Məhkəmə qərarları › İş №2(102)-1458/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1458/2024

20.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1458/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi tələbi”nə dair ilkin, Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1950/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh və qarşılıqlı iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Tərəflər ata-bala olmaqla, hər ikisi xx.xx.2002-ci ildən ünvan 1 15 saylı mənzildə qeydiyyatdadırlar.

2. Həmin mənzilin ½ hissəsi iddiaçının arvadı, cavabdehin anası olan X3 mülkiyyətində olmuş, sonuncu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir.

3. Cavabdeh mərhum anası X3 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət omasından asılı olmayaraq miras qalmış bütün əmlakının ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmiş, İddiaçı miras əmlakdan tam pay almışdır.

4. Hazırda ünvan 1 ünvanda yerləşən 15 nömrəli mənzil iddiaçının mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzili o, mərhum həyat yoldaşı X4 ilə birgə nikah dövründə almış, arvadı xx.xx.2018-ci ildə vəfat etmiş və onun vəfatından sonra qanun üzrə birinci növbə vərəsələr, o cümlədən də cavabdeh olan oğlu miras əmlakdan ona çatası paydan onun xeyrinə imtina etdiyi üçün mənzil üzərində hüquqlar onun adına qeydə alınmışdır. Cavabdeh olan oğlu 2014-cü ildən mübahisəli mənzili daimi olaraq tərk etmiş, ailə həyatı qurmuş və həmin vaxtdan mübahisəli mənzildə yaşamır. Cava bdeh həyat yoldaşı X2 ilə birlikdə 15 aprel 2017-ci ildə Bakı şəhəri, Xətai rayonu ərazisində "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli binadan Xudu Məmmədov küçəsi, 2942-ci məhəllə, korpus 6, ev 43 C ünvanında yerləşən 206 saylı mənzili (hazırda yeni ünvan: ünvan 2ə cavabdehin həyat yoldaşının mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixli çıxarışla qeydə alınmışdır. Cavabdeh mübahisəli mənzili 10 ilə yaxın bir müddət qabaq daimi olaraq tərk etməsinə və bu mənzildən köçməsinə, başqa bir daimi yaşayış yerinin olmasına baxmayaraq, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və bu da bir mülkiyyətçi kimi onun mənzil üzərində hüquqlarını həyata keçirməyə mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarına maneə yaradır.

7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan 20000 manat kompensasiyanın onun xeyrinə tutulmaqla mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və istifadə hüququna xitam olunması ilə kompensasiyanın verilməsinin eyni vaxtda icra edilməsi qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli ünvanında qeydiyyatdadır. Əvvəllər həmin mənzil onun mərhum anasının adına olmuşdur. Anası vəfat edəndən sonra həmin mənzil onun və bacısının razılığı ilə atasının adına sənədləşdirilmişdir. O, vaxtaşırı olaraq həmin mənzildə yaşamışdır. Sonradan atası yeni ailə qurduqdan sonra o, mənzildən müvəqqəti köçmək qərarına gəlmiş, lakin mənzildə onun şəxsi əşyaları qalmışdır, çünki o, qayıtmaq niyyətindədir. Həmçinin o, artıq bir müddətdir ki, həyat yoldaşından boşanmış və kirayə qalır. Hesab edir ki, iddiaçının tələbi üzrə mənzildən istifadə hüququna xitam, yalnız ona kompensasiya ödənilməklə həyata keçirməlidir. O, həmin mənzildə anadan olmuş (1990-cı ildə) və hər zaman o mənzildə qeydiyyatda olmuşdur.

9. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, 2(060)-3627/2023 saylı qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı övladı kimi mübahisəli mənzildən onunla bərabər istifadə etmək hüququna malikdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 43-cü maddələrinə, Mülki Məcəlləsinin 228, 228.2 və 228.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ilk iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki qətnamə onun bir mülkiyyətçi kimi mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına xidmət etmiş və məhkəmə bu hüquqların müdafiəsinə təminat verməməklə Konstitusiyanın 13,29,60,71-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, işdə olan sənədlərd ən də göründüyü kimi Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinə verilmiş xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, Cavabdeh mərhum anası X3 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət omasından asılı olmayaraq miras qalmış bütün əmlakın ona çatası hissəsindən onun xeyrinə imtina etmişdir. Artıq cavabdeh bu mənzilə ehtiyacının olmadığını notarial qaydada vermiş olduğu vərəsə payından imtina məktubu ilə sübuta yetirmişdir. Bundan başqa o bu evdən 2014-cü ildən köçmüş, 2015-ci ildə həyat yoldaşı ilə nikahını rəsmiləşdirmiş və 2018-ci ildə hazırki mübahisə mənzilin dəyərindən 56 dəfə bahalı mənzil alaraq həmin mənzildə yüksək keyfiyyətli təmir işləri aparmaqla həmin mənzildə yaşamışdır. Bununla da onun istifadə hüququ həmin birgə nikah dövründə aldığı mənzilə yaranmışdır. Həmin mənzillə bağlı rəsmi arayış məhkəməyə təqdim olunmuş və sorğu əsasında verilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli “daşınmaz əmlakın hüquqi rejimi” barədə məktubundan görünür ki, Respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən "xxxx" MTK üzvlərinin ümumi iclasının 04 may 2021-ci il tarixli, 06 nömrəli protokolundan çıxarışına, 120 nömrəli maliyyə arayışına, “kooperativ mənzil tikintisi haqqında” 15 aprel 2017-ci il tarixli 192 nömrəli müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən 206 (Yeni qaydalarla: AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi,307, M15, m3) nömrəli mənzil üzərində 26 may 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə (təvəllüdü: xx.xx.1984-cü il) X1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Onun mənzilində qeydiyyatda olan, 2014-cü ildən ailə münasibətlərinə xitam verdiyi və onunla birgə yaşamayan oğlunun həyat yoldaşı ilə rəsmi nikah dövründə aldığı və daimi olaraq yaşadığı mənzili olduğu halda məhkəmə birtərəfli, qeyri-obyektiv mövqe nümayiş etdirməklə əsassız olaraq iddia tələbini rədd etmişdir. 2022-ci ildə o, məhkəməyə müraciət etməmişdən qabaq oğlu olan cavabdehdən mübahisəli mənzildən qeydiyyatdan çıxmağı və öz mənzilinə qeydiyyata düşməsini tələb etmiş və yalnız bundan sonra cavabdeh həyat yoldaşı ilə razılaşma əsasında görünüş üçün nikahı ləğv etdirmiş, lakin birgə yaşamaqda davam edirlər. Hətta cavabdehin həyat yoldaşından boşanması onun birgə nikah dövründə aldığı mənzildən payını tələb etməsini və həmin mənzildən istifadə hüququ istəməsini ləğv etmir, lakin cavabdehin nümayəndəsi belə bir tələblə çıxış etməyin onun öz subyektiv hüququ olduğunu bildirmiş və bu sualdan müxtəlif əlaqəsiz cavablarla yayınmışdır. Məhkəmə iddia tələbi üzrə təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, birtərəfli mövqe nümayiş etdirməklə hətta qarşı tərəfə kompensasiya vermələrini təklif etməklə artıq qətnamə elan olunmamış öz birtərəfli mövqeyini nümayiş etdirmiş, bununla da MPM-nin 77 və 88-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki o, işləmir, yaşa görə pensiyaya çıxmışdır, cavabdeh Bakı şəhər Xətai rayonu ərazisində (evinin olduğu rayonda) fəaliyyət göstərən PD&MS şirkətində layihələndi rmə üzrə baş mühəndis vəzifəsində işləyir, onun yüksək əmək haqqısı vardır, o, isə pensiyasından onun üçün mənzil kommunal ödənişləri həyata keçirmək məcburiyyətində qalmışdır, lakin məhkəmə bu halları nəzərə almamışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1950/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.Dəmirov (sədrlik edən və məruzəçi), F.Məmmədov və L.Rəhimli) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddia tələbinin təmin olunmamasına dair hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq ilkin iddia təmin olunmuş, Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 8/11 bdə yerləşən 15 nömrəli mənzilə istifadə hüququna xitam veri lməsi qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçının oğlu olmaqla onunla birlikdə ünvan 1 mənzil 15 ünvanında yerləşən mənzildə 2014-cü ilə qədər yaşamış, 2014-cü ildən həmin mənzildə yaşamamış, 2017-ci il tarixdə X2 ilə ailə həyatı qurmuş, həyat yoldaşı ilə birlikdə həyat yoldaşının adına olan Bakı şəhəri, Xətai rayonu ərazisində "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli binadan Xudu Məmmədov küçəsi, 2942-ci məhəllə, korpus 6, ev 43 C ünvanında yerləşən 206 saylı mənzilində (hazırda yeni ünvan: ünvan 5 həyat yoldaşı, cavabdehin isə anası olan X4 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra qanun üzrə birinci növbə vərəsələr, o cümlədən də cavabdeh “ASAN xidmət” mərkəzində notariat ofisinə xx.xx.2018-ci il tarixdə ə rizə verərək mərhum anası X3 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət omasından asılı olmayaraq miras qalmış bütün əmlakın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmiş və həmin əmlak xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmış və ona çıxarış verilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə X2 arasındakı nikah ərarvadın birgə ərizəsinə əsasən pozulmuşdur.

16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının keçmiş ailə üzvü (oğlu) olsa da, onun ailə həyatı quraraq mənzili daimi olaraq tərk etməsi, həyat yoldaşının adına olan ünvan 3 ünvanında yerləşən 206 nömrəli mənzildə həyat yoldaşı ilə birlikdə 15 aprel 2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (aralarında bağlanmış nikah pozulana kimi) həmin mənzildə yaşaması işdə olan mötəbər sübutlarla öz təsdiqini tapır. Cavabdeh etirazında mənzili müvəqqəti tərk etdiyini və əşyalarının mübahisəli mənzildə olduğunu qeyd etmişdir. Hər bir halda, uzun müddət ərzində həmin mənzildə yaşamış, əşyalarını həmin mənzildə saxlamış cavabdeh mənzili müvəqqəti tərk etmiş olsa idi və ya onun mənzildə yaşamasına iddiaçı tərəfindən maneə yaradılsa idi, bu hal hər hansı formada (cavabdehin mənzilə köçürülməsi və ya əşyalarının götürülməsi tələbi ilə məhkəmə müraciət etməsi) özünü biruzə vermiş olardı. Lakin, belə bir halın olması müəyyən edilmir. Əksinə cavabdeh xx.xx.2018-ci il tarixdə ərizə verərək mərhum anası X3 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət omasından asılı olmayaraq miras qalmış bütün əmlakın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh 2014-cü ildən mübahisəli mənzili daimi əsaslarla tərk edərək, başqa yaşayış yerinə köçmüş və həmin vaxtdan məhz başqa yaşayış sahəsində yaşamışdır. Cavabdeh uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə etməmiş və bununla da onun həmin mənzilə, o cümlədən bu hüququnun reallaşmasına olan ehtiyacı aradan qalxmışdır. Bu baxımdan cavabdeh iddiaçının mülkiyyətinə keçmiş həmin mənzilə olan fiziki və hüquqi bağlılığını, o cümlədən mənzildən istifadə hüququnu itirmişdir. Bundan əlavə cavabdeh ailəsindən ayrıldığını, kirayədə yaşadığını qeyd etsə də, məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili qeyd edilən halın formal xarakter daşıdığı nı, cavabdehin hal-hazırda da həyat yoldaşının adına olan əvvəlki mənzildə yaşadığını, cavabdehin həyat yoldaşından yalnız görünüş üçün boşandığını bildirmiş, iddiaçının vəkilinin sualına cavab olaraq məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh isə keçmiş həyat yoldaşı ilə boşandıqdan sonra birlikdə Tükiyədə olduqlarını bildirmişdir. birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını araşdırmayaraq düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, i ş üzrə yeni qətnamə çıxarılmalı, ilkin iddia tələbi təmin olunmalıdır.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddianın rədd edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdı r ki, məhkəmə iclasında iddiaçı təsdiq etmişdir ki, cavabdehin əşyaları, kompüter, paltar əşyaları onun evindədir. Yəni, cavabdehin evdən daimi əsaslarla köçməsi faktiki təkzib olunmuşdur. Eyni zamanda, məhkəmə iclasında vəsatət qaldırılmışdır ki, cavabdeh qaldığı evin mülkiyyətçisi şahid qismində dindirilsin, vəsatət təmin edilməmişdir, halbuki şahidin iştirakı cavabdeh tərəfindən təmin olunmuşdur. Bundan başqa, cavabdehin digər yaşayış yeri yoxdur, cavabdeh öz yoldaşı ilə nikahı hazırki mübahisədən 1 il yarım öncə pozmuşdur, bu da onu təsdiq edir ki, hazırki iddia ilə cavabdehin nikahın pozulması arasında hər hansı bir əlaqə yoxdur və ola da bilməz. Lakin, məhkəmə bütün bunları nəzərə almamışdır. Məhkəmə öz qətnaməsinin 10-cu səhifəsində X.Məmmədovanın şikayəti ilə bağlı Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarına istinad etmişdir, halbuki, həmin Qərar mənzilə köçürülmə ilə bağlıdır. Hazırkı mübahisə istifadə hüququna xitam verilməsi ilə bağlıdır. Göründüyü kimi, cavabdehin istifadə hüququnun yaranması 1990-ci ildə baş vermişdir. Ona görə hesab edir ki, istifadə hüququnun xitam verilməsi məsələsi məhz köhnə Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir. Məhkəmə bu işə birtərəfli yanaşmamalı, cavabdehin başqa əmlakı olmadığını, faktiki kirayə yaşadığını, evdən daimi əsaslarla köçmədiyini nəzərə almalı idi.

21. Məhkəmə cavabdeh tərəfindən dəvət olunmuş şahidi dindirməmiş, köhnə Mənzil Məcəlləsinə istinad etməmişdir, cavabdeh təfərindən təqdim edilmiş dəlilləri nəzərə almamışdır və nəticədə cavabdehə aid hissədə əsa ssız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası qətnaməsinin qüvədə saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Konsitutsiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarı: 25. “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayıl malıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvaf iq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Azərbaycan Respublikasın Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvə də olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı ins tansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verildiyindən qətnamə ilk iddianın təmin edilməsi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından müəyyən olunur ki, cavabdeh 2014-cü ildən mübahisəli mənzili daimi əsaslarla tərk edərək, başqa yaşayış yerinə köçmüş və həmin vaxtdan məhz başqa yaşayış sahəsində yaşamışdır. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, həmin tarixdən cavabdehin iddiaçı olan atasının mülkiyyətində olan mənzildə yaşayış sahəsindən istifadə hüququ itirilmişdir.

40. Cavabdeh və qarşılıqlı iddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, ka ssasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üz rə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-i n 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1950/2023 nömrəli mülki iş üzrə 7 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar