Məhkəmə qərarları › İş №2(106)-1739/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1739/2024

11.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1739/2024 11.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh2, Hüquqlarına toxunulan şəxs Maraqlı şəxs, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızına və Cavabdeh4 qarşı “müqavilənin bağlanmış hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)-1307/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və mənafelərinə toxunan Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4 və mərhum X4 arasında imzalanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilərək həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsinə dair çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək JN 0083, KOD 90801018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 1,56 ha torpaq sahəsinin hazırda faktiki olaraq iddiaçının istifadəsində olan 1,35 ha hissəsinin alqı-satqı edilməsi ilə bağlı iddiaçı ilə mərhum X4, Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 arasında bağlanmış 01 mart 2002-ci il tarixli müqavilənin bağlanmış hesab edilməsini və iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-1307/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Saatlı rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 2000-ci il tarixli 07 saylı qərarı əsasında JN 0083, KOD 90801018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4 və mərhum X2 ümumi mülkiyyətinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,35 ha torpaq sahəsini torpaq mülkiyyətçiləri cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4 və mərhum X2 İddiaçı satmaları barədə öz aralarında bağlanmış 01 mart 2002-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinin (iddiaçının faktiki istifadəsində olan 1,35 hektar torpaq sahəsi) üzərində İddiaçı mülkiyyət hüququ tanınsın. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və mənafelərinə toxunan Maraqlı şəxs apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Apellyasiya icraatı zamanı Maraqlı şəxs məhkəməyə ərizə təqdim edərək Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə, Maraqlı şəxs, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, MəCavabdeh4, Saatlı Rayon Notariat Ofisinə qarşı torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki işlə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızına və Cavabdeh4 qarşı “müqavilənin bağlanmış hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair” mülki işin birləşdirilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə mülki işin birləşdirilməsi ilə bağlı etirazının olmadığını bildirdi. Apellyasiya baxışında iştirak edən Cavabdeh2 mülki işin birləşdirilməsi ilə bağlı etirazının olmadığını bildirdi. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-1504/2024 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə, Maraqlı şəxs, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, MəCavabdeh4, Saatlı Rayon Notariat Ofisinə qarşı torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair 2(106)-1504/2024 saylı mülki iş üzrə icraatın, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (Camalova) Mələk Hacıməmməd qızına və Cavabdeh4 qarşı “müqavilənin bağlanmış hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair 2(106)- 1739/2024 saylı (Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan) mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək (yekun qərar qanuni qüvvəsini alanadək) dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 365-ci maddəsindən görünür ki, apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin icraatında olan hər iki iddiaya dair işlər birbiri ilə əlaqəlidir və onlara birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. Məhkəmə kollegiyası hesab edir ki, ədalətli məhkəmə araşdırılmasının təmin edilməsi üçün və məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü iki işin olduğunu, həmin işlərin bir biri ilə bağlı olduğunu, prosessual qənaət prinsipi nəzərə alınmaqla ərizə təmin edilməli, həmin mülki işlər birləşdirilməli və bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3-cü, 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə, Maraqlı şəxs, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, MəCavabdeh4, Saatlı Rayon Notariat Ofisinə qarşı torpaq alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)-1504/2024 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (Camalova) Mələk Hacıməmməd qızına və Cavabdeh4 qarşı “müqavilənin bağlanmış hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair 2(106)-1739/2024 saylı mülki işlə birləşdirilsin. Mülki iş 2(106)-1504/2024 saylı nömrə ilə məhkəmə baxışı davam etdirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar