəyəri 300 manat olan Yaponiya istehsalı, Sony markalı televizor, həmin əşyalar olmadıqıda onların dəyərini təşkil edən 5600 manat pulun cavabdehdən alınıb, iddiaçıya verilməsi qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə apellyasiya şikayəti qismən təmin olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 noyabr 2023-cü il tarixli, 9/6962 saylı ekspert rəyi ilə qiymətləndirilməsi mümkün olmuş 15 adda əmlaklara aid hissədə ləğ v olunmalı və iddia tələbi həmin əmlakların, onlar mövcud olmadıqda isə dəyərinin Cavabdeh1 tutulub iddiaçıya ödənilməsi hissəsində təmin olunmalıdır.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı apellyasiya qaydasında mübahisələndirdiyi qalan hissədə tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 225.2, Ailə Məcəlləsinin 34-cü, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (vəkili Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yen i qərar qəbul olunmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Vaqif oğlu tərəfindən tələb olunan cehiz əmlaklardan mebel əşyaları və məişət texnika əşyalarının iddiaçıya qaytarılmadığı etiraf edilmişdir. Bundan başqa, həm birinci, həm də (xüsusi ilə) apellyasiya instansiyası məhkəməsi tərəfindən 2(103)-3028/2023 saylı xx.xx.2023-cü il qərardadla cehiz əmlak kimi – mebel və məişət əşyalarının dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. Lakin qeyd edilən əşyalar ekspert baxışına təqdim etmədiyi üçün qiymətləndirmənin tam həcmdə aparılması mümkün olmamışdır. Məhkəmə MPM-in 97.5-ci maddəsinin tələblərini ekspertiza keçirilməsinə maneçilik törədən, tələb edilən mebel və məişət texnikalarını ekspertə təqdim etməkdən imtina edən cavabdeh tərəfə münasibətdə tətbiq etməmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixli ekspert rəyini nəzərə almasına baxmayaraq, onlar tərəfindən məhkəməyə təqdim edilmiş müstəqil qiymətləndiricinin rəyini əsassız olaraq nəzərə almamışdır. Halbuki hər iki rəy əşyalara real baxış keçirilmədən fotoşəkillər əsasında verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
18. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sər bəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
21. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
22. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmla k onun mülkiyyətidir. Ailə Məcəlləsi
23. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Prosessual Məcəllə
24. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
25. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
26. Maddə 14.2. Məhkəm ə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
29. Maddə 78.3. Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəməni n müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir.
30. Maddə 78.4. Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki min manatadək miqdarda cərimə olunur.
31. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
32. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutla ra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
35. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
36. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
37. Maddə 106.3. Tərəfin tələb və etirazl arının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
41. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdi kdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.
42. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 43. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
44. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur
45. Maddə 407.2. Kassasiya şikayə tində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında iddianın təmin edilməyən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Mülki Məcəllənin 225.2-ci və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə müvafiq olaraq nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
51. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara ob yektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).
52. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. MPM-in 77.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən tələbini təsdiq edən sübutlar məhkəməyə təqdim edildiyi halda həmin iddiaya etirazın dəlillərini təsdiq edən halları sübut etmək yükü cavabdeh tərəfin üzərinə düşür. Bu baxımdan hər bir mübahisə üz rə sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
53. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
54. Baxılan iş üzrə iddiaçı keçmiş əri olan Cavabdeh1 və əvvəllər birgə yaşadıqları mənzilin hazırkı mülkiyyətçisi Cavabdeh2 cehiz əşyalarının və ya onların dəyərinin tutulmasını xahiş edir.
55. İşə baxmış məhkəmələr iddianın təmin olunmayan hissəsində öz mövqelərini onunla əsaslandırmışdır ki, iddiaçı həmin hissədə öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
56. Halbuki iddiaçı mübahisəli əşyaların böyük hissəsinin Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildə saxlandığı və özünün həmin mənzilə buraxılmadığı ilə əsaslandırmışdır.
57. İddiaçı qeyd olunan dəlillərini təsdiq edən sübut qismində məhkəməyə mənzildə olan əşyaları götürməsi barədə Cavabdeh1 ona göndərdiyi yazılı bildirişləri, fotoşəkilləri, WhatsApp mobil tətbiqi üzərindən sonuncu ilə apardığı yazışmalardan çıxarış təqdim etmiş və birinci instansiya məhkəməsi həmin sübutları iş materiallarına əlavə etmişdir.
58. MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), müm künlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
60. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
61. Buna baxmayaraq, işə baxmış birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi yuxarıda qeyd olunan sübutlara ümumiyyətlə qiymət verməmişdir.
62. Bununla yanaşı, işə baxılarkən iddiaçının ərizəsi əsasında müvəqqəti təminat tədbiri qismində Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzildə saxlanıldığı iddia edilən əşyaların siyahı ya alınması barədə qərardad qəbul edilmiş, lakin mənzilin giriş qapısını açan olmadığı üçün həmin qərardadın icrası mümkün olmamışdır. Sonradan icra məmuru mənzilin giriş qapısının məcburi açılması barədə təqdimat vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Təqdimata baxılması zamanı cavabdehin nümayəndəsi Vahid Zeynalov izahatında bildirmişdir ki, mənzildə olan iri avadanlıqlar və mebel əşyalarının götürülməsi barədə iddiaçıya məlumat verilmiş, o, gəlib əşyaları götürməmiş, bundan sonra həmin avadanlıqlar satılmışdır. İstinad olunan qərardadın surəti mülki iş materiallarına əlavə edilmişdir.
63. Sonrakı məhkəmə baxışında iddiaçının nümayəndəsi öz dəlillərini əsaslandırmaq üçün, həmçinin yuxarıda qeyd olunan izahata ist inad etmişdir
64. MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
65. Lakin işə baxmış birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni sadalanan maddi və prosessual hüquq normalarının tələbləri, xüsusilə MPM-in sübutetmə yükünün müəyyən edilməsi və sübutların qiymətləndirilməsi ilə ba ğlı müddəaları baxımından kifayət qədər əsaslandırmamışdır.
66. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
67. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
68. Məhkəmələr tərəfindən qəbul edil miş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
69. İddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinin əsas dəlilləri də məhz iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və işdə olan, iddiaçının qənaətinə görə onun tələblərini təsdiq edən sübutlara prosessual qanunvericiliyin tələblərinə uyğun qiymət verilmədiyi ilə bağlı olmuş dur.
70. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən tələb olunan əşyaların dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş, ekspert tərəfindən tədqiqat obyektlərinə tərəflərin iştirakı ilə baxış keçirilməsi istənilsə də, mənzilin qapısı bağlı olduğu üçün baxış baş tutmamış, bu səbəbdən ekspertiza tədqiqatına təqdim edilməyən, iddia ərizəsində qeyd olunan 75 adda əşya üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır.
71. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbi üzrə bəzi əlavə əşyaların və ya onların dəyərinin tutulması hissəsində iddianı əsaslı hesab etsə də, iddianın təmin olunmayan hissəsində gəldiyi nəticəni yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələbləri, MPM-in sübutetmə yükünün müəyyən edilməsi və sübutların qiymətləndirilməsi ilə bağlı müddəa ları baxımından kifayət qədər əsaslandırmamış, apellyasiya şikayətinin bununla bağlı dəlillərinə qiymət verməmişdir. Halbuki, MPM-in 392.2ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini göstərməyə borcludur.
72. Qeyd olunanlarla yanaşı, iş üzrə mübahisəli əşyaların yerləşdiyi iddia edilən, əvvəllər Cavabdeh1, hazırda isə Cavabdeh2 mülkiyyətində olan mənzilə baxış keçirilməsi mümkün olmamışdır. Məhkəmələr sübutetmə yükünün iddiaçının üzərində olduğuna əsaslanaraq, bu halı iddiaçının ziyanına həll etmişdir. Halbuki prosessual qanunvericilik mübahisə halında iş üzrə tədqiq edilməsi zəruri olan sübutları təqdim etmək vəzifəsini sübutların onda olduğu şəxsin üzərinə qoyur və hətta tələb olunan sübu tu təqdim etmək vəzifəsini üzrsüz səbəbdən yerinə yetirilməyən işdə iştirak edən şəxsin cərimə olunması imkanını da nəzərdə tutur (MPM-in 78.3 və 78.4-cü maddələri). MPM-in 106.2-ci maddəsinə əsasən isə digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Lakin məhkəmələr işə baxarkən sadalanan prosessual hüquq normalarının mübahisəyə tətbiq edilməsi məsələsini də müzakirə etməmişdir.
73. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gönd ərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir.
74. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3028/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmayan hissəsində ləğv olunsun və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.