Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7906/2019 16.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı «İddiaçı» Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X25, Cavabdehlər Cavabdeh12 və Cavabdeh14 və onların vəkili X40, Cavabdehlər cavabdehnın, Cavabdeh3, Cavabdeh4, Cavabdeh16, Cavabdeh15 Xudu oğlunun, Cavabdeh17, Cavabdeh18 iştirakları ilə, İddiaçı «İddiaçı» Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyas ının 2(103)-10291/2019 nömrəli iş üzrə 06 avqust 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Pərviz Hüseynov) 18.03.2019-cu il tarixli, 2(006)-1170/2019 saylı qətnaməsi ilə iddiaçı «İddiaçı» Mənzil-Tikinti Kooperativinin cavabdehlər Həsənova (Cəfərova) Leyla Qara qızı və qeyrilərinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti göstərilməklə) “maddi zərər, kompensasiya ödənilməklə mənzilə hüquqlara xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Vüqar Həsənov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 06 avqust 2019-cu il tar ixli qətnaməsi ilə iddiçının apellyasiya şikayətitəmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18.03.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən «Cavabdeh12, Cavabdeh1 Qara qızına, X47, X48, X53 və X49, Cavabdeh4, X44 və Cavabdeh10, Cavabdeh5li qızına, X7 və Cavabdeh6 Salman qızına, Cavabdeh9, X26, X3, X54, Cavabdeh11, X18, Cavabdeh13, X13, X41 və Cavabdeh15 Xudu oğluna, Cavabdeh16, X57, X27 və X28, X29 və X42, X19, X30 kompensasiya ödənilməklə hüquqlarına xitam verilməsi və ailə üzvləri ilə birlikdə mənzillərdən çıxarılmalarına dair iddianın rədd edilməsi» hissədə iddiaçı “İddiaçı” MTK-ya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı «İddiaçı» Mənzil-Tikinti Kooperativi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, X31, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 və Cavabdeh18 mülkiyyətində və qanuni istifadəsində olan yaxşı təmirli mənzilin 1 kvadrat metrinə 1500 manat, orta təmirli mənzilin 1 kvadrat metrinə 1400 manat və aşağı təmirli mənzilin 1 kvadrat metrinə 1350 manat kompensasiya ödənilməklə mülkiyyət və istifadə hüquqlarına xitam verilməklə ailə üzvləri ilə birlikdə mənzillərdən çıxarılmalarını, qətnamə icra edilən ana qədər hər gecikdirilən aya görə sakinlərə ödənilən 9400 manat kirayə haqqının müştərək qaydada cavabdehlərdən tutularaq kooperativə verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mürac iət edərək 13 dekabr 2018-ci il tarixdən başlayaraq, qətnamə icra edilən an üçün hər gecikdirilən aya görə cavabdehlərdən 9400 manat zərərin müştərək qaydada tutulması, Cavabdeh12 mülkiyyətində olan sahəsi 39 kvadrat metr təşkil edən mənzilin hər kvadrat metrinə 1500 manat, ümumilikdə 58500 manat, Cavabdeh7 mülkiyyətində olan sahəsi 66,44 kvadrat metr təşkil edən mənzilin hər kvadrat metrinə 1350 manat, ümumilikdə 89694 manat, Cavabdeh1 mülkiyyətində olan sahəsi 44,6 kvadrat metr təşkil edən mənzilin hər kvadrat metrinə 1400 manat, ümumilikdə 62440 manat, X47 60200 manat, Cavabdeh4 57960 manat, Cavabdeh10 60900 manat, Cavabdeh5 55300 manat, Cavabdeh6 Salman qızına 56.000 manat, Cavabdeh9n 54600 manat, X32 58.800 manat, X3 56000 manat, X5 81900 manat, X54 59500 manat, Cavabdeh11 57400 manat, X18 57120 manat, Cavabdeh13 58170 manat, X13 58940 manat, Cavabdeh15 23340 manat, Cavabdeh16 57400 manat, Cavabdeh17 57400 manat, Cavabdeh18 56000 manat, X50 75600 manat, X29 56000 manat, X33 44800 manat kompensasiya ödənilməklə hüquqlarına xitam verilməsi və ailə üzvləri ilə birlikdə mənzillərdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13 dekabr 2018-ci il tarixdən başlayaraq, qətnamə icra edilən an üçün, hər gecikdirilən aya görə cavabdehlərdən 9400 manat zərərin müştərək qaydada tutulması, Cavabdeh12 (mənzil 74) mülkiyyətində olan sahəsi 39 kvadrat metr təşkil edən mənzilin hər kvadrat metrinə 1500 manat, ümumilikdə 58500 manat, Cavabdeh1 Qar a qızının (mənzil 41) mülkiyyətində olan sahəsi 44,6 kvadrat metr təşkil edən mənzilin hər kvadrat metrinə 1400 manat, ümumilikdə 62440 manat, X58, X48, X53 və X49 (mənzil 43) 60200 manat, Cavabdeh4 (mənzil 49) 57960 manat, X44 və Cavabdeh10 (mənzil 69) 60900 manat, Cavabdeh5li qızına (mənzil 53) 55300 manat, X7 və Cavabdeh6 Salman qızına (mənzil 54) 56000 manat, Cavabdeh9 (mənzil 59 - Dövlət reyestrində qeydə alınmamış) 54600 manat, X26 (mənzil 60) 58800 manat, X3 (mənzil 64) 56000 manat, X5 (mənzil 70) 81900 manat, X54 (mənzil 71) 59500 manat, Cavabdeh11 (mənzil 72) 57400 manat, X18 (mənzil 73) 57120 manat, Cavabdeh13 (mənzil 75) 58170 manat, X13 (mənzil 76 2 otağına) 58940 manat, X41 və Cavabdeh15 Xudu oğluna (mənzil 76 - 1 otağına) 23340 manat, Cavabdeh16 (mənzil 77 - Dövlət reyestrind ə qeydiyyata alınmamış) 57400 manat, X57 (mənzil 78) 57400 manat, X27 və X28 (mənzil 79) 56000 manat, X59 və X51 (mənzil 80) 75600 manat, X29 və X42 (mənzil 67) 56000 manat, X19 (mənzil 44) 44800 manat, X30 (mənzil 68) 58100 manat kompensasiya ödənilməklə hüquqlarına xitam verilməsi və ailə üzvləri iləbirlikdə mənzillərdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «İddiaçı» Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov küçəsində yerləşən 25 saylı binanın sakinlərinə qarşı kompensasiya verilməklə hüquqlarının itirilməsi və sair tələbinə dair iddia qaldırılmışdır. Buna səbəb isə cavabdehlərin hüquqlarından sui-istifadə etməklə sərəncamın icrasına mane olmaları və kooperativə külli miqdar da ziyan vurulmaları olmuşdur. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin 24.12.2004-cü il tarixli 305 saylı sərəmcamına əsasən Nəsimi rayonu, 756-cı məhəllədə yerləşən istismar müddəti başa çatmış yaşayış binalarının sökülərək yeni yaşayış binalarının tikilməsi məqsədilə iddiaçı «İddiaçı» Mənzil-Tikinti Kooperativinə 0,94 hektar torpaq sahəsi ayrılmışdır. 0,94 hektar torpaq sahəsi 2004-cü il tarixdən iddiaçının istifadəsindədir. 03.05.2013-cü il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq rəy verilmişdir. 24.06.2013-cü il tarixində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tikinti işlərinə başlamaq üçün 14 saylı sərəmcan verilmişdir. 6 girişdən ibarət binanın 3 girişinin tikintisi 2016-cı ildə başaçatmış, bina 17.09.2016-cı il tarixdə Dövlət Şəhərsalma və Arx itektura komitəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Dövlət Şəhərsalma və Arxitektura komitəsi tərəfindən sərəncamın icra edilməsinə dair müvafiq göstəriş verilmişdir. 2018-ci ilin fevral ayından sakinlərin köçürülməsinə başlanmışdır. Qeyd edilən məhəllədə 126 mənzil olmuşdur. Bina 1930-cu ildə inşa edilmişdir. Bina əvvəllər kazarma kimi istifadə edilmiş və bu məqsədlə layihələndirilmişdir. Bütün mənzillər iç-içə olmaqla 2 otaqdan ibarətdir. Binanın damı tamamilə yararsızdır. Artıq çökmək üzrədir. Mənzillərin əksəriyyəti təmirsiz və aşağı təmirlidir. Binanın bünövrəsinin dərinliyi 60 santımetr olsa da, birinci mərtəbədə yerləşən bütün mülkiyyətçilər zirzəmini 2 metr dərinliyində qazmaqla onu qəzalı vəziyyətə salmışlar. Bütün kommunikasiya xətləri istismar müddətlərini çoxdan başa vursa da, heç vaxt dəyişdirilməmişdir. Kooperativ tərəfindən sakinlərə tam təmirli, sahəsi 20% daha böyük 2 otaqlı mənzillər verilmək şərtilə müqavilə bağlanmışdır. Bundan əlavə, bina təhvil verilənə qədər aylıq kirayə haqqı da ödənilmişdir. Mülkiyyətçilər öz mənzillərini 300-400 manata kirayə verdikləri halda iddiaçı tərəfindən uyğun olaraq 400-500 manat kirayə haqqı ödənilmişdir. Bir qismi ilə isə təmirindən asılı olaraq, 1 kvadrat metrinin dəyəri 1400-1500 manata alqı-satqı müqaviləsi bağlanılmışdır. İddiaçı təşkilat cavabdehlərlə razılıq əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmçinin iddiaçı tərəfindən mübahisəli evdən köçürülmüş sakinlərə hər ay 9400 manat vəsait ödənilir. Cavabdehlərin qərəzli hərəkətləri nəticəsində hər gecikdirilən aya görə iddiaçı 94 00 manat ziyana düşür. Azərbaycan Respublikası Prezidentinin şəhərsalma fəaliyyəti sahəsində tədbirlər haqqında 28.12.2018-ci il tarixli 226 saylı fərmanına əsasən şəhərsalmanın nizamlı inkişafı, insan üçün əlverişli və sağlam ətraf mühitinin yaradılmasına yönəlmiş sistemli və kompleks tədbirlər həyata keçirilir. Bu məqsədlə istismar müddəti başa çatmış, şəhərin memarlıq üslubuna xələl gətirən köhnə binalar təyinatından asılı olmayaraq sökülərək yeniləri ilə əvəzlənir və ya parklar, xiyabanlar salınır. Qeyd olunan dövlət layihəsi həm dövlət, həm də özəl sektor tərəfindən həyata keçirilir. Bəzi mülkiyyətçilər, bəzən isə mülkiyyət hüququ belə olmayan şəxslər hüquqdan sui-istifadə edərək layihələrin vaxtında həyata keçirilməsinə, sərəncamların icrasına maneçilik törədirlər. Yəni, hüquqdan sui -istifadə edirlər. Bununla da digərlərinə maddi ziyan vururlar. İddiaçı tərəfindən cavabdehlərə müxtəlif təkliflər edilsə də, qeyri real şərtlər irəli sürürlər. Bu səbəbdən də iddiaçı tərəfindən müstəqil ekspertə müraciət edilərək cavabdehlərin mənzilləri qiymətləndirilmişdir. Cavabdehlər hüquqdan sui istifadə etməklə qeyri-real tələblər irəli sürməklə təkcə iddiaçının deyil, yüzdən çox mülkiyyətçinin hüquqlarını pozurlar. Kooperativə külli miqdarda ziyan vururlar. Sərəncamın icrasını, binanın tikintisini gecikdirməklə iddiaçını əlavə kirayə haqqı ödəmək məcburiyyətində qoyurlar. Cavabdehlərdən Cavabdeh12 mənzili yaxşı, qalanlarının mənzilləri isə orta təmirlidir. Rəyə əsasən 1 kvadrat metr yaxşı təmir üçün 1500 manat, orta təmir üçün 1400 manat, aşağı təmir üçün isə 1350 manat nəzərdə tut ulur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı «İddiaçı» Mənzil-Tikinti Kooperativi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətna mə qəbul edilmişdir. Tərəflərin izahatları: Cavabdehlər Cavabdeh12 və Cavabdeh14 və onların vəkili X60 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı «İddiaçı» Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X55, cavabdehlər cavabdeh, Cavabdeh3, Cavabdeh4, Cavabdeh16, Cavabdeh15 Xudu oğlu, Cavabdeh17, Cavabdeh18 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilədi. İddiaçı «İddiaçı» Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X55 məhkəməyə teleqram göndərərək və yazılı ərizə təqdim edərək məhkəmə iclasının 2 həftə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər və üçüncü şəxsin nümayəndəsi gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin, üçüncü şəxsin nümayəndəsinin və iddia MTK-nın vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hall arını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehlər Cavabdeh12 və Cavabdeh14 və onların vəkili X40 izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 06 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən, «İddiaçı» Mənzil-Tikinti Kooperativinin Kommersiya qurumunun dövlət reyestrindən çıxarışların notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ünvanı AZ 1073, Bakı şəhəri Yasamal rayonu, Kazım Kazımzadə, ev 129, mənzil 110 olan «İddiaçı» Mənzil-Tikinti Kooperativi Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 21.05.2004- cü il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Naziri tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinə ünvanl anmış 22 oktyabr 2004-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Eroziya və Suvarma İnstitutunun yerləşdiyi binanın istismara yararsız vəziyyətdə olduğunun nəzərə alınaraq İnstitutun yerləşməsi məsələsinin həll olunması barədə təklifə dair münasibət bildirilməsi barədə 01.10.2004-cü il tarixli 01/07-07-510 nömrəli müraciətə baxılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Eroziya və X39 Qaşqay küçəsi 36 ünvanda yerləşdiyi yararsız və təmiri səmərəsiz olan binanın yerində «İddiaçı» MTK tərəfindən yeni çoxmərtəbəli binanın tikilməsi və bunun əvəzində tikiləcək binanın bir mərtəbəsinin İnstitutun balansına verilməsi və tikinti başa çatana qədər İnstitutun müvəqqəti yerləşməsinin nəzərdə tutu lduğu binanın təmir olunmasına İqtisadi İnkişaf Nazirliyi etiraz etməmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlanmış 2014-cü il tarixli məktubun surətindən görünür ki, Nəsimi rayon İcra Hakimiyyətinə «İddiaçı» MTK-ya küçələrinin kəsişməsindəki ərazidə yaşayış binasının layihələşdirilməsinə və tikintisinə icazə verilməsinə rəy bildirilməsi barədə göndərilən 06.12.2004-cü il tarixli, 18/03-8/7828 saylı məktuba baxılmışdır. Göstərilən ərazidə M.Qaşqay 36 ünvanda Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutu yerləşir. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri 22 oktyabr 2004-cü il tarixil, DƏÖD-03/3212 saylı məktubla həmin institutun yerləşdiyi yararsız və təmiri səmərəsiz olan binanın yerində «İddiaçı» MTK tərəfindən yeni çoxmərtəbəli binanın tikilməsi və bunun əvəzində tikiləcək binanın bir mərtəbəsinin institutunun balansına verilməsinə etiraz etmədiyini bildirmişdir. Yeni tikintinin nəzərdə tutulduğu ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sakinlərinin və sahibkarlarının qarşılıqlı razılaşma əsasında «İddiaçı» MTK-nın vəsaiti hesabına köçürməklə, X46 rəyi nəzərə alınmaq şərti ilə, həmin ərazidən keçən mövcud kommunikasiya və enerji xətlərini layihə gücündən artıq yükləməməklə, nəzərdə tutulan sahənin gələcəkdə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən başqa məqsədlər üçün istifadəsi nəzərdə tutulmamışdırsa, qaldırılan məsələnin Bakı şəhərinin Baş Planına uyğun olmaqla səlahiyyətlər daxilində həll edilməsinə etiraz edilməmişdi r. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış dekabr 2004-cü il tarixli məktubun surətindən görünür ki, Kənd Təsərrüfatı Nazirliyinin ET Eroziya və Suvarma İnstitutu M.Qaşqay ünvanında yerləşir. Yüz ildən artıq tarixi olan binada zəlzələdən sonra təhlükəli çatlar əmələ gəlmiş və binanın uçmaq təhlükəsi yaranmışdır. Belə vəziyyətlə əlaqədar Nazirlik Dövlət Tikinti və Arxitektura Komitəsinə müraciət edərək binaya mütəxəssislər tərəfindən texniki baxış keçirilməsini xahiş etmişdir. Komitənin aktında bildirilmişdir ki, bina istismar müddətini başa çatdırmış, hazırda dayanıqlığını itirərək yararsız hala düşmüşdür. Binaya əlavə vəsait sərf etmək, əsaslı təmir aparmaq iqtisadi və texniki cəhətdən səmərəsizdir. Əldə olunmuş razılığa əsasən «İddiaçı» MTK institutun yerləşdiyi ərazidə öz vəsaiti hesabına tikəcəyi çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindən institut üçün istifadəyə yararlı şəkildə 600 kvadrat metr sahəni instituta qaytarmağı, bina tikilənədək institutu Nazirliyin ET X12 və Təşkili İnstitutu yerləşən Dərnəgül qəsəbəsi 3097-ci məhəllədə mövcud olan binalarda təmir işləri apararaq yerləşdirməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi 22 oktyabr 2004-cü il tarixli DƏÖD03/3212 saylı məktub ilə ETE və Suvarma İnstitutunun yerində çoxmərtəbəli binanın tikilməsinə etirazı olmadığını bildirmişdir. Kənd Təsərrüfatı Nazirliyi mövcud vəziyyətlə əlaqədar institutun «İddiaçı» MTK tərəfindən verilmiş təklif ilə razılaşmasına etiraz etməmişdir. Bütün bunların nəzərə alınaraq M.Qaşqay 36 ünvanda yeni çoxmərtəbəli yaşayış binasının tikilməsinə razılıq verilməsi məsələsinə baxılması xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin başçısının 24.12.2004-cü tarixli 305 №-li «İddiaçı» Mənzil-Tikinti Kooperativinə özünə məxsus ərazidə tikintiyə icazə verilməsi və istehsalat sahəsinin layihələşdirilməsi haqqında sərəncamının surətindən görünür ki, Nəsimi rayon İcra Hakimiyyətinin 13.12.2004-cü il tarixli, 01-04/444 saylı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 03.12.2004-cü il tarixli, 01/07-07-593 saylı, İqtisadi İnkişaf Nazirliyinin 22.10.04-cü il tarixli, DƏÖD-03/3212 saylı razılıq məktubları, «İddiaçı» MTK-nın 04.12.2004-cü il tarixli, 10 saylı müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, M.Qaşqay, Dağıstan, C.Hacıbəyli və Koveroçkin küçələrinin kəsişməsindəki 756-cı məhəllədə yerləşən mövcud tikililərinin sökülərək, yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün 0,94 ha torpaq sahəsi icarə əsasında həmin MTK-nın istifadəsinə verilmişdir. Sərəncama əsasən ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi «İddiaçı» MTK-ya tapşırılmışdır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi X67 İdarəsi X67 İdarəsi tərəfindən verilmiş «İddiaçı» MTK-ya NTNŞ - 15 nömrəli, 12.01.2005-ci il tarixli torpaq sahəsinin ayrılması barədə rəyin surətindən görünür ki, tikintisi nəzərdə tutulmuş sahədə obyektin nümayəndəsinin iştirakı ilə aparılmış müayinə və ölçmələrə əsasən Bakı şəhəri, Nə simi rayonu, M.Qaşqay, Dağıstan, C.Hacıbəyli, Kaveroçkin küçələri, 756-cı məhəllə ünvanda yaşayış binasının layihələndirilməsi üçün ayrılmış 0,94 ha torpaq sahəsi Azərbaycan Respublikası ərazisində qüvvədə olan Qanunvericilik və Normativ aktların, o cümlədən, Azərbaycan Respublikası Torpaq Məcəlləsi, 2.6-1 AzDTN «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması», 2.08.01-89 «Yaşayış binaları» TN və Q-nin, 2.04.2-84 «Su təchizatı. Xarici xətlər və qurğular» TN və Q-nin, 2.01.02-85 «Yanğına qarşı normalar» TN və Q-nın, EQQQ-nin; Tikinti Quraşdırma işləri aparılan zaman «X8» (YTQ05-86) tələblərinə və aşağıda qeyd olunmuş tədbirlərin yerinə yetirilməsi şərti ilə və s., yəni: ayrılmış torpaq sahəsindən artıq sahənin mənimsənilməməsi və öz təyinatına görə istifadə olunması, bina və qurğularla yanğına qarşı ara məsafələrin gözlənilməsi və yanğına qarşı su hovuzunun nəzərə alınması şərti ilə razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 2005-ci il tarixli 05/61 nömrəli istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktının surətindən görünür ki, «İddiaçı» MTK-ya Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 24.12.2004-cü il tarixli 305 saylı sərəncamı ilə Nəsimi rayonu, M.Qaşqay, Dağıstan, C.Hacıbəyli küçəsi, 756-cı məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 0,94 hektar torpaq sahəsi yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X16 Agentliyi X4 Baş İdarəsi tərəfindən «İddiaçı» MTK-ya verilmiş 03.05.2013-cü il tarixli 15760 nömrəli Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay, Dağıstan, C.Hacıbəyli və Kaveroçkin küçələrinin kəsişməsindəki 756-cı məhəllədə 6 girişli, 16 mərtəbəli (+texniki mərtəbə) yaşayış binası və 2 ədəd 2 mərtəbəli ofis və ticarət mərkəzinə dair rəyin surətindən görünür ki, «Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay, Dağıstan, C.Hacıbəyli və Kaveroçkin küçələrinin kəsişməsindəki 756-cı məhəllədə 6 girişli, 16 mərtəbəli (texniki mərtəbə) yaşayış binası və 2 ədəd 2 mərtəbəli ofis və ticarət mərkəzi»nin işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının 03 iyun 2013-cü il tarixli akt ının surətindən görünür ki, dövlət qəbul komissiyası Nəsimi rayonu, M.Qaşqay, Dağıstan, C.Hacıbəyli və Kaveroçkin küçələrinin kəsişməsi, 756-cı məhəllədə 16 mərtəbəli (+texmərtəbə) 2 girişli yaşayış binası (1-ci mərtəbəsi 2 səviyyəli qeyriyaşayış sahəsi) mövcud (məskunlaşdırılmış) vəziyyətdə istismara qəbul edilməsini qərara alımışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 24.06.2013-cü tarixli 014 №-li tikinti işlərinin başlanması üçün əsas olan xüsusi nişanın surətindən görünür ki, «İddiaçı» Mənzil-Tikinti Kooperativinə Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay, Dağıstan, C.Hacıbəyli və Koveroçkin küçələrinin kəsişməsindəki 756-cı məhəllədə 16 mərtəbəli (+texniki mərtəbə) 6 girişli yaşayış və 2 ədəd 2 mərtəbəli ofis və ticarət mərkəzi binalarının t ikinti işlərinə başlanması üçün əsas olan xüsusi nişan verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin Bakı şəhər İcra Hakimiyyətinin başçısına ünvanladığı 27 sentyabr 2016-cı il tarixli 08/05-1401 nömrəli tikintisi başa çatmış yaşayış binasına dair sənəd və məlumatların Tikililərin Dövlət reyestrinə daxil edilməsi haqqında məktubun surətindən görünür ki, ünvan 7 ünvanda «İddiaçı» Mənzil-Tikinti Kooperativi tərəfindən tikintisi başa çatdırılmış yaşayış binasının tikintisinə icazə verilməsinə dair sənəd və məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsi ilə bağlı 21.09.2016-cı il tarixli, 7-5202/17 nömrəli məktuba Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 24.12. 2004-cü il tarixli, 305 nömrəli sərəncamını, təqdim olunmuş memarlıq planlaşdırma bölməsinin razılaşdırılmasına dair Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 22.08.2006-cı il tarixli, 18/04-633 nömrəli məktubunu, Bakı Şəhər Tikinti Müfəttişliyinin 24.06.2013-cü il tarixli, 014 nömrəli xüsusi “Nişan”ı, Fövqəladə Hallar Nazirliyinin X4 Başİdarəsinin 03.05.2013-cü il tarixli, 15760/9942 nömrəli Rəyini və digər sənəd və məlumatları nəzərə alaraq ünvan 8ünvanda «İddiaçı» Mənzil-Tikinti Kooperativi tərəfindən tikintisi başa çatdırılmış 3 girişli 16 mərtəbəli yaşayış binasının (Baş plan üzrə 1, 2, 3 saylı binalar) tikintisinə icazə verilməsinə dair sənəd və məlumatlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Tikintilərin Dövlət reyestrində qeydə alınaraq, həmi n yaşayış binasına informativ və statistik xarakterli - 00800003-1-1101- 000649/0918 №-li kod verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin 18.11.2016-cı tarixli 0073 №- li tikinti obyektinin istismarına icazəsinin surətindən görünür ki, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyekti və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, 18 noyabr 2016-cı il tarixindən «İddiaçı» MənzilTikinti Kooperativinə tikinti obyektinin - ünvan 9 ünvanında yerləşən yaşayış binasının istismarına icazə verilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 16 saylı Mənzil-Kommuna l İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 11 ünvan ilə Natiq Şahbazovda yerləşən binalar 1930-cu ildə inşa edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 28 fevral 2019-cu il tarixli **********59 nömrəli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, 41 nömrəli mənzil Cavabdeh1 Qara qızının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, 43 nömrəli mənzil X43, X20, X34, X35 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, 44 nömrəli mənzil X21 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, 53 nömrəli mənzil Cavabdeh5li qızının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, 49 nömrəli mənzil Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, mənzil 54 X1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov küçəsi, ev 25, mənzil 60 X22 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov küçəsi, ev 25, mənzil 64 X2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, mənzil 67X71 qızı (1/2 hissə) və X36 (1/2 hissə) adına qeydiyyata alınmışdır və h azırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, 68 saylı mənzil X23 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, 69 saylı mənzil X17 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, 70 saylı mənzil X9 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, 71 saylı mənzil X52 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, 72 saylı mənzil Cavabdeh11 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, 73 saylı mənzil X14 adına qeydiyyatdan keçmişdir və hazırda mülki yyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, 75 saylı mənzil Cavabdeh13 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, 76 saylı mənzilin 2 otağı X10 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, 76 saylı mənzilin 1 otağı X15 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, 74 saylı mənzil Cavabdeh12 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, 78 nömrəli mənzil X56 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, 79 nömrəli mənzil X24 (1/2 hissə) və X11 (1/2 his sə) adma qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, 77 nömrəli mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat İdarənin arxivində aşkar edilməmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 25, 76A saylı mənzilin dövlət reyestrindən qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Bakı şəhəri, Nəsimi rayonu, N.Şahbazov küçəsi, ev 25, 59 saylı mənzilin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Hazırki iddia tələbində iddiaçı cavabdehlərə məxsus mənzillərin hər kvadrat metrinə təmirindən asılı olaraq 1350, 1400 və 1500 manat olmaqla kompensasiya ödənilməklə cavabdehlərin həmin mənzillərə dair hüquqlarına xitam verilməsini və ailə üzvləri ilə birl ikdə mənzillərdən çıxarılmalarını xahiş edir. Tərəflər arasında qeyd olunanlarla bağlı razılıq əldə edilməmişdir, məhz tərəflər arasında belə razılıq baş tutmadığı üçün iddiaçı həmin şərtlərlə cavabdehlərin mənzillərə dair hüquqlarına xitam verilməsini və onların ailə üzvləri ilə birlikdə mənzillərdən çıxarılmalarını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin bir qismi qeyd olunan mənzillərin mülkiyyətçiləri, bir qismi isə istifadəçiləri kimi müvafiq olaraq öz mülkiyyətlərindəki və istifadələrindəki mənzillər barəsində qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla öz mülahizələri ilə istənilən hərəkətləri edə bilərlər. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüquq u qanunla qorunur və heç kəs mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan halda tərəflər arasında qarşılıqlı razılıq olmadan göstərilən şərtlərlə cavabdehlərin hüquqlarına xitam verilməsi və ailə üzvləri ilə birlikdə mənzillərdən çıxarılmaları tələbi əsassızdır. İddiaçının istinad etdiyi Bakı şəhər İcra Hakimiyyətinin başçısının 24.12.2004-cü tarixli 305 №-li sərəncamında da sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi «İddiaçı» MTKya tapşırılmışdır. Müəyyən kompensasiya müqabilində mülkiyyətçilərin və istifadəçilərin mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi yalnız mülkiyyətçilərin və istifadəçilərin razılığı əsasında mümkündür. Belə bir razılıq olmadan mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi yolverilməzdir və mülkiyyət və istifadə hüquqlarının pozulmasına səb əb olar. Məhkəmə iddia tələbinin «13 dekabr 2018-ci il tarixdən başlayaraq qətnamə icra edilən an üçün, hər gecikdirilən aya görə cavabdehlərdən 9400 manat zərərin müştərək qaydada tutulması» hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçı cavabdehlər tərəfindən ona zərər vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin «Cavabdeh12, Cavabdeh1 Qara qızına, X47, X48, X53 və X49, Cavabdeh4, X44 və Cavabdeh10, Cavabdeh5li qızına, X7 və Cavabdeh6 Salman qızına, Cavabdeh9, X26, X3, X54, Cavabdeh11, X18, Cavabdeh13, X13, X41 və Cavabdeh15 Xudu oğluna, Cavabdeh16, X57, X27 və X28, X29 və X42, X19, X30 kompensasiya ödənilməklə hüquqlarına xitam verilməsi və ailə üzvləri ilə birlikdə mənzill ərdən çıxarılmalarına iddianın rədd edilməsi» hissədə mövqeyi əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi düzgün olaraq aşağıdakı normaları tətbiq etmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kim sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Həmin Məcəllənin 152.3-cü maddəsin ə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərin münasibətdə qeyd etmişdir ki, cavabdehlərin bəziləri iddia predmeti olan mənzillərin mülkiyyətçiləri, digər qismi isə gözlənti hüququna malik olan mülkiyyətçiləridir. Onların öz mülkiyyətlərində iddiaçının təklif etdiyi şərtlərlə xitam verilməsi yolverilməzdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, iddiaçı cavabdehlərə məxsus olan mənzillərin yaşayış üçün yararsız olması, qəzalı vəziyyətdə olması, təhlükəsizlik baxımından yaşayış sa həsi kimi istifadə edilməsinin mümkünsüz olmasına istinad edir. Lakin qeyd edilməlidir ki, iddiaçı dövlətin maraqlarından çıxış etmək səlahiyyətinə malik deyildir. Qəzalı vəziyyətdə olan mənzillərin sökülməsini tələb etmək hüququna yalnız müvafiq tələblərə əməl edildikdən sonra dövlətin səlahiyyət verdiyi orqanları malikdir. Həmin əsaslarla iddiaçının tələb irəli sürməsi üçün subyektiv hüququnun olmaması aşkar və mübahisəsizdir. İddiaçının tələbi faktiki olaraq iddiaçının mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Onların razılığı olmadan və onları təmin etməyən məbləğdə pulun müqabilində mülkiyyət hüquqlarına xitam verilməsi yolverilməzdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tər əfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Şirvan Apellyasiya Məhkəməsi mülki kolleg iyasının 14 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı «İddiaçı» Mənzil-Tikinti Kooperativinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10291/2019 nömrəli iş üzrə 06 avqust 2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7906/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7906/2019
16.12.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver