Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1481/2022 17.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kasasiya baxışından çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8414/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8414/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci i l tarixli qətnaməsindən və həmin tarixli qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 17 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 və X3 yetkinlik yaşına çatana qədər, Cavabdeh xeyrinə İddiaçı sabit pul məbləğində tutulan alimentin miqdarının azaldılaraq hər uşaq üçün 175 manat olmaqla 350 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin artırılması və xərcin tutulması” tələbinə dair qarşılıqlı iddia ə rizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin İddiaçı iddia ərizəsinin rədd edilməsi, iddiaçı Cavabdeh qarşılıqlı iddia tələblərinin təmin edilərək, cavabdeh İddiaçı Bakı Apelyasiya Məhkəməsinin 23.02.2017-ci il tarixli, 2(103)- 2354/2017 saylı qətnaməsi ilə tutulan alimentin məbləğinin artırılaraq, tərəflərin birgə nikahdan olan övladları 15.03.2009-cu il təvəllüdlü X4 və 15.03.2009-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa 500 manat olmaqla, cəmi 1000 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi və iddiaçı və cavabdeh arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xər clər üçün ümumi xərc 2.760 manat məbləğində pulun yarısının, yəni 1380 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən cavabdeh İddiaçı 15.03.2009-cu il təvəllüdlü X4 və 15.03.2009-cu il təvəllüdlü X3 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1500 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 iyul 2021-ci il tarixli 2(005)-316 1/2021 nömrəli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, tərəflər arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəsi və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 1500 manat məbləğində pulun yarısı, yəni 750 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, tərəflər arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən 15.03.2009-cu il təvəllüdlü X4 və 15.03.2009-cu il təvəllüdlü X3 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 manat məbləğində, ümumi olaraq müqavilə ba ğlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1.500 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, qarşılıqlı iddia tələbinin təmin edilmədiyi hissəsində ləğv edilərək qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş dir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 21.10.2021-ci il tarixli, 2(103)8414/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin artırılması və xərc tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(005)-3161/2021 saylı qətnaməsinin qismən ləğv edilməsi, Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin artırılması və xərc tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə icraata “iddiaçı və cavabdeh arasında 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə əsasən uşaqların müalicəs i və tibbi müayinəsi üçün ödənilmiş tibbi xərclər üçün ümumi xərc 1500 manat məbləğində pulun yarısının, yəni 750 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi, 50 saylı notariat kontorunda bağlanmış 24.11.2017-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndinə əsasən cavabdeh İddiaçı 15.03.2009-cu il təvəllüdlü X4 və 15.03.2009-cu il təvəllüdlü X3 anaları ilə birlikdə ölkə daxilində və ya xaricində istirahətləri üçün ödəməli olduğu hər il üçün 500 manat məbləğində, ümumi olaraq müqavilə bağlandığı müddətdən ödənilməmiş 3 il üçün ödənilməli olan 1500 manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 21.10.2021-ci il tarixli, 2(103)8414/2021 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Cavabdeh apelyasiya şikayətinin rədd edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(005)-3161/2021 saylı qətnaməsinin tutulan alimentin məbləği hissəsində qismən ləğv edilməsi, İddiaçı Cavabdeh xeyrinə 15.03.2009cu il təvəllüdlü X4 və 15.03.2009-cu il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(005)-3161/2021 saylı qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (103)-8414/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8414/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsindən və həmin tarixli qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakim M.Əhmədova) 08.02.2022-ci il tarixli, 2(102)-1481/2022 saylı qərardadı ilə kasasiya şikayətləri icraata qəbul edilərək, işə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən, kasasiya şikayətləri kasasiya baxışından çıxarılmaqla apelyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, müəyyən edilmişdir ki, apelyasiya instansiya məhkəməsi iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən 800 manat aliment məbləğini 400 manat həddinə azaltmış, azalan məbləğ həddi ilə razılaşmayan ilk iddiaçı həmin məbləğin 400 manat həddinə deyil, 350 manat həddinə azaldılmasını tələb etmiş, qarşılıqlı iddiaçı isə qətnamə ilə müəyyən edilmiş 800 manat alimentin 400 manat həddinə azaldılması ilə razılaşmamışdır və onlar qətnamədən ayrı-ayrılıqda kasasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kasasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki halda ilk iddiaçıya münasibətdə iddianın qiyməti hesablanarkən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə azaldılmış məbləğlə kasasiya şikayəti üzrə azaldılması tələb edilən məbləğ arasındakı fərq müəyyən edilməli (400-350=50), həmin məbləğ bir il üzrə hesablanmalı (50x12=600), qarşılıqlı iddiaya münasibətdə isə daha əvvəl qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş mə bləğ ilə apelyasiya kollegiyasının qətnaməsi ilə qət edilmiş azaldılmış məbləğ arasındakı fərq müəyyən edilməli (800-400=400), həmin məbləğ bir il üzrə hesablanmalıdır ki (400x12=4800), alınan məbləğlərlə hər iki kasasiya şikayəti üzrə kasasiya şikayəti verilməsi üçün tələb edilən iddianın qiyməti ödənilmir. İşə baxmış apelyasiya kollegiyası MPM-nin 402-ci maddəsinin tələblərini nəzərə almadan (qətnamənin mübahisələndirilən hissələrində iddianın qiyməti beş min manatdan azdır) qətnamədən verilmiş kasasiya şikayətlərini baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1 və 408.1.4-cü maddələrinə əsasən, kasasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kasasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kasasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8414/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qərardadın verilmiş kasasiya şikayətinə münasibətdə isə qeyd edilməlidir ki, müəyyən edilmişdir ki, adıçəkilən qərardad məhkəmə qətnaməsi ilə birgə 26.10.2021-ci il tarixdə tərəflərin poçt ünvanlarına göndərilmiş, 12.11.2021-ci il tarixində qarşılıqlı iddiaçı göstərilən sənədlərin qəbul edilməs inə dair xəbərnaməyə imza etməklə həmin sənədləri qəbul etmişdir. Bundan sonra qarşılıqlı iddiaçı 02.12.2021-ci ildə apelyasiya məhkəməsinə ərizə ilə müraciət edərək, qeydiyyatda olduğu ünvanda deyil, həmin ərizədə göstərilmiş ünvanda yaşadığını bildirmiş, qəbul edilmiş məhkəmə aktlarının həmin ünvana göndərilməsini xahiş etmiş, 03.02.2021-ci ildə məhkəmə qətnaməsi və qərardadı qarşılıqlı iddiaçıya təkrarən göndərilmiş, bundan sonra qarşılıqlı iddiaçı məhkəmə qərardadından şikayətlə apelyasiya məhkəməsinə müraciət etmişdir. Apelyasiya kollegiyası isə həmin qərardaddan şikayət verilməsinin mümkünlüyünü, yəni qərardaddan şikayət vermə müddətinin ötürülübötürülmədiyini, qarşılıqlı iddiaçının ərizəsinin nə dərəcədə əsaslılığını yoxlamadan (iş materiallarında qarşılıqlı iddiaçı tərəfindən imzal anmış olmasını göstərən xəbərnamə olduğu halda) baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Belə ki, qarşılıqlı iddiaçı ərizə ilə müraciət edib qeydiyyatda ünvanda yaşamadığını, ərizəsində göstərdiyi ünvanda yaşadığını bildirmiş olsa da, ərizəyə yaşadığı ünvanla bağlı hər hansı sənəd əlavə etməmişdir. Hazırda kasasiya şikayətləri Mülki Prosessual Məcəlləyə zidd olaraq icraata qəbul edilmiş hesab edilməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.02.2022-ci il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilməli, qətnamədən və qərardaddan verilmiş kasasiya şikayətləri kasasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən, kasasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qə bul olunması müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.02.2022-ci il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilməli və kasasiya şikayətləri kasasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 404-409, 417ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.02.2022-ci il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilsin və kasasiya şikayətləri kasasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar
Məhkəmə qərarları › İş №2(102)-1481/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1481/2022
17.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver