Məhkəmə qərarları › İş №2(102)-1485/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1485/2021

10.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1485/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6832/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “ABB Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı “BP” şirkətinin subpodratçısı olmaqla Azərbaycan Respublikasında neft və qazçıxarma sahəsində fəaliyyət göstər ən və hasilatın pay bölgüsü haqqında Sazişdən irəli gələn öhdəlikləri yerinə yetirən transmilli şirkətdir. xx xxxx 2013-cü il tarixdə “ABB Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh nəzarət sistemləri üzrə baş mühəndis vəzifəsinə qəbul edilmişdir. xx xxxxx 2017-ci il tarixdə Cavabdeh ümumi razılıq əsasında filial hesabına təhsilini davam etdirmək üçün “X3” təhsil müəssisəsinə göndərilmişdir. Təhsilin bitdiyi ərəfədə Cavabdeh xx xxxx 2018-ci il tarixdən öz xahişi ilə işdən azad edilməsi barədə ərizə ilə filiala müraciət etmişdir. xx xxx 2018-ci il tarixdə Cavabdeh rəsmi xəbərdarlıq məktubu göndərilməklə əmək müqaviləsini pozacağı təqdirdə onun təhsilinə sərf olunmuş pul vəsaitini geri qaytarmal ı olacağı barədə xəbərdar edilməsinə baxmayaraq o, əmək müqaviləsinin pozulmasında israrlı olduğunu bildirmişdir. Bununla əlaqədar iddiaçının xx xxxx 2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsi, 175-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi və 205-ci maddəsi rəhbər tutularaq iddiaçıya dəymiş 25.416,10 manat məbləğində ziyana görə onun bir aylıq əmək haqqı məbləği – 5663,35 manatın cavabdehin son haqqhesab məbləğindən tutulmuş, qalan məbləği könüllü qaytarmadığı təqdirdə ondan məhkəmə qaydasında tutulacağı barədə ona xəbərdar edilmişdir. Bundan sonra iddiaçının xx xxxx 2018-ci il tarixli əmri ilə cavabdehlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin noyabr ayında “ABB Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2016-cı il tarixində filialda müəssisədaxili qaydaları tənzimləyən “ABB Limited” Azərbaycan İR təlimat kitabçası lokal normativ aktının qəbul edilməsini, həmin sənədin “Təlim və İnkişaf siyasəti” bölməsinə əsasən şirkətin işçilərin təhsilinə tələb olunan xərclərin ödənilməsini öz üzərinə götürməsini, həmin sənədə görə kurs müddətində və kursun tamamlandığı 12 ay ərzində işçinin əmək müqaviləsinə xitam verdiyi halda ödənilmiş təhsil haqqının ondan 100 faiz, 12 aydan 18 ayadək işlədikdən sonra işdən çıxdıqda bu məbləğin 50 faizinin və 18 aydan 24 ayadək işlədikdən sonra işdən çıxdıqda isə təhsil haqqı ola raq ödənilmiş məbləğin 25 faizinin tutulmalı olmasını, cavabdehin həmin təlimat kitabçası ilə tanış olmaqla onu imzalamasına baxmayaraq xx xxxx 2018-ci il tarixdən işdən azad olunması barədə ərizə verməsini, lakin onun təhsilinə ödənilmiş 25.416,10 manat məbləğində vəsaiti qaytarmadığı üçün onun son haqq-hesabından onun bir aylıq orta əmək haqqını təşkil edən 5663,35 manatın tutulmaqla işdən azad olunmasını, lakin cavabdehin təhsilinə görə ödənilmiş qalan məbləği – 19.752,75 manatı ödəmədiyi üçün həmin məbləğin ondan tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək ödənilmiş təhsil haqqının ondan tutulmalı olması barədə onunla bağlanmış əmək müqaviləsində hər hansı bir şərtin nəzərdə tutulmadığını əsas göstərməklə təhsil haqqı na görə onun son haqq-hesabından tutulmuş 5663,35 manatın iddiaçıdan alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2648/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim: E.Ə.Mehdiyev) iddia təmin edilərək Cavabdeh “ABB Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialının xeyrinə maddi ziyana görə 19.752,75 manat və 30 manat dövlət rüsumunun tutulması qət edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə cavabdeh E Məmmədov apellyasiya şikayəti verərək onunla bağlanmış əmək müqaviləsində təhsil haqqının qaytarılmasının nəzərdə tutulmamasını, işçinin əmək haqqından tutulmaya yalnız onun razılığı ilə yol verilməsini, onunla iddiaçı arasında tam maddi məsul iyyət barədə müqavilənin bağlanmamasını əsas göstərməklə ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9408/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və F.Ş.Talışinski) cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-2648/2019 saylı qətnaməsi ləğv edilmiş, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunmasına dair qətnamə qəbul edilmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2108/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə (haki mlər – Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və İ.K.Xəlilov) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9408/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6832/2020 saylı, xx xxxxxxxx 2020-cu il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sa xlanılmışdır. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın rədd olunmasını qanuni hesab edib birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən, “ABB Limited” Azərbaycan İR təlimat kitabçasının şərtləri ilə cavabdehin tanış olmaqla həmin şərtlərlə razılaşaraq onu imzalamasını, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 3.1.3-cü bəndində isə cavabdehin işəgötürənin yazılı və şifahi təlimatlarına əməl etmək barədə öhdəlik götürməsini, cavabdehin həmin təlimatın şərtini pozmaqla iddiaçı ilə əmək müqaviləsini davam etməkdən imtina etməsini əsas göstərmiş və gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə, 194-cü maddəsinə, Mülki Məcəllənin 324 və 405-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh qətnamədən kassasiya şikayəti vermiş və şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilib iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verməklə təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili şikayətlə razılaşmayaraq mübahisənin qanuna uyğun həll edilməsini əsas göstərməklə rədd olunmasın ı xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.4 Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 405.1 Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2 Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Əmək Məc əlləsi Maddə 191,hissə 1 Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə 194, hissə 1 Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Maddə 194, hissə 2 Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2- ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, kassasiya şikayətində göstərilən dəlillər işə apellyasiya instansiyası məhkəməsində baxılarkən araşdırılmış və onlara müvafiq hüquqi qiymət verilmişdir. Cavabdeh, müəyyən olunduğu kimi, xx xxxxx 2017-ci il tarixdə “X3” təhsil müəssisəsinə təhsil almağa göndərilmiş və təhsilinə iddiaçı tərəfindən 11.280 İngiltərə funt sterlinq məbləğində (25.416,10 manat) vəsait sərf edilmiş, lakin o, təhsilini başa vuran ərəfədə xx xxxx 2018-ci il tarixdən işdən getməsi barədə ərizə verməklə cavabdehə məlum olan təlimat kitabçasının şərtlərini pozmuşdur. İşəgötürənin bütün yazılı və şifahi təlimatlarına əməl etmək tərəflər arasında bağlanmış əmək müqaviləsində cavabdehin vəzifəsi kimi müəyyən olunduğundan, kollegiya hesab edir ki, cavabdeh tutduğu vəzifədən iddiaçının onun təhsilinə sərf etdiyi vəsaiti tam qaytardığı təqdirdə gedə bilərdi. Belə olduqda, iddiaçıya maddi ziyan dəymiş olduğundan, hə min ziyanın cavabdehdən tələb edilməsi qanunun tələbinə və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmış, qətnamənin ləğv edilməsi üçün əsas verən qanun pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6832/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar