Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1457/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdeh və sonuncunun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh na qarşı “aliment borcunun silinməsi və alimentin ləğv olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.10.2018-ci il tarixli 2(103)-10563/2018 nömrəli qətnaməsindən iddiaçı X2 və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh na qarşı “aliment borcunun silinməsi və alimentin ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yasamal Rayon Məhkəməsinin 2(004)-416/2014 saylı qətnaməsi ilə iş üzrə yaranmış formal borcun, yəni 79.620 manat borcun və bu gündən etibarən qətnamə qanuni qüvvəyə minənədək aliment üzrə yaranacaq formal borcun silinməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-416/2014 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün kəsilmiş alimentin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin (Şeyda Məhərrəmova) 10 yanvar 2018ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi nin 2(004)-416/2014 saylı, 14.02.2014-cü il tarixli qətnaməsi ilə formal olaraq yaranmış və hazırkı qətnamə qanuni qüvvəsini alanadək formal olaraq yaranacaq aliment borcunun silinməsi, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-416/2014 saylı, 14.02.2014-cü il tarixli qətnaməsi ilə 09.02.2005-ci il təvəllüdlü X1 və 05.08.2008-ci il təvəllüdlü X1nun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş aliment öhdəliyindən azad edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakim İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, Abidin Hüseynov) 08.10.2018-ci il tarixli 2(103)10563/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli qətn aməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-416/2014 saylı qətnaməsi ilə bağlı yığılmış aliment məbləğinin 01.04.2015-ci il tarixdən yaranmış aliment borcu hissəsini ödəməkdən və eləcə də, uşaqların analarına verilməsi barədə məhkəmə qətnaməsi icra olunan tarixədək yaranacaq aliment borcunu ödəməkdən azad edilməsi, qalan hissədə iddia tələbinin təmin olunmaması qət edilmişdir. İddiaçı X2 və vəkili Vəkil1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.10.2018-ci il tarixli 2(103)-10563/2018 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, rəsm i olaraq uşaqlar ananın himayəsinə verilsələr də, faktiki olaraq atanın yanında qalmışlar. Uşaqlar ataları İddiaçı həddindən ziyada bağlıdırlar, onlara nəinki nikah pozulandan sonra, bütün nikah müddətində yəni, uşaqlar doğulandan analarından daha yaxın ataları olmuşlar. Bütün məhkəmə proseslərində şahid qismində dindirilən müəllimlər, dayələr, repetitorlar, qohumlar, dostlar və qonşular hər biri məhkəmədə İddiaçı uşaqlarına lazım olduğundan daha çox bağlılığını, onların qeydinə qalmasını, onlara normal valideynlərindən daha çox maraqlanmasını, uşaqların hərtərəfli inkişafını təmin etməkdən ötrü bütün vəsaitini sərf etdiyini dəfələrlə təsdiqləmişlər. İddiaçı tərəfindən Binəqədi rayon məhkəməsinə təqdim olunmuş fotoşəkillərdən bir daha aydın olur ki, hər iki uşaq İddiaçı yanında 2015-ci ili n aprel ayından sonra yox, ondan çox-çox öncələrdən qalmışlar. Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən uşaqlarla bir sıra söhbətlər aparılmış, yekunda uşaqlar ataları ilə bərabər şöbəyə dəvət edilmişdir. Orada video yazısı müşahidəsi ilə uşaqlarla təqribi iki saata yaxın söhbətlər aparılmış, hətta qadın icra məmuru tərəfindən uşaqların anası ilə getməsi üçün çox cəhdlər göstərilmişdir. Lakin uşaqlar ataları ilə qalmalarını istəmişlər. İşin bütün faktiki halları, məhkəmə gedişatında dindirilmiş şahid ifadələri, 13 yaşlı Xnin və 10 yaşlı İslamın həqiqəti göstərən ifadələri, təqdim olunmuş bir sıra fotoşəkillərdən görünür ki, uşaqlar həqiqətən də bütün bu müddət ərzində atalarından ayrı yaşamamışlar. 2014-cü il tarixdən etibarən bu günədək uşaqlar faktiki olaraq at alarını istəməkdə və faktiki olaraq onun himayəsində yaşamaqdadırlar. Beləliklə uşaqların bütün təlim-tərbiyə, bütün maddi vəsaitləri, yüksək səviyyədə geyimləri, qidalanmaları, hər iki uşağın tədrislə bağlı tutulmuş müəllimlərin xərcləri, hər iki uşaqlarının dayələrinin xərcləri, hər iki uşağın inkişaf etmələri üçün respublikanın dörd bir hissəsində gəzintiləri və xərclərini məhz Ataları İddiaçı tərəfindən ödənilir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayətinə etiraz təqdim edərək, verdikləri izahatlarında kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin dəyişdirilmədən saxla nılmasını xahiş etdilər. İddiaçı işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları ilə bağlı aşağıdakı sübutlar tədqiq olunmuşdur: Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-416/2014 saylı 14.02.2014-cü il tarixli qətnaməsindən aydın olur ki, Cavabdeh ilə İddiaçı arasında 14.02.2003-cü il tarixdə 228 nömrə ilə Bakı şəhəri Səadət sarayında qeydə alınmış nikah pozulmuş, tərəflərin ümumi uşaqları 09.02.2005-ci il təvəllüdlü X1 və 05.08.2008-ci il təvəllüdlü X1nun analarının yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı əmək haqqının 1/3 hissəsi miqdarında aliment alınıb Cavabdeh na verilməsi, alimentin 01.10.2013-cü il tarixdən etibarən tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30.03.2016-ci il tarixli 2(103)-1604/2016 saylı qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 2(001)-6054 saylı 23.11.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, 09.02.2005-ci il təvəllüdlü X1 və 05.08.2008-ci il təvəllüdlü X1nun atalarının himayəsində qalm ası qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 10.08.2016-cı il tarixli 2(102)3708/16 saylı qərarından məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 30.03.2016-ci il tarixli 2(103)-1604/2016 saylı qətnaməsi ləğv edilmiş, işə yenidən apellyasiya qaydasında baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12.12.2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamədən X1nun verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2501.2018-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Xətai RPİ-nin 37-ci PB-nin 05.05.2015-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh 13.04.2015-ci il tarixdə idarəyə ərizə ilə müraciət etmiş, uşaqlarının atası tə rəfindən icazəsiz götürüb apardığını bildirmiş, İddiaçı uşaqların onun yanında qalmalarını bildirmiş, cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Yasamal rayon icra şöbəsinin 30.10.2017-ci il və 20.11.2017-ci il tarixli məktublarından aydın olur ki, İddiaçı 01.10.2013-cü il tarixdən 01.04.2015-ci il tarixədək olan aliment borcu ümumilikdə 40371,7 manat təşkil edir, icra iş materiallarına əsasən uşaqların 13.04.2015-ci il tarixdən atalarının yanında qalması qeyd olunur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, uşaqların 2015-ci ilin aprel ayınadək analarının (hazırkı iş üzrə cavabdehin) yanında yaşamaları təsdiq olunur. Bu hal istər uşaqların kimin yanında qalması barədə mülki iş üzrə, istərsə d ə, hazırkı iş üzrə icra məmurlarının verdiyi rəsmi sənədlərlə təsdiq olunur. Alimentlə bağlı məhkəmə qətnaməsi çıxarılsa da, iddiaçı həmin müddət ərzində alimenti ödəməmişdir. Onun daimi iş yeri olmasına, aliment barədə qətnamənin dərhal icra edilməli olmasına baxmayaraq icra orqanları məcburi icra tədbirləri həyata keçirməmiş, alimentin tutulmasını təmin etməmişlər. Nəticə etibarı ilə iddiaçı 2015ci ilin aprel ayında uşaqları götürərək özündə saxlamış və məhkəmə qərarları ilə uşaqlar analarına verilməsinə baxmayaraq həmin qətnaməni də icra etməmiş və hazırkı iddianı irəli sürmüşdür. İşə baxan birinci instansiya məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozisiya şərtlərində nəzərdə tutulan hal kimi iddiaçının diqqətəlayiq maraqlarını nəzərə ala raq onu aliment borcundan azad etmişdir. İddiaçının diqqətəlayiq mənafeyi isə guya onun uşaqların həmişə maddi tələbatlarını qarşılaması olmuşdur. Aliment tələbinə dair məhkəmə qətnaməsi üzrə ödənişlər 2013-cü ildən bəri bir ay üçün belə ödənilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, uşaqlar ataları tərəfindən götürülən tarixədək (01.04.2015-ci il tarixədək) yığılmış aliment borcundan iddiaçının azad edilməsi barədə məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Eyni zamanda nə qədər ki, aliment uşaqların saxlanması, yəni onların maddi tələbatlarının qarşılanması üçün tutulan vəsaitdir və uşaqlar 2015-ci ilin aprel ayından iddiaçının yanında yaşayırlar, ona görə uşaqlar atalarının yanında qalan müddət ərzində (uşaqların analarına verilməsi barədə qətnamə icra olunan tarixədək) aliment ödəməkdən azad edilməlidir. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün kəsilmiş alimentin ləğv edilməsi hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə həmin qərarı qəbul etməklə digər işdə qanuni qüvvəsini alan məhkəmə qətnaməsinin nəticələrini şübhə altına almışdır. Çünki məhkəmə qətnaməsi ilə uşaqlar analarına qaytarılmalıdır. Belə qənaət hasil olur ki, məhkəmə ya həmin qətnamənin həmişəlik icra olunmayacağını qəbul edir, ya da uşaqlar analarına qaytarılsa belə, həmin qətnamə ilə müəyyən edilmiş aliment məbləğindən iddiaçını azad edir. Uşaqlar analarına qaytarılacağı təqdirdə iddiaçının uşaqların maddi tələbatlarını qarşılayacağına heç bir zəmanət yoxdur. Belə bir zəmanət olmadan məhkəmə qətnaməsi ilə müəyyən edilən a limentdən borclunun azad edilməsi əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə müvafiq olaraq, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məs ələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə kollegiyası «Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat müəyyən edildiyini nəzərə alır, lakin qeyd edir ki, uşaqların gündəlik zəruri qida və digər zəruri ehtiyaclarının təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşağın qayğısına qalmaq, onun normal inkişaf etməsinin təmin edilməsi hər iki valideynin vəzifəsidir. Məhkəmə kollegiyası yuxarıda göstərilən iş üçün mühüm əhəmiyyə ti olan halları tədqiq edərək, belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsinin iddia tələbini qismən təmin edərkən gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayə tinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.10.2018-ci il tarixli 2(103)-10563/2018 nömrəli qətnaməsi dəyişdirilmə
Məhkəmə qərarları › İş №2(102)-1457/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1457/2019
11.03.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver