Məhkəmə qərarları › İş №2(102)-1449/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1449/2022

22.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1449/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı: İddiaçı cavabdeh X və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:ipotekaya xitam verilməsi barədə) 22.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu sədrlik edən, məruzəçi, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(103)7875/2021 saylı qətnaməsindən cavabdeh X kassasiya şikayəti üzrə işə 22 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına gör ə İddiaçı məhkəmədə cavabdeh LPO Cavabdeh1 X və digərlərinə qarşı iddia qaldıraraq, Cavabdeh1 ASC ilə "xxxx" Kəndli Fermer MMC arasında bağlanmış 23 avqust 2005-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 2 saylı evin 14 saylı mənzilinin ipoteka yüklülüyündən azad edilməsi və bu barədə Reyestr Xidməti tərəfindən rəsmi reyestrdə müvafiq qeydin aparılmasına dair qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim N.T.Tağıyeva) iddia təmin edilərək, Cavabdeh1 ASC ilə "xxxx" Kəndli Fermer MMC arasında bağlanmış 23 avqust 2005-ci il tarixli ipoteka müqaviləsinə x itam verilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 2 saylı evin 14 saylı mənzilinin ipoteka yüklülüyündən azad edilməsi və bu barədə Reyestr Xidməti tərəfindən rəsmi reyestrdə müvafiq qeydin aparılması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 mart 2015-ci il tarixli qətnaməsi ilə borclu "xxxx" Kəndli Fermer MMC 17 avqust 2005-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 29.317,62 manat, hesablanmış cəriməyə görə 450 manat pulun tutulub Cavabdeh1 ASC-yə ödənilməsi, tutumanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 2 saylı evin 14 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışda n əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi qət edilib. Bundan sonra qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilib. İpoteka predmeti olan sözügedən mənzil 22 may 2017-ci ildə keçirilmiş ilkin hərracda ilkin satış qiyməti 85.000 manat, 07 iyul 2017-ci ildə keçirilmiş təkrar hərracda 15 faiz endirimlə 72.250 manata açıq hərraca çıxarılsa da, alıcı olmadığı üçün hərrac baş tutmayıb və hərracın baş tutmaması ilə bağlı “Kaspi” qəzetində elan dərc edilib. Daha sonra “X1” MMC 14 iyul 2017-ci il tarixli məktubla ipoteka saxlayan Cavabdeh1 ASC-yə müraciət edərək ipoteka premetini almağı təklif edib, lakin sonuncu ipoteka predmetini əldə etməyib. Göründüyü kimi ipoteka saxlayan Cavabdeh1 ASC təkrar hərrac baş tutumamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini ə ldə etmədiyinə görə ipotekaya xitam verilməsi üçün əsaslar əmələ gəlib. Ona görə də iddia təmin olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 269.1, 269.4, 319.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh X apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi dəyi şdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib. Habelə ipoteka predmeti olan mənzilin hərrac yolu ilə alqı-satıqısında iştirak edən Cavabdeh1 ASC-nin etibarnamə üzrə nümayəndəsi alqı-satqı müqaviləsini imzalasa da, həmin mənzilin dəyərini ödəyərək əldə etməyib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7, 43.8-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştira kçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh X kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadın baxıldı. Tətbiq edilən hüquq “İpoteka haqq ında” Azərbaycan Respublikası Qanunu: Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiri ş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə görə, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qaybaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiy mət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələbləni pozub. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2015-ci il tarixli qətnaməsi ilə borclu "xxxx" Kəndli Fermer MMC 17 avqust 2005-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 29.317,62 manat, hesablanmış cəriməyə görə 450 manat pulun tutulub Cava bdeh1 ASC ödənilməsi, tutumanın İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi 2 saylı evin 14 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi qət edilib. Apellyasiya instansiyası məhkəməsi qətnamədə, ipoteka predmeti olan mənzilə dair ipoteka saxlayan Cavabdeh1 ASC ilə hərracın yekunları haqqında 26 iyul 2017-ci il tarixli protokol, 26 iyul 2017-cü il tarixli alqı-satqı müqaviləsi bağlandığını, lakin onun mənzilin dəyərini ödəyərək əldə etmədiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla, hərracın yekunları haqqında protokol və alqı-satqı müqaviləsi bu gün qüvvədədir və həmin sənədlər ipoteka qoyan İddiaçı tərəfindən ümumiyyətlə mübahisələn dirilməyib və borclu "xxxx" Kəndli Fermer MMC tələbkar Cavabdeh1 ASC-yə olan kredit borcuna görə ipoteka predmeti olan sözügedən mənzil 54.187,50 manat qiymətlə ipoteka saxlayan Cavabdeh1 ASC-yə təqdim edilib və sonuncunun nümayəndəsi həmin sənədlərə imza etməklə ipoteka predmetini qəbul edib və bu hal işə əlavə edilmiş “hərracın yekunları haqqında” protokolun, “alqı-satqı müqaviləsi”nin və digər sənədlərin surətləri ilə də təsdiq olunur. Digər tərəfdən, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına görə, borclu "xxxx" Kəndli Fermer MMC tərəfindən tələbkar Cavabdeh1 ASC-yə sözügedən kredit müqaviləsi üzrə 29.767,62 manat pul ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokolun, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun daşınmaz əmlak üzərində hüququn əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilməsini (Mülki Məcəllənin 139-1.1.2-ci maddəsi), bu gün də borclu "xxxx" Kəndli Fermer MMC-nin tələbkar Cavabdeh1 ASC-yə ödənilməmiş borcunun olmasını nəzərə almadan, qanuni əsas olmadığı halda ipoteka saxlayan Cavabdeh1 ASC-nin ipoteka predmetinin dəyərini ödəyərək əldə etmədiyi qənaətinə gələrək ipotekaya xitam verib. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinin mənasına görə, ipotekaya o vaxt xitam verilir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ər zində ipoteka predmetini əldə etməsin. Göründüyü kimi qanun ipotekaya xitam verilməsinin əsası kimi ipoteka predmetinin dəyərinin ödənilməməsini deyil, məhz ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməməsini nəzərdə tutur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, “hərracın yekunları haqqında” protokolun və “alqı-satqı müqaviləsinin” mövcudluğu, ipoteka saxlayan Cavabdeh1 ASC-nin təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi, başqa sözlə ipotekaya xitam verilməsi nəticəsinə gəlməyə əsas vermir. Həmçinin nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Azərbaycan Respulikası Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtın da istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Bu normanın başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Eyni zamanda yaddan çıxarmaq olmaz ki, ipotekaya xitam verilməsi halları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48-ci maddəsində göstərilib. Bu hallar sırasına: ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlməsi; əsas öhdəliyə xitam verilməsi; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin sa tılması; ipoteka predmetinin məhv olması; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilib (“İpoteka haqqında” Azərbaycan Respubikası Qanunun 48.1.1-48.1.5-ci maddələri). Göründüyü kimi, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı “İpoteka haqqında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48.1.5-ci maddəsi). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı kassasiya instansiyası məhkəməsi qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunilik və əsaslılıq baxımından sadalanan maddi hüquq normalarının tələblərinə cavab vermir. Halbuki, MPM-in 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətind ə göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh X kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(103)-7875/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar