Məhkəmə qərarları › İş №2(102)-1450/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1450/2022

04.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1450/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1450/22 (Açar sözlər: müqavilə üzrə pulun qaytarılması, əqdin etibarsızlığı) Bakı şəhəri, 04 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7976/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 04 aprel 2022-ci il tarixdə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında 15.03.2019-cu il tarixdə sadə yazılı formada müqavilə bağlanıb. Müqaviləyə görə Cavabdeh İddiaçı üçün 26000 (iyirmi altı) min ABŞ dolları dəyərində 2019-cu il buraxışlı Toyota RAV4 2.0L markalı avtomobil gətirməlidir.

2. Müqavilənin şərtinə əsasən Cavabdeh öhdəsinə götürüb ki, 26 min dollar pulu İddiaçı aldıqdan sonra 3 ay müddətinə göstərilən tipli, markalı avtomobili xaricdən gətirib İddiaçı adına sənədləşdirəcək. Avtomobil təhvil-təslim edilərkən İddiaçı Cavabdeh 2000 (iki min) dollar ödəyəcək. Hər hansı maliyyə və ya digər problemi olarsa, Cavabdeh həmin avtomobili və ya ödənilmiş 26.000 dolları və hər gecikmiş ay üçün 5 faiz ödəyəcək.

3. Həmin müqavilə üzrə tərəf lər arasında mübahisə yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ümumilikdə 54 000 (əlli dörd min) dolların və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh iddiaçının çoxdan tanıdığı, bəzi işgüzar münasibətləri olduğu qonşusudur. Cavabdehlə söhbət əsnasında iddiaçı maşın almaq istədiyini soruşub, hansı maşının yaxşı olub-olmaması barədə cavabdehdən bəzi məsləhətlər almışdır.

6. Cavabdeh bildirmişdir ki, o, və şirkəti hər cür bizneslə məşğul olur, o cümlədən xaricdən sifarişlə maşın alıb gətirib yerində sifarişçinin adına keçirirlər. İddiaçı cavabdehin taxta işi ilə məşğul olduğunu bildiyindən, onun müvafiq sualına cavabdeh bildirmişdir ki, onların xariclə əlaqələri və orada nümayəndələri var. Maşın və digər şeylər də gətirirlər.

7. Nəhayət, iddiaçı cavabdehi çoxdan tanıdığını, qonşusu olduğunu, kənardan bəzi iş birlikləri olduğunu nəzərə alıb iddiaçı üçün 26 000 (iyirmi altı) min ABŞ dolları dəyərində 2019-cu il buraxışlı Toyota RAV4 2.0L onun tərəfindən maşının xaricdən alınıb gətirilməsinə razılaşmış və yuxarıda göstərilən şərtlərlə 15.03.2019-cu il tarixdə sadə yazılı müqavilə imzalamışlar.

8. Cavabdeh tərəfindən müqavilədə göstərilən 26.000 dollar məbləğ alındıqdan bir müddət keçdikdən sonra məlum olub ki, cavabdeh heç vaxt maşın alveri ilə məşğul olmamış, iddiaçını aldatmaqla pulunu mənimsəmişdir. İddiaçı pulu tələb edəndə cavabdeh bildirmişdir ki, hə min pulla Qazaxıstandan arpa alıb İrana göndərmişdir. İranlılar da pulu vermir. Uzun müddətdir ki, cavabdehdən pulu tələb etsə də, cavabdeh, ya gizlənir, ya da telefona cavab verməməklə yayınır.

9. Artıq müqavilənin şərtlərinə əsasən 3 ay icra müddəti bitdiyindən və icra müddətindən 22 ay (bir il 10 ay) keçməsinə baxmayaraq cavabdeh müqavilə şərtlərinə uyğun hərəkət etmir və gizlənərək pulu geri qaytarmır. Cavabdeh etibardan sui-istifadə edərək iddiaçının aldadıb pulunu ələ keçirməklə iddiaçıya böyük maddi ziyan vurmuşdur.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.2, 443.1 və 449.1-ci maddələrinə istinad etmişdir.

11. Cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəliləri: - iddiaçı ilə onun arasında 2015-ci ildə notarial qaydada bağlanmış 26 min dollar məbləğində borc müqav iləsi olub, 4 il müddətində iddiaçıya 1200 ABŞ dolları məbləğində faiz ödəyib. Maddi imkanı pisləşdiyindən bir müddət ödəniş edə bilmədiyi üçün iddiaçı onu məhkəməyə vermiş və iddia təmin edilmişdir. 26 avqust 2019-cu il tarixli Qətnamə əsasında həmin pulu iddiaçıya qaytarmışdır. 31 avqust 2020-ci ildə icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda tələb edilən 26 min ABŞ dolları məbləğ də 2015-ci ildə bağlanmış müqavilə ilə bağlıdır; - başqa hər hansı müqavilə ilə iddiaçdan pul almayıb, nə də maşın alverçisi deyil ki, iddiaçıya maşın gətirmək üçün müqavilə bağlasın; - istinad edilən müqaviləyə icra mərhələsində qol çəkib, latın qrafikasını bilmir. İddiaçı tərəfindən aldadılaraq mahiyyəti və məzmunu ondan gizlədilmiş bir kağıza imza edib. Belə ki, iddiaçı 15 mart 2019-cu il tarixdə metronun 20 Yanvar stansiyası yaxınlığında onu maşına dəvət edib, bir kağız göstərib, həmin kağızın əvvəlki 26 min dollar borcla bağlı olduğunu bildirmiş, 26 min dolları verə bilməyəcəyi təqdirdə ona maşın verməli olacağını demişdir; - həm də belə alınır ki, iddiaçı ilə əvvəlki 26 min dollarla bağlı məhkəmədə mübahisə getdiyi bir vaxtda iddiaçının ona daha bir 26 min dollar verib, bu isə məntiqsizdir; - həmçinin internet resurslarında aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, 2019-cu il buraxlışılı Toyota RAV4, 2.0L markalı avtomaşının bazar satış qiyməti 26.00028.000 dolları təşkil edir. Bakı şəhərində bu avtomaşının satış qiyməti 26.000-28.000 ABŞ dolları təşkil etdiyi halda, iddiaçının həmin qiymətə xarici ölkədən avtomaşın gətirmək üçün ona həmin məbləği vermiş olması heç də inand ırıcı görünmür; - bundan başqa, qeyd edilən müqavilənin əsli hazırki işə əlavə olunduğu üçün həmin müqaviləni ayrıca olaraq mübahisələndirə bilmir.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1109/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ödəniş gününə qüvvədə olan məzənnə ilə 26.000 (iyirmi altı min) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim İlahə Abbasova)

13. Birinci instansiya məhkəməsi müəyyən edib ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 mart 2019-cu il tarixli müqavilə üzrə Cavabdeh İddiaçı 26.000 ABŞ dolları məbləğində pul almış və aldığı pul müqabilində sonuncunun xe yrinə avtomobil gətirməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə öhdəliyini yerinə yetirməmiş və iddiaçıdan aldığı qeyd edilən məbləği qaytarmamışdır.

14. Birinci instansiya məhkəməsi hesab edib ki, cavabdeh müqavilə əsasında iddiaçının vəsaiti hesabına xarici ölkədən avtomobil alıb gətirmək barədə öhdəlik götürsə də, bu öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə verdiyi 26.000 ABŞ dolları məbləğində pulun ona geri ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir.

15. Birinci instansiya məhkəməsi 28000 ABŞ dolları faizin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə tələbini isə əsassız hesab etmişdir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən 28000 ABŞ dolları faizi cavabdehdən tə ləb etdiyi halda, cavabdehin kredit borcu üzrə pul vəsaitindən istifadəyə görə gəlir, artım, bəhər, törəmə əldə etməsi halını sübut etməli idi. Lakin iddiaçı tərəfindən qeyd edilən halları sübut edən hər hansı dəlil məhkəməyə təqdim edilməyib.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.3, 385.1, 421.2, 423.2, 442, 448.1, 449.1, 777.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmışdır. (hazırki qərarın 11-ci bəndi)

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7976/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.04.2021-ci il il tarixli, 2(011)-1109/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova, Vəfaddin İbayev)

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, iddiaçı 03.09.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehə 03.09.2016-cı il tarixdə qaytarması şərti ilə 30.000 ABŞ dolları məbləğində borc vermişdir. Cavabdeh həmin borcun 4.000 ABŞ dollarını qaytarsa da, borcun 26.000 doll arını qaytarmamışdır. İddiaçı 20.06.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcun cavabdehdən özünün xeyrinə tutulmasını tələb etmiş və iddia təmin edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı cavabdehlə aralarında cavabdehin onun üçün 26.000 ABŞ dolları dəyərində 2019-cu il buraxılışlı Toyota RAV4 2.0L markalı avtomobilin xaricdən alınıb gətirilməsi barədə razılaşma olduğunu, bunun üçün aralarında 15.03.2019-cu il tarixli müqavilənin imzalandığını iddia etsə də, 20.06.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən üç ay müddətinə bağlanmış və qüvvədə olma müddəti 15.06.2019-cu il tarixdə bitmiş 15.03.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərini icra etməmiş cavabdehə qarşı tələb irəli sürməməsini əsaslandıra bilməm işdir.

22. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi hallarla bağlı (kirill qrafikalı Azərbaycan əlifbası ilə təhsil alması, sonradan təhsilini davam etdirməməsi, bir müddət Rusiya Federasiyasında olması, latın qrafikası ilə yazıb-oxumağı bacarmaması səbəbindən iddiaçı tərəfindən ona imza etdirilmiş kağızın məzmunundan tam məlumatsız olması, iddiaçı tərəfindən aldadılaraq imzaladığı 15.03.2019-cu il tarixli müqavilənin mahiyyəti və məzmununun ondan gizlədildiyi, iddiaçıdan sələmə 26.000 ABŞ dolları götürməsi, iddiaçıya 26.000 ABŞ dolları borclu olduğu və həmin borcla bağlı aralarında mübahisə getdiyi bir vaxtda iddiaçının özü üçün avtomaşın alıb gətirtməsi məqsədilə ona daha bir 26.000 ABŞ dolları verməməsi, 15.03.2019-cu il tarixdə iddiaçın ın bir kağız parçası göstərib, həmin kağızın onun özünə əvvəldən borclu olduğu 26.000 ABŞ dolları ilə bağlı olduğunu bildirməsi, 26000 ABŞ dollarını verə bilməyəcəyi təqdirdə ona avtomaşın verməli olacağını bildirərək həmin sənədə imza etdirməsi) “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbacyan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2021-ci il tarixli Qərarına istinad etmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Hə mçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).

23. Apellyasiy a instansiyası məhkəməsi vurğulayıb ki, tərəflər onların arasında 2015-ci ildə bağlanmış borc müqaviləsinə görə cavabdehin iddiaçıya 26.000 ABŞ dolları borcu olmasını mübahisələndrimirlər. Həmçinin hazırkı iddia tələbinin əsası kimi iddiaçının istinad etdiyi 15 mart 2019-cu il tarixli müqavilənin qüvvədə olduğu 3 aylıq müddət tamam olduqdan cəmi 5 gün sonra iddiaçı Bakı şəhəri Xətai rayon məhkəməsinə 26.000 ABŞ dolları borc tələbinə dair iddia ilə müraciət etmiş, həmin iş üzrə Cavabdeh borcu məhkəmə iclasında etiraf etmiş və həmin qətnamə onun tərəfindən icra edilərək 26.000 ABŞ dolları İddiaçı ödənmişdir.

24. İddiaçı həmin borc müqaviləsi ilə hazırkı işdə tələbinin əsası kimi istinad etdiyi müqavilənin bir-biri ilə əlaqəli olmadığını, borc məbləğlərinin eyni olmasının təsadüf olduğunu b ildirir. Cavabdeh isə buna etiraz edərək onun 15 mart 2019-cu ildə iddiaçıdan pul almadığını, yalnız əvvəl mövcud olmuş 26.000 ABŞ dolları borcun qaytarılması ilə bağlı onların arasında söhbət olduğunu və həmin borc məbləğinin etirafı etmək məqsədi ilə müqaviləni imzaladığını bildirir.

25. Apellyasiya instansiyası məhkəməsi iddiaçının istinad etdiyi 15 mart 2019-cu il tarixli müqavilə bağlanarkən cavabdehin ona 03.09.2015-ci il tarixli borc müqaviləsi üzrə 26.000 ABŞ dolları borcunun olmasını, borc müddəti başa çatmasından 2 il 5 aydan artıq vaxt keçməsinə baxmayaraq, borcu qaytarmadığını və bununla bağlı aralarında narazılıq olmasını nəzər alaraq, həmin vəziyyətdə iddiaçının cavabdehə yenidən 26.000 ABŞ dolları pul verməsini ağlabatan saymayıb. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında uzun müddət tanışlıq münasibətlərinin olduğu halda, cavabdehin avtomobil alveri ilə məşğul olduğunu bildirərək onu aldatması barədə dedikləri də ağlabatan hesab edilə bilməz.

26. Bununla yanaşı, 15 mart 2019-cu il tarixli müqavilənin cəmi üç ay müddətinə bağlandığını və həmin müqavilənin qüvvədə olma müddəti bitdikdən cəmi 5 gün sonra iddiaçı tərəfindən cavabdehə qarşı müqavilədə göstərilən məbləğdə borcun qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılmasını nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında həmin müqavilə üzrə pul verilmədiyi, yalnız 03.09.2015-ci il tarixli müqavilə üzrə qalıq borcla bağlı razılaşma olduğu və iddiaçı tərəfindən tərtib edilmiş sənədin məhz bu borcla bağlı olduğuna inanaraq imzaladığı barədə cavabdehin dəlillərini işin həqiqi hallarına uy ğun hesab edib.

27. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılan halları ilə müəyyən edib ki, cavabdehin 26.000 ABŞ dolları müqabilində 3 ay müddətinə xaricdən avtomobil gətirib iddiaçının adına sənədləşdirməyə dair iradə ifadəsi olmamış, 15.03.2019-cu il tarixli müqaviləni, 03.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borc barədə olmasına inanaraq imzalamış və bu müqavilə üzrə ona pul verilməmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, iddiaçının dəlillərinin işin hallarına uyğun olması halında belə tərəflər arasındakı müqavilə əhəmiyyətsiz olmuşdur. Çünki iddiaçıya görə müqavilədə nəzərdə tutulanlara əsasən cavabdeh 26.000 dollar məbləği aldıqdan sonra 3 ay müddətinə göstərilən tipli, markalı maşını xaricdən gətirib onun adına sənədləşdirməli idi. Bu hal isə cavabdehin müqavilədə göstərilən avtomobili gətirərək iddiaçının xeyrinə özgəninkiləşdirilməsini ehtiva etməklə, hazırkı müqavilə ilə tərəflərin gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürdüklərini təsdiq etmiş olur ki, belə olan halda da, ilkin müqavilənin etibarlı olması üçün onun notariat qaydasında təsdiq edilməsi zəruri idi.

29. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 324.4, 324.5, 337.1, 394, 402.1, 402.2, 650, Azərbacyan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” 12.04.2021-ci il və B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarları ilə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı (vəkil Aslanov Mustafa oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv edilərək, yeni qərar çıxarılmasını xahiş etmişdir.

31. Kassasiya şikayətinin dəlilləri: - apellyaisya məhkəməsi Mülki Məcəllənin 329.2 və 331.1-ci maddələrinə uyğun tərtib edilmiş 15 mart 2019-cu il tarixli müqaviləni ilkin müqavilə kimi göstərməklə düzgün nəticəyə gəlməyib; - apellyasiya məhkəməsi Mülki Məcəllənin 324, 337, 394, 402.2 və 650-ci maddələrinə istinad etməklə hüququn tətbiqində səhvə yol vermişdir. Çünki həmin normalar daşınar və daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün tətbiq olunur. Hazırki iş üzrə müqavilənin predmeti olan maşın cavabdeh tərəfindən gətirilsəydi, müqavilə üzrə nəzərdə tutulmuş qaydada iddiaçıya təhvil verilərkən məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 324, 337, 394, 402.2 və 650-ci maddələrinə uyğun bu barədə notariat qaydada əqd in təsdiqlənməsi zəruri olardı. Lakin cavabdeh müqavilənin şərtlərinə uyğun hərəkət etmədiyindən, tərəflər arasında alqı-satqı baş tutmadığından qeyd edilən normalar düzgün tətbiq edilməyib; - cavabdeh müqavilənin ləğvini 30 gün müddətində mübahisələndirməyib; - Mülki Məcəllənin 329.4-cü maddəsinə görə susmaq da əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Cavabdeh qanunla ona verimiş müddətdə müqavilədən imtina etməməklə razılığını ortaya qoymuşdur. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

32. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfl i əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Maddə 402.2. İlkin müqavilə əsas müqavil ə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Maddə

650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəmə sinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərar dadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir.

34. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyasının qətnaməsi tam mübahisələndirmişdir. Buna görə də kollegiya apellyasiya instansiyasının qətnaməsini tam yoxlayır.

35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. İddia tələbi müqavilə üzrə (xaricdən avtomobil gətirilməsinə görə) cavabdehə ödənilmiş pulun qaytarılması barədədir. İddiaçı tələbinin əsası kimi 15 mart 2019-cu il tarixli müqaviləyə istinad edib.

38. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə isə cavabdehin 26.000 ABŞ dolları müqabilində 3 ay müddətinə xaricdən avtomobil gətirib iddiaçının adına sənədləşdirməyə dair iradə ifadəsi olmamış, cavabdeh 15.03.2019-cu il tarixli müqaviləni, 03.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borc barədə olmasına inanaraq imzalamış və bu müqavilə üzrə cavabdehə pul verilməmişdir. Həmçinin iddiaçının dəlillərinin işin hallarına uyğun olması halında belə tərəflər arasındakı müqavilə əh əmiyyətsiz olmuşdur. Çünki iddiaçıya görə müqavilədə nəzərdə tutulanlara əsasən cavabdeh 26.000 dollar məbləği aldıqdan sonra 3 ay müddətinə göstərilən tipli, markalı maşını xaricdən gətirib onun adına sənədləşdirməli idi. Bu hal isə cavabdehin müqavilədə göstərilən avtomobili gətirərək iddiaçının xeyrinə özgəninkiləşdirilməsini ehtiva etməklə, hazırkı müqavilə ilə tərəflərin gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürdüklərini təsdiq etmiş olur ki, belə olan halda da, ilkin müqavilənin etibarlı olması üçün onun notariat qaydasında təsdiq edilməsi zəruri idi.

39. Məhkəmə kollegiyası iddia tələbi üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 20-29-cu bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Bu səbəbdən əlavə şərhə zərurət görmür. Həmin bəndlərdə əks edilənlə rdən görünür ki, apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı işin hallarını tam araşdırmaqla, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normaları baxımından düzgün hüquqi qiymət vermişdir.

40. Məhkəmə kollegiyası Mülki Məcəllənin 329.2 və 331.1-ci maddələrinə uyğun tərtib edilmiş 15 mart 2019-cu il tarixli müqaviləni ilkin müqavilə kimi göstərməklə apellyasiya məhkəməsinin düzgün nəticəyə gəlməməsi, Mülki Məcəllənin 324, 337, 394, 402.2 və 650-ci maddələrinə istinad etməklə hüququn tətbiqində səhvə yol verməsi barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir və qeyd edir ki, həmin normaların tətbiq edilməsi işin apellyaisya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına uyğun olmuşdur. Nəzərə alınmalıdır ki, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Bu da o deməkdir ki, belə növ müqavilələr də notarial qaydada bağlanmalıdır. Belə olan halda, həmin əşyalarla bağlı ilkin müqavilə də əsas müqavilə üçün nəzərdə tutulmuş formada, yəni notarial qaydada bağlanmalıdır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi isə onun əhəmiyyətsizliyinə səbəb olur.

41. Cavabdehin Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən 15 mart 2019-cu il tarixli müqavilənin ləğvini 30 gün müddətində tələb etməməsi barədə dəlilə gəldikdə, qeyd edilməlidir ki, hazırki işdə müqavilənin ləğvi deyil, onun etibarsızlığı halı müəyyən edilib, buna görə də Mülki Məcəllənin 423.2-ci maddəsinin tətbiq edilməməsi barədə dəlil də əsassızdır.

42. Göründüyü kimi, apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmiş, sübutları MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymətləndirmişdir.

43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7976/2021 nömrəli, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar