Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1496/2024 27.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti” “Azneft” İstehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3939/2023 nömrəli iş üzrə 22 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X4 ilə X5 (bundan sonra iddiaçı) arasında 17 fevral 1978-ci il tarixdə nikah bağlanmışdır.
2. X4 "Azneft" İB-də (bundan sonra cavabdeh təşkilat) qazmaçı vəzifəsində çalışmışdır.
3. X4 29 oktyabr 2011-ci ildə cavabdeh təşkilatda istehsalatda baş vermiş hadisə nəticəsində vəfat etmişdir.
4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 1(003)-262/2012 saylı hökmünə əsasən X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü m addəsinə əsasən X2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 70-ci madddəsinə əsasən cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat:
5. İddiaçı cavabdeh təşkilata qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilatdan 60.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı qeyd etmişdir ki, Yaşar Muradovun məhkum edilməsinə səbəb onun səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirm əməsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması olmuşdur. Belə ki, X6 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin 28 may NQÇİ-də Quyuların Əsaslı və Yeraltı Təmir sexinin rəisi vəzifəsində işləyən zaman, 29 oktyabr 2011-ci ildə saat 9 radələrində Xəzər dənizinin “Günəşli” neft yatağındakı 3 saylı X14 125 saylı istismar quyusunda təmir işləri aparılarkən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsinin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində fiziki şəxslərin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, eləcə də “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydalarının” 1.14.4.11, 1.14.4.16, 1.19.5, “Quyuların əsaslı yeraltı təmiri sexi rəisinin” vəzifə təlimatının 2.16, 2.17, 2.36 bəndlərinin tələblərini yəni, qaldırıcı qurğu aparılan yükləmə-boşaltma işlərinin mühəndis-texniki heyyətdən xüsusi olaraq ayrılmış şəxsin nəzarəti altında aparılması, uzunölçülü yüklə qaldırılan zaman ona əl ilə istiqamət verilməsinin qarşısının alınması üçün tədbirlə və fərdi mühafizə vasitələrindən-qoruyucu dəbilqədən düzgün istifadə edilməsinə nəzarəti, habelə təhlükəsiz və sağlam iş şəraitini, ustaların, briqadaların, işin əlaqələndirmək, müəyyən olunmuş vaxtda idarə rəhbərliyini sexdəki əmək şəraitinin vəziyyəti, əmək şəraitini yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə görülən işlər, verilən əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi haqqında məlumat verilməsini təşkil etməmiş, həmin vaxt təmir quyusundan çıxarılan dəmir borulardan biri X16 tipli elavatorun qıfılından açı laraq qazmaçı X4 və qazmaçı köməkçisi X7 dəymiş, nəticədə Nəhməd Gözəlov təpə nahiyyəsinin əzilmiş yarası, başın yumşaq toxumalarının iç səthinə beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızma, Fikrət Qazıyev isə təpə nahiyyəsinin əzilmiş yarası, təpə sümüyünün xətti sınığı, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beyinin yumşaq qişasına qansızmalarla müşayiət olunan ağır dərəcəli zərər vurmaya aid xəsarətlər alaraq hadisə yerində ölmüş, bununla da o, ehtiyatsızlıqdan insan ölümünə səbəb olan səhlənkarlığa yol verməklə əmək mühafizəsi qaydalarını pozmuş, Azərbaycan Respublikası CM-nin 162.2, 314.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Cavabdeh təşkilatın əməkdaşının cinayət əməli nəticəsində ölən X4 iddiaçının həyat yoldaşı idi. Baş ve rmiş cinayət hadisəsi nəticəsində 33 il birgə yaşadığı həyat yoldaşının həlak olmasından sonra sanki həyatı sönüb. Keçirdiyi ruhi sarsıntı, iztirab indiyədək davam edir. Həmişə sevincini, kədərini həyat yoldaşı ilə bölüşərdi. O həlak olandan sonra isə onu görməkdən, ünsiyyətdə olmaqdan, sevincli anlar yaşamaqdan məhrum olub. Əzizini itirmək ona unudulması mümkün olmayan davamlı əzab və iztirab vermişdir.
7. İddia tələbinə qarşı cavabdeh təşkilat etiraz təqdim edərək işin hallarına istinad etməklə əlavə olaraq qeyd etmişdir ki, X8 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdir. Cavabdeh təşkilat tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından, hazırkı iddia tələbi cavabdehdən deyil, X1 tələb edilə bil ər. Həmçinin sığorta müqaviləsinə əsasən iddiaçıya ümumilikdə 43.000 manat pul ödənilmişdir. Bu ödənilmiş məbləğ həm maddi, həm də mənəvi ziyan kimi nəzərə alınmalıdır.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli, e-2(009)-518/2023 nömrəli qətnaməsi ilə (hakim X3), iddia qismən təmin edilmiş, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 10.000 (on min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının həyat yoldaşının iş yerində baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi işin s übuta yetirilmiş halıdır. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin işçisi X8 məhkəmə hökmü ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
10. Birinci instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işdə zərərçəkənin həyat yoldaşının ölümünün cavabdeh təşkilatın işçisinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Həyat yoldaşının hadisə nəticəsində vəfat etməsinin iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
12. Məhkəmə təqsirkarın təqsirinin dərəcəsinin də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb etdiyini qeyd edərək bildirmişdir ki, ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərərin məbləğindən fərqləndirilir. Ona görə ki, ehtiyatsızlıqla cinayət törəd ən şəxs həmin əməlin ictimai təhlükəli nəticələrini ya görmür və yaxud arzu etmir, amma qəsdən cinayət törədən şəxslər əksinə, ictimai təhlükəli nəticəni görür, arzu edirlər.
13. Məhkəmə hesab etmişdir ki, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Belə ki, iddiaçı mənəvi ziyana görə altmış min manat pul tələb etmişdir.Zərərçəkənin ölümünə səbəb olmuş hadisə ehtiyatsızlıqla törədilmiş cinayət olduğundan zərərin məbləği 10.000 manat məbləğdə müəyyən edilməklə iddia tələbi də qismən təmin olunmalıdır.
14. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab etmişir ki, iddiaçı hazırkı iş üzrə dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdeh təşkilatdan 120 manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilm əlidir.
15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat 16.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv olunması və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. 17.Cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 18.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3939/2023 nömrəli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdiye v, Xəyal Sarıyev), apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin e2(009)- 518/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin mənəvi zərərin məbləği hissəsində dəyişdirilərək mənəvi zərərin məbləği 20.000 manat müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 19.Məhkəmə kollegiyası həmçinin, birinci instaniya məhkəməsinin mənəvi ziyan tələbi ilə bağlı iddianı qismən təmin etməsini düzgün hesab etmiş, lakin iddiaçının şikayətinin dəlillərini qismən əsaslı hesab edərək anoloji işlərlə bağlı formalaşmış məhkəmə təcrübəsi əsasında, həmçinin hazırkı işin spesifik halları baxımından birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mənəvi zərərin məbləğinin ədalətli hesab edilmədiyini vurğulamışdır. Belə ki, iddiaçının ərinin ö lümü nəticəsində keçirdiyi mənəvi sarsıntıların, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği 20.000 manat məbləğdə müəyyənləşdirilməlidir. 20.Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. 21.Apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, baş vermiş hadisədən artıq 12 il keçməsi onu qəti surətdə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Ona görə də iddia tələbinin iddiaçının qeyd etdiyi formada, tam həcmdə təmin olunması əsasları hazırda mövcud deyildir. 22.Məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə isə razılaşmayaraq qeyd etmişdir ki, zərərin əvəzini zərər vurmuş şəxsin özünün ödəməli olması ilə bağlı mövqe əsaslı hesab edilə bilməz. Çünki, iddiaçı hazırkı tələbini işəgötürənə qarşı yönəltməklə mümkün qanuni seçim imkanlarından birini seçmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, işəgötürənin iqtisadi vəziyyət inin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. 23.İddiaçının mərhum ərinin vəfatı ilə əlaqədar sığorta müqaviləsi üzrə sığorta ödənişinin ödənilməsi barədə cavabdehin dəlilinin əsassız olduğunu vurğulayan məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, sözügedən sığorta müqaviləsinin təyinatı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarıdır və bu cür sığorta ödənişi heç bir halda mənəvi zərərin qarşılığı qismində nəzərə alına bilməz. 24.Məhkəmə hesab etmişdir ki, birin ci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə mənəvi zərərin məbləği hissədə düzgün olmamışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, iddiaçının şikayəti qismən təmin edilmiş, qətnamə müzakirə olunan qaydada dəyişdirilərək, cavabdehin şikayəti təmin olunmamışdır. 25.Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 14.2.6, 21.1, 21.2, 1096.1, 1097.1, 1099,1, 1099.2, 1114.1,-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına, “Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına,“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2, 77.1, 82.4.-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri: 26.İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin zərərin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 27.Kassasiya şikayətini iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd etmişdir ki,məhkəmə qətnaməsi pozulmuş hüquqların ədalətli bə rpa olunmasına xidmət etməlidir. Məhkəmə yalnız kompensasiyanın ödənilməli olmasını deyil, həm də ödəniləcək məbləğin miqdarını da əsaslandırmağa borcludur. Bunun əksi iddiaçıya qarşı ədalətsizliklə nəticələnir. 28.Cavabdeh təşkilat (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. 29.Cavabdehin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mənəvi zərərin ödənilməsinə əsas şəxsin keçirdiyi mənəvi iztirablar, sarsıntılar, iddiaçı ilə vəfat etmiş həyat yoldaşı ilə bağlılığı, münasibətləri, mənəvi yaxınlığı, mənəvi aləmində şüurunda baş vermiş mənfi hallar nəzərə alınmaqla müəyyən olmalı idi. Anoloji işlərlə mübahisəli işin hallarının (iddiaçının vəfat etmiş şəxsə münasibəti, iztirabları və s.) eyni o la bilməsi qeyrimümkündür. Həmçinin, məhkəmə nəzərə almamışdır ki, iddiaçı cavabdehin təşəbbüsü ilə bağlanmış sığorta müqaviləsi üzrə 43.023,16 (qırx üç min iyirmi üç manat on altı qəpik) manat pul ödənilmişdir. 30.Şikayətçi əlavə olaraq onuda qeyd etmişdir ki, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməli idi. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və y a müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
35. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticə sində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir;
37. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir;
38. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Ka ssasiya şikayətlərində qətnamə tam mübahisələndirldiyi üçün apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçının çəkdiyi mənəvi zərərin ə vəzi kimi cavabdeh tərəfindən ona 20.000 manat məbləğində təzminat ödənilməsi ədalətlidir.
48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və hər iki tərəfin dəlillərinə qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
49. Kassasiya şikayətlərinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3939/2023 nömrəli iş üzrə 22 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.