Məhkəmə qərarları › İş №2(102)-1507/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1507/2023

01.05.2023 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1507/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu, X4 ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(103)- 6929/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayətinə 01 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Sifarişçi “X12 Mühendislik Sanayi Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respubliikasındakı nümayəndəliyi və icraçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Azərbaycan Respublkasının elektron Naviqasiya Xəritəsinin və Oflayn GPS X6 təminatının (AZNAV Naviqator proqramı) satınalınmasına dair 21 nömrəli müqavilə ilə Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X6 təminatının, bu müaviləyə əl avə 1-də göstərilmiş Texniki tapşırığa, Əlavə 2-də təsvir olunmuş spesifikasiyaya və Əlavə 3-də göstərilən icra planına uyğun olaraq yaradılması, test sınaqlarının keçirilməsi, sifarişçiyə təhvil verilməsi razılaşdırılmışdır. Müqavilənin dəyəri ******* manat təşkil edir. İcraçı müqavilənin icrası ilə əlaqədar əqli mülkiyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət edir və həmin qanunvericiliyinin pozulması nəticəsində üçüncü şəxslərin iddialarından sifarişçini qoruyaraq onların qarşısında məsuliyyət daşıyır. Sifarişçi icraçı tərəfindən hazılanmış Naviqasiya xəritəsi üçün icraçının müəlliflik hüququnu tanıyır və bu məhsulun istifadə olunduğu proqram təminatında onun hüquqi adının qeyd olunmasına etiraz etmir. 2. “X12 Mühendislik Sanayi Ticaret Anonim Şirkəti” i lə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İnformasiya Texnologiyaları və İdarəetmə Mərkəzi arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X6 təminatı”nın hazırlanması üzrə satınalma müqaviləsi çərçivəsində məhsulların (mal, iş və xidmətlərin) keyfiyyətinə nəzarət və keyfiyyətə zəmanət üçün xidmətlərin satınalınmasına dair müqavilə”yə əsasən podratçı-X12 Mühendislik Sanayi Ticaret Anonim Şirkəti ümumi qəbul olunan peşəkar standartlar və təcrübələrə müvafiq olaraq xidmət və onunla bağlı öhdəlikləri lazımi diqqət, effektivlik və qənaətlə ica etməli, məntiqə uyğun idarəçilik təcrübəsinə riayət etməli, müvafiq texnologiyadan, təhlükəsiz və effektiv avadanlıq, aparatlar, material və metodlardan istifadə etməli, sifarişçi-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti isə podratçıya yardım və güzəştlərini təmin etməsi üçün bütün səylərini səfərbər etməlidir. 3. “AZNAV” naviqator proqramında iddiaçıya məxsus ifadan istifadə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC və Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə “AZNAV” naviqator proqramında xanım bələdçi kimi ifa olunan səsləndi rmədən-fonoqramdan iddiaçının razılığı olmadan istifadə edilməsinə görə, həmin proqramın yayılması ilə eyni zamanda iddiaçıya məxsus olan xanım bələdçi kimi istifadə olunan səsləndirmə-fonoqramın pirat nüsxələrinin yayılmasına görə 50000 (əlli min manat), həmçinin iddaiçıya dəymiş mənəvi zərərə görə 5000 (beş min) manat pul məbləğinin birgə qaydada kompensassiya şəklində iddiaçıya ödənilməsi, “AZNAV” Naviqator proqramından iddiaçının ifası ilə yazılmış fonoqramın tamamilə silinməsi, əgər silinmə proseduruna 1 aydan çox vaxt tələb olunarsa iddia ərizəsi məhkəməyə təqdim olnuan tarixdən fonoqram silinənə qədər fonoqramdan istifadə olunmasına görə günlük 35 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, t əqribən 2016-cı ilin sentyabr ayında rəfiqəsi Abbasova Nigar həmin ərəfələrdə Lider televiziya kanalında yayımlanan “Texnopart” verilişində keçirilən canlı müsabiqənin qalibi seçilmişdi və qalib üçün verilən mükafatı almaq üçün onunla birlikdə həmin verilişin çəkilişi aparılan Gənclik metrostansiyası yaxınlığında yerləşən ofisə getmişdilər. Orada mükafat canlı yayımda təqdim olunmuşdu və rəfiqəsinin xahişi ilə mükafatı alan zaman o, çıxış etmişdir. Verilişin aparıcısı Şahid çəklişdən sonra ona yaxınlaşaraq nitqinin səlis olduğunu bildirmişdir və böyük bir layihə üçün onun səsindən istifadə etmək məqsədilə əməkdaşlıq təklif etmişdir. O, isə layihənin nə olduğunu soruşduqda cavab olaraq, naviqator sistemi yaradılır və səsim şirkət tərəfindən bəyənildiyi təqdirdə onunla uzun müddət əməkdaşlıq edəcəklərini bildirmişdir. O valideynlərinin razılığı ilə Şahid təklifini müsbət qiymətləndirmişdi. Təxminən bir ay 100 vərəqdən ibarət sözləri səlis nitqlə səsləndirmək üçün Şahid məxsus səsyazma studiyasına getmişdir. Səsyazma prosesi tamamlandıqdan sonra Zaur səsyazmanı şirkətə göndərəcəyini və bəyənildiyi tədirdə əməkdaşlıq olunacağını bildirmişdir. İşlər tamamlandıqdan bir müddət keçdikdən sonra o Zaurla əlaqə saxlamış və nəticə barəsində məlumat almaq istəmişdir. Zaur isə əfsuslar olsun ki, şirkətin səsini bəyənmədiyini bildirmişdir. O çox heyfislənmiş, lakin mövcud vəziyyətlə barışmalı olmuşdur. 2019-cu ilin yanvar ayında axşam vaxtı əri Nəzərov Ceyhunla taksiyə minərkən taksidə öz səsini eşitmiş və çox təəccüblənmiş, taksi sürücüsündən soruşmuşdur ki, bu onda hardandır, bu onun sə sidir. Taksi sürücüsü isə “Aznav” naviqator proqamından istifadə etdiyini və proqramın dövlət tərəfindən yaradıldığını bildirmişdir. Növbəti gün o, Zaurla əlaqə saxlamış və səsinin bu proqramda istifadə edildiyindən xəbəri olub-olmadığını soruşmuşdur. O isə məsələdən məlumatsız olduğunu və bu barədə şirkətlə hər hansı əməkdaşlıq etmədiyini bildirmişdir. Daha sonra o Aznav.az saytı ilə əlaqə saxlamış və navigator sistemində istifadə olunan səsləndirmənin ona aid olduğunu bildirmişdir. Ünvanı dəqiqləşdirdikdən sonra həmin ərəfələrdə o, ünvan 1 ünvanında yerləşən “Aznav” naviqator şirkətinin mülkiyyətçisi olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə yaxınlaşmışdır. Onu həmin qurumun rəhbər vəzifədə çalışan əməkdaşı qəbul etmişdir. Qəbul za manı həmin şəxsə “Aznav” milli naviqasiya proqramında xanım yol bələdçisi kimi istifadə olunan fonoqramın ona aid olduğunu və onun razılığı olmadan proqramdan istifadə olunduğunu bildirmişdir. Qəbul edən şəxs onu tam dinlədikdən sonra bundan xəbərsiz olduğunu və 2016-cı ildən “Aznav” proqramının "xxxx" MMC-dən alındığını bildirmişdir. Həmçinin onun hüquqlarının pozulduğunu qeyd edərək həmin şirkətə yaxınlaşmağını, bu barədə onlara məlumat verməyini və müəyyən razılaşma olmadığı təqdirdə məhkəməyə müraciət edərək kompensassiya almaq hüququnun olduğunu bildirmişdir. Təqribən 2019-cu ilin fevral ayında o əri ilə birgə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin baş ofisinə yaxınlaşmış və onlara “Aznav” Naviqator Proqramında xanım bələdçi kimi istifadə olunan səsli fonoqramın ona aid olduğunu və onun razılığı olmadan istifadə olunduğunu bildirmişdir. Oranın vəzifəli şəxsi onu kobud şəkildə cavablandırdı və səsin onun səsi olmadığını və bura birdə gəlməməyini bildirdilər və əri ilə ona güc tətbiq edərək onları oradan qovdular. Həmin ərəfədə o hamiləlik dövründə idi və başına gələn hadisədən dolayı ağır psixoloji sarsıntı keçirmişdi ki, bu da hamiləliyinə çox ciddi təsir etmişdir. Nəzarətində olduğu həkim-ginekoloq Pərvin xanım mövcud psixoloji vəziyyətdə dölün düşmə təhlükəsi olduğunu bildirmişdir və bu səbəbdən yataq rejimində hamiləliyini keçirməyini tapşırmışdır. 6 ay yataq rejimində olmuşdur. Qərara almışdır ki, övladını dünyaya gətirənə qədər bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyim. Lakin bu günə qədər hər dəfəsində taksidə və mobil qurğularda tətbiq edilən “Aznav” pro qramında xanım bələdçi kimi səsindən məni aldatmaqla istifadə olunması və onun bu məslədə acizliyi, hər gün onu daha da məyus edir. Artıq 5 ildir ki, səsinin yazıldığı fonoqramdan onun razılığı olmadan qeyri-qanuni olaraq istifadə edilir. Onun səsindən razılığı olmadan istifadə edildiyi üçün həyat yoldaşı ilə aralarında mübahisələr, söz-söhbət yaranmışdır və ona mənəvi zərər dəymişdir. 6. 26.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, “AZNAV” proqramı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mülkiyyətindədir. Bu halı hal-hazırda məhkəmə prosesi zamanı da sübut edə bilər. Belə ki, “AZNAV” naviqator proqramına daxil olduqda orada Azərbaycan Respub likası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi qeyd olunmuşdur, həmçinin "xxxx" MMC-nin logosu və adı da qeyd edilmişdir. Bundan əlavə proqrama daxil olduqda orada “AZNAV” naviqator proqramının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olması və bələdçi xanımın adının Aysel olması qeyd edilmişdir

7. Cavabdeh "xxxx" MMC iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçını tanımırlar və onunla heç bir iş birlikləri olmamış, onunla heç vaxt hər hansı layihə çərçivəsində əməkdaşlıq etməmiş və onun səsinin yazılması üçün müraciətləri olmamışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi Şahid adlı şəxslə 2016-cı ilin sentyabr ayında heç bir işgüzar münasibətləri olmamış və səsyazma üçün belə bir şəxsə müraciət edilməmişdir. İddiaçı qeyd edir ki, səsinin “AZNAV” naviqasiya sistemində istifadə edilməsini bildikdən sonra proqramın mülkiyyətçisi olan Dövlət Əmlak Xidmətinə müraciət etmiş, orada “X” adlı şəxs bu proqramın "xxxx" MMC-dən alınmasını bildirmişdir. Qeyd edilən naviqasiya sistemi üzrə "xxxx" MMC ilə Dövlət Əmlak Xidməti arasında hər hansı müqavilə imzalanmamış və təbii ki, müqavilə öhdəlikləri yaranmamışdır. "xxxx" şirkəti olaraq icra etdikləri layihələr, yalnız Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları çərçivəsində həyata keçirilir. Qeyd edilənlərə əsasən iddia ərizəsi təmin edilməməlidir.

8. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, “Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X6 təminatı” (AZNAV) "xxxx" Şirkəti ilə “X13 Mühəndislik Sanayi Ticaret” Anonim Şirkəti arasında imzalanmış xx.xx.2016-cı il tarixli 21 saylı müqavilə əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin məhsulu olan Ünvan Reyestri İnformasiya Sisteminin məlumatları əsasında hazırlanmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və X7 ilə “X13 Mühendislik Sanayi Ticaret” Anonim Şirkətinin Azərbaycan nümayəndəliyi arasında imzalanmış xx.xx.2016-cı il tarixli müqavilə əsasında Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X6 təminatı”nın (AZNAV) hazırlanması prosesində keyfiyyətə nəzarət və keyfiyyətə zəmanətlər üzrə xidmətlər göstərmişdir. Sistemin hazırlanması zamanı istifadə edilən mətn, audio, video və digər materiallar "xxxx" şirkəti tərəfindən tədarük edildiyi üçün istifadə olunan materialların mənşəyi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat mövcud deyildir. “AZNAV” istifadəyə təhvil verilərkən proqramın mənbə kodları təqdim edilmədiyi üçün Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “AZNAV” sistemində hər hansı dəyişiklik və ya əlavələrin edilməsi mümkün deyildir. “X13 Mühendislik Sanayi Ticaret” Anonim Şirkəti (sifarişçi) ilə "xxxx" MMC şirkəti (icraçı) arasında imzalanmış xx.xx.2016-cı il tarixli 21 saylı müqavilənin predmetini icraçı tərəfindən Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X6 təminatının həmin müqaviləyə əlavə edilmiş texniki tapşırığa, spesifikasiyaya və icra planına uyğun olaraq yaradılması, test sınaqlarından keçirilməsi və sifarişçiyə təhvil verilməsi təşkil edir. Müqaviləyə əlavə edilmiş icra planının 1.12-ci bəndində səsli komandaların Azərbaycan dilinə tərcüməsi və 2(iki) səslə səsləndirilməsi öz əksini tapmışdır. "xxxx" şirkətinin həmin layihə ilə bağlı xx.xx.2016-cı il tarixli 001 nömrəli proqres hesabatında icra planının 1.12-ci bəndində göstərilən səsli komandaların Azərbaycan dilinə tərcüməsi və 2(iki) səslə səsləndirilməsi işinin icra edildiyi göstərilmişdir. Qeyd edilən müqavilənin 12.1-ci maddəsinə əsasən icraçı müqavilənin icrası ilə əlaqədar əqli mülkiyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət edir və həmin qanunvericiliyin pozulması nəticəsində üçüncü şəxslərin iddialarından sifarişçini qoruyaraq onların qarşısında məsuliyyət daşıyır. İddia edənlərin hər hansı bir tələbi si farişçiyə qarşı irəli sürüldükdə, sifarişçi bu haqda icraçını yazılı xəbərdar edəcəkdir. İcraçı bütün əlaqədar xərcləri öz üzərinə götürməklə yanaşı, hər hansı bir mübahisə ya da tələblə bağlı sifarişçini müdafiə edəcəkdir. İcraçı, sifarişçinin yazılı xəbərdarlığını aldıqdan sonra heç bir hərəkət etməzsə, sifarişçi özü icraçının hesabına özünü müdafiə edəcəkdir. Yaranan mübahisə hər hansı bir məbləğin ödənilməsi ilə nəticələnərsə, icraçı həmin məbləğləri və sifarişçiyə dəymiş zərərin əvəzini ödəyəcəkdir. Yuxarıda sadalananlardan göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının hər hansı hüququn pozulması ilə bağlı hərəkət və ya hərəkətsizliyə yol verilməmişdir. İddiaçı əsassız olaraq Əmlak Məsələləri Dövlət Xidmətini də iddia ərizəsində cavabdehlərin sırasında qeyd et mişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia Əmlak Məsələləri Dövlət Xidmətinə aid hissədə rədd edilməlidir. 9. 26.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində ifadə verən X1 rejissoru olduğunu, Zaur müəllimin tapşırığı ilə Aysel xanımın da səsini yazdığını, lakin səsin kim və nə üçün yazıldığını bilmədiyini, mətn təqim edildiyini, Aysel xanımın da həmin mətni oxuduğunu, hətta yalnışlıq olduğunu zənn edib Aysel xanıma təkrar zəng etdiyini, Aysel xanımın menecer kimi gəldiyini bildirmişdir. 10. 26.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində ifadə verən X3 bildirmişdir ki, Lider kanalında yayımlanan canlı proqramda verilən suala düzgün cavab verdiyinə görə proqramdan hədiyyə qazanmışdır. Hədiyyəyə kinoteatra və planetlərə baxış biletləri daxi l idi. Özü utandığı üçün Ayseldən onun yerinə çıxış etməsini xahiş etmişdir. Sonradan Zaur bəyin ona iş təklif etdiyini və Ayselin ona səs yazmasını dinlətdiyini bildirmişdir. 11. 17.03.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə4 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçının öz səsi üçün şəhadətnamə almasına ehtiyac yoxdur, iddiaçının səsi qanunla fonoqram hesab edilir.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəyəmə ünvanlanmış xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X6 təminatı (AZNAV) "xxxx" MMC ilə X12 Mühendis lik Sanayi Ticaret” Anonim şirkəti arasında imzalanmış 19 iyul 2016-cı il tarixli 21 saylı müqavil əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin məhsulu olan Ünvan Reyestri İnformasiya sisteminin məlumatları əsasında hazırlanmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində İnformasiya Texnologiyaları və X7 ilə X12 Mühəndislik Sanayi Anonim Şirkətinin Azərbaycan nümayəndəliyi arasında imzalanmış xx.xx.2016-cı il tarixli müqavilə əsasında Mərkəz tərəfindən Azərbaycan Respublikasının ərazisini əhatə edən Naviqasiya Xəritəsinin və Oflayn GPS X6 təminatının (AZNAV) hazırlanması prosesində keyfiyyətə nəzarət və keyfiyyətə zəmanət üzrə xidmətlər göstərmişdir. Sistemin hazırlanması zamanı istifadə edilən mətn, audio, video və digər materiallar Cavabdeh1 tərəfindən tədarük edildiyi üçün istif adə olunan materialların mənşəyi barədə Əmlak Məsələləri Dövlət Xİdmətində hər hansı məlumat mövcud deyildir

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “Aysel metn.mp3” və “Screen_Recording_20211010_172935_AzNav” adlı fayl-fonoqramlarda monoloq danışıqları qeydə alınmış Q2 və Q3 diktorlarına məxsus səs və nitq ehtimal ki, eyni bir şəxsə məxsusdur. Ekspertizaya təqdim olunmuş “Aysel metn.mp3” və “Screen_Recording_20211010_172935_AzNav” adlı təkrar yazılmış faylfonoqramlarda yazılış vaxtı və yazılışdan sonra edilmiş montaj əlamətləri müəyyən olunmadı.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-141/2022 nömrəli, 13 aprel 2022 -ci il tarixli qətnaməsi ilə (hakim X9) iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 2000 manat məbləğində kompensasiya və mənəvi zərərə görə 500 manat, cəmi 2500 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, İddiaçı ifası ilə yazılmış fonoqramın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən “AZNAV” Naviqator sistemindən silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərcinin cavabdehlər "xxxx" MMCdən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, “AZNAV” Naviqator proqramında istifadə olunan ifanın iddiaçıya məxsus olması iş materialları, ekspert rəyi və şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Qanunvericiliyin tələbinə əsasən ifalar və fonoqramlar əlaqəli hüquqlara aiddir. ”SİNAM” MMC tərəfindən iddiaçının ifasından onun razılığı olmadan istifadə edilməklə iddiaçıya məxsus əqli mülkiyyət və əlaqəli hüquqlar pozulmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi 55000 manat məbləğin cavabdehlər "xxxx" MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən tutularaq İddiaçı qıızna ödənilməsi hissəsində qismən təmin edilməli, kompensasiya məbləği olaraq 2000 manat, mənəvi zərərə görə tutulmalı məbləğ 500 manat müəyyən edilməklə cavabdeh "xxxx" MMC-dən cəmi 2500 man at məbləğində pul tutularaq İddiaçı ödənilməli və kompensassiyanın tutulması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə aid hissədə isə rədd edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, sifarişçi” X12 Mühendislik Sanayi Ticaret” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və icraçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Azərbaycan Respublkasının elektron Naviqasiya Xəritəsinin və Oflayn GPS X6 təminatının satınalınmasına dair 21 №-li müqavilə üzrə "xxxx" MMC ifadan istifadə etməklə fonoqramın yazılmasını həyata keçirmiş və əqli mülkiyyət haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət etməsini və həmin qanunvericiliyinin pozulması nəticəsində üçüncü şəxslərin iddi alarından sifarişçini qoruyaraq onların qarşısında məsuliyyət daşıdığını bildirmişdir. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC proqramı icraçı olaraq hazırlayarkən iddiaçının razılığını almamış və 3-cü şəxslərin iddiasından azad olmayan proqram hazırlamışdır. Proqramı "xxxx" MMC hazırladığından məhkəmə hesab edir ki kompensassiya və mənəvi ziyan "xxxx" MMC-dən tutulmalıdır. İddiaçı onun razılığı olmadan proqramda səsinin istifadə olunmasına dair 55 min manat kompensassiya istəsə də, bu məbləğin ödənilmələ olmasını məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının səs yazısından onun razılığı olmadan istifadə edildiyi üçün ağlabatan məbləğdə-2000 manat kompensassiya və 500 manat mənəvi ziyan cavabdeh "xxxx" MMC-dən tutulmalıdır. Həmçinin, Az ərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti “AZNAV” Naviqator sisteminin mülkiyyətçisi olduğu üçün, iddia tələbi, İddiaçı ifası ilə yazılmış fonoqramın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən “AZNAV” Naviqator sistemindən silinməsi hissəsində əsaslı olduğundan həmin hissədə də təmin edilməli və iddia tələbləri qalan hissədə əsassız olduğundan rədd edilməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikası Qanununun 4, 32.1, 33.1, 44.1 və 45.2-ci, Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 1 və 6-cı, ÜƏMT-nin “İfalar və fonoqramlara dair Müqaviləsinin 7 və 9-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək iddianın təmin edilməyən hissəsində qətnamənin ləğv olunması, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir

18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sifarişçi “X12 Mühendislik Sanayi Ticaret” Anonim Şirkətinin Azərbaycan Respubliikasındakı nümayəndəliyi və icraçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Azərbaycan Respublkasının elektron Naviqasiya Xəritəsinin və Oflayn GPS X6 təminatının satın alınmasına dair 21M-li müqaviləyə əsasən müəyyən olunur ki, Müqavi lənin dəyəri ******* ABŞ dolları təşkil edir. Həmin müqaviləyə 5-ci əlavədə isə sifarişçi tərəfindən ödəniş qaydaları əks olunmuşdur. 1-ci mərhlədə bu məbləğin 40 faizi, yəni ******* ABŞ dolları x 1,70= ******* manat ödənilmişdir. 1-ci mərhələ üzrə işlər təhvil verilən zaman onun səsləndirdiyi fonoqramlar da təqdim olunmuşdur. Qanunun 45.2-ci maddəsinin 2-ci bəndində zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması əks olunmuşdur. Şirkət onun əqli mülkiyyət hüququnu pozmaqla bu qədər gəlir əldə edir, lakin ona dəymiş mənəvi zərər 2000 kompensassiya və 500 manat mənəvi zərər kimi qiymətləndirilir? Məhkəmə bu hissədə qanunu səhv təfsir etmiş və dəymiş zərərin ağlabatanlığını düzgün müəyyən et məmişdir, məhkəmə bu iş üzrə əqli mülkiyyət hüququnun pozulma dərəcəsini düzgün müəyyən etməmişdir. Ona vəd verilərək səsi səs studiyasında yazılmışdır və sonradan səsin bəyənilmədi bildirilərək vədin icra olunmasından imtina olunmuşdur. Fonoqramı “AZNAV” proqramına qanunsuz olaraq yazılmışdır. Həmin proqram 200000 dəfədən artıq internet portallarından yüklənmişdir. Bu isə onun fonoqramının bir o qədər pirat nüsxələrinin yayılması deməkdir. Onun fonoqrarmından istifadə edərək ******* ABŞ dolları gəlir əldə olunmuşdur. Bu isə günün məzənnəsi ilə ******* manat edir. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasında çıxışı zamanı bildirmişdir ki, fonoqramın proqramdan silinməsi qeyri-mümkündür. Bu isə fonoqra mın həmin proqramda yayımlanacağını özündə ehtiva edir. Məhkəmə isə bu hissədə onun hüquqlarının qətnamə qanuni qüvvəyə mindikdən sonra belə pozulmasına davam edilməsini nəzərə almamışdır və günlük 35 manat kirayə haqqının ödənilməsini əsassız olaraq təmin etməmişdir.

19. Qətnamədən həmçinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni - “Aznav” naviqator proqramından iddiaçının ifası ilə yazılmış fonoqramın silinməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması - hissəsində ləğv edilməsi və iddianın Əmlak Məsələləri Dövlət Xidmətinə aid həmin hissədə rədd edilməsini xahiş etmişdir.

20. Cavabdeh apellyasi ya şikayətini onunla əsaslandırmışdır ki, “Aznav” naviqasiya proqramı “X13 Mühendislik Sanayi Ticaret” Anonim Şirkətinin sifarişi əsasında "xxxx" şirkəti tərəfindən hazırlanmışdır. Həmin proqramın hazırlanması zamanı istifadə edilən mətn, audio, video və digər materiallar "xxxx" şirkəti tərəfindən tədarük edilmişdir. “AZNAV” proqramı istifadəyə təhvil verilərkən proqramın mənbə kodları Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmədiyi üçün Xidmət tərəfindən “AZNAV” sistemində hər hansı dəyişiklik və ya əlavələrin edilməsi mümkün deyildir. Qeyd edilənləri nəzərə alaraq, iddia Əmlak Məsələləri Dövlət Xidmətinə münasibətdə tamamilə rədd edilməli olduğu halda, məhkəmə isə öz qətnaməsində iddianı qismən təmin edərək, “Aznav” naviqator proqramından iddiaçının ifası ilə yazılmış fonoqramın sili nməsi vəzifəsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoymuşdur. Bildiririk ki, qeyd edilən qətnamənin icrası, yəni - Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Aznav” naviqator proqramından iddiaçının ifası ilə yazılmış fonoqramın silinməsi, həmçinin sistemdə hər hansı dəyişiklik və ya əlavələrin edilməsi praktiki cəhətdən mümkün deyildir. Belə ki, proqram Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olsa da, həmin proqram Xidmət tərəfindən deyil, "xxxx" şirkəti tərəfindən hazırlanmış və Əmlak Məsələləri Dövlət Xidməti hazır məhsul almışdır. “AZNAV” proqramı stifadəyə təhvil verilərkən proqramın mənbə kodları Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmədiyi üçün məhkəmənin qərarında qeyd edildiyi kimi həmin proqramından iddia çının ifası ilə yazılmış fonoqramın Xidmət tərəfindən silinməsi mümkün deyildir. Bu səbəbdən iddiaçının səsi yazılmış fonoqramın “Aznav” proqramından silinməsi vəzifəsi də, Əmlak Məsələləri Dövlət Xidmətinin deyil, "xxxx" şirkətinin üzərinə qoyulmalıdır.

21. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Nümayəndə4 əqli mülkiyyət hüquqlarının proqram yaradıcı tərəfindən pozulduğunu, proqram yaradıcısının "xxxx" MMC olduğunu, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu, Şahid adlı şəxslə iddiaçı arasında danışıqların şifahi formada həyata keçirildiyini, iddiaçının səs yazısı alındıqdan sonra proqram yaradıcısı ilə iddiaçı arasında müqavilə bağlanılmalı olduğu halda belə bir müqavilənin bağlanılmadığını bildirmişdir.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6929/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X2 (sədrlik edən və məruzəçi), X14 və X11) İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-141/2022 saylı işi üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsalandırmışdır ki, fonoqram istehsalçısının və yayım təşkilatının hüquqlarının ifaçı və fonoqrama yazılan əsərin müəllifi ilə bağlanan müqavilə üzrə aldığı hüquqlar həddində, if açının isə hüquqlarının, ifa olunan əsərin müəllifinin hüquqlarına riayət etmək şərti ilə həyata keçirilməli olmasını, habelə qeyd edilmiş qanunvericilik üzrə dayanıqlı sübutetmənin mövcud olmadığını nəzərə alaraq diqqətə çatdırılmalıdır ki, ifaçının qeyd edilən cavabdehlərlə münasibətlərinin biləvasitə olmadığı şəraitdə sonuncuların yalnız fonoqramın qanuni üsulla əldə edilməməsinin sübuta yetirilməməsi həddində mülki məsuliyyətləri müəyyən edilir. Qeyd edilənlər və araşdırmanın verilən tələb müstəvisində mümkünlüyü baxımından hər iki apellyasiya şikayəti üzrə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların s übut edilməməsi, və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi kimi hallar müəyyən edilmir.

24. Məhkəmə kollegiyası “Aznav” naviqator proqramından iddiaçının ifası ilə yazılmış fonoqramın silinməsinin qeyri-mümkün olması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, qətnamənin qeyd edilən hissədə icra edilməsi mümkünsüzlüyü müqavilə tərəfindən, əqdlərdən irəli gələn öhdəliklər üzrə, tələb etmək hüququ çərçivəsində həll edilə bilər. Bununla da apellyasiyanın maddi hüquq normalarına uyğunsuzluğu müəyyən edilir.

25. Məhkəmə öz mövqeyini Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikası Qanununun 23, 24, 32, 33, 37, 38, 44 və 45-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışd ır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti kassasiya şikayəti verərək, qətnamənin qismən, yəni “Aznav” naviqator proqramından iddiaçının ifası ilə yazılmış fonoqramın silinməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması - hissəsində ləğv edilməsi və iddianın Əmlak Məsələləri Dövlət Xidmətinə aid həmin hissədə rədd edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Müəlliflik hüq uqu və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikası Qanunu

29. Maddə 4. “ifaçı” — rol oynayan, oxuyan, qiraət edən, deklamasiya deyən, musiqi aləti çalan və ya ədəbiyyat və incəsənət əsərlərini başqa şəkildə (o cümlədən estrada, sirk və ya kukla teatrı nömrələri) ifa edən aktyor, müğənni, musiqiçi, rəqqas və ya digər şəxsdir. “fonoqram” — ifaların və ya digər səslərin müstəsna olaraq səsli yazılmasıdır.

30. Maddə

32. İfaçılar, fonoqram istehsalçıları və yayım təşkilatları əlaqəli hüquqların subyektləridir. Əlaqəli hüquqlar bu Qanunun 2-ci bölməsində nəzərdə tutulmuş müəlliflik hüquqlarına zərər vurmadan həyata keçirilir.

31. Maddə 33.1. İfaçının aşağıdakı şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları vardır: ad hüququ; ifanı ifaçının şərəf və ləyaqətinə xələl gətirə biləcək hər hansı təhrif, dəyişmə və digər qəsdlərdən müdafiə etmək hüququ (şöhrətinə hörmət edilməsi hüququ); ifadan bu Qanunda nəzərdə tutulan hallardan başqa, istifadənin hər növünə görə qonorar almaq hüququ da daxil olmaqla, hər hansı formada istifadəyə müstəsna hüquq.

32. Maddə 33.2. İfadan istifadəyə müstəsna hüquq aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi və ya qadağa qoymağı bildirir: a) ifanın efirlə və ya kabellə kütləvi bildirişi, əgər belə bildiriş üçün istifadə olunan ifa əvvəllər efirlə ötürülməmişdirsə, yaxud yazılmadan istifadə etmədən həyata keçirilirsə; b) əvvəllər yazılmamış ifanın yazılması; c) ifanın yazılmasının birbaşa və ya dolayı yolla surətinin çıxarılması; ç) ifanın ilkin halda kommersiya məqsədi olmadan hazırlanmış yazılmasının efirlə və ya kabellə bildirişi; d) fonoqrama yazılmış ifanın orijinalının və ya nüsxələrinin satışı, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yayılması. Fonoqrama yazılmış ifanın orijinalı və ya nüsxələri satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə qanuni şəkildə mülki dövriyyəyə buraxılmışdırsa, sonradan ifaçının razılığı olmadan və ölkə ərazisində haqq ödənilmədən onların yayılmasına yol verilir; e) fonoqrama yazılmış ifanın orijinalının və ya nüsxələrinin hətta ifaçının razılığı ilə yayılmasından sonra, orijinala və nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq, kirayəyə verilməsi; ə) fonoqrama yazılmış ifanın interaktiv istifadə üçün kütləyə çatdırılması (interaktiv kütləvi bildiriş).

33. Maddə

44. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. İstehsalı (hazırlanması) və ya yayılması müəlliflik hüququnun və ya əlaqəli hüquqların pozulmasına səbəb olan əsər və ya fonoqram nüsxələri pirat nüsxələr sayılır. Gətirildiyi ölkədə heç vaxt qorunmamış və ya qorunma müddəti keçmiş, lakin bu Qanuna müvafiq surətdə qorunan əsərlərin və fonoqramların müəlliflik hüququnun və əlaqəli hüquqlarının sahiblərinin icazəsi olmadan Azərbaycan Respublikasına idxal edilən nüsxələri də pirat nüsxələr hesab olunur. Əsərlərə və fonoqramlara münasibətdə aşağıdakılara yol verilmir: a) müvafiq texniki mühafizə va sitələri ilə əsərlərdən və fonoqramlardan istifadəyə qoyulmuş məhdudiyyətlərin müəllifin (və ya digər hüquq sahibinin) və fonoqramın hüquq sahibinin icazəsi olmadan aradan qaldırılmasına yönəldilmiş hərəkətlərə; b) əsərin və fonoqramın istənilən texniki mühafizə vasitələrinin və ya onun hissələrinin istehsalına, yayılmasına, kirayəyə verilməsinə, müvəqqəti istifadəsinə, idxalına, reklamına, gəlir götürmək məqsədi ilə istifadəsinə, yaxud texniki mühafizə vasitələrinin tətbiqini qeyri-mümkün edən və ya texniki vasitələrlə bu hüquqların lazımi müdafiəsinin təmin edilməsinə yönəldilmiş xidmətlərə. Hüquq sahibinin icazəsi olmadan hüquqların idarə edilməsi haqqında informasiyanın dəyişdirilməsi və ya ləğv edilməsi də hüquq pozuntusu sayılır

34. Maddə

45. Müəlliflik hüququnun və əlaqəli hüquqları n sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; 4) pirat nüsxələri n hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi. Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin texniki müdafiə vasitələrinin birbaşa müdaxilə yolu və ya dolayısı ilə ələ keçirilməsinə yönəldilmiş hərəkətlər müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər. Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Madd ə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzr ə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətlərində qətnamə cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən “Aznav” naviqator proqramından iddiaçının ifası ilə yazılmış fonoqramın silinməsi vəzifəsinin Xidmətin üzərinə qoyulması hissədə mübahisələndirilmişdir, ona görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə yoxlanılır, iddiaçının kassasiya şikayət verməməsin nzərə alı nır.

47. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, “Aznav” naviqator proqramından iddiaçının ifası ilə yazılmış fonoqramın silinməsi vəzifəsinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Xidmətin üzərinə qoyulması hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunması ilə çıxarılmışdır. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyi şdirilməsi üçün əsas yoxdur.

49. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin kassasiya şikayətinin dəlillərində qeyd olunan hallar apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

50. Odur ki, qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6929/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar