Məhkəmə qərarları › İş №2(102)-1463/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1463/2019

19.02.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1463/2019 19.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Suraxanı Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.Qədimov, iş № 2(010)-xx/18) İddiaçı Cavabdeh, 3-cü şəxs X6 və X5 qarşı “birgə nikah dövründə əldə edilmiş torpağın alın masına və evin tikilməsinə sərf olunmuş xərclərin bölünməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ciı il tarixli qətnaməsi ilə (hakimlər V.Baxışova-sədrlik edən və məruzəçi, V.Həsənov və N.Cəfərov, iş № 2(103)xx/18) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Suraxanı Rayon Məhkəməsinin 26.04.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh, 3-cü şəxs X6 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bir gə nikah dövründə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal-şərq hissəsində yerləşən, sahəsi 1200 kv.m olan torpaq sahəsinin alınması üçün ödənilmiş 12 000 ABŞ dollarının yarısını təşkil edən 6.000 ABŞ dollarının ödəniş günü manat məzənnəsi ilə, həmçinin torpaq sahəsi üzərində mövcud olan fərdi yaşayış evinin tikintisinə sərf edilmiş 50.000 manatın yarısını təşkil edən 25.000 manatın Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmuş olması ilə əsaslandırılmışdır. İddiaçının vəkili Vəkil məhkəmə kollegiy asının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. Cavabdehin nümayəndəsi A.Hüseynov Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, Vəkil izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ciı il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın əsassız olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı xx xxx 2005-ci ildə rəsmi nikaha daxil olmuş və həmin nikahdan on ların xx xxx 2005-ci ildə X8 və 03 iyul 2008-ci ildə X9 adlı uşaqları doğulmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, uşaqların anaları İddiaçı yanında qalmaları müəyyən edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçının birgə nikah dövründə əldə edildiyini iddia etdiyi 1200 kv.m torpaq sahəsi cavabdehin mülkiyyətində deyil, Kürdəxanı bələdiyyəsinin xx xxx 2007-ci il tarixli 1188 nömrəli qərarı ilə X3 icarəsinə verilmiş torpaq sahəsidir. xx xxx 2007-ci ildə Kürdəxanı bələdiyyəsi ilə Ramin Babayev arasında həmin torpaq sahəsinə dair 10 il müddətinə icarə müqaviləsi bağlanmışdır. xx xxx 2014-cü ildə X1 Ramin Əlibala oğlunun etibarnamə üzrə nümayəndəsi kimi ona verilən səlahiyyətlərdən istifadə edərək Cavabdeh mübahisəli t orpaq sahəsinə dair istifadə və digər hüquqları ehtiva edən etibarnamə vermişdir. İddiaçı birgə nikah dövründə həmin torpaq sahəsində özbaşına tikili inşa olunduğunu, həmin evin Cavabdeh tərəfindən tikildiyini, evin tikintisinə 50.000 manat pul xərcləndiyini, cavabdeh isə həmin evin və torpaq sahəsinin dostu X4 məxsus olduğunu, sonuncu işləri ilə əlaqədar tez-tez ölkə xaricində olduğu üçün ona evlə bağlı müəyyən işləri görmək üçün etibarnamə verdyini göstərmişdir. İş üzrə 3-cü şəxs qismində cəlb edilmiş X6 məhkəməyə verdiyi izahatda polis idarəsində aparılan araşdırma zamanı verdiyi izahatdan fərqli olaraq mübahisəli torpaq sahəsini X2 faktiki satın aldığını və üzərində onun tərəfindən 12 000 manat vəsait xərclənməklə fərdi yaşayış evi tikdiyini göstərmişdir. Birinci instansiya məhkəməsi i ddiaçının birgə nikah dövründə əldə edildiyini iddia etdiyi torpaq sahəsi və fərdi yaşayış evi üzərində nə cavabdehin, nə də iddiaçının mülkiyyət hüququ olmadığını, həmin əmlakın qanuni əsaslarla əldə edilmədiyini qeyd edərək bu əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti kimi qiymətləndirilməsini və bu əmlakların əldə olunmasına çəkilən xərclərdə tərəflərin paylarının müəyyən edilib bölünməsini mümkünsüz saymışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş və sübutları düzgün qiymətləndirməklə iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası da öz növbəsində apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaş ır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad et diyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən iş üzrə toplanmış sübutlar qiymətləndirilərkən bu tələblərə əməl olunmuşdur. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Y uxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xxx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar