Məhkəmə qərarları › İş №2(102)-145/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-145/2024

15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-145/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunla müəyyən edilən prosessual müddət buraxıldığı üçün kassasiya şikayətinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı evin və hasarın bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2502/2023 nömrəli iş üzrə 10 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2/3 hissəsi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Cəfər Xəndan küçəsində yerləşən 2B saylı evin və həmin ünvanda yerləşən 2C və 2B saylı evlərin arasındakı hasarın cavabdeh tərəfindən bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-870/2022 nömrəli iş üzrə 16 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddia rədd edilmişdir.

3. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2502/2023 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə (haki mlər R.Eyvazov (sədrlik edən və məruzəçi), C.Musayeva, F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Həmin qətnamədən iddiaçının vəkili kassasiya şikayəti vermişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 sentyabr 2023-cü il tarixli qərardadı ilə (eyni məhkəmə tərkibi), kassasiya şikayəti imzalanan zaman vəkilin etibarnaməsi olmadığı üçün, şikayət qaytarılmışdır.

7. Bundan sonra, iddiaçının vəkili qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

8. Ərizənin əsaslarına görə, iddiaçı tərəfindən qətnamədən 01 sentyabr 2023-cü il tarixdə kassasiya şikayəti verilsə də, şikayətə etibarnamə əlavə edilməmişdir. Tərəfi ndən yenidən kassasiya şikayəti verilsə də, bu müddət ərzində qanunvericiliklə müəyyən olunmuş prosessual müddət ötürülmüşdür. Bu səbəbdən prosessual müddət üzrlü sayılaraq, bərpa olunmalıdır.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), C.Musayeva, G.Axundova) ərizə təmin edilməmiş, kassasiya şikayəti qaytarılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, “... qeyd olunan qətnamədən kassasiya şikayəti verilməsi üçün sonuncu gün 05 sentyabr 2023-ci il tarixi olmuşdur. Kasssasiya şikayəti 01 sentyabr 2023-cü il tarixdə elektron kabinetə yüklənərək, Vəkil tərəfindən imzalanmışdır. Lakin, vəkilin iddiaçının adından şikayəti imzalamaq üçün səlahiyyətini müəyyən edə n sənəd (etibarnamə və s.) əlavə olunmadığından kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli qərardadı ilə qaytarılmış və həmin qərardad iddiaçının vəkilinin elektron kabinetinə 11 sentyabr 2023-cü il tarixdə yerləşdirilməklə, rəsmi qaydada təqdim edilmişdir. İddiaçı tərəf isə qeyd olunan qüsurları dərhal aradan qaldırmamış (ilk dəfə kassasiya şikayəti müddətin bitməsinə 4 gün qalmış verilmişdir), yalnız 10 gün sonra, yəni 21 sentyabr 2023-cü il tarixdə yeni kassasiya şikayəti verilmiş, sonrakı müddətin üzrlü halları barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Avropa Məhkəməsi də qərarlarında dəfələrlə vurğulamışdır ki, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu a ndan dərhal hərəkət etməlidir (Avropa Məhkəməsinin “Raihani Belçikaya qarşı”, “Məmmədov və digərləri Rusiyaya qarşı” işlərdəki mövqeyi). Digər tərəfdən, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra onun icrası məcburidir və belə olan halda prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldaraq, məhkəmə qərarlarının qətiliyinə xələl gətirmiş olur. Bu hal, həmçinin hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Çünki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mü hüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Bununla yanaşı, ilk dəfə vəkil tərəfindən səlahiyyəti olmadan kassasiya şikayətinin imzalanması halı da özü-özlüyündə üzrlü hal kimi qəbul edilə bilməz. İddiaçının nümayəndəsi müddətin bərpa olunmasının əsası kimi – ilk kassasiya şikayətinin vaxtında verilməsini göstərmişdir ki, bu hal özü-özlüyündə yetərli deyildir. Çünki, məhkəmə qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 2 aylıq prosesual müddətin axımı həmin qətnamədən verilmiş şikayətin hər hansı səbəbdən (müddət istisna olmaqla) geri qaytarıldığı halda da davam edir. Başqa sözlə, 2 aylıq prosessual müddət mülki prosessual qanunvericiliklə müəyyən edilmiş tələblərə tam şəkildə cavab verən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuşdur.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

11. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilib, kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə ancaq formal mülahizələrə istinad edərək, qanunsuz və əsassız qərardad qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən 06 iyun 2023-cü il tarixli qətnamədən 01 sentyabr 2023-cü il tarixdə kassasiya şikayəti verilmiş, lakin vəkilə veri lmiş etibarnamənin etibarlılıq müddəti bitmişdir. İddiaçı tərəfindən 06 sentyabr 2023-cü il tarixdə vəkilə etibarnamə verilmiş və iddiaçının vəkili elektron kabinet vasitəsi ilə etibarnaməni sistemə əlavə etmişdir. Lakin Bakı Apelyasiya Məhkəməsi kassasiya şikayətini qaytarmışdır. Kassasiya şikayətinin qaytarılması barədə məlumatı olduğu zaman - yəni 21 sentyabr 2023-cü il tarixində yenidən kassasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə göndərilmişdir. Lakin məhkəmə tərəfindən qeyd olunan faktlar nəzərə alınmamış, onlara heç bir hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inziba ti və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülk i işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə ə ks etdirilməlidir; Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri p rosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılı; Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə işt irak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilm ədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

17. Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsi Plenumunun qərarları "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2007-ci il tarixli Qərar: “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən q anunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.” “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərar: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəməni n öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”

18. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarı: “Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə alma lıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansi ya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

20. Kassasiya şikayətində qərardadın ləğvi tələb edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.

23. Azərbaycan Respublikası Konstitusi yasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və sözügedən hüquq qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər.

24. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu qəbildən məhdudiyyətlərdən biri də MPM-in 405-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə və qərardadın işdə iştirak edən şəxslərə rəsmi qaydada verild iyi gündən müvafiq olaraq 2 ay və 10 gün müddətlərində verilməsi müəyyən olunur.

25. Məhkəmə kollegiyası bildirir ki, iş üzrə qətnamə və qərardadlar “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmədə baxılan mülki işdə qəbul edildiyindən və bu səbəbdən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyindən, qeyd olunan məhkəmə aktları tərəfin elektron kabinetinə yerləşdirildiyi andan ona rəsmi qaydada verilmiş hesab edilir.

26. Sözügedən qaydada məhkəmə sənədlərinin proses iştirakçılarına və işdə iştirak edən şəxslərə çatdırılması onların adından etibarnamə əsasında çıxış edən şəxsləri (vəkilləri, nüma yəndələri) də əhatə edir. Bunun əksini düşünmək, MPM-in 69 və 74-cü maddələri ilə şəxslərə tanınan hüquqların əhəmiyyətini azaltmış olardı.

27. Bu mənada, məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin ancaq formal mülahizələrə istinad edərək, qanunsuz və əsassız qərardad qəbul etməsi və məhkəmə tərəfindən iddiaçının qeyd etdiyi faktların nəzərə alınmadığı, onlara hüquqi qiymət verilmədiyi barədə dəlillərini əsassız sayır. Belə ki, apellyasiya instansiyası məhkəməsi öz qərardadında iddiaçının istinad etdiyi faktları ətraflı təhlil edərək, düzgün olaraq göstərmişdir ki, kassasiya şikayəti 08 sentyabr 2023-cü il tarixli qərardadla qaytarılmış və həmin qərardad iddiaçının vəkilinin elektron kabinetinə 11 sentyabr 2023-cü il tarixdə yerləşdirilməklə, rəsmi qaydada təqdim edilmiş, iddia çı qeyd olunan qüsurları dərhal aradan qaldırmamış (ilk dəfə kassasiya şikayəti müddətin bitməsinə 4 gün qalmış verilmişdir), yalnız 10 gün sonra, yəni 21 sentyabr 2023-cü il tarixdə yeni kassasiya şikayəti vermiş, sonrakı müddətin üzrlü halları barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, qanunla nəzərdə tutulan prosessual müddətin iddiaçı tərəfindən buraxılmasının şikayətdə göstərilən səbəblərinin onun iradəsindən asılı olmadığı, özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxdığı, bunun üçün müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətdiyi və ya məhdudiyyət yaratdığı inkarolunmaz, ağlabatan və inandırıcı dəlillərlə sübuta yetirilmir. Bu hallar da prosessual müddətin üzrsüz səbəblərdən ötürüldüyünə dəlalət edir.

29. Məhkəmə kolle giyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olduğu üçün qərardad dəyişiklik edilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2502/2023 nömrəli iş üzrə 10 oktyabr 2023-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar