Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-149/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh İdris oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-149/22 (Açar sözlər: maddi, mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi X1 və vəkili Vəkil iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(106)1117/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 01 fevral 20 22-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən müalicə xərcinə görə 2.564 manat müalicə, nəqliyyat xərcinə görə 600 manat, yemək xərcinə görə 200 manat, vəkilə ödənilmiş xərcə görə 200 manat, mənəvi zərərə görə 1.000 manat olmaqla, cəmi 4.564 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şirvan Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim E.F.Qurbanov) iddia qismən təmin edilərək, cavabdehdən maddi zərərə görə 2.318 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər 19 iyul 2020-ci il tarixdə, saat 21-də futbol oynayarkən, cavabdehin törətmiş olduğu mülki hüquq pozuntusu nəticəsində iddiaçı xəsarət alıb. Nəticədə, iddiaçı əməliyyat olunması ilə bağlı 2.318 manat xərc çəkib. Lakin, digər hissələrdə iddianın təmin olunması üçün əsaslar yoxdur. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Tərəflər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri veriblər. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Kərimov sədrlik edən, məruzəçi, T.X.Heydərov və İ.H.Əhmədov) cavabdehin apellyasiya şikayəti təmin edilərək, iş üzrə Şirvan şəhər məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilib, iddiaçının apellyasiya şikayəti təmin edilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlməyib, maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, futbol oyununun hamı tərəfindən qəbul edilmiş qaydalarına uyğun olaraq oyun zamanı müxtəlif hərəkətlər yerinə yetirilir ki, bu zaman oyunçuların xəsarət alması mümkün olur və ya bu xəsarət oyunun mahiyyətindən irəli gəlir. Başqa sözlə, oyunçular oyuna daxil olarkən bilir və ya təxmin edir ki, sözügedən idman oyununda, geniş mənada oyunlarda xəsarətin (zədənin) olması mümkündür. Bu isə oyunçunun oyunçuya qarşı oyunun xarakterinə uyğun davranması və bunun nəticəsində zədələnməsi hüquqazidd hərəkət kimi qiymətləndirilə bilməz. Halbuki, birinci instansiya məhkəməsi göstərilən bu xüsuatları nəzərə almadan, 19 iyul 2020-ci il tarixdə futbol oyunu zamanı cavabdehin oyun qaydarına uyğun olmayan hərətlərini hüquqazid hərəkət kimi qiymətləndirməklə, ona qarşı ziyan tələbini təmin etmiş və tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci maddəsini əsas götürmüşdür. Bu zaman məhkəmə nəzərə almamışdır ki, həmin normanın dizpozitiv şərtləri, zərər vuran şəxsin hüquqazidd hərəkəti həmin hərəkətlə zərər arasında olan səbəbli əlaqəni müəyyən edən norm adır. Göründüyü kimi birinci instansiya məhkəməsi həmin normanı səhv təfsir edib və işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq əsaslandırmayıb. Ona görə də iddia rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 1096-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməs i işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi Könül Cəfərova və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının ə sası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə b axmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilmə si üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər 19 iyul 2020-ci il tarixdə, saat 21-də futbol oynayarkən iddiaçı xəsarət alıb. Hazırda iddiaçı, cavabdehin təqsiri üzündən ona müalicə xərcinə görə 2.564 manat, nəqliyyat xərcinə görə 600 manat, yemək xərcinə görə 200 manat, vəkilə ödənilmiş xərcə görə 200 manat, mənəvi zərərə görə 1.000 manat olmaqla, cəmi 4.564 manat zərər dəydiyini iddia edir. Şirvan şəhər Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 oktyabr 2020-ci il tarixli qərarı ilə müəyyən olunur ki, İddiaçı şikayəti üzrə toplanmış materialda cinayət hadisəsi olmadığından, cinayət işinin baş lanılması rədd edilib. Təhqiqat zamanı araşdırma ilə müəyyən edilib ki, xəsarətin qəsdən zərərçəkmiş şəxsə yetirilməsi öz təsdiqini tapmır və hadisə, futbol oyunu zamanı ehtiyatsızlıqdan baş verib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131-ci maddəsi ilə cinayət məsuliyyətinin yalnız ağır xəsarət yetirildiyi hallarda yaranması nəzərə alınaraq, CPM 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilib. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin 26 avqust 2020-ci il tarixli şəxsin ekspert rəyindən görünür ki, İddiaçı bədən səthində aşkar olunan xəsarət- sağ incik sümüyünün aşağı 1/3 hissəsinin qapalı yerdəyişmiş sınığı küt əşya təsirindən törədib, müxtəlif şəraitlərdə, həmçinin qərarın təsviri hissəsind ə göstərilən 19 iyul 2020-ci il tarixdə futbol oyunu zaman kənar şəxs tərəfindən yetirilə bilərdi. Qeyd olunan xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Həmin Birliyin, digər 02 oktyabr 2020-ci il tarixli ekspert rəyindən isə görünür ki, İddiaçı almış olduğu xəsarətincik sümüyünün aşağı 1/3 hissəsinin çəp-vintvari yerdəyişən və bizvari çıxıntısının (bayır topuğunun), qamış sümüyünün metaepizifinin və bizvari çıxıntısının (iç topuğunun) cüzi yerdəyişmə ilə sınıqları - bərk küt əşya təsirindən müxtəlif şəraitlərdə törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən şəraitdə və vaxtda, yəni 19 iyul 2020-ci il tarixdə futbol oyunu zamanı kənar şəxs tərəfindən yetirilə bilməsi inkar olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilən maddi hüquq normalarına görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. İşin müəyyən olunan hallarına əsasən iddiaçının sağlamlığına yetirilən zərərə görə cavabdehin təqsirinin olması sübuta yetmir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb işə əlavə edilmiş sübutları araşdırıb haqla olaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüq uq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki, iddia tələbindən görünür ki, 19 iyul 2020-ci il tarixdə, saat 10 radələrində futbol oyanayan zamanı iddiaçı topla hərəkət edərkən, cavabdeh futbol idman oyunun hamı tərəfindən qəbul edilmiş qaydalarına uyğun sürüşmə hərəkətini yerinə yetirərək topu oyundan çıxarıb və bu zaman iddiaçı yıxılaraq sağ ayağından xəsarət alıb, həmin xəsarət nəticəsində sağlamlığına dəymiş zərərin müalicəsi üçün ümumilikdə 2.318 manat xərc i yaranıb. Qeyd edilməlidir ki, futbol oyununun hamı tərəfindən qəbul edilmiş qaydalarına uyğun olaraq oyun zamanı müxtəlif hərəkətlər yerinə yetirilir ki, bu zaman oyunçuların xəsarət alması mümkün olur və ya bu xəsarət oyunun mahiyyətindən irəli gəlir. Başqa sözlə oyunçular oyuna daxil olarkən bilir və ya təxmin edir ki, sözügedən idman oyununda, geniş mənada oyunlarda xəsarətin (zədənin) olması mümkündür. Bu isə oyunçunun oyunçuya qarşı oyunun xarakterinə uyğun davranması və bunun nəticəsində zədələnməsi hüquqazidd hərəkət kimi qiymətləndirilə bilməz. Halbuki, birinci instansiya məhkəməsi göstərilən bu xüsuatları nəzərə almadan, 19 iyul 2020-ci il tarixdə futbol oyunu zamanı cavabdehin oyun qaydalarına uyğun olmayan hərəkətlərini hüquqazid hərəkət kimi qiymətləndirməklə, ona qarşı ziy an tələbini təmin etmiş və tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci maddəsini əsas götürüb. Bu zaman məhkəmə nəzərə almamışdır ki, həmin normanın dizpozitiv şərtləri, zərər vuran şəxsin hüquqazidd hərəkəti həmin hərəkətlə zərər arasında olan səbəbli əlaqəni müəyyən edən normadır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia tələblərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar müzakirə etməyə lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Res publikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli, 2(106)-1117/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-149/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-149/2022
01.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver