Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1950/2023 07.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi tələbi”nə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(060)-3627/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ünvan 3-də yerləşməklə xx.xx.2019-cu ildən mənzil üzərində tam mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmış və çıxarış verilmişdir. Mənzili o, mərhum həyat yoldaşı X7 ilə birgə nikah dövründə almış, o, xx.xx.2018-ci ildə vəfat etmiş və onun vəfatından sonra qanun üzrə birinci növbə vərəsələr, o cümlədən də cavabdeh olan oğlu Cavabdeh miras əmlakdan ona çatası paydan onun xeyrinə imtina etdiyi üçün mənzil üzərində hüquqlar onun adına qeydə alınmışdır. Cavabdeh olan oğlu Cavabdeh 2014-cü ildən mübahisəli mənzili daimi olaraq tərk etmiş, ailə həyatı qurmuş və həmin vaxtdan mübahisəli mənzildə yaşamır. Cavabdeh həyat yoldaşı X2 ilə birlikdə 15 aprel 2017-ci ildə Bakı şəhəri, Xətai rayonu ərazisində "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli binadan Xudu Məmmədov küçəsi, 2942-ci məhəllə, korpus 6, ev 43 C ünvanında yerləşən 206 saylı mənzili (hazırda yeni ünvan: ünvan 1ə cavabdehin həyat yoldaşının mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixli çıxarışla qeydə alınmışdır. Cavabdeh mübahisəli mənzili 10 ilə yaxın bir müddət qabaq daimi olaraq tərk etməsinə və bu mənzildən köçməsinə, başqa bir daimi yaşayış yerinin olmasına baxmayaraq, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və bu da bir mülkiyyətçi kimi onun mənzil üzərində hüquqlarını həyata keçirməyə mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarına maneə yaradır. Göstərilənlərə əsasən Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 8/11 b-də yerləşən 15 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Əvvəllər həmin mənzil onun mərhum anasının adına olmuşdur. Anası rəhmətə gedəndən sonra həmin mənzil onun və bacısının razılığı ilə atasının adına sənədləşdirilmişdir. O, vaxtaşırı olaraq həmin mənzildə yaşamışdır. Sonradan atası yeni ailə qurduqdan sonra o, mənzildən müvəqqəti köçmək qərarına gəlmiş, lakin mənzildə onun şəxsi əşyaları qalmışdır, çünki o, qayıtmaq niyyətindədir. Həmçinin o, artıq bir müddətdir ki, həyat yoldaşından boşanmış və kirayə qalır. Hesab edir ki, iddiaçının tələbi üzrə mənzildən istifadə hüququna xitam, yalnız ona kompensasiya ödənilməklə həyata keçirməlidir. O, həmin mənzildə anadan olmuş (1990-cı ildə) və hər zaman o mənzildə qeydiyyatda olmuşdur. Göstərilənlərə əsasən İddiaçı 20.000 manat kompensasiyanın onun xeyrinə tutulmaqla Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 8/11 b, 15 saylı mənzildən istifadə hüququna xitam verilməsi və istifadə hüququna xitam olunması ilə kompensasiyanın verilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(060)-3627/2023 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi tələbi»nə dair ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbi”nə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(060)-3627/2023 nömrəli qətnaməsinin qismən, ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv etməklə iddiasının təmin edilməsi, Cavabdeh Sumqayıt şəhəri, 2-ci mkr., ev 8/11b-də yerləşən 15 saylı mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki qətnamə onun bir mülkiyyətçi kimi mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına xidmət etmiş və məhkəmə bu hüquqların müdafiəsinə təminat verməməklə Konstitusiyanın 13,29,60,71-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, işdə olan sənədlərdən də göründüyü kimi Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinə verilmiş xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, Cavabdeh mərhum anası X4 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət omasından asılı olmayaraq miras qalmış bütün əmlakın ona çatası hissəsindən onun xeyrinə imtina etmişdir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 10 yanvar 2019-cu il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi – ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X5 verilmiş **********77-05101-093005 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,77 kv.m. olan daşınmaz əmlakın ½ hissəsindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RXseriyalı ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 İddiaçı adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 21 saylı reyestr kitabının 48 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. Göründüyü kimi cavabdeh anasının vəfatından sonra vərəsə kimi ona bu mənzildən çatan paydan imtina etmiş və bu da onun bu mənzil üzərində mülkiyyət hüqunun olmadığını təsdiq edir. Mülkiyyət hüququ sahiblik, istifadə və sənrəncam hüquqlarını özündə birləşdirir və mülkiyyətçiyə bu hüqquqlardan yararlanmağa əsas verir. Artıq Cavabdeh bu mənzilə ehtiyacının olmadığını notarial qaydada vermiş olduğu vərəsə payından imtina məktubu ilə sübuta yetirmişdir. Bundan başqa o bu evdən 2014-cü ildən köçmüş, 2015-ci ildə həyat yoldaşı ilə nikahını rəsmiləşdirmiş və 2018-ci ildə hazırki mübahisə mənzilin dəyərindən 5-6 dəfə bahalı mənzil alaraq həmin mənzildə yüksək keyfiyyətli təmir işləri aparmaqla həmin mənzildə yaşamışdır. Bununla da onun istifadə hüququ həmin birgə nikah dövründə aldığı mənzilə yaranmışdır. Həmin mənzillə bağlı rəsmi arayış məhkəməyə təqdim olunmuş və sorğu əsasında verilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli “daşınmaz əmlakın hüquqi rejimi” barədə məktubundan görünür ki, Respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən "xxxx" MTK üzvlərinin ümumi iclasının 04 may 2021-ci il tarixli, 06 nömrəli protokolundan çıxarışına, 120 nömrəli maliyyə arayışına, “kooperativ mənzil tikintisi haqqında” 15 aprel 2017-ci il tarixli 192 nömrəli müqaviləyə əsasən ünvan 4 ünvanında yerləşən 206 (Yeni qaydalarla: AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi,307, M15, m3) nömrəli mənzil üzərində 26 may 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə (təvəllüdü: xx.xx.1984-cü il) X1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Onun mənzilində qeydiyyatda olan, 2014-cü ildən ailə münasibətlərinə xitam verdiyi və onunla birgə yaşamayan oğlunun həyat yoldaşı ilə rəsmi nikah dövründə aldığı və daimi olaraq yaşadığı mənzili olduğu halda məhkəmə birtərəfli, qeyri-obyektiv mövqe nümayiş etdirməklə əsassız olaraq iddia tələbini rədd etmişdir. 2022ci ildə o, məhkəməyə müraciət etməmişdən qabaq oğlu olan cavabdehdən mübahisəli mənzildən qeydiyatdan çıxmağı və öz mənzilinə qeydiyyata düşməsini tələb etmiş və yalnız bundan sonra cavabdeh həyat yoldaşı ilə razılaşma əsasında görünüş üçün nikahı ləğv etdirmiş, lakin birgə yaşamaqda davam edirlər. Hətta cavabdehin həyat yoldaşından boşanması onun birgə nikah dövründə aldığı mənzildən payını tələb etməsini və həmin mənzildən istifadə hüququ istəməsini ləğv etmir, lakin cavabdehin nümayəndəsi belə bir tələblə çıxış etməyin onun öz subyektiv hüququ olduğunu bildirmiş və bu sualdan müxtəlif əlaqəsiz cavablarla yayınmışdır. Məhkəmə iddia tələbini rədd edərkən eyni zamanda AR Konstitusiyasının 43-cü, AR MM-nin 228.2 və 228.5-ci maddələrinə istinad etmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Halbuki konkret halda iddiaçı cavabdeh olan Cavabdeh mübahisəli mənzildən çıxarılmasını iddia etmir, artıq bu şəxs 2014-cü ildən könüllü olaraq bu mənzili tərk etmiş, ailə qurmuş və 10 ilə yaxındır ki, mənzildə yaşamır, özünün həyat yoldaşı ilə aldığı mənzildə daimi yaşayır. Məhkəmə daha sonra AR MM-nin 228-ci maddəsinə istinad etmiş və göstərmişdir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Belə razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. AR Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri(əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bununla bağlı nəzərə alınmalıdır ki, «mülkiyyətçinin razılığı» müddəasına verilmiş şərh Mülki Məcəllənin 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız «digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir» müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Cavabdehə kompensasiya verilmədən istfadə hüququna xitam verilməsinin mümkünsüzlüyünü məhkəmə AR Konstitusiya Məhkəməsinin bir neçə Qərarına istinad etməklə əsaslandırmağa çalışmışdır. Məhkəmənin bu əsaslandırması ilə razılaşmaq olmaz, Belə ki, hazırki halda nəzərə alınmalıdır ki,cavabdeh iddiaçının keçmiş ailə üzvü olsa da, o mənzili daimi olaraq tərk etmiş və onun bu mənzilə ehtiyacı aradan qalxmışdır, buna sübut isə həyat yoldaşı ilə birgə nikah dövründə aldığı və hazırki mənzilin dəyərindən də dəfələrlə bahalı olan mənzilidir ki, artıq onun istifadə və mülkiyyət hüququ məhz həmin mənzilə yaranmışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2016-cı il tarixli Qərarında Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış sahəsindən istifadə hüququnun hüquqi mahiyyətinin və əmələ gəlməsinin əsaslarını müəyyən edərək göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəaları analogiya üzrə tətbiq olunmalıdır. Analogiya üzrə tətbiq zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Bununla da Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Lakin məhkəmə hazırki mübahisənin tənzimlənməsinə və iddia tələbimizin əsaslılığına dəlalət edən bu qərara deyil, başqa növ mübahisələrə tətbiq edilməli olan qərarlara istinad etmiş və bununla da ədalətsiz, qanunsuz bir qərar çıxarmışdır. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1-ci maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmə iddia tələbi üzrə təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, birtərəfli mövqe nümayiş etdirməklə hətta qarşı tərəfə kompensasiya vermələrini təklif etməklə artıq qətnamə elan olunmamış öz birtərəfli mövqeyini nümayiş etdirmiş, bununla da AR MPM-nin 77, 88-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki o, işləmir, yaşa görə pensiyaya çıxmışdır, cavabdeh Bakı şəhər Xətai rayonu ərazisində (evinin olduğu rayonda) fəaliyyət göstərən PD&MS şirkətində layihələndirmə üzrə baş mühəndis vəzifəsində işləyir, onun yüksək əmək haqqısı vardır, o, isə pensiyasından onun üçün mənzil kommunal ödənişləri həyata keçirmək məcburiyyətində qalmışdır, lakin məhkəmə bu halları nəzərə almamışdır. APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ İlk iddia üzrə Cavabdeh apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayətində dəlillərdən birini onu vurğulayır ki, cavabdeh bu mənzilə ehtiyacının olmadığını notarial qaydada vermiş olduğu vərəsə payından imtina məktubu ilə sübuta yetirmişdir. Əvvəla onu bildirmişdir ki, bu normal ailə münasibətləridir ki, oğul atanın adına anadan qalan mənzilə iddia etmir va atanın adına sənədləşdirilməsinə etiraz etmir. Təəssüflar olsun ki, normal olan hallar anormal qəbul edilir. Bu hərəkətlər ataya qarşı olan sevgi, məhəbbətin nümunəsidir, mübahisəsiz və şərtsiz olaraq ataya inamın göstəricisidir. Eyni zamanda, bəli, cavabdeh ailə qurmuşdur və yeni həyat yoldaşı ilə yaşayırdı, lakin vaxtaşırı olaraq atasına və sağ olmuş anasına baş çəkirdi, həmin mənzildə qalırdı, hətta onun o mənzildə ayrıca otağı da olmuşdur və son zamanlaradək var idi. Anası rəhmətə gedəndən sonra İddiaçı yeni ailə qurmuşdur va həmin xanım artıq atası ilə əlaqələrinin saxlanılmasının tərəfdarı olmamışdır və o həmin evə müəyyən müddət getməmişdir. 2022-ci ilin aprel ayının 17-də nikah pozulmuşdur və bu günədək cavabdeh kirayədə yaşayır. Təbii ki, cavabdeh nikah pozulandan sonra evinə geri qayıtmaq istədi, lakin onun qayıdışının xoşagəlməz olduğunu aşkar nümayiş etdirmişlər. Üstəlik də apellyasiya şikayətində cavabdehi iddiaçının keçmiş ailə üzvü kimi qeyd edirlər, halbuki nə zamandan oğul ata üçün keçmiş ailə üzvü olur? İddiaçı hansı sənəddə təqdim edib ki, cavabdeh onun keçmiş ailə üzvüdür? O, həmin mənzildə anadan olandan qeydiyyatdadır, yəni 1990-cı ildən, onun başqa mənzili və ya əmlakı yoxdur, daimi başqa yeri yoxdur, maddi vəziyyəti o qədər yaxşı deyil. Cavabdehin həmin evdən istifadəsi ilə bağlı münasibətlərə onun doğulduğu vaxt qüvvədə olan, yəni xx.xx.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsi tətbiq edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilərək ilk iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 8/11b -də yerləşən 15 saylı mənzilinə istifadə hüququna xitam verilməlidir. Mülki işin materiallarında olan: Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən verilmiş Xİİ-ЖГ seriyalı, 474777 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası İddiaçı, anası isə X6r. AZ-İ seriyalı, 960134 saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinə verilmiş xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, Cavabdeh mərhum anası X4 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət omasından asılı olmayaraq miras qalmış bütün əmlakının ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 10 yanvar 2019-cu il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»dən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi – ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X5 verilmiş **********77- 05101-093005 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 59,77 kv/m olan daşınmaz əmlakın ½ hissəsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 İddiaçı adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 21 saylı reyestr kitabının 48 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli “daşınmaz əmlakın hüquqi rejimi” barədə məktubundan görünür ki, Respublika ərazisində mövcud olan arxiv materiallarına əsasən "xxxx" MTK üzvlərinin ümumi iclasının 4 may 2021-ci il tarixli, 06 nömrəli protokolundan çıxarışına, 120 nömrəli maliyyə arayışına, “kooperativ mənzil tikintisi haqqında” 15 aprel 2017-ci il tarixli 192 nömrəli müqaviləyə əsasən ünvan 4 ünvanında yerləşən 206 (Yeni qaydalarla: AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 307, M15, m3) nömrəli mənzil üzərində 26 may 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə (təvəllüdü: xx.xx.1984-cü il) X1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh adına Respublika ərazisində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı xx.xx.2002-ci ildən etibarən Cavabdeh ilə birlikdə Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 8/11 b, 15 saylı mənzildə qeydiyyatdadırlar. 6 saylı Bakı şəhəri “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 17 aprel 2022-ci il tarixində verilmiş AZ-İ № 396820 saylı “nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasındakı nikah ər-arvadın birgə ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 33 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Dadaşova soyadı verilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, mübahisəli predmeti olan mənzil ünvan 3 ünvanında yerləşməklə iddiaçının mərhum həyat yoldaşı X4 adına qeydiyyata alınmış, o, xx.xx.2018-ci ildə vəfat etmiş və onun vəfatından sonra qanun üzrə birinci növbə vərəsələr, o cümlədən də cavabdeh “ASAN xidmət” mərkəzində notariat ofisinə xx.xx.2018-ci il tarixdə ərizə verərək mərhum anası X4 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət omasından asılı olmayaraq miras qalmış bütün əmlakın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmişdir. İddiaçının oğlu Cavabdeh miras əmlakdan ona çatası paydan iddiaçının xeyrinə imtina etdiyindən xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mənzil üzərində tam mülkiyyət hüquqları iddiaçının adına qeydə alınmış və ona çıxarış verilmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı həmçinin müəyyən edildi ki, Cavabdeh 2014-cü il tarixdən mübahisəli mənzili tərk etmiş, 15 aprel 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli binadan Xudu Məmmədov küçəsi, 2942-ci məhəllə, korpus 6, ev 43 C ünvanında yerləşən 206 saylı mənzili (hazırda yeni ünvan: Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 307, M15, mənzil 3) X1 adına alınmış və həmin tarixdən qeyd edilən mənzildə yaşamağa başlamışlar. Daha sonra Cavabdeh ilə X2 arasındakı nikah ər-arvadın birgə ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Hazırda iddiaçı cavabdehin mübahisəli mənzili 10 ilə yaxın bir müddət qabaq daimi olaraq tərk etməsini və daimi olaraq başqa yaşayış yerinin olmasını əsas gətirərək Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 8/11 b-də yerləşən 15 saylı mənzilə istifadə hüququna xitam verilməsini xahiş edir. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi verərək vaxtaşırı olaraq həmin mənzildə yaşadığını, sonradan atasının yeni ailə həyatı qurması səbəbindən mənzildən müvəqqəti olaraq köçdüyünü, lakin mənzildə onun şəxsi əşyalarının qaldığını, artıq bir müddətdir ki, həyat yoldaşından boşandığını və kirayə qaldığını bildirərək istifadə hüququna kompensasiya verilməklə xitam verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddianı təmin etməyərək qənaətini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı övladı kimi mübahisəli mənzildən onunla bərabər istifadə etmək hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarına əsasən, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına əsasən Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Məhkəmə tərəfindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkilinə ilkin iddia tələbinin əvəzində kompensasiya ödənilməsi təklif edilsə də, tərəf bu təkliflə razılaşmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, həm ilkin, həm qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Mübahisə ilə bağlı hansı maddi hüquq normasının tətbiqi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əsasən müəyyən olunur ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda istifadədə olan 0,071995 ha torpaq sahəsində yerləşən 8/11B nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 5-ci mərtəbəsində yerləşən 59,77 kv.metr ümumi, 47 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 15 nömrəli mənzil 23 dekabr 2006-cı il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır. X.Məmmədovanın şikayəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Bununla əlaqədar məhhkəmə kollegiyası qeyd edir ki, mənzil münasibətləri üzrə yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsi qaydaları Mülki Məcəllənin 228-ci maddəsində müəyyən edilmişdir. Belə ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Belə razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (MM-in 228.1 və 228.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Bununla bağlı nəzərə alınmalıdır ki, «mülkiyyətçinin razılığı» müddəasına verilmiş şərh Mülki Məcəllənin 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız «digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir» müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Bu mənada nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyinəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Qeyd olunmalıdır ki, müraciətdə qaldırılan məsələnin həlli zamanı məhkəmə təcrübəsində qanunun analogiyası üzrə tətbiq edilən Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin deyil, məhz Mülki Məcəllənin 262-ci maddəsinin müddəalarının tətbiqi bu institutun mahiyyətindən irəli gəlir. Belə ki, qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır. Mülki Məcəllənin 262-ci maddəsində sadalanan servituta xitam verilməsinin əsasları sırasında bəzi xarici ölkələrin qanunvericilik təcrübəsindən (Fransa Mülki Məcəlləsinin 706-cı maddəsi; Kanada Kvebek vilayətinin Mülki Məcəlləsinin 1191-ci maddəsi; Polşa Mülki Məcəlləsinin 293-cü maddəsi; Ukrayna Mülki Məcəlləsinin 406-cı maddəsi) fərqli olaraq, uzun müddət istifadə etməmə nəticəsində bu hüququn xitamı nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkün olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyasında işin araşdırılmış hallarından göründüyü kimi cavabdeh iddiaçının oğlu olmaqla onunla birlikdə ünvan 3 ünvanında yerləşən mənzildə 2014-cü ilə qədər yaşamış, 2014-cü ildən həmin mənzildə yaşamamış, 2017-ci il tarixdə X2 ilə ailə həyatı qurmuş, həyat yoldaşı ilə birlikdə həyat yoldaşının adına olan Bakı şəhəri, Xətai rayonu ərazisində "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli binadan Xudu Məmmədov küçəsi, 2942-ci məhəllə, korpus 6, ev 43 C ünvanında yerləşən 206 saylı mənzilində (hazırda yeni ünvan: ünvan 6 həyat yoldaşı, cavabdehin isə anası olan X7 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və onun vəfatından sonra qanun üzrə birinci növbə vərəsələr, o cümlədən də cavabdeh “ASAN xidmət” mərkəzində notariat ofisinə xx.xx.2018-ci il tarixdə ərizə verərək mərhum anası X4 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət omasından asılı olmayaraq miras qalmış bütün əmlakın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmiş və həmin əmlak xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmış və ona çıxarış verilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh ilə X2 arasındakı nikah ərarvadın birgə ərizəsinə əsasən pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının keçmiş ailə üzvü (oğlu) olsa da, onun ailə həyatı quraraq mənzili daimi olaraq tərk etməsi, həyat yoldaşının adına olan ünvan 4 ünvanında yerləşən 206 nömrəli mənzildə həyat yoldaşı ilə birlikdə 15 aprel 2017ci il tarixdən xx.xx.2022-ci il tarixədək (aralarında bağlanmış nikah pozulana kimi) həmin mənzildə yaşaması işdə olan mötəbər sübutlarla öz təsdiqini tapır. Cavabdeh etirazında mənzili müvəqqəti tərk etdiyini və əşyalarının mübahisəli mənzildə olduğunu qeyd etmişdir. Hər bir halda, uzun müddət ərzində həmin mənzildə yaşamış, əşyalarını həmin mənzildə saxlamış cavabdeh mənzili müvəqqəti tərk etmiş olsa idi və ya onun mənzildə yaşamasına iddiaçı tərəfindən maneə yaradılsa idi, bu hal hər hansı formada (cavabdehin mənzilə köçürülməsi və ya əşyalarının götürülməsi tələbi ilə məhkəmə müraciət etməsi) özünü biruzə vermiş olardı. Lakin, belə bir halın olması müəyyən edilmir. Əksinə cavabdeh xx.xx.2018-ci il tarixdə ərizə verərək mərhum anası X4 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət omasından asılı olmayaraq miras qalmış bütün əmlakın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh 2014-cü ildən mübahisəli mənzili daimi əsaslarla tərk edərək, başqa yaşayış yerinə köçmüş və həmin vaxtdan məhz başqa yaşayış sahəsində yaşamışdır. Başqa sözlə, cavabdeh uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə etməmiş və bununla da onun həmin mənzilə, o cümlədən bu hüququnun reallaşmasına olan ehtiyacı aradan qalxmışdır. Bu baxımdan cavabdeh iddiaçının mülkiyyətinə keçmiş həmin mənzilə olan fiziki və hüquqi bağlılığını, o cümlədən mənzildən istifadə hüququnu itirmişdir. Bundan əlavə cavabdeh ailəsindən ayrıldığını, kirayədə yaşadığını qeyd etsə də, məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili qeyd edilən halın formal xarakter daşıdığını, cavabdehin hal-hazırda da həyat yoldaşının adına olan əvvəlki mənzildə yaşadığını, cavabdehin həyat yoldaşından yalnız görünüş üçün boşandığını bildirmiş, iddiaçının vəkilinin sualına cavab olaraq məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh isə keçmiş həyat yoldaşı ilə boşandıqdan sonra birlikdə Tükiyədə olduqlarını bildirmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə verdiyi 24 noyabr 2023-cü il tarixli, 2(105)-1950/2023 nömrəli sorğuya cavab verilməsini zəruri hesab etmişdir. Beləliklə də, birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını araşdırmayaraq düzgün hüquqi qiymət verməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, ilkin iddia tələbi təmin olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(060)-3627/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla ilk iddia tələbi təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 8/11 b-də yerləşən 15 saylı mənzilə istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 382, 384, 385, 392, 393, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(060)-3627/2023 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni ilkin iddia tələbinin təmin olunmamasına dair hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. İlkin iddia təmin olunsun. Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 8/11 b-də yerləşən 15 nömrəli mənzilə istifadə hüququna xitam verilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1950/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1950/2023
07.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver