Məhkəmə qərarları › İş №2(102)-1502/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1502/2024

16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1502/2024 16.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələblər) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6324/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2015-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mənzildə yaşayan X3 (iddiaçının arvadı) evin mətbəxində olan qaz sobasını kibritlə yandırmaq istəyərkən qaz sızmasından partlayış baş vermiş, partlayış nəticəsində X3 aldığı xəsarətlərdən 5 nömrəli şəhər xəstəxanasında bir neçə gün müalicə aldıqdan sonra ölmüşdür.

2. Baş vermiş hadisədə Cavabdeh İB-nin Ağsu rayon Qİİ Şamaxı Xidmət sahəsi üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsində işləyən X9 və Ağsu regional qaz istismar idarəsinin Şamaxı xidmət sahəsinin təbii qazın qəbulu və satışı xidmətinin çilingəri vəzifəsində işləyən X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2 016-cı il tarixli 1(074)48/2016 saylı hökmü ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, X11 isə 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

3. İddiaçı ilə X2 nikahından üç övladları - 2010-cu il təvəllüdlü X12, 2011-ci il təvəllüdlü X6 və 2013-cü il təvəllüdlü X7 doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 40.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 210 manat dö vlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X4 ilə xx.xx.2008-ci il tarixində ailə həyatı qurmuşdur. Bu nikahdan 3 övladları dünyaya gəlmişdir. Bədbəxt hadisə baş verənə qədər xoşbəxt ailə həyatları olub. Hadisə baş verən vaxt yoldaşını təcili yardım maşını ilə Şamaxı şəhər xəstaxanasına çatdırmışlar. Bir gecə orada qaldıqdan sonra vəziyyəti ağır olduğu üçün həkimlərin rəyi ilə təcili tibbi yardım maşını ilə 19 dekabr 2015-ci il səhər saatlarında Bakı şəhərində yerləşən 5 nömrəli xəstəxananın yanıq şöbəsinə aparılmış, 16 yanvar 2016-cı ilə qədər ağır xəstə olaraq reanimasiya şöbəsində həyat mücadiləsi aparmışdır. Həmin qısa vaxt həm onun, həm də övladları üçün tərif edilməz iztirablarla keçib. Ancaq bu iztirabları son olmadı, 16 yanvara qədər Aytənin bədənində davam edən gizli qaz zəhərlənməsi onun həyatına son qoydu. Həm onun üçün, həm 3 az yaşlı övladları üçün iztirablı və əziyyətli günlər başlamış oldu. Hal-hazırda nə qədər ağır günlər yaşadığını sözlə ifadə edə bilməz. Ata olaraq anasız üç övlada baxır. Ana kəlməsini eşitdikcə onların hansı hislər keçirdiyini düşünmək, ona bu həyata qatlaşa bilməyəcək əzablar verir. Həyat yoldaşının faciəvi şəkildə vəfatı onu, övladlarını, onun yaxın qohumlarını dərindən sarsıtmışdır. O, hələ də evlənməmişdir və bu gündən sonra ailə qursa da üç övladına heç bir halda həqiqi ana duyğusunu yaşada bilməz. Onun və övladlarının bu hadisəyə görə həmin an mənəvi sarsıntı, bundan sonra da iztirablar keçirmələri işin mübahisəsiz hallarıdır. Onların bu xoşbəxt ailə münas ibəti tək o və övladları üçün deyil həm də atası, anası və yaxın qohumları üçün sevinc qaynağı idi.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3941/2023 nömrəli qətnaməsi ilə (hakim P.Zamanlı) iddia tələbi təmin edilərək, mənəvi zərərə görə 40000 manat pulun Cavabdehndən tutulub İddiaçı ödənilməsi, 210 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, iddiaçının ona maddi və mənəvi zərər dəyməsini tələb etməsinə səbəb olmuş hadisənin baş verməsində cavabdehin işçisi olmuş Yusif Əsədovun və Nəcdət Qaniyevin əməllərinin qanuna zidd olması, cinayətin baş verməsində onun təqsirli olması, habelə onların əməli nəticəsində iddiaçının arvadının ölməsi iş materialları ilə öz təsdiqini tapır. Cavabdehin işçisinin təqsirli hərəkətəri ilə iddiaçının arvadının ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının keçirdiyi iztirabın və sarsıntının dərəcəsi uzun illər birlikdə ailə bağları ilə yaşamış insanın “ömür gün yoldaşı”nın itirilməsi həddindədir. Həmçinin, cavabddehin işçilərinin təqsiri üzündən iddiaçı arvadını itirməklə bərabər üç azyaşlı övladına təkbaşına baxmağa məcbur olmuş, həm uşaqların maddi cəhətdən təmin olunması, həm də onların digər formada qayğsına qalmaq tək iddiaçının üzərinə düşmüşdür. Məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən cavabdehdən 40.000 manat pulun tutulmasını mü tənasib hesab etmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097, 1099-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 119.2-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə zərərvuran şəxsin təqsirinin ehtiyatsızlıqdan baş verməsi kimi işin diqqətəlayiq halını nəzərə almamışdır. Məhkəmənin iş üzrə diqqətəlayiq və konkret halları nəzərə almadan, hökmdə göstərilən işin həqiqi hallarını ətraflı tədqiq etmədən cavabdehin üzərinə 40000 manat yüksək məbləğdə mənəvi zərərin ödənilməsi öhdəliyi qoyması düzgün və ədalətli deyildir. Əgər müqayisəli olaraq yanaşılsa Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar ölmüş və itkin düşmüş hərbi qulluqçuların və daxili işlər orqanlarının əməkdaşlarına və ailə üzvlərinə birdəfəlik ödəmə 11000 manat məbləğində müəyyənləşdirlmişdir. Bu baxımdan hazırkı iş üzrə qəbul edilmiş qətnamə ədalətli deyil, qəbul edilmiş mənəv i zərərin məbləği ağlabatan deyildir. İş materiallarından da göründüyü kimi iddiaçı iddia tələbini əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 7 noyabr 2023-cü il tarixli, 2(103)-6324/2023 nömrəli qətnaməsi ilə (hakimlər - S.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3941/2023 nömrəli qətnaməsi dəyişdirilərək vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdehndən 20.000 manat məbləğində pul vəsaitinin tutulub İddiaçı ödənilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdehnə aid edilməsi qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəmə si gəldiyi nəticəni belə əsaslandırmışdır ki, şübhəsiz iddiaçının uzun illər birlikdə yaşadığı yaxın qohumunu itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gələn mənəvi bağlılıq mövcud olmuşdur.

14. Məhkəmə iddiaçının arvadının ölümü nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı vurğulayıb ki, X1 ölməsi nəticəsində iddiaçının arzulamadığı hisslər yaşamaq məcburiyyətində qalması, eyni zamanda ağrı və kədər hissi, habelə mənəvi sarsıntı, əzab və iztirab keçirməsi və bu halın davamlı olması qənaətinə gəlmək üçün kifayətdir. İddiaçı arvadını itirməklə bərabər üç azyaşlı övladı ilə təkbaşına qalmışdır. Bu da öz növbəsind ə cavabdehdən onun xeyrinə mənəvi zərərin tutulmasını şərtləndirir.

15. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Həmin Qərarla formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.

16. Kollegiya qeyd etmişdir ki, məmnunetmə (razısalma) yanaşmasına görə mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərər çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldığı mənəv i zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. Mənəvi zərərə görə müəyyən miqdarda pulun ödənilməsini istisna edilmir. Bu yanaşma obyektiv mənəvi zərər nəzəriyyəsinə əsalanır və zərər çəkənin mənəvi sarsıntı və iztirab çəkib-çəkməməsini araşdırmadan şəxsin əmlak və ya şəxsi qeyri-əmlak dəyərlərində müəyyən əksilmənin olması halında mənəvi zərərin vurulduğunu qəbul edir.

17. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xeyrinə müəyyən edilmiş mənəvi zərərin (təzminatın) məbləği ilə razılaşmamış və hesab etmişdir ki, İddiaçı hadi sə baş verən zamanı Rusiya Federassiyasında olması və həmin hadisənin baş verməsinin birbaşa şahidi olmaması da onunla arvadı mərhum X1 arasında olan şəfqət və mənəvi bağlılığın möhkəmliyinə bilavasitə təsir edən hallardır. O cümlədən həmin anda hadisənin şahidi olması ilə olmaması arasında da mənəvi sarsıntı və iztirab çəkmək baxımından fəqli təsir mövcuddur. İnsanın doğma birinin gözü önündə belə bir hadisənin baş verməsi onun şüurunda mənəviyyatında daha dərin sarsıdıcı izlər yaratması qaçılmazdır. Göründüyü kimi, hətta hadisə ilə bağlı başlanmış cinayət işinə məhkəmədə baxılarkən X1 hüquqi varisi kimi əri yox, məzh atası tanınmış, atası isə X8 təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Yəni həmin vaxt iddiaçı burda olmamışdır.

18. Avropa Məhkəməs inin “Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə” Qərarında da göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir.

19. Həm bu hallar, həmçinin də baş vermiş hadisədən artıq 8 ilə yaxın müddətin keçməsi qəti surətdə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stresin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stresin səviyyəsi eyni deyil və ola da bilməz. Əlavə olaraq da qeyd olunmalıdır ki, iddiaçı ötən dövr ərzində məhkəməyə müraciət etməmişdir. Halbuki, bu sahəni tənzimləyən və mənəvi təzminatın tutulması üçün hüquqi im kanlar müəyyən edən qanunvericilik mövcud və məhkəmələr tərəfindən bu qəbildən olan iddiaların təmin olunması təcrübəsi formalaşdırılmışdır. Kollegiya qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi adekvat şəkildə aradan qaldırılmalı və mənəvi tarazlığın bərpa edilməsi gözlənilməlidir. Mənəvi zərərin əvəzi olaraq cavabdehdən 20.000 manat məbləğində pulun tutulması ağlabatan və ədalətlidir.

20. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 14, 21, 1096, 1097 və 1099-cu maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 14 aprel 2021-c i il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarına, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 119, 217, 384-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib 40.210 manat pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmənin İddiaçı hadisə baş verən zaman və həyat yoldaşını n vəfat anında yanında olmaması əsasına istinad etməsini yalnız cavabdehin verdiyi izahatına əsasən müəyyən etmişdir. Cavabdehin bu qeydi yanlışdır. İddiaçı hadisə baş verən zaman Rusiya Federasiyasında olmuş, həmin gün məlumat verilən kimi səhəri gün Azərbaycan Respublikasına gəlmiş və yoldaşı Aytən Dadaşova vəfat etdiyi 16 yanvar 2016-cı il tarixə kimi onun yanında olmuş, həyat yoldaşı həmin gün onun qollarında can verərək vəfat etmişdir. Məhkəmə bu hallara istinad etməklə cavabdehin nümayəndəsinin fərziyyələrə əsasən səhv nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi işi hər tərəfli araşdırmamış, obyektiv yanaşmadan qərəzli qərar çıxarmış, nəticədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin təyin etdiyi 40.000 manat məbləği cavabdehin xeyrinə azaltmaqla vurulmuş mənəvi zərərin əvəzinin 20.000 man at müəyyən edilməsində səhvə yol vermişdir. Məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməməklə səhvə yol vermiş və bununla da prosessual pozuntuya yol verməklə qətnamə qəbul etmişdir.

23. Qətnamədən həmçinin Cavabdeh İB (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

24. Kassasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı tərəfin 8 il sonra bu iddia tələbi ilə məhkəməyə müraciət etməsi mənəvi zərərin əvəzi kimi qəbul edilə bilməz, onun məhkəməyə bu müraciəti sırf maddi qazanc əldə etməyə yönəlmiş iddia tələbi kimi başa düşülməlidir. Baş vermiş partlayış hadisəsi Cavabdeh İB-nin işçisi tərəfindən qəsdən və ehtiyatsızlıqdan törədilməmişdir. Həmin hadisə məhz iddiaçının arvadı X2 günahı ucbatından baş vermişdir. Belə ki, hadisədən 1 gün öncə, yəni xx.xx.2015-ci il tarixdə X3 heç kimə məlumat vermədən evin çöl tərəfində yerləşən hamam otağının divarı boyunca çəkilmiş qaz xəttindən mətbəx otağındakı qaz plitəsinə rezin şlanq vasitəsilə özbaşına qaz xətti çəkmişdir. Aytən Dadaşova mətbəx otağına özbaşına çəkdiyi qaz xəttini qaz plitəsinə düzgün birləşdirməmiş və nəticədə rezin şlanqdan mətbəx otağına təbii qaz sızmışdır. xx.xx.2015-ci il tarixində axşam saat 22 radələrində isə X3 mətbəxdə kibriti yandıran zaman partlayış baş vermişdir. Apellyasiya instansiya məhkəməsinin öz mövqeyində yuxarıdakı halı (iddiaçının arvadının qaz xəttinə qanunsuz qoşulması faktını) nəzərə almadan iddia tələbini 20.000 manat məbləğində təmin etməsi ağlabatan və ədalətli deyildir. İddiaçının arvadının ölümünü Cavabdeh İB işçiləri a rzulamamış, onu qəsdən və ya ehtiyatsızlıqdan öldürməmişdir. Apellyasiya instansiya məhkəməsi yekun məhkəmə aktı qəbul edərkən öz mövqeyində iddiaçıya məxsus evdə təbii qazdan sızma nəticəsində baş vermiş partlayış hadisəsinin və arvadının ölüm hadisəsinin, məhz iddiaçının arvadının heç kimə məlumat vermədən evin çöl tərəfində yerləşən hamam otağının divarı boyunca çəkilmiş qaz xəttindən mətbəx otağına rezin şlanq vasitəsi ilə özbaşına qaz xətti çəkməsi nəticəsində baş verməsini nəzərə almamışdır. Məhkəmə hüquqa zidd əməlin hansı şəraitdə və hansı mühitdə baş verməsi kimi mühüm amilləri nəzərə almamışdır. Baş vermiş partlayış hadisəsinin Cavabdeh İB-nin işçisi tərəfindən qəsdən və ehtiyyatsızlıqdan törədilməmiş olması, həmin arzuolunmaz bədbəxt hadisənin məhz iddiaçının arvadı X2 günahı ucbatından baş vermiş olması ekspertiza tədqiqatı nəticəsində də öz təsdiqini tapmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

27. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

32. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıy ır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

33. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı 34. mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olma qla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dər əcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırki kassasiya şikayətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur.

43. Belə ki, iddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 21, 1096, 1097 və 1099-cu maddələri təşkil edir və aşağı instansiya məhkəmələri mübahusənin həllinə haqlı olaraq həmin maddi hüquq normalarını tətbiq etmişdir.

44. Cavabdehin baş vermiş hadisədə təqsirinin olmaması barədə dəlilləri əsasszıdır. Belə ki, Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrində əksini tapmış müddəaların mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirlil iyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

45. Baxılan işdə də bu dispozisiya şərtləri mövcuddur. Baş vermiş hadisədə Cavabdeh İB-nin Ağsu rayon Qİİ Şamaxı Xidmət sahəsi üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsində işləyən X9 və Ağsu regional qaz istismar idarəsinin Şamaxı xidmət sahəsinin təbii qazın qəbulu və satışı xidmətinin çilingəri vəzifəsində işləyən X5 təqsiri Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(074)-48/2016 saylı hökmü ilə müəyyən edilmişdir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cav abdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

47. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçırdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalı dır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

48. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 09 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar).

49. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən və ziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

50. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaq ələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir.

51. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada birinci apelyasiya instansiyası məhkəməsinin mənəvi zərərə görə müəyyənləşdirdiyi 40000 manat kompensasiya məbləği həmin meyara cavab vermir.

52. Məhkəmə kollegiyası qeyd olunan hüquqi mövqelərə əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş 20000 manat məbləğində mənəvi zərər arvadının vəfatından sonra iddiaçın ın himayəsində üç yetkinlik yaşına çatmayan övladının qalması, hər üç övladına maddi təminat, diqqət və qayğı göstərməsi üçün kifayət qədər şəraitinin olmadığı nəzərə alındıqda ədalətlidir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya mənəvi zərərin ödənilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə yuxarıda göstərilən hüquq normalarına, məhkəmə təcrübəsinə uyğun olmaqla qanuni və əsaslıdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6324/2023 nömrəli, 7 noyabr 2023-cü il tari xli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar