Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1473/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X6, Cavabdeh1, Nurəhmədli (Ağahüseynova) Kəmalə Ağahüseyn qızı, X10 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icraata xitam, işə mülki məhkəmə icraatında baxılmalı deyildirsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər X6, Cavabdeh1, Nurəhmədli (Ağahüseynova) Kəmalə Ağahüseyn qızı, X10 və Cavabdeh2 qarşı “müqavilənin bağlanmış hesab edilməsi və çıxarışın verilməsi” tələbinə dair iddia üzrə Sumqayıt Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 08 dekabr 2023-cü il tarixli 2(105)-1812/2023 saylı qərardadından cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X16 (xx.xx.2014-cü il tarixdə vəfat etmişdir) xx.xx.2001-ci il tarixdə ona verilmiş seriya nömrəsi JN-856, KOD 30319018 olan Dövlət Aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,44 ha olan torpaq sahəsi miras qalmışdır. 2. “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, X23 vərəsəsi İddiaçı miras əmlakdan 1/1 hissədə pay almalıdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5966/2019 saylı, xx.xx.2019cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)1133/2019 saylı iş üzrə 0 2 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbindən imtinasının təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
4. Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, X6, Cavabdeh1, Nurəhmədli (Ağahüseynova) Kamilə Ağahüseyn qızı, X10 və Cavabdeh2 Quba rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 07 saylı qərarına əsasən, JN:868, KOD 30319018 saylı Dövlət Aktı tərtib edilərək, 1,33 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir.
5. Cavabdeh2 məxsus “hərbi bilet”in surətindən görünür ki, Cavabdeh2 xx.xx.2004cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2005-ci il tarixədək Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı i ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən 1.33 ha torpaq sahəsinə dair X23 ilə X6, Cavabdeh1, Ağahüseynova (Nurəhmədli) Kamilə Ağahüseyn qızı, X10, Cavabdeh2 arasında imzalanmış 20 sentyabr 2004-cü il tarixli alğısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və ünvan 1ində yerləşən 1.33 ha torpaq sahəsinə dair X19 adına çıxarışın verilməsini Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon AİK-nın 23 mart 1999-cu il tarixli qərarı ilə ünvan 1i ərazisində yerləşən 1.33 ha torpaq sahəsi JN-868 kod 30319018 saylı torpağın mülkiyyət hüququna dair Dövlət aktı ilə cavabdehlərə verilmişdir. Cavabdeh X6 və digərləri ilə atası X23 ara sında 20 sentyabr 2004-cü il tarixində imzalanmış yazılı alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi atasına satılmışdır. Həmin müqavilə şahidlərin iştirakı ilə imzalanmışdır. Qeyd olunan müqaviləyə görə satıcılar öz iradələrinə əsasən onlara məxsus olan torpaq sahəsini alıcıya təhvil vermiş alıcı isə bunun müqabilində 1.700.000 min köhnə Azərbaycan manatı satıcılara vermişdir. Həmçinin torpaq sahəsinə dair dövlət aktı müqavilə imzalanarkən 2 şahidin iştirakı ilə alıcıya təhvil verilmişdir. Müqavilə imzalandıqdan sonra torpaq sahəsi X19 istifadəsinə və sahibliyinə keçmiş 2014-cü ildə isə o, rəhmətə getdikdən sonra həmin torpaq sahəsi onun vərəsələrinin istifadəsində olmuşdur. Torpağa dair alğı-satqı müqaviləsi bağlandıqdan sonra dəfələrlə müraciətlərinə baxmayaraq cavabdehlər həmin alğı-satqı müqaviləsini notariat qaydada təsdiq etməkdən boyun qaçırmışlar. Satıcılar hər dəfə bir bəhanə gətirərək eləcə də, bir araya yığışa bilmədiklərini əsas gətirərək notariata getməkdən imtina etmişlər. X11 2014-cü ildə rəhmətə getdikdən sonra onlara məlum olmuşdur ki, bu iş üzrə cavabdeh A.Ağahüseynov onlara məxsus torpaq sahəsinə dair torpaq aktının nüsxəsini alınması üçün həmin sənədin itirilməsi barədə “Şəfəq” qəzetinin xx.xx.2017-ci il tarixli nömrəsində elan yerləşdirmiş və həmin torpaq sahəsinə qanunsuz sahiblənmək istəmişdir. Belə olan halda onlar rəsmi olaraq Quba rayon polis şöbəsinə şikayət verərək, Daşınmaz əmlakın dövlət reyestr xidmətinin 5 saylı ərazi idarəsinə bu barədə xəbərdarlıq etmişlər. Sonradan, satıcılar, yəni X6 digərləri Quba Rayon Məhkəməsinə müraciət edərə k qardaşı Nümayəndə qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz sahibliyindən geri alınması və mülkiyyətçilərin sahibliyinə qaytarılması barədə iddia qaldırmışlar. Belə olan halda, o, alğı-satqı müqaviləsi əsasında torpağın mülkiyyətçisi olan X19 vərəsəsi olaraq Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüququnun təmin olunması ilə bu iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Bundan öncə də Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 və digərlərinə qarşı torpağa dair alğı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə iddia qaldırmışdır.
8. Məhkəmə iclasında iştirak edən cavabdehlər X7, Cavabdeh1, Nurəhmədli (Ağahüseynova) Kamilə Ağahüseyn qızı, X10 və Cavabdeh2 iddia tələbini qəbul etməyərək, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçı və onun nümayəndəsi tərəfindən illərdir ki, zəbt olunduğunu, xx.xx.2004-cü il tarixdə bağlandığı qeyd olunan müqaviləsinin saxta olduğunu, həmin vaxt Cavabdeh2 hərbi xidmətdə olduğunu qeyd edərək, iddianın təmin edilməməsini xahiş etmişlər. 9. xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X6, Cavabdeh1, X8, X10, Cavabdeh2 və X23 tərəfindən İ Nügədi kənd sakinləri Nümayəndə, X17 və X9 şahidlikləri ilə tərtib edilmiş müqaviləyə əsasən, Ağahüseynovlar ailəsinə - Ağahüseyn, Mehriban, Kamilə, Pənah, Pərvizə 10/X-2001- ci il tarixdə Dövlət Yerqurlayihə İnstitutu tərəfindən verilmiş JN-868 saylı, kod 30319018 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara məxsus olan ünvan 1ində yerləşən 0,80 ha əkin sahəsi 0.53,2 ha bağ sahəsi olmaqla, cəmi 1,33 ha torpaq sahəsini bir milyon yeddi yüz min manata X3.
10. Quba rayonu, İ Nügədi Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli arayışına əsasən müəyyənləşdirilmişdir ki, ünvan 1i ərazisində yerləşən X6 və ailə üzvlərinin adına olan 1,33 ha və X4 adına olan 0,19 ha pay torpaqları 2004-2014-cü illər ərzində X23 tərəfindən, 2014-cü ildən etibarən hal-hazıra kimi isə oğlu Nümayəndə tərəfindən əkilib becərilmiş və torpaq vergiləri onlar tərəfindən ödənilmişdir.
11. İş üzrə təyin edilmiş və keçirilmiş “Sənəd rekvizitlərin tədqiq” ekspertizasının 5/408 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2004-cü il tarixli müqavilədə montaj əlamətləri müəyyən edilməmişdir.
12. Quba Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(027)-677/2020 nömrəli qətnaməsi ilə (hakim Rah im Həsənov) iddia tələbi təmin edilməmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə İddiaçı mərhum atası X23 ilə cavabdeh X6 arasında 20 sentyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin alğı-satqı müqaviləsinin xx.xx.2004-cü il tarixdə bağlanmasına baxmayaraq, iddiaçının atası X5 həmin müqaviləni notariat qaydasında rəsmiləşdirməmiş, alğı-satqı müqaviləsi əsasında istifadələrində olan ünvan 1ində yerləşən 1.33 ha torpaq sahəsinə dair çıxarış və ya hər hansı bir rəsmi qaydada sənəd əldə etməmişdir. Belə olan halda, iddiaçının atası sağlığında mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı prosessual hərəkəti həyata keçirmədiyindən, hazırki iş üzrə iddiaçının həmin torpaq sahəsini məhkəmə qaydasında mübahisələndirməyə subyektiv hüququ yoxdur. Məhkəmə ar aşdırması ilə sübuta yetirilmişdir ki, X6, Cavabdeh1, Nurəhmədli (Ağahüseynova) Kamilə Ağahüseyn qızı, X10 və Cavabdeh2 Quba rayon AİK-nın xx.xx.1999-cu il tarixli, 07 saylı qərarına əsasən, JN:868, KOD 30319018 saylı Dövlət aktı tərtib edilərək, 1,33 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Yəni, mübahisəli torpaq sahəsi cavabdehlərin birgə mülkiyyətindədir. İddiaçı mərhum atası X23 ilə cavabdehlər arasında müqavilə əsasında ünvan 1ində yerləşən 0,80 ha əkin sahəsi 0.53,2 ha bağ sahəsi olmaqla cəmi 1,33 ha torpaq sahəsinin iddiaçının atasına satılmasının sübutu kimi məhkəməyə xx.xx.2004-cü il tarixdə bağlanmış müqaviləni təqdim etsə də, müəyyən olunmuşdur ki, ilk öncə həmin müqavilə bağlanan zaman Cavabdeh2 həqiqi hərbi xidmətdə olmuş və o, 2005-ci il tarixdə ehtiyata buraxılmışdır. Daha sonra, cavabdeh X8 xx.xx.2004-cü il tarixli müqavilədə imzası qeyd olunmamışdır. Belə olan halda, cavabdehlər Cavabdeh2 və X2 iştirakları və razılıqları olmadan həmin müqavilə tərtib edilmişdir. Bundan başqa X5 qeyd edilən müqavilənin rəsmiləşdirilməsi üçün heç bir hərəkət aparmamışdır. Məhkəmə hesab etmişdir ki, iddianın təmin edilməsi cavabdehlər Cavabdeh2 və X2 birgə mülkiyyət hüququnun pozulmasına səbəb olar. Bundan başqa, alğı-satqı müqaviləsi tərtib edilərkən, Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.3-cü maddəsinin tələblərinə riayət edilməmiş və müqavilə notariat qaydasında təsdiqlənməmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.3, 144.1, 146.3, 147, 152.5, 337.2 və 394-cü maddələrinə istinad edərək ə saslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İddiaçı Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
16. Apellyasiya şikayətlərini onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Cavabdehlərlə müqavilə imzalayarkən qüvvədə olmuş və 24 iyun 2005-ci il 949-İİQD saylı Qanunla 01 noyabr 2005-ci ildə qüvvədən düşmüş Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi et ibarlı saymaq ixtiyarı vardır. Lakin məhkəmə tərəfindən qanunun bu tələbinə riayət edilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi işi düzgün araşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə cavabdehlərin ekspertizaya imza nümunələrini məhkəməyə təqdim etməkdən imtina etməsinə düzgün qiymət verməmişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 07 iyun 2021-ci il tarixli 2(105)-1562/2021 nömrəli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və E.Rəhimov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tələb üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olan Azərbaycan Respublika sı MM-nin 335.2-ci maddəsində göstərilir ki, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. İddiaçı qanunun tələblərinin birinci instansiya məhkəməsinin tərəfindən nəzərə almamasının düzgün hesab olunmaması barədə gətirdiyi dəlilə qiymət verərək, məhkəmə hesab etmişdir ki, həmin dəlil qəbul edilməməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, həmin müqavilə tərtib edilən zaman Cavabdeh2 həqiqi hərbi xidmətdə olmuşdur. Bundan başqa, digər cavabdeh K.A.Ağahüseynovanın həmin müqavilədə imzası qeyd edilməmişdir. İş üzr ə İddiaçı mərhum atası Q.S.Nəcəfov ilə cavabdeh A.A.Ağahüseynov arasında 20 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinin xx.xx.2004-cü il tarixdə bağlanmasına baxmayaraq iddiaçının atası Q.S.Nəcəfov sağlığında həmin müqaviləni notariat qaydasında rəsmiləşdirməmiş, alqı-satqı müqaviləsi əsasında istifadələrində olan ünvan 1ində yerləşən 1.33 ha torpaq sahəsinə dair çıxarış və ya hər hansı bir rəsmi qaydada sənəd əldə etməmişdir. Belə olan halda iddiaçının atası sağlığında mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı prosessual hərəkəti həyata keçirmədiyindən, hazırki, iş üzrə iddiaçının həmin torpaq sahəsini məhkəmə qaydasında mübahisələndirməyə subyektiv hüququ yoxdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçı (vək il X22) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5582/2021 qərarı ilə (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)1562/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
21. Məhkəmə hesab etmişdir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdi q edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. d) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində icraat
22. Nümayəndə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli “İddiaç ı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarı ilə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1, 418.2 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilmiş və müvafiq məhkəmə aktının icra edilməməməsi və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılması qərara alınmışdır.
24. Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası MM-in birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. MM-in birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. MM-in səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan MM- in 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. MM-in 355.2ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətl əri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilibəsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstəri lənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Hazırkı iş üzrə isə birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən işin mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırılmadan, yalnız bağlanmış müqavilədə K.Ağahüseynovanın imzasının olmaması, Cavabdeh2 isə müqavilə bağlanarkən həqiqi hərbi xidmə tdə olması əsas götürülərək onların torpağın alğı-satqısı ilə bağlı iradə ifadələrinin olmadığı qənaətinə gəlinərək alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Halbuki MM-in 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin son rakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Lakin işə baxan Quba Rayon Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərini nəzərə almadan, İddiaçı iddiasını rədd edərkən alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanmaması ilə kifayətlənmiş, işin müəyyən edilm iş halları əsasında tərəflər arasındakı həqiqi hüquqi vəziyyəti müəyyən etməmişdir. Cavabdehlərin ekspertizada iştirak etməkdən boyun qaçırması faktına isə məhkəmələr tərəfindən qiymət verilməmişdir. e) Azərbaycan Respublikası Ali Məhkəməsində Plenum icraatı
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli 13(102)-2(k)/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5582/2021 nömrəli iş üzrə 18 noyabr 2021-ci il tarixli qərarı və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1562/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixl i qərarında göstərilmişdir ki, hazırkı iş üzrə birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən işin mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırılmadan, yalnız bağlanmış müqavilədə K.Ağahüseynovanın imzasının olmaması, Cavabdeh2 isə müqavilə bağlanarkən həqiqi hərbi xidmətdə olması əsas götürülüb, onların torpağın alğısatqısı ilə bağlı iradə ifadələrinin olmadığı qənaətinə gəlinərək, alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qərarında, həmçinin qeyd etmişdir ki, işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri mülki qanunvericiliyin istinad olunan tələblərini nəzərə almadan İddiaçı iddiasını rədd edərkən alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanmaması ilə kifayətlənmiş, işin müəyyən edilmiş hallar ı əsasında tərəflər arasındakı həqiqi hüquqi vəziyyəti müəyyən etməmişlər. Konstitusiya Məhkəməsinin Plenumu öz mövqeyini onunla əsaslandırmışdır ki, hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və sair) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət veril mədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun 2023cü il 3 mart tarixli qərarından o nəticə çıxır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına tətbiq edilən maddi hüquq normaları pozularaq, tətbiq edilməli olan qanun norması tətbiq edilməmiş, yaxud səhv təfsir edilmiş, işin düzgün həlli baxımından əhəmiyyət kəsb edən faktiki hallara mübahisənin maddi hüquqi əsasını təşkil edən normaların tələblərinə uyğun araşdırma aparılmamış, kassasiya instansiyası məhkəməsi isə apellyasiya instansiyası məhkəməsi tərəfindən yol ver ilən maddi və prosessual hüquq normalarının pozuntusuna diqqət yetirməmiş, həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamaqla MPM-in tələblərinə uyğun olmayan qərar qəbul etmiş, bununla da iddiaçının Konstitusiyanın 29-cu maddəsinin i hissəsində və 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmə təminatı hüquqları pozulmuşdur. Bütün bunları nəzərə alan Ali Məhkəmə Plenumunun gəldiyi qənaətə görə, iddianın əsasını təşkil edən hüquqi faktların mübahisənin qanuni əsası kimi çıxış edən maddi hüquq normalarının tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun qaydada yenidən araşdırılaraq, onlara hüquqi qiymət verilməsi zəruri olduğu, habelə bu həcmdə məhkəmə tədqiqatının aparılması, kassasiya instansiyası məhkəməsindən fərqli olaraq, tam hüquqlu məhkəmə kimi işə sübutlar əsasında mahiyyəti üzrə baxmaq səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsində mümkün olduğu üçün, işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılmalıdır. f) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1812/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (L.E.Rəhimli (sədrlik edən və məruzəçi), İ.K.Dəmirov və E.M.Əhmədov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi qismən təmin edilmişdir. ünvan 1ində yerləşən 1.33 ha torpaq sahəsinə dair X23 ilə X6, Cavabdeh1, Ağahüseynova (Nurəhmədli) Kamilə Ağahüseyn qızı, X10, Cavabdeh2 arasında imzalanmış 20 sentyabr 2004-cü il tarixli alğısatqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir.
28. Həmçinin məhkəmənin eyni tarixli qərardadı ilə İddiaçı iddiasının “çıxarışın verilməsi” tələbinə dair hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilmişdir. İddiaçıya aidiyyəti üzrə dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət hüquqlarının qeydiyyatını aparan inzibati orqana müraciət etmək hüququ, inzibati orqan tərəfindən müraciəti müsbət həll olunmadığı təqdirdə isə həmin mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
29. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iddia tələbinin ifadə tərzindən və mahiyyətindən görünür ki, iddiaçının məqsədi mübahisəli torpaq sahəsinə, yəni ünvan 1ində yerləşən 1.33 ha torpaq sahəsinə dair çıxarışın əldə edilməsidir. Qeyd olunan iddia tələbi üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir.
30. Məhkəmə kollegiyası həmin tələblə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq “çıxarışın verilməsi”nə dair iddia tələbini rədd edərkən, həmin iddia tələbinin məhkəmə aidiyyətini nəzərə almamışdır. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tər əfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz.
31. Birinci instansiya məhkəməsi sadalanan hallara əhəmiyyət verməyərək, mülki məhkəmə icraatında baxılmalı olmaması əsası ilə iddianın “çıxarışın verilməsi”nə dair hissədə iş üzrə icraata xitam vermək əvəzinə, həmin hissədə işə mahiyyəti üzrə baxmış, bununla da maddi və prosessual normalarını pozmuşdur ki, bu da qətnamənin ləğvi üçün əsasdır.
32. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.22.2.4-cü maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) baxılır. Odur ki, hazırkı iddianın “çıxarışın verilməsi”nə dair hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir.
33. Kollegiya sonda qeyd etmişdir ki, “çıxarışın verilməsi”nə dair iddia tələbinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, göstərilən hissədə iddia tələbi üzrə icraata xitam verilməli və iddiaçıya hazırkı mübahisənin həlli ilə bağlı ilk növbədə “çıxarışın verilməsi” ilə bağlı aidiyyəti üzrə dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət hüquqlarının qeydiyyatını aparan inzibati orqana müraciət etmək hüququ, inzibati orqan tərəfindən müraciəti müsbət həll olunmadığı təqdirdə isə həmin mübahisənin həlli üçün məhkəmə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh X10 (Vəkil Oqtay oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının tam ləğv edilərək, iddia tələbinin “torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” hissəsində iş üzrə icraata xitam verilməsi, İddiaçı iddiasının “çıxarışın verilməsi” tələbinə dair hissədə mülki işə yenidən ba xılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi 20 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ünvan 1ində yerləşən 1.33 ha torpaq sahəsinə dair X19 adına çıxarışın verilməsini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsindən ibarət olmuşdur. Tələbdən də göründüyü kimi reyestrdə aparılacaq qeydiyyatın əsasını mülkihüquqi əqd təşkil edir. Həmin mülki-hüquqi əqdin bağlanmış hesab edilməsi hazırkı iddia tələbinin əsasını təşkil edir, çıxarışın verilməsi isə mülki-hüquqi əqdin bağlanmış hesab edilməsindən irəli gələn hüquqi nəticəni ifadə edir. Hazırda inzibati o rqanla hər hansı mübahisə mövcud deyil və inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli iddiaçının hüquqlarını məhdudlaşdıran və ya onun hüquqlarını pozan hər hansı fəaliyyəti mövcud deyildir.
36. Hazırkı iş üzrə X19 adına reyestrdə hər hansı qeydiyyat aparılmasa belə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarının 17-ci bəndindən analoji olaraq belə nəticəyə gəlmək olar ki, reyestrdə aparılacaq qeydiyyat mülki-hüquqi əqdin əsasında aparılmalıdırsa və həmin əqdə əsaslanan qeydiyyatın aparılması və çıxarış verilməsinin inzibati orqana həvalə edilməsi ilə bağlı mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalı olması müəyyən edilir. Mülki-hüquqi əqdlərin əsasında aparılan qeydiyyatın müb ahisələndirilməsi və çıxarışın ləğvinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasından irəli gələrək reyestrdə aparılacaq qeydiyyat mülki-hüquqi əqdlərin əsasında aparılmalıdırsa və həmin əqdə əsaslanan qeydiyyatın aparılması və çıxarış verilməsinin inzibati orqana həvalə edilməsi ilə bağlı mübahisələrə də analoji olaraq mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında AR Qanununun 8-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Qanunun tələbindən irəli gələrək hazırkı iddia tələbində inzibati orqanın üzərinə hər hansı öhdəlik qoyulması nəzərdə tutulmur. Sadəcə olaraq, iddiaçı tərəfindən bağlanmış hesab ed ilməsi tələb olunan alqı-satqı müqaviləsi əsasında çıxarışın verilməsinin inzibati orqana həvalə edilməsi xahiş olunur. Bu baxımdan hesab edir ki, həmin tələbə də mülki məhkəmə icraatı qaydasında baxılaraq hüquqi qiymət verilməlidir.
37. Hesab edir ki, məhkəmə iddia tələbinin 20 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilməli idi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 5966/2019 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 02 aprel 2019-cu il tarixli 2(105)1133/2019 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbindən imtinasının təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırkı iddia tələbi mahiyyət və hüquqi əsaslandırma baxımından “t orpaq alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi” iddia tələbi ilə eynilik təşkil edir. Belə ki, hər iki iddianın hüquqi əsasını 24 iyun 2005-ci il 949-İİQD saylı Qanunla 01 noyabr 2005-ci ildə qüvvədən düşmüş Mülki Məcəllənin 335.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Mahiyət etibarilə hazırki iddia tələbi “torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” hissəsində “torpaq alqısatqı müqaviləsinin etibarlı hesab edilməsi” tələb i ilə eynilik təşkil edir və iddia tələbinin bu formada göstərilməsinin məqsədi artıq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə aktının olmasıdır. Bu baxımdan hesab edir ki, iddia tələbinin “torpaq alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” hissəsində iş üzrə icraata xitam verilməlidir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
39. Maddə
62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
40. Maddə 2.2.2. İnzibati orqanın üzərinə inz ibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
41. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu
42. Maddə 2.0.1. Azərbaycan Respublikasının müvafiq icra hak imiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur.
43. Maddə 2.0.2. İnzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 2.2. Mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi akt larının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir.
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.
50. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarı r.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kas sasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instans iyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 dekabr 2023-cü il tarixli 2(105)-1812/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.