Məhkəmə qərarları › İş №2(102)-1488/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1488/2020

02.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1488/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Dəmirov İlqar Kamal oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-****/2019 nömrəli qətnaməsindən Cavabdeh B tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin (hakim R.Qoşqarlı) xx.xx.2019-cu il tarixli, 2(060)****/2019 nömrəli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı “övladda n maddi yardım” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 200 manat sabit pul məbləğində maddi yardımın tutulub X2 verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Rəhimov, G.Tağızadə, T.Quliyev) xx.xx.2019-cu il tarixli, 2(105)-****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-****/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı X3 Cavabdeh qarşı “övladdan maddi yardım” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh oğlu Cavabdeh Boris oğlundan maddi yardıma hetiyacı olduğuna görə 500 manat məbləğində sabit pulun hər ay ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, idaçı cavabdehi, onun üç övladını, həyat yoldaşını və anasını yaşadıqları evdən qovmuş və onunların konstitusion hüquqlarını pozmuşdur. Onlar evdən qovulduqdan sonra dost-tanış evində bir müddət yaşamışlar. Daha sonra cavabdeh kredit götürərək üçotaqlı fərdi ev almışdır və bu günə qədər də hər ay 650 manat kredit ödəyir. Buna baxmayaraq, cavabdeh 2019-cu ilə qədər iddiaçının qulluğunda dayanmış, iddiaçının yersiz tələblərindən sonra yardımını dayandırmışdır. Hazırda cavabdeh apelyasiya kollegiyasının qəbul etdiyi qətnamə ilə razı deyildir. Ona görə də onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-****/2019 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və mülki işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı X3, Cavabdeh və vəkili Vəkil1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh iddiacının oğludur və X3 İ qrup əlili olmaqla tək yaşayır. O, xx.xx.2015-ci il tarixdən ömürluk yaşa gorə 191 manat 89 qəpik pensiya alır. Cavabdehin isə aylıq gəliri ona nisbətən yaxşıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən, valideynlərə hormət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabil iyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-82.4-cü maddələrinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına catmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə gorə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digə r müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin odənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3—82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir. İşdən gorunur ki, İddiaçı Ailə Məcəlləsinin 82-ci maddəsində göstərilən əsaslarla cavabdehdən aliment tələb edir. Qanunvericiliyin tələbinə gorə bu tip alimentin tutulması nəticəsinə gəlmək üçün üç halın olması vacibdir: övlad əmək qabiliyyətli olmaqla yetkinlik yaşına catmalıdır, valideynin maddi yardıma e htiyacı olmalıdır, valideynin əmək qabiliyyəti olmamalıdır. İş materialları ilə təsdiq edilir ki, iddiacı X3 İ qrup əlil olmaqla, əmək qabiliyyətsizdir, yetkinlik yaşına catan cavabdeh isə əmək qabiliyyətlidir və işləyir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmış və apellyası kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsinə istinad edilə bilməmişdir. Kassasiya yoxlaması zamanı da apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya ko llegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-****/2019 nömrəli qətnaməsi dəyişiklik ed ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar