Məhkəmə qərarları › İş №2(102)-1470/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1470/2021

09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1470/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “qızıl-zinət ödənilməsi” tələbinə dair iş üzrə əşyalarının qaytarılması və ya dəyərinin QƏRARİ (Açar sözlər: qızıl tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5099/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Nümayəndə tərəfindən verilmiş kas sasiya şikayəti üzrə işə 09 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ilə Cavabdeh 24 avqust 1979-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar, tərəflərin birgə nikahda 29.03.1982-ci il təvəllüdlü X1 və 21.01.1984-cü il təvəllüdlü X2 adlı uşaqları dünyaya gəlmişdir. Tərəflər arasında olan münasibət faktiki olaraq 2017-ci ildən pozulmuşdur. 01.06.2017-ci il tarixli Razılaşmadan görünür ki, tərəflər birgə nikah dövründə əldə edilmiş qeyri-yaşayış sahəsinin (qarajın) satışından əldə olunacaq pul vəsaitinin bölünməsi barədə razılığa gəlmişlər, Cavabdeh satışdan əldə olunan pul vəsaitindən 24627,4 manat məbləğində pulun İddiaçı ödənilməsinə razılıq vermiş, İddiaçı isə həmin qeyri-yaşayış sahəsinin satılmasına dair razılıq verməyi öhdəsinə götürmüşdür. 01.06.2017-ci il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə həmin qeyri-yaşayış sahəsinin alqı-satqısı həyata keçirilmişdir. Hazırda iddiaçı birgə nikah dövründə ona hədiyyə edilmiş iddia ərizəsində və iddia tələbinin həcminin artırılması barədə ərizə qeyd edilən qızıl-zinət əşyalarının özlərini və ya onların ümumi dəyəri olan 4070 manat pulu tələb etmişdir. Həmin qızıl-zinət əşyalarının mövcudluğu mübahisələndirilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2003-cü ildə alınmış, çəkisi 25,52 qram, dəyəri 2170 manat olan 750 əyarlı, İtaliya istehsalı, ağ-sarı qızıldan bir ə dəd boyunbağı və 2008-ci ildə alınmış, çəkisi 21,33 qram, dəyəri 1900 manat olan 750 əyarlı, İtaliya istehsalı, ağ-sarı qızıldan bir ədəd üzüksırğa dəstinin alınaraq ona qaytarılması, əşyaların müxtəlif səbəblərdən qaytarılmasından imtina olunarsa, həmin əşyaların ümumi dəyəri kimi 4070 manat və göstərilən hüquqi yardıma görə ödənilmiş 500 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 24.08.1979-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki uşaqları olmuşdur. Son zamanlarda cavabdeh ilə aralarındakı ailə münasibətləri pozulmuş, buna səbəb isə cavabdehin ailəsinə olan biganəliyi, ona qarşı olan pis rəftarı, onu döyməsi, təhqirləri və s. olmuşd ur. Sonradan cavabdeh nikahın pozulması iddiası ilə məhkəməyə müraciət etmişdir. Bu səbəblərdən o, 90 yaşlı atasının himayəsinə sığınmışdır. Cavabdeh birgə nikah dövründə ona oğlu və iş kollektivi tərəfindən hədiyyə edilmiş, iddia tələbində göstərilən qızıl-zinət əşyalarını ondan zorla almış, o, dəfələrlə geri tələb etsə də, həmin əşyaları qaytarmamışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, iddia tamamilə əsassızdır. Belə ki, o, iddiaçı ilə olan 39 illik nikah dövründə ailə başçısı kimi üzərinə düşən bütün vəzifələri lazımınca yerinə yetirmiş, ailəsinin tələbatlarını ödəmək üçün çalışmış, iddiaçı isə bu müddət ərzində ona heç bir dəstək olmamış, əksinə onun maddi vəziyyətindən maksimum öz mənafeləri üçün yararlanmışdır. İddiaçıya məxsu s qızıl-zinət əşyaları onda deyildir, müvafiq əşyalarla bağlı ümumiyyətlə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, hazırki iş üzrə iddiaçı onun uzaq qohumudur. O, dəfələrlə tərəflərin arasındakı münaqişələrə şahid olmuş, son münaqişələri zamanı iddiaçını sakitləşdirmək üçün öz evinə aparmışdır. Bu zaman iddiaçı özü ilə heç bir əşya götürməmişdir. Sözügedən qızıl-zinət əşyaları barədə iddiaçı ona bəhs etmiş, onların iddiaçıya oğlu və kollektivi tərəfindən hədiyyə olunduğunu və həmin qızıl-zinət əşyalarından iddiaçının istifadə etdiyini dəfələrlə gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, o, iddiaçı və cavabdehin evində 20 günə yaxın xidmətçi kimi çalışmışdır. Müvafiq qızıl-zi nət əşyalarının iddiaçıya sonuncunun oğlu və kollektivi tərəfindən hədiyyə olunduğunu təsdiqləmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Etibar Mustafayev) 12 mart 2020-ci il tarixli 2(001)-1284/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, dəyəri 2170 manat olan, 750 əyarlı, İtaliya istehsalı, ağ-sarı qızıldan bir ədəd boyunbağı və dəyəri 1900 manat olan, 750 əyarlı, İtaliya istehsalı, ağ-sarı qızıldan bir ədəd üzük-sırğa dəstinin Cavabdeh alınaraq İddiaçı verilməsi, əşyaların müxtəlif səbəblərdən qaytarılması mümkün olmadıqda həmin əşyaların ümumi dəyəri kimi 4070 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması, hüquqi yardım üçün ödənilmiş pulun əvəzi kimi 500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qızıl-zinət əşyalarının iddiaçıya verilməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh qızıl-zinət əşyalarının onda olmadığını bildirməklə dolayı yolla əşyaların iddiaçı tərəfindən götürüldüyünü göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması hissəsində təmin olunmalı, dəyəri 2170 manat olan, 750 əyarlı, İtaliya istehsalı, ağ-sarı qızıldan bir ədəd boyunbağı, dəyəri 1900 manat olan, 750 əyarlı, İtaliya istehsalı, ağ-sarı qızıldan bir ədəd üzük-sırğa komplekti Cavabdeh alınaraq İddiaçı verilməli, əşyaların müxtəlif səbəblərdən qaytarılmasından i mtina olunarsa həmin əşyaların ümumi dəyəri kimi 4070 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin qeyd olunmuşdur ki, iddia təmin edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, habelə vəkilə ödənilmiş pulun əvəzi kimi 500 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 255.2, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apelyasiya Məhkə məsi Mülki Kollegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov və Azad İmanov) 14 sentyabr 2020-ci il tarixli 2(103)-5099/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1284/2020 saylı iş üzrə12 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddia kifayət qədər əsaslandırılmamış, sübuta yetirilməmiş, məhkəmə də iddianı təmin edərkən qətnaməni əsaslandırmamışdır. Qızıl-zinət əşyaları ilə bağlı tərəflər arasındakı mübahisənin predmetini əsasən həmin qiymətli əşyaların kimdə olması təşkil edir. Müvafiq iddianı sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyalarının iddia ərizəsində göstərdiyi sayda olduğunu, həmin əşyaların onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Məhkəmə hesab etmişdir ki, tərəflər hələ 2017-ci ildə birgə nikah dövründə əldə edilmiş əmlakları aralarında bölgü etdiklərindən bu onu qeyd etməyə əsas verir ki, tərəflər həmin vaxtdan faktiki olaraq ayrılmışlar və iddiaçının ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının cavabdeh tərəfindən zorla əlindən alınması barədə qeyd etdikləri inandırıcı görünmür. İşin müəyyən edilmiş halları bu nəticəyə gəlməyə əsas verir ki, qızıl-zinət əşyaları iddiaçının daim özündə olmuşdur. Apelyasiy a instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 sentyabr 2020-ci il tarixli 2(103)-5099/2020 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslandırılmayıb, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyib. Apell yasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 225.2-ci maddəsinin tələblərini pozmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edərək iddianı rədd etmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Göründüyü kimi, Mülki Məcəllənin 225.2-ci maddəsinə müvafiq olaraq cavabdehdən tələb olunan qızıl-zinət əşyaları iddiaçıya hədiyə verildiyindən və onların mövcudluğu mübahisələndirilmədiyindən iddia tələbi təmin edilməlidir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçını n vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Maddə Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülk iyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ol araq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qə tnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmı r. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Mülki Məcəllənin 157.2-ci maddəsini n dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İşin halları Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiy a şərtlərinə uyğun araşdırılarkən görünür ki, iddia ərizəsində tələb olunan əmlakların cavabdeh tərəfdə qalması sübut olunmur. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübut larla təsdiq olunsun. Sadalanan hüquq normalarına görə birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əmlakları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əmlakların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddiaların təmin olunması üçün birmənalı əsas deyildir. Bu baxımdan oxşar işlər üzrə birgə yaşadıqları evdən gedərkən mübahisəli əşyaları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evd ən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi mübahisəli əmlakları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməildir. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutla r ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin sübutların düzgün qiymətləndirilməməsi barədə dəlilləri əsassızdır və prossesual hüquq normalarının tələbləri apelyasiya məhkəməsi tərəfindən pozulmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5099/2020 nömrəli iş üzrə 14 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar