Məhkəmə qərarları › İş №2(102)-1462/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1462/2025

03.06.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1462/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə edilməyən əmək məzuniyyətinin düzgün ödənilməsi və vaxtında ödənilməmiş məbləğə görə maddi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmək haqqı və digər ödənişlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-20/2025 nömrəli, 30 yanvar 2025-ci il tari xli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 17 oktyabr 2007-ci il tarixli, 2 nömrəli əmrlə “Culfa rayon X5” MMC-yə direktor vəzifəsinə təyin edilmişdir.

2. İddiaçı əmək müqaviləsinə öz ərizəsi əsasında xitam verilməsi, 1 oktyabr 2007-ci il tarixdən 1 noyabr 2023-cü il tarixədək olan istifadə etmədiyi məzuniyyət günlərinin konpensasiyasının ödənilməsi və işdən azad edilməsi barədə “Culfa rayon X5” MMC 1 noyabr 2023-cü il tarixli, 53 nömrəli əmr verilmişdir.

3. İşdən azad edilərkən İddiaçı 17818.70 manat son haqq-hesab ödənilmişdir.

4. İddiaçı işlədiyi dövr ərzində, yəni 16 il 14 gün müddətində əsas əmək məzuniyyətindən istifadə et məmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh “Culfa Rayon X5” MMC-yə qarşı istifadə edilməyən əmək məzuniyyətinin düzgün ödənilməsi və vaxtında ödənilməmiş məbləğə görə maddi zərərin cavabdehdən tutulması tələbi ilə Culfa Rayon Məhkəməsinə müraciət etmiş, cavabdehdən istifadə edilməmiş bütün illərin əsas məzuniyyətlərinə görə 11498.74 manat məbləğində pul əvəzinin və vaxtında ödənilməmiş məbləğə görə 10.992.27 manat ödəncin, hüquqi yardıma görə 300 manat və ödənilmiş 107.47 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 17 oktyabr 2007-ci il tarixli, 2 nömrəli əmrlə Culfa rayon X5 MMC-yə direktor vəzifəsinə təyin edilmiş, 1 noyabr 20 23-cü il tarixli, 53 nömrəli əmrlə həmin vəzifədən azad edilmişdir. Culfa rayon X5 MMC-də işə başladığı 17 oktyabr 2007-ci il tarixdən işdən azad olduğu 1 noyabr 2023-cü il tarixədək, yəni 16 illik əmək fəaliyyəti ərzində əmək məzuniyyətindən istifadə etməmişdir. İşdən azad edilərkən ona istifadə etmədiyi əmək məzuniyyətinə görə ödənilmiş kompensasiya düzgün hesablanmamış, ona 17818.70 manat son haqq-hesab ödənilmişdir. Belə ki, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqının hesablanması və ödənilməsi zamanı qanunvericilikdə müəyyən edilmiş müddəalar düzgün tətbiq edilməmişdir.Culfa rayon X5 MMC-də son 12 təqvim ayı ərzində aldığı əmək haqqı məbləği və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması eləcə də ödənilməsi gecikdirilmiş məbləğə görə ödənc miqdarı aşağıdakı cədvə ldə əks olunmuş məlumatlardan ibarət olmuşdur: 2022-ci ilin noyabr ayı 500 manat, əmsal 1,9, əmsalla birlikdə əməkhaqqı 950 manat, 2022-ci ilin dekabr ayı 500 manat, əmsal 1,9, əmsalla birlikdə əməkhaqqı 950 manat, 2023-cü ilin yanvar ayı 950 manat, əmsal 2,46, əmsalla birlikdə əməkhaqqı 2337 manat, 2023-cü ilin fevral ayı 950 manat, əmsal 2,46, əmsalla birlikdə əməkhaqqı 2337 manat 2023-cü ilin mart ayı 950 manat, əmsal 2,46, əmsalla birlikdə əməkhaqqı 2337 manat, 2023-cü ilin aprel ayı 950 manat, əmsal 2,46, əmsalla birlikdə əməkhaqqı 2337 manat, 2023-cü ilin may ayı 950 manat, əmsal 2,46, əmsalla birlikdə əməkhaqqı 2337 manat, 2023-cü ilin iyun ayı 950 manat, əmsal 2,46, əmsalla birlikdə əməkhaqqı 2337 manat, 2023-cü ilin iyul, avqust, sentyabr oktyabr ayı 2337 manat, əmsal 0,00, əmsall a birlikdə əməkhaqqı 2337 manat. Cəmi 25270 manat məzuniyyətə görə kompensasiya məbləği. 25270 manat / 12 ay = 2105.83 manat orta aylıq əmək haqqı, Orta aylıq əməkhaqqı 2105.83 manat / 30,4 * 30 gün = 2078.10 manat bir günlük əmək haqqı. 2078.10 manat (DSMF 6 AZN + 10% 187.81 = 193.81 AZN) -(icbari tibbi sığorta 2 % = 41.56 AZN) - (İşsizlikdən sığorta 0.5% = 10.39 AZN) cəmi tutqu 245.76 manat 2078.10 manat - 245.76 manat = 1832.34 manat aylıq alacaq məbləğ. Aylıq alacaq məbləğ 1832.34 manat * istifadə olunmamış məzuniyyət illərinin sayı 16 il = cəmi kompensasiya məbləği 29317.44 manat. Cəmi Kompensasiya məbləği 29317,44 manat olduğu halda cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixdə ödənilən məbləğ 17818,70 manat olmuşdur. Cavabdeh tərəfindən ona əlavə olaraq 11498,74 manat kompensas iya ödənilməlidir.

7. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, İddiaçı 17 oktyabr 2007-ci il tarixli, 02 nömrəli əmrlə Culfa rayon X5 MMC-də direktor vəzifəsinə təyin edilmiş, 01 noyabr 2023cü il tarixli, 53 nömrəli əmrlə öz ərizəsi əsasında həmin vəzifədən azad edilmişdir. İddiaçı Culfa rayon X5 MMC-də işə başladığı 17 oktyabr 2007-ci il tarixdən işdən azad olunduğu 01 noyabr 2023-cü il tarixədək, yəni 16 illik əmək fəaliyyəti ərzində əmək məzuniyyətindən istifadə etməmiş, işdən azad edilərkən ona istifadə etmədiyi əmək məzuniyyətinə görə 17818.70 manat kompensasiya ödənilmişdir. İddiaçı 1 noyabr 2023-cü il tarixədək Culfa rayon X5 MMC-də direktoru vəzifəsində işləmiş, məzuniyyət pullarının hesablanması və ödənilm əsi onun sərəncamında olmuş, həmin dövrlərdə hərəkətsiz qalmış, hazırda əsassız olaraq iddia müddəti keçmiş dövrlər üçün məzuniyyət haqqının hesablanmasını və ödənilməsini tələb edir. iddiaçının tələbi Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bir il üçün əsaslı ola bilər ki, həmin müddət üçün də cavabdeh tərəfindən iddiaçıya məzuniyyət pulu tam ödənilmişdir.İddiaçının nümayəndəsi Nümayəndə1 izahatında onu da bildirmişdir ki, iddiaçı iddia ərizəsində istifadə olunmamış məzuniyyət günləri üçün kompensasiya məbləğinin əmsallaşdırma aparılmaqla ödənilməsini tələb edir. Culfa rayon “X5” MMC büdcədən maliyyələşən müəssisə deyil, təsərrüfat hesabı müəssisədir. Təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əm sallaşdırılması qaydaya əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil aparılır. “X5” MMC-də isə işçilərlə kollektiv müqavilə bağlanmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasında qeyd edilir ki, qanunvericiliklə müəyyən olunmuş taarif maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması qaydaya əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil aparılır.

8. Cavabdehin nümayəndəsi 7 mart 2024-cü il tarixində iddia müddətinin t ətbiqi edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsini, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsi tərəfindən alınmış NMR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli 968 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı 17 oktyabr 2007-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək X5 MMC-də işlədiyi illər üzrə istifadə edilməmiş məzuniyyət illəri üzrə məzuniyyət haqqı əmsallaşdırma təbiq edilməklə 31960.16 manat, əmsallaşdırma tətbiq edilməməkə 19304.85 manat olmuşdur. 01 noyabr 2022-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək, son bir il üçün ödənilməli olan məzuniyyət haqqı əmsallaşdırılma aparılmamaqla 1993,36 manat olar ki, məzuniyyət qalığı 747,75 (1993,36-1245,61) manat təşkil edər. 01 noyabr 2022-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək, son bir il üçün ödənilməli olan məzuniyyət qalığına görə hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğ Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən 19,93 (1993,36 məzuniyyət əvəzi*1%) manat olur ki, bu məbləğ gecikdirilmiş 12 günə vurulduqda, 12 gün üçün hesablanan məbləğ 239,16 (19,93*12) manat, 13 noyabr 2023-cü il tarixdən 16 yanvar 2024-cü il tarixədək 64 gün üçün gecikdirilmiş məbləğ isə 478,56 (64*747,75 *1%) manat təşkil edir.

10. Culfa Rayon Məhkəməsinin 2(089)-74/2024 nömrəli iş üzrə 4 noyabr 2024cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia qismən təmin edilmiş, Culfa ray on X5 MMC-dən istifadə edilməyən bütün iş illərinin əsas məzuniyyətlərinə görə 1486.15 manat kompensasiya, vaxtında ödənilməmiş əmək haqqının hər gecikdirilmiş günü üçün 478.56 manat məbləğində pul, vəkilə ödənilmiş 100 manatın alınıb İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Məhkəmə ekspert rəyini digər sübutlarla birgə qiymətləndirərək hesab etmişdir ki, iddiaçının 17 oktyabr 2007-ci il tarixdən 01 oktyabr 2023-cü il tarixədək X5 MMC-də işlədiyi iş illərinə görə istifadə edilməyən məzuniyyət günlərinə görə kompensasiya məbləği əmsallaşdırma aparılmamaqla hesablanmalı, ona ödənilməli olan kompensasiyanın məbləği Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli, 968 nömrəli ekspert rəyində qeyd edildiyi kimi 1930 4.85 manat müəyyən edilməli, iddiaçıya 13 noyabr 2023-cü il tarixdə ödənilmiş 17818.70 manat nəzərə alınmalıdır.

12. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasında qeyd edilir ki, qanunvericiliklə müəyyən olunmuş taarif maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması qaydasına əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil aparılır.

13. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, Culfa rayon X5 MMC təsərrüfat hesabı müəssisədi r və müəssisədə tarif maaşları kollektiv müqavilənin şərtlərinə əsasən artırımamışdır. İş materillarına əlavə edilmiş əmək müqaviləsindən də müəyyən olunur ki, İddiaçıla fərdi qaydada əmək müqaviləsi bağlanmış, əmək haqqı kollektiv müqavilənin şərtlərinə əsasən kütləvi şəkildə artırılmamışdır.

14. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncin, yəni 10992.27 manat məbləğində pulun verilməsi tələbi ilə bağlı belə nəticəyə gəmişdir ki, həmin hissədə də iddia qismən təmin edilməli, Culfa rayon X5 MMC-dən 478.56 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir.

15. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı təqdim edilmiş ərizəsi ilə ba ğlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir. İddia müddəti isə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, hazırkı işdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi m əhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qanunun məzmunundan göründüyü kimi, mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir.

16. İddiaçının nümayəndəsi 07 mart 2024-cü il tarixdə iddia müddətinin tətbiqi edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsini, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərədən belə nəticə hasil olunu ki, iddiaçı 17 oktyabr 2007ci il tarixdən 01 oktyabr 2023-cü il tarixədək “X5” MMC-nin direktoru vəzifəsində işləmiş, hüququnun pozulduğunu bildiyi halda məhkəməyə müraciət etməmişdir.

17. Məhkəmə hesab etmşdir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncinin alınması ilə bağlı tələbinə bir illik iddia müddəti tətbiq edilməli, Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli 968 nömrəli ekspert rəyində qeyd edildiyi kimi 478.56 manat məbləğində pul cavabdeh təşkilatdan alınıb iddiaçıya verilməlidir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2ci maddəsinin 3-cü hissəsinə, 3-cü maddəsinin 4-1-ci hissəsinə, 69-cu maddəsinin 2-ci hissəsinə, 83-cü maddəsinin 1-ci hissəsinə, 83-cü maddəsinin 2-ci hissəsinə, 135-ci maddəsinin 2-ci hissəsinə, 139-cu maddəsinin 2-ci hissəsinə, 143-cü maddəsinin 2-ci hissəsinə, 144-cü maddəsinin 2-ci hissəsinə, 172-ci maddəsinin 4-cü və 5-ci hissəsinə, 196-cı maddəsinin 5-ci hissəsinə, 288-ci maddəsinə, 292-ci maddəsinin 2-ci hissəsinə, 296-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasına,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 121.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyas ı məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi zamanı məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılmaması hissəsində ləğv edilməsini və ona istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı əmsallaşdırma tətbiq edilməklə 11498.74 (on bir min dörd yüz doxsan səkkiz manat, yetmiş dörd qəpik) manat məbləğində pul əvəzinin və vaxtında ödənilməmiş məbləğə görə 10992.27 (on min doqquz yüz doxsan iki manat, iyirmi yeddi qəpik) manat miqdarında ödəncin “Culfa Rayon X5” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şika yətində iddiaçı orta əmək haqqının hesablanması zamanı əmsallaşdırılmanın tətbiq edilməsi ilə razılaşmadığını, iş üzrə təyin edilmiş ekspertizanın Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli 968 nömrəli ekspert rəyində İddiaçı 17 oktyabr 2007-ci il tarixdən 1 noyabr 2023-cü il tarixədək “Culfa Rayon X5” Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi illər üzrə istifadə edilməmiş məzuniyyət illərinə dair məzuniyyət haqqı üçün əmsallaşdırma tətbiq edilməklə hesablanmış məbləğin nəzərə alınmadığını, İddiaçı işdən azad olunduğu gündən son bir ildə vəzifə maaşına edilən əmək haqqında artımların ardıcıl və mütəmadi olaraq ödənildiyini, İddiaçı ilə işəgötürəni arasında vəzifə və öhdəliklər müəyyən edən kollektiv müqavilənin mövcud olmaması məzuniyyət vax tı üçün orta əmək haqqının hesablanması zamanı əmək haqqının əmsallaşdırılmamasının əsası kimi qəbul edilə bilməyəcəyini, məhkəmənin İddiaçı istifadə olunmamış əmək məzuniyyəti vaxtı üçün orta əmək haqqının hesablanması zamanı əmək haqqının əmsallaşdırılmaması yönündə hüquqi mövqeyinin əsaslı hesab edilə bilməyəcəyini göstərmişdir.

21. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)20/2025 nömrəli iş üzrə 30 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Zamiq Əliyev (sədrlik edən və məruzəçi), Mehman Allahverdiyev və Vera Kuimova ) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfin mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

22. Mülki işin mübahisəsiz halları ondan ibarət olmuşdur ki, İddi açı iş üzrə cavabdeh olan işəgötürənlə 17 oktyabr 2007-ci ildən əmək münasibətində olmaqla, həmin tarixdə “Culfa Rayon X5” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində işə başlamış, tərəflər arasında əmək münasibətlərinə 01 noyabr 2023-cü ildə xitam verilsə də, iddiaçının işlədiyi dövr ərzində, yəni 16 il 14 gün müddətində əsas əmək məzuniyyətindən istifadə etməməsi mübahisə olunmur. Sonuncu fakt iddiaçının tələbindən və mülki iş materiallarında olan “Culfa Rayon X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş cədvəllərlə müəyyən edilir.

23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə “Culfa Rayon X5” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan əmək münasibətlərinə xitam verilməsi zamanı iddiaçının məzuniyyət hüququndan istifadə etməməsi işin mübahisəli halı olmadığından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

24. İşin mübahisəsiz hallarından aydın olur ki, cavabdeh tərəfindən iddiaçıya istifadə etmədiyi məzuniyyət illərinə görə 17818.70 (on yeddi min səkkiz yüz on səkkiz manat, yetmiş qəpik) manat pul əvəzi hesablanmış və həmin məbləğ ona 13 noyabr 2023cü ildə ödənilmişdi. İddiaçı isə həmin məbləğin az olduğunu hesab edərək, ona ümumilikdə 29317,44 manat ödənilməli olduğunu qeyd etmiş və bununla bağlı Culfa Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət et mişdi. Birinci instansiya məhkəməsi iddiaçının istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə ona 1486.15 (bir min dörd yüz səksən altı manat, on beş qəpik) manat məbləğində pulun ödənilməsini qət etmiş və bu nəticəyə gəlməsini məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılma aparılmadan hesablanmalı olması ilə əsaslandırmışdır.

25. İddiaçı birinci instansiya məhkəməsinin bu əsasını qəbul etməyərək ona istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə ödənilməli olan pul məbləğinin əmsallaşdırılma tətbiq edilməklə hesablanmalı olmasını hesab edir.

26. Bununla bağlı kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmay araq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edil məmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktiki olaraq verildiyi gündən hesablanıla bilər. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir. 27. “Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə ilə tənzimlənir ki, həmin qaydalara əsasən qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması hazırkı qaydaya əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil surətdə aparılır.

28. Qeyd edilənlərdən aydın olur ki, əmsallaşdırma kütləvi əmək haqqı artımı həyata keçirilmiş bütün büdcə təşkilatlarına aiddir. Digər sahələrdə çalışanlar üçün əmək haqqının əmsallaşdırılması kollektiv müqavilənin şərtlərinə əsasən vəzifə maaşları kütləvi şəkildə artırıldıqda həyata keçirilir.

29. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respub likası Dövlət Vergi Xidmətinin 4 saylı ərazi vergilər idarəsi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli, **********730500 nömrəli məktubun məzmunundan görünür ki, “Culfa Rayon X5” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi ödəyicisi olmaqla, “qaz məhsullarının topdan satışı” fəaliyyəti ilə məşğuldur (mülki iş İ cild, vərəq 16). Bu fakt isə onu deməyə imkan verir ki, cavabdeh büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilat hesab olunmur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsərrüfat hesabı müəssisə olduğundan tarif (vəzifə) maaşlarının kütləvi şəkildə artırılması ilə bağlı kollektiv müqavilənin mövcudluğunun yoxlanılması şərtlərinə gəldikdə isə mülki iş materiallarında olan 4 noyabr 2024-cü il tarixli, 25 nömrəli məktubda qeyd edilir ki, “Culfa Rayon X5” Məhdud Məsuliyyətli Cəmiy yəti ilə Nəqşicahan LTD Şirkətlər qrupu arasında kollektiv müqavilə mövcud deyil. İstifadə edilməmiş bütün iş illərinin əsas məzuniyyətinə görə ona ödənilməli kompensasiyanın hesablanması zamanı məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanmasında əmsallaşdırılmanın tətbiq edilməsinə dair apellyasiya şikayəti verən tərəfin hüquqi mövqeyi əsaslı sayıla bilməz.

30. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi digər bir əsas isə istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə vaxtında ödənilməmiş məbləğ üzrə ona 10992.27 manat məbləğində ödəncin verilməsidir.

31. İddiaçının hər ilin sonunda əsas əmək məzuniyyəti hüququnu həyata keçirməməsi əmək haqqının tərkib hissəsi olan məzuniyyətin gecikməsinə görə verilməli olan pul əvəzinin, həmçinin Əmək Məcəlləsinin 172-ci maddəs inin 5-ci hissəsində qeyd edilən ödəncin hər il üzrə artması ilə nəticələnsə də, bu tələblərdən birinciyə münasibətdə (pul əvəzinə) mülki qanunvericiliyin mahiyyətinə görə iddia müddəti tətbiq edilə bilmədiyi halda, ikinciyə münasibətdə (ödənc tələbinə) sözü gedən məhdudiyyət tətbiq ediləndir.

32. Belə ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci və 172-ci maddəsinin 4cü hissələrinə əsasən əmək müqaviləsinə xitam verilməsi səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

33. Məzuniyyət haqqının əmək haqqının tərkib hissəsi, sonuncunun isə mülkiyyət hüququ çə rçivəsində gözlənti hüququnu yaratması yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbi baxımından inkar edilmir. Hazırkı mübahisə üzrə 16 il 14 günlük əmək məzuniyyətindən istifadə etməyən İddiaçı hər ilin sonu bununla bağlı pul əvəzi almaq hüququ yaranıb ki, həmin məbləğlərin ona verilməməsi özlüyündə məbləğinödənilməli olan əmək haqqının artmasına gətirib çıxarmışdı.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0-cı və 384.0.4-cü maddələrində mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə ona iddia müddətinin şamil edilməməsi qeyd edildiyindən və həmin normanın tələbi baxımından iddiaçının istifadə edilməyən məzuniyyət hüququ ilə bağlı pu l əvəzi tələbinə iddia müddəti tətbiq edilə bilməsə də, onun ödənc tələbi iddia müddətinin təsirinə düşür. Mülki iş materiallarından görünür ki, cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı işə baxan birinci instansiya məhkəməsinə ərizə təqdim etmişdir. Həmin ərizə üzrə cavabdeh tərəfin hüquqi mövqeyi İddiaçı ona qarşı olan bütün tələblərinə iddia müddətinin tətbiqindən ibarət olsa da, işə baxan birinci instansiya məhkəməsi həm iddiaçının bütün illərin əsas məzuniyyətlərinə görə ona pul əvəzinin ödənilməsi tələbinə iddia müddətinin tətbiq edilməməsi, həm də həmin məbləğ üzrə İddiaçı ödəncin verilməsi tələbinə bir illik iddia müddətinin tətbiqi ilə bağlı düzgün nəticəyə gəlmişdi. Çünki İddiaçı çalışdığı vəzifənin xarakteri həmin müəssisənin işçilərinin əmək hüquqlarının təmin e dilməsi ilə bağlı təşkilati məsələlərlə (məsələn işçilərin məzuniyyət hüququnun həyata keçirilməsi, onların əmək haqqı ilə bağlı təşkilati məsəllər və s) sıx bağlı olduğundan, iddiaçının özünə məxsus olan məzuniyyət hüququnu hər iş ilinin sonunadək istifadə etməli və ya buna görə müvafiq pul əvəzi almaq hüququnun olmasını bilməməsi inandırıcı deyil. Tərəflər arasında əmək münasibətlərinə iddiaçının ərizəsinə əsasən, elə ərizə verildiyi gün, yəni 01 noyabr 2023-cü ildə xitam verilsə də, “Culfa Rayon X5” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı son haqq-hesabı 13 noyabr 2023-cü ildə ödəmişdi. Həmçinin ödənilmiş məbləği məhkəmənin müəyyən etdiyi məbləğlə qarşılıqlı şəkildə tədqiq etdikdə aydın olur ki, cavabdehin iddiaçıya ödədiyi məbləğ həm kifayət qədər yüksək, həm də iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə yaxın məbləğdir. Bundan başqa onu da nəzərə almaq lazımdır ki, 16 illik istifadə edilməmiş əmək məzuniyyəti üçün məzuniyyət haqqının qısa müddət ərzində hesablanması özündə çətinlik yaradan məsələ olmaqla bərabər, qeyri-dəqiq olma ehtimalını da artırır. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin birinci və ikinci hissələri, 143-cü maddəsinin isə birinci hissəsi ilə müəyyən edilmiş müddətlər işçinin hüquqların müdafiəsinə yönəlməklə yanaşı, həmçinin işə götürənin mənafeyinin nəzərə alınmasını tələb edir.

35. İddia tələbindən İddiaçı vaxtında ödənilməmiş məbləğə görə ödəncin ona 16 yanvar 2024-cü il tarixədək hesablanaraq ödənilməsini tələb etməsi müəyyən edilsə də, həmin tərəf sözügedən müddətlə bağlı məhkəməyə hər hansı bir əsaslandırma təqdim etməmiş, birinci instansiya məhkəməsi isə buna hüquqi qiymət verməmişdir. Hətta ekspertin gəldiyi nəticə üzrə həmin tarixədək ödəncin məbləğini əsaslı sayıb, buna müvafiq məhkəmə aktı qəbul etmişdir. İş materiallarından isə həmin tarixin işçinin işdən azad olunması, onunla işəgötürən arasında son haqq-hesabın həyata keçirilməsi, tərəflər arasında mediasiya prosesinin aparılması, iddia ərizəsinin məhkəməyə təqdim olunduğu, bir sözlə baxılan mübahisə üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir günlə eynilik təşkil etməməsi aydın olur.

36. Kollegiya bütün bu qeyd edilənlərə əsaslanaraq iddiaçının işdən azad olunduğu gündən ona son haqq-hesabın ödənildiyi müddətədək keçən on iki günlük gecikmə ilə bağlı cavabdeh tərəfi təqsirli hesab etməsə də, hazırda "xxxx" Məhdud Məsul iyyətli Cəmiyyəti bunu mübahisələndirmədiyindən qeyd etmişdir ki, sözügedən hal apellyasiya şikayəti verən iddiaçının ziyanına həll edə bilməz. Çünki əks yanaşma məhkəmə müdafiəsi hüququna cavab vermir. Belə ki, məhkəmə müdafiəsi hüququ özündə şəxsin yalnız hüququnun müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək imkanını ehtiva etmir.

37. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsin 2-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 3-cü maddəsinin 4-1-ci hissəsinə, 3-cü maddəsinin 6cı hissəsinə, 7-ci maddəsinin 3-cü hissəsinə, 9-cu maddəsinin “x” bəndinə, 110-cu maddəsinin 1-ci və 3-cü hissələrinə, 113-cü maddəsinin 1-ci hissəsinə,131-ci,135-ci,144cü, 154-cü,172-ci,178-ci, 32-ci maddəsinin 1-ci hissəsinə, 34-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məc əlləsinin 372-ci, 375-ci və 384-cü maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2, 4.1, 5.1, 9.1, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və İddiaçı istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı əmsallaşdırılma tətbiq edilməklə 11498.74 AZN məbləğində pul əvəzinin və vaxtında ödənilməmiş məbləğə görə 10992.27 AZN ödəncin Culfa rayon X5 MMC-dən alınaraq X2 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş “məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası”nda qeyd edilir ki, qanunvericiliklə müəyyən olunmuş taarif maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması qaydaya əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil aparılır. Qeyd edilən hüquqi aktın məzmun və mahiyyəti məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması zamanı əsas meyar olaraq kollektiv müqavilənin mövcudluğunu deyil, əmək haqqının-tarif maaşlarının kütləvi şəkildə artımını ehtiva etməktədir. Məhkəmə tərəfindən qeyd ed ilən hüquq norması düzgün təfsir edilməyərək tətbiq edilməmişdir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş üzrə təyin edilmiş ekspertizanın -Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2024-cü il tarixli 968 nömrəli ekspert rəyində İddiaçı 17 oktyabr 2007-ci il tarixdən 01 noyabr 2023- cü il tarixədək X5 MMC-də işlədiyi illər üzrə istifadə edilməmiş məzuniyyət illəri üzrə məzuniyyət haqqı üçün əmsallaşdırma təbiq edilməklə hesablanmış məbləğ nəzərə alınmamışdır. İddiaçı işdən azad olunduğu gündən son bir ildə vəzifə maaşına edilən edilən artımlar-əmək haqqında artımlar ardıcıl və mütəmadi olaraq ödənilmişdir. İddiaçı ilə i şəgötürəni arasında vəzifə və öhdəliklər müəyyən edən kollektiv müqavilənin mövcud olmaması məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı əmək haqqının əmsallaşdırılmamasının əsası kimi qəbul edilə bilməz. Məhkəmənin İddiaçı istifadə olunmamış əmək məzuniyyəti vaxtı üçün orta əmək haqqının hesablanması zamanı əmək haqqının əmsallaşdırılmaması yönündə hüquqi mövqeyi əsaslı hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı cavabdehin nümayəndəsi və vəkili X4 tərəfindən etiraz daxil olmuşdur.

41. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçnın əsas tələbi ona ödənilmiş məzuniyyət pullarının əmsallaşdırılaraq ödənilməsi və həmin ödəncin gecikdirilməsinə görə faiz tələbi olmuşdur.

42. Hər iki instansiya məhkəməsi iddia tələbinin əm sallaşdırlma tələbi hissəsinə düzgün hüquqi qiymət verərək iddia tələbini həmin hissədə təmin etməmişdir. Çünki qanunla əmsallaşdırılma yalmz - büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda əmək haqqı kütləvi şəkildə artırıldıqda; - təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda tətbiq olunmalıdır. Digər sahələrdə çalışanlar üçün əmək haqqının əmsallaşdınlması kollektiv müqavilənin şərtlərinə əsasən vəzifə maaşları kütləvi şəkildə artırıldıqda həyata keçirilməlidir.

43. Cavabdeh müəssisə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilat olmadığı üçün və mübahisə predmeti olan əmək müqavilənin kollektiv müqavilə olmasına dair hər hansı bir sübut təqdim edilmədiyi üçün iddiaçı məzuniyyət pulunu ə msal tətbiq edilməklə ödənilməsini tələb edə bilməz.

44. Məhkəmələrin məzuniyyət pullarına faiz hesablaması qanunsuz olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən cavabdehin təqsiri üzündən əmək haqqının verilməsi gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

45. Göründüyü kimi, hazırkı mübahisə predmeti əmək haqqı deyil, keçmiş illərin məzuniyyət pulları və kompensasiya tələbidir. Belə olan halda məhkəmə qeyd olunan ödənişlərin ödənilməsi barədə qərar qəbul etsə belə, həmin ödənişlərin gecikdiriməsinə görə faiz tətbiq edə bilməzdi. Lakin cavabdeh həmin məbləğin həcminin az olduğunu nəzərə alaraq mübahisənin tez yekunlaşması üçün qətnaməni mübahisələndirməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respu blikasının Əmək Məcəlləsi

46. Maddə

135. Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

47. Maddə 140. 1-ci hissə. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 2-ci hissə. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. 3-cü hissə. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məz uniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. 6-cı hissə.Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. 7-ci hissə. Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb öd ənilməlidir.

48. Maddə 144, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 49. “Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 137 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə ilə tənzimlənir ki, həmin qaydalara əsasən qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda o rta əmək haqqının əmsallaşdırılması hazırkı qaydaya əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil surətdə aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibət inə uyğun əsaslandırılmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olma yaraq yoxlanılmalıdır.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin ə saslandırılma ilə razılaşır.

63. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədə n saxlanılmalıdır.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçıtərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)20/2025 nömrəli, 30 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar