Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1477/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(105)-2719/2019 saylı qərardadından cavabdeh “xxxxxxxxxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakimlər: Ş.R.Abasov, A.Ə.Abbasov və T.Q.Məmmədov) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxxxxx” MMC tərəfindən verilmi ş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İşin halları: Abşeron rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxxxxxxx” MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddiası təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Abşeron rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxxxxxxxxx” MMC həmin qətnamədən kassasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh “xxxxxxxxxxx” MMC Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin edil ərək qərardad ləğv olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətini geri qaytararkən şikayətin verilmə müddəti keçdikdən təxminən yarım ay sonra, yəni qanunda müəyyən olunmuş prosessual müddətin ötürülməklə verilməsini əsas göstərmiş və bu zaman MPM-nin 405 və 408-ci maddələrinə istinad etmişdir. Kollegiya hesab edir ki, məhkəmə kollegiyası həmin nəticəyə işdəki sübutlara düzgün qiymət vermədən gəldiyindən qərardad qanuni sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya ş ikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh “xxxxxxxxxxx” MMC-yə xx xxxxxx 2019-cu il tarixdə rəsmi qaydada təqdim edilmiş və qətnamədən kassasiya şikayəti işin 123-cü səhifəsində olan poçt qəbzindən göründüyü kimi poçta xx xxxxxxx 2019-cu il tarixdə təqdim edilmişdir. Göstərilənlərlə əlaqədar kollegiya kassasiya şikayətini vaxtında verilmiş sayır və hesab edir ki, kassasiya şikayətinin MPM-nin 409-cu maddəsinin tələblərinə uyğun qaydada kassasiya instansiya məhkəməsinə göndərilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu mad dələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxxxxx” MMC tərəfindən kassasiya şikayəti qanunda müəyyən olunmuş müddətdə verildiyindən kassasiya şikayətinin MPM-nin 409-cu maddəsinin tələbinə uyğun olaraq işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1477/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1477/2020
11.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver