Məhkəmə qərarları › İş №2(102)-1508/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1508/2025

21.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - A
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1508/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X7 Cavabdeh qarşı iş üzrə QƏRARI (Açar sözlər: ər-arvad arasında əmlak bölgüsü, əmlakda payların bərabər bölünməsi, daşınmaz əşyalar üzərində əşya hüquqlarının əldə edilməsi baxımından vicdanlılıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı X7 Cavabdeh qarşı birgə nikah müddətində əldə edilmiş əmlakın bölgüsü və payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1632/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh və Ağayeva (Xudaverdiyeva) Gülnarə Azad qızı 19 avqust 1998-ci il tarixdə nikaha daxil olmuş, nikahları Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

2. Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən 0,0418 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 14 iyun 2013-cü il tarixli bağışlama müqaviləsi ilə Cavabdeh mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinə mülkiyyət hüququ 5 iyul 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qe ydiyyata alınmayan fərdi yaşayış evi inşa olunmuşdur. 3. “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh adında 23 iyul 2019-cu il tarixdən qeydiyyata alınmış, avtomobilə dair 28 sentyabr 2019-cu il tarixdən 28 sentyabr 2027-ci il tarixədək X7 adına etibarnamə verilmişdir. 4. “Changan GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil 24 noyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsi ilə Cavabdeh mülkiyyətinə verilmiş, sonradan həmin avtomobillə bağlı X9 ilə yeni müqavilə bağlanmışdır.

5. Cavabdeh 27 oktyabr 2019-cu il tarixli müqavilələrlə "xxxx" MTK tərəfindən inşa olunmuş 73 saylı yaşayış binasından 38 saylı 67 kv.m. sahəsi olan mənzili 40200 manata və 39 saylı 65 kv.m. sahəsi olan mənzilli 39000 manata almışdır.

6. Sonradan, Abşeron r ayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi”ndə yerləşən 73 nömrəli evin 38 və 39 saylı mənzilləri üzərində X5 mülkiyyət hüququ 2 noyabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 7. 30 dekabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi ilə X1 rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi”ndə yerləşən 73 nömrəli evin 38 saylı mənzili X6 40000 manata satmış, həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququ 23 yanvar 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

8. Həmçinin, 30 dekabr 2022-ci il tarixli digər alğı-satqı müqaviləsi ilə X1 rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi”ndə yerləşən 73 nömrəli evin 39 saylı mənzili İsmayılova Sevinc İbrahim qı zına 35000 manata satmış, həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququ 23 yanvar 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı X16 Cavabdeh qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, a) "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 39 saylı (56,7 kv.m) mənzilə dair X13 ilə İsmayılova Sevinc İbrahim qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən mənzilə dair İsmayılova Sevinc İbrahim qızının adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzil üzəri ndə iddiaçının ½ hissədə pay hüququnun tanınması; b) "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 saylı (63 kv.m) mənzilə dair X13 ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən mənzilə dair X3 adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzil üzərində iddiaçının ½ hissədə pay hüququnun tanınması; c) Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən 0,0418 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış sahəsinin dəyərinə müqabil - 150000 manat həcmində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi; ç) “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində iddiaçının ½ hissədə mülkiyyət hüququnun tanınması; d) “CHANGAN GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ödənilmiş 63865 manat pul vəsaitinin birgə nikah dövründə ödənilmiş hissəsinə müqabil 25.000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, tərəflər 19 avqust 1998-ci il tarixindən birgə nikahda olmuşlar. 27 oktyabr 2019-cu il tarixli müqavilə ilə cavabdeh "xxxx" MTK-ya məxsus 73 saylı binada 39 saylı 65 kv.m. və 38 saylı 67 kv.m. mənzilləri almışdır. Həmçinin DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına görə, 23 iyul 2019-cu il tarixdən “Chevrolet Cruze” markalı **-TZ-*** dövlət qey diyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin adına qeydiyyatdadır. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin elektron bazasında toplanmış məlumatlara, arxiv materiallarına əsasən Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən 0,0418 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ 5 iyul 2013-cü il tarixdə qeydiyyata alınmışdır. Tərəflər arasında ailə münasibətləri pozulduğundan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

11. Məhkəmə baxışı zamanı X13, X10 və İsmayılova Sevinc İbrahim qızı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir.

12. Cavabdeh etiraz verərək iddianı qismən qəbul etdiyini, “Changan GS75” markalı, **-PT-*** dövl ət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh tərəfindən lizinq müqaviləsi əsasında əldə edildiyini, cavabdehin lizinq ödənişlərini edə bilməməsi əsası ilə avtomobilin başqa şəxsin adına qeydə alınmasını, cavabdehin həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququnun yaranmaması və lizinq ödənişlərinin itməsini bildirmişdir.

13. Məhkəmə iclasında şahid qismində iştirak edən X27 oğlu ifadəsində bildirmişdir ki, tərəflərin hər ikisini tanıyır. İlqar qardaşı, Gülnarə isə onun yoldaşıdır. Atasına məxsus torpaq sahəsi olub. O, həmin torpağı qardaşına verərək həmin torpaqda ev tikib yaşamasını bildirib. Əlavə olaraq qardaşı da 3 sot torpaq alıb və ev tikib yaşamağa başlayıblar. İlqarın maddi vəziyyəti yaxşı deyildi. Ona görə atası rəhmətə gedəndən sonra Sumqayıt şəhəri, məhəllə 45-də olan ev sa tılıb və əldə olunan vəsait hesabına hazırkı mübahisəli mənzilin tikintisi zamanı yaranan təmir borcu ödənilib. Qalan pulla isə Gülnarəyə “Chevrolet” markalı avtomobil alınıb. Ustaların pulunu həmişə atası verib. Orada işləyən ustalardan Rəşadı və Cavidi tanıyır. Rəşad baş usta kimi işləyib. İlqarın ustalara pul verməsindən xəbəri yoxdur. Gülnarənin atası Azad isə hərdən bir oraya gəlib. Mübahisəli evin tikintisinə 2013-cü ildə başlanılıb. 2016-cı ildən sonra isə təmir işləri qurtarıb və tərəflər 2017-ci ildə həmin evə köçüb yaşamağa başlayıblar. Evin tikintisinə dəqiq nə qədər məbləğ xərcləndiyini deyə bilməz. Çünki təmir qiymətləri dəyişmişdir.

14. Məhkəmə iclasında şahid qismində iştirak edən X18 ifadəsində bildirmişdir ki, o, iddiaçını tanımır. Cavabdehi tanıyır, 2013-cü ilin yanvarınd a onun Corat qəsəbəsində yerləşən evində usta kimi işləyib, daş beton işlərini o, həll etmişdir. Həmin evi İlqar tikdirirdi, evin tikintisinə isə atası nəzarət edirdi, həmçinin onların pul məsələsinə də atası baxırdı. Onların haqqlarını cavabdehin atası Gülbala verirdi. Həmin vaxt orada onlar 3 usta birlikdə işləyirdilər. Evin tikintisi ilə Gülbaladan başqa heç kim maraqlanmırdı. Onun hazırda şahid kimi iştirak etməsini ona Rəşad demişdi. Rəşad özü onların başçısı idi. Evin tikintisi bir il yarımdan da çox çəkmişdi. Əslində ona pulu usta yoldaşı Azər verirdi. Azərə isə Gülbala verirdi. O, İlqarın qardaşı Fuadı da tanıyır. Belə ki, o Sumqayıtda məşhur həkimdir. Bundan başqa Fuad da tikinti gedən zaman arada gəlib-gedirdi.

15. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində bildi rmişdir ki, tərəflərin hər ikisini tanıyır. İddiaçı onun qızıdır. Fərdi yaşayış evi İlqar və Gülnarəyə məxsusdur. Evin bünövrəsi 2014-cü ildə qoyulub. 2017-ci ildə tərəflər yaşamaq üçün həmin evə köçüblər. Tərəflərin hər ikisi işləyib və birgə vəsaitləri hesabına evi tikiblər. Həmin ev tikilənə kimi tərəflər kirayədə və İlqarın atasıgilin evində yaşayırdılar. O, tərəflərin evinə gediş-gəlişi olduğu üçün evin tikintisinə nəzarət edirdi. Mübahisəli mənzil tərəflərin maddi imkanları olmadığı üçün 3 il ərzində tikilib. Hər iki tərəf evin tikilməsi üçün pul qoyurdu. İlqarın valideynləri evin tikilməsi üçün heç bir maddi köməklik göstərməyib. Evin tikilməsində iştirak edən ustalardan ancaq Rəşadı tanıyır, digərlərini isə tanımır.

16. Məhkəmə iclasında şahid qismində iştirak edən X11 ifadəsində bildirmişdir ki, Gülnarə Ağayeva bacısı qızıdır. Fərdi yaşayış evini tərəflər 2014-cü ildə tikməyə başlayıblar. Tərəflərin hər ikisi işləyib və birlikdə evi tikirdilər. Evin tikilməsi xeyli vaxt aparmışdı. Lakin evin hazır olduğu və tərəflərin evə köçdüyü ili xatırlamır. Tərəflər əvvəl Sumqayıt şəhəri, məhəllə 45-də yaşayırdılar. Bu ev hazır olduğu zaman həmin evi satdılar. Tikinti pulunu demək olar ki, özləri qoyublar, lakin Gülnarənin də atası onlara kömək edirdi. Gülnarənin atası onlara həmişə maddi dəstək olub. İlqarın atasının isə evin tikilməsinə maddi vəsaiti qoyub-qoymamasından xəbəri yoxdur.

17. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən 0.0418 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin qiymətl əndirilməsi qərara alınmışdır. 18. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin orta bazar dəyəri 240000 manat, likvid dəyəri isə 192000 manat müəyyən edilmişdir.

19. Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e-2(060)-330/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin dəyərinin yarısı - 120000 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçı X12 ödənilməsi, “Changan GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün birgə nikah dövründə ödənilmiş pul vəsaitinin yarısı - 25000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, birgə nikah dövründə əld ə olunmuş, “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində bərabər olmaqla ½ hissədə X7, ½ hissədə Cavabdeh paylarının müəyyən olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).

20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddiaçı tərəf mübahisəli fərdi yaşayış evinin birgə nikah dövründə tərəflərin birgə gəlirləri hesabına tikildiyini sübuta yetirə bilmişdir. Cavabdeh tərəf bu halı təkzib etmək üçün məhkəməyə yalnız iki şahid ifadəsi təqdim etmiş, həmin şahidlərdən biri cavabdehin qardaşı olmaqla onun yaxın qohumudur, onun hazırkı halda mübahisəli evin məhz qardaşının deyil, atasının vəsaiti hesabına tikildiyini bildirməsi normal haldır. Digər şahid ifadəsinə gəld ikdə isə məhkəmə qeyd etmişdir ki, mübahisəli evdə usta işləyən şəxsin ifadələri ziddiyyətli olmaqla, yalnız onun ifadəsi tərəflərin birgə nikah dövründə tikdirdiyi evin onların birgə vəsaiti hesabına tikilmədiyini təsdiq edən əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin atasının yaşadığı ev ilə tərəflərin tikdirdikləri ev qonşu torpaq sahələrində yerləşməklə, onların fotoşəkili məhkəməyə təqdim edilmişdir. Həmin fotoşəkilə baxdıqda, xüsusi bilik tələb olunmadan tərəflərin birgə nikah dövründə tikdikləri fərdi yaşayış evinin həm görünüşünə, həm layihəsinə, həm də fasadına görə cavabdehin atasına məxsus digər evdən daha dəyərli olduğu aydın görünür.

21. Məhkəmə, iş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 11 sentyabr 2023-cü i l tarixli mütəxəssis rəyinə istinad etməklə, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin orta bazar dəyərinin (240000 manat) yarısı 120000 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.

22. Məhkəmə hesab etmişdir ki, iddia tələbi “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində iddiaçı X7 ½ hissədə mülkiyyət hüququnun tanınması hissəsində də əsaslı olmuşdur. Belə ki, tərəflər, “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onların birgə nikahları dövründə əldə edildiyini mübahisələndirməmişlər.

23. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi “Changan GS75” markalı, **PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ödənilmi ş 63865 manat pul vəsaitinin birgə nikah dövründə ödənilmiş hissəsinə müqabil - 25000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində də əsaslıdır. Belə ki, mübahisəli nəqliyyat vasitəsi tərəflərin birgə nikah dövründə 24 noyabr 2020-ci il tarixli, B041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən alınmışdır. Həmin avtomobilin alğı-satqı müqaviləsi üzrə birgə nikah dövründə ümumilikdə 55470 manat (20065 manat - ilkin ödəniş + 3505 manat - DYP, sığorta ödənişləri + 31900 manat - xx.xx.2022-ci il tarixədək aylıq ödənişlərin cəmi) ödəniş edilmişdir ("xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən). İddiaçı ilə cavabdehin münasibətləri 2021-ci ilin dekabr ayının sonlarından pozulmuş, iddiaçı 12 aprel 2022- ci il tarixdə nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

24. Cavabdehin iddia tələbinə etirazı ilə razılaşmayan məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf mübahisəli avtomobilin lizinq müqaviləsi əsasında əldə edildiyini bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut (lizinq müqaviləsinin surətini) təqdim olunmamışdır. Əksinə "xxxx" MMC-nin iş materiallarında olan bir neçə məktubunun məzmunundan görünmüşdür ki, “Changan GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən 24 noyabr 2020-ci il tarixli, B041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi əsasında əldə edilmişdir.

25. Digər tərəfdən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən mübahisəli nəqliyyat vasitəsi lizinq müqaviləsi əsasında əldə edilsə belə, bu iddia tələbinin avtomobil üçün ödənilmiş pul vəsaitinin ½ hissəsi - 25000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməsinə mane olmur.

26. İddia tələbinin "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərə dair hissəsində əsaslı hesab etməyən məhkəmə qeyd etmişdir ki, birgə nikah dövründə əldə edilmiş mənzillər iddiaçının razılığı olmadan X5 adına qeydiyyata alınmışdır. Həmin mənzillər sonradan X13 tərəfindən üçüncü şəxslərə (X6 və İsmayılova Sevinc İbrahim qızına) satılmışdır. İddiaçı isə onun razılığı olmadan birgə nikah dövründə əldə edilmiş mənzillərin X5 adına qeydə alınmasının etibarsızlığı barədə iddia qaldırmamış, mənzillərin Azər Verdiyev tərəfindən X6 və İsmayılova Sevinc İbrahim qızına satılmasına dair əqdlərin etibarsızlığı barədə tələb irəli sürmüşdür. İddiaçı həmin şəxslərin çox güman ki, bacı olmaqla vicdansız sahib olduqlarını bildirsə də, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

27. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 34-cü, Mülki Məcəllənin 139-1, 140, 146.1, 146.2, 152.1, 182.1, 213, 223.3, 225.1, 225.6, 329.1, 337, 390.1, 394, 567, 747.1, 748-1.12, 748-2.1, 748-10.1-ci, Ailə Məcəlləsinin 31.1, 32.1, 32.2, 33, 36, 37.1, 37.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

28. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunma sı barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

29. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qəbul etdiyi qətnamə ilə birgə nikah dövründə əldə edilmiş sözügedən mənzillərə dair alğı-satqı müqavilələrinin etibarsızlığını tanımayaraq dolayısı ilə uydurma əqdlər vasitəsilə həmin daşınmaz əmlakların özgəninkiləşdirilməsinə göz yummuş və bununla da iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlaklara olan pay hüququnun həyata keçirilməsinə əngəl yaratmışdır. Bununla da iddiaçının ən mühüm konstitusion hüququ olan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Mübahisəli mənzillərə dair hər hansı alğı-satqı müqaviləsinin müvcudluğundan söhbət gedə bilməz. Belə ki, iradəvi akt olan əqdin mövcudluğu üçün psixoloji amillərlə bağlı olan daxili iradə, yəni tərə fin buna arzu və istəyi, eləcə də onun elan edilməsi və bildirilməsi ilə bağlı olaraq ifadə edilməsi zəruridir. Subyektiv və obyektiv elementlərdən birinin qüsurlu olması əqdin heç bir hüquqi nəticə yaratmamasına səbəb olacaqdır. Cavabdehin evi öncə X5 adına qeydiyyatdan keçirməsi, daha sonra uydurma alğı-satqı müqaviləsi bağlayaraq həmin mənzillərin Azər Verdiyev vasitəsilə X6 və İsmayılova Sevinc İbrahim qızına özgəninkiləşdirməsində məqsəd birgə nikah dövründə əldə edilmiş həmin əmlaklar üzərində X7 mövcud olan pay hüququnun tanınmasına maneə yaradılması olmuşdur. Beləliklə görünüş üçün bağlanmış bu müqavilələrin sadəcə hüquqi nəticəsinə görə etibarlı sayılması da qeyri-mümkündür. Məhkəmədə mənzillərin alğı-satqı prosesində cavabdehin etibarnamə əsasında bilavasitə alğı-satqıda iştirak etməsi, eləcə də Azər Verdiyevin ümumiyyətlə mənzillərin ünvanını belə dəqiq bilməməsi halı təsdiq olunsa da qərar qəbul edərkən bunların heç biri nəzərə alınmamışdır. Belə ki, mülkiyyətində olan mənzili cavabdeh başqa şəxsin adına qeydiyyatdan keçirir, daha sonra həmin şəxs əmlakı özgəninkiləşdirdiyi zaman cavabdeh etibarnamə üzrə nümayəndə kimi alğı-satqıda iştirak edir. Bu hal cavabdehin həmin əmlaka qarşı marağının olması sualını qarşıya qoyur. Ən əsas məsələ isə əgər alğı-satqı müqavilələri etibarlı idisə və mənzillər müqaviləyə əsasən həqiqətən də həmin üçüncü şəxslərin mülkiyyətinə keçmişdirsə, X10 və İsmayılova Sevinc İbrahim qızı bu müqavilələrin etibarsızlığına dair iddia üzrə üçüncü şəxs qismində cəlb edildikləri halda məhkəmə icraatının heç bir mərhələsində səbəb göstərmədən iş tirak etməmişlər. Çünki, iddia tələbinin onlar üçün heç bir əhəmiyyəti yoxdur, həmin müqavilələr sadəcə görünüş üçün bağlanmış uydurma əqdlərdir. Məhkəmə isə belə mühüm bir faktı gözardı etmişdir. Məhkəmə qətnaməsində qeyd olunur ki, iddiaçı ilk öncə mənzillərin X5 adına qeydə alınmasını mübahisələndirməli idi. Bu tamamilə absurddur. Ona görə ki, alğı-satqı müqavilələrinin etibarsızlığı mənzillərin X5 adına olan qeydiyyatın etibarsızlığının tanınmasından asılı deyildir. Tam əksinə sonrakı əqdin etibarsızlığının tanınması həmin əqdin predmetinə dair elə əvvəlki əqdlərin də etibarsızlığını ehtiva edir. Digər tərəfdən iddiaçının Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında 0.0418 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış sahəsinin dəyərinə müqabil – 150.000 manat həcmində pul vəsa itinin ödənilməsi tələbinə münasibətdə evin dəyərini müəyyən edərkən məhkəmə sadəcə təqdim olunmuş qiymətləndiricinin rəyini əsas götürmüşdür. Həmin rəyi təqdim olunmuş digər sübutlarla birlikdə qiymətləndirməmiş və əlavə heç bir araşdırma da aparmadan sadəcə rəylə kifayətlənmişdir. Bu isə iddiaçının haqlı tələbinə dair düzgün və ədalətli məhkəmə qərarının çıxarılması üçün yetərli deyildir.

30. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın həmin hissələrdə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 21ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin dəyərinin yarısı – 120.000 manat mə bləğində pulun Cavabdeh alınaraq iddiaçı X12 ödənilməsinə dair hissədə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı tərəf öz iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir. Buna baxmayaraq, məhkəmə iddia tələbini həmin hissədə təmin etmişdir. İddiaçı tərəf həmin hissədə iddia tələbinə dair iki şahid dəvət etmiş və həmin şahidlər iş üzrə hər hansı bir halı təsdiq edə bilməmişlər, ümumi formal sözlərlə fikirlərini bildirmişlər. Məhkəmə isə qətnamədə bu hissədə iddiaçının iddiasını sübut etdiyini qeyd etmiş, lakin sübutun nədən ibarət olması, hansı formada sübut edilməyə dair hər hansı şərh verilməmişdir. Mübahisəli fərdi yaşayış evinin nikah dövründə inşası onun tərəflərin birgə əmlakı kimi qəbul edilməsi anlamına gələ bilməz. İddiaçı əmlakın ə r-arvadın ümumi gəlirləri hesabına əldə olunmasını məhkəmədə sübuta yetirməlidir. Lakin iddiaçı tərəf bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Əksinə cavabdeh tərəf öz etirazının əsası kimi bunu şahidlərin vasitəsilə sübuta yetirmişdir. Lakin məhkəmə həmin şahidlərin ifadələrinə tənqidi yanaşmışdır. “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində iddiaçı X7 ½ hissədə mülkiyyət hüququnun tanınması barədə məhkəmənin mövqeyini əsassızdır. Belə ki, avtomobil cavabdehin adına olsa da, həmin avtomobil birgə vəsait hesabına alınmayıb. Məhkəmə iclasında şahid qismində iştirak edən X27 oğlu ifadəsində bu halı təsdiq etmişdir. Ona görə də iddia tələbi həmin hissədə də rədd olunmalıdır. Məhkəmə hesab etmişdir ki, iddia tələb i “Changan GS75” markalı nəqliyyat vasitəsi üçün ödənilmiş 63.865 manat pul vəsaitin birgə nikah dövründə ödənilmiş hissəsinə müqabil – 25.000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bu hissədə də məhkəmənin mövqeyi əsassızdır. Çünki, “Changan GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi lizinqdə olan avtomobildir. Müqavilə əvvəl cavabdehin adına olmuş və sonradan cavabdehin ərizəsi əsasında digər bir şəxsin adına keçirilmişdir. Belə ki, cavabdeh ödənişləri ödəmək iqtidarında olmamışdır. Həmin avtomobil lizinq müqaviləsinə əsasən cavabdehin istifadəsində olmuş, daha sonra isə digər şəxsin istifadəsinə verilmişdir. Həmin avtomobilin mülkiyyətçisi isə lizinq şirkətidir. Ona görə də həmin avtomobil birgə mülkiyyət sayıla bilməz və həm in avtomobilə dair ödənilmiş pul vəsaiti bölünə bilməz.

32. Apellyasiya baxışı zamanı "xxxx" MTK iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2024-cü il tarixli, 2(105)-374/2024 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı X16 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(060)-330/2023 nömrəli qətnaməsi qismən - yəni "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməməsi və payların müəyyən olunmaması” hissələrində ləğv edilməsi, həmin hissələr üzrə yeni qətnamə qə bul edilməklə, iddia tələbinin bu hissədə təmin edilməsi, "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərlə bağlı X5 adına aparılmış bütün sənədləşmələrin (MTK ilə onun arasında bağlanmış müqavilələrin, MTK-nın adından verilmiş xx.xx.2022-cil tarixli 162 və 163 nömrəli maliyyə arayışlarının, həmin tarixli və nömrəli protokoldan çıxarışların); X13 ilə X10 və X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, mütənasib olaraq sonuncuların adına verilmiş xx.xx.2022-ci il tarixli, **********6 və **********7 qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, həmin mənzillərə dair müqavilədən irəli gəlmiş hüquq üzərində ½ hissədə X7, ½ hissədə Cavabdeh payların ın müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Lətifə Məmmədova).

34. Apellyasiya instansiyası məhkəməsi ilk öncə qeyd etmişdir ki, iddia tələbi bir neçə hissədən ibarət olmaqla, birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi, əmlak üzərində payların müəyyən edilməsindən ibarətdir.

35. Apellyasiya kollegiyası ilk olaraq hesab etmişdir ki, əlavə vaxt itkisinin qarşını almaq, həmçinin prosessual qənaət prinsipi baxımından, iddiaçının mənzillər üzərində payının müəyyən olunmasını tələb etməsi, bu mənzillər üzərində aparılmış bütün növ sənədləşmənin etibarsızlığını və sonda payının müəyyən olunmasını ehtiva edir (iddiaçı sonuncu dəqiqləşdirmədən əvvəl də Azər Verdiyevin adına aparılmış bütün rəsmiləşdirmənin (müqavilələrin və çıxarışın) etibarsızlığını tələb etmişdir.)

36. Apellyasiya məhkəməsi cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehin atası Ağayev Gülbala Rza oğlu Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.0865 ha torpaq sahəsindən 0.0418 ha hissəsini Cavabdeh bağışlamış və bundan sonra sonuncunun adına xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquq müəyyənedici sənəd verilmişdir. Daha sonra tərəflər birgə nikah dövründə həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evini tikərək orada yaşamağa başlamışlar. Sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli mənzilin birgə nikah dövründə tikilməsi işin mübahisəsiz halıdır. Lakin, cavabdeh tərəf mübahisəli mənzilin tərəflərin birgə vəsaiti hesabına deyil, cavabdehin atası Ağayev Gülbala Rza oğlunun maddi vəsaiti hesabına tikildiyini iddia edir. Cavabdehin bu barədə iddiası əsaslı dəlillərlə öz təsdiqini tapmamışdır. Apellyasiya kollegiyası bu hissədə, yəni mübahisəli evin məhz tərəflərin birgə vəsaiti hesabına inşa edilməsi barədə mövqe ilə razılaşmış və evin dəyəri kimi birinci instansiya məhkəməsinin istinad etdiyi "xxxx" MMC-nin 11 sentyabr 2023-cü il tarixli rəyini mötəbər sübut kimi qəbul etmişdir. Çünki hər iki tərəf həmin rəyi fərqli dəlillərlə mübahisələndirsə də, öz etirazlarına dair əsaslı dəlil məhkəməyə təqdim etməmişlər. Kollegiyanın qənaətinə görə iddiaçı tərəf mübahisəli fərdi yaşayış evinin birgə nikah dövründə tərəflər in birgə gəlirləri hesabına tikildiyini sübuta yetirə bilmişdir. Cavabdeh tərəf bu halı təkzib etmək üçün məhkəməyə yalnız iki şahid ifadəsi təqdim etmişdir ki, bunlardan biri cavabdehin qardaşıdır. Onun isə hazırkı mübahisə halında mübahisəli evin qardaşının deyil, məhz atasının vəsaiti hesabına tikildiyini bildirməsi normal haldır. Digər şahid ifadəsinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, mübahisəli evdə usta işləyən şəxsin ifadələri ziddiyyətli olmaqla yalnız onun ifadəsi tərəflərin birgə nikah dövründə tikdirdiyi evin onların birgə vəsaiti hesabına tikilmədiyini təsdiq edən əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul edilə bilməz.

37. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin də tərəflərin birgə nik ah dövründə əldə edilməsi işin mübahisə olunmayan halıdır. Bu avtomobillə bağlı işin mübahisələndirilən halı tərəflərin birgə vəsaiti hesabına deyil, cavabdehin şəxsi vəsaiti hesabına əldə olunması ilə bağlıdır. Belə ki, cavabdeh tərəf israrlı şəkildə qeyd etmişdir ki, sözügedən avtomobil onun adına olmaqla yanaşı, öz vəsaiti hesabına əldə olunmuşdur. Həmin vaxt onun maddi imkanı yaxşı olmadığından, atası rəhmətə gedəndən sonra Sumqayıt şəhəri, məhəllə 45 ünvanda olan evi satıb, əldə olunan vəsait hesabına evi təmir etdirib, qalan pula da mübahisələndirilən avtomobili almışdır. Yəni avtomobil nikah dövrünə təsadüf etsə də, birgə vəsait hesabına əldə olunmayıb. Lakin cavabdeh bu dəlilinin təsdiqi kimi nə birinci, nə də apellyasiya icraatı zamanı hər hansı mötəbər sübutu təqdim etməmiş, bu h alla bağlı təqdim edilən sübut yalnız cavabdehin qardaşının ifadəsi olmuşdur. Apellyasiya məhkəməsi sözügedən avtomobillə bağlı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış və sözügedən nəqliyyat vasitəsinə iddiaçı X16 ilə Cavabdeh paylarının bərabər (1/2) hissədə müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı və işin faktiki hallarına uyğun hesab etmişdir.

38. Apellyasiya kollegiyası “Changan GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ödənilmiş 63865 manat pul vəsaitinin birgə nikah dövründə ödənilmiş hissəsinə müqabil - 25000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində qətnamənin əsassızlığına dair cavabdehin dəlillərini də qəbul etməmiş və göstərmişdir ki, mübahisəli nəqliyyat vasitəs i tərəflərin birgə nikah dövründə 24 noyabr 2020-ci il tarixli, B-041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən alınmış, həmin avtomobilin alğı-satqı müqaviləsi üzrə birgə nikah dövründə ümumilikdə 55470 manat (20065 manat - ilkin ödəniş + 3505 manat - DYP, sığorta ödənişləri + 31900 manat xx.xx.2022-ci il tarixədək aylıq ödənişlərin cəmi) ödəniş edilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində həmin avtomobilin lizinqdə olmasını və birgə mülkiyyət kimi hesab oluna bilməməsini göstərsə də, bu dəlillər iş materialları ilə öz təsdiqini tapmamış, əksinə iş materiallarında olan "xxxx" MMC-nin çoxsaylı məktublarının məzmunundan aydın olmuşdur ki, sözügedən avtomobillə bağlı 24 noyabr 2020-ci il tarixli, B041-AAE-20 nömrəli alğı-satqı müqavi ləsi Cavabdehlə bağlanmış, həmin müqavilə üzrə 63865 manat ödənilmiş, 8544 manat qalıq borc qalmışdır. Avtomobil hazırda cavabdehin istifadəsindədir. Məktubun məzmunundan həm də belə qənaətə gəlinir ki, sözügedən müqavilə daha çox kredit və ya nisyə alğı-satqı müqaviləsinə uyğun gəlir.

39. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində iddianın təmin olunmayan, yəni Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən torpaq sahəsindəki evin dəyərinin düzgün bölünməməsini və MTK-da olan mənzillər üzərində payının müəyyən olunmamasını mübahisələndirmişdir.

40. İddiaçının apellyasiya şikayətinin dəlilinin birinci hissəsinə (Sumqayıt şəhəri, 21ci mikrorayonda yerləşən torpaq sah əsindəki evin dəyərinin düzgün bölünməməsi) artıq əsaslandırma aparılaraq hüquqi qiymət verildiyindən, apellyasiya kollegiyası təkrar olaraq bu dəlillə bağlı yenidən qiymətləndirmə aparılmasına zərurət görməmişdir.

41. İddia tələbinin "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərə dair hissədə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73-də yerləşən 38 və 39 saylı mənzillər 2019-cu il tarixdə alınmaqla, həmin mənzillərin əldə olunması və mənzillə bağlı ödənişlərin edilməsi məhz tərəflərin birgə nikah dövrünə təsadüf etmişdir. Həmin mənzillər sonradan Azər Verdiyev adlı şəxsin adına sənədləşdirilməklə, sonuncunun adına xx.xx.2022-ci il tarixli mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir. Bundan sonra, Azər Verdiyev qısa zaman müddətində, yəni öz adına çıxarış aldıqdan təxminən iki ay keçməmiş, xx.xx.2022ci il tarixli alğı-satqı müqavilələrlə 38 saylı mənzili X6, 39 saylı mənzili isə İsmayılova Sevinc İbrahim qızına satmışdır (iddiaçı tərəf həmin şəxsləri tanıdığını və bacı olmasını bildirmişdir).

42. Mübahisəli mənzillərə dair təqdim olunmuş notariat işi öyrənilərkən müəyyən edilmişdir ki, alğı-satqı zamanı satıcı qismində şəxsən Azər Verdiyev deyil, məhz onun vermiş olduğu xx.xx.2022-ci il tarixli etibarnamə əsasında (etibarnamə Azər Verdiyevin adına çıxarış alındıqdan səkkiz gün sonra verilmişdir) Cavabdeh iştirak etmiş, bütün sənədlər onun tərəfindən imzalanmış, hətta mənzillərə görə “ödənilmiş” mə bləğlər də notariusun məktubları əsasında Bank tərəfindən Cavabdeh verilmişdir.

43. Apellyasiya məhkəməsi tərəfindən notarial qaydada rəsmiləşdirilmiş müqavilələrin tarixinə, onların imzalanma və çap vaxtlarına diqqət yetirildikdə müəyyən etmişdir ki, hər iki müqavilənin tarixi eyni olmaqla (xx.xx.2022-ci il), çap saatları arasındakı fərq də elə də çox deyil, yəni Aygün Cavadovaya satılmış 38 mənzillə bağlı bu vaxt göstəricisi 13:05 olduğu halda, Sevinc İbrahimovaya satılmış 39 saylı mənzildə bu vaxt 13:44 olmuşdur. Buradan da görünür ki, notariat əməliyyatı eyni gündə və eyni saatlarda aparılmışdır.

44. Bundan əlavə, hər iki müqavilənin rəsmiləşdirilməsi zamanı “satıcı” Azər Verdiyevin arvadının adından razılıq ərizələri X19 tərəfindən imzalanmışdır. Buradan da belə qənaətə gəlinir ki, Az ər Verdiyev və onun arvadı sözügedən mənzillərin digər şəxslərin adına sənədləşdirilməsində, pulun Cavabdeh verilməsində elə də maraqlı olmamışlar.

45. İddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə əsaslandırmanı davam etdirən apellyasiya kollegiyası göstərmişdir ki, mübahisəli mənzillərin əvvəlki və sonuncu mülkiyyətçiləri, yəni Cavabdeh, Azər Verdiyevi, Aygün Cavadova və Sevinc İbrahimovanı dəfələrlə müxtəlif vasitələrlə (bildiriş, “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş, həmçinin məhkəmə iclas katibi tərəfindən zəng edilməklə) məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırmasına baxmayaraq, sonuncular məhkəmə çağırışlarına biganə yanaşmaqla iclaslarda iştirak etməmiş, əksinə məhkəmə iclaslarından yayınmaqla ədalətli məhkəmə araşdırmasına maneçilik tö rətmişlər.

46. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəsi gedən mənzilləri sonradan öz adına rəsmiləşdirmiş üçüncü şəxslərin (Azər Verdiyev, Aygün Cavadova və Sevinc İbrahimovanın) bu cür biganə davranışları mübahisənin daha ətraflı araşdırılmasına maneə olmaqla yanaşı, həmçinin mübahisənin necə həll olunmasında maraqlı olmadıqlarının bariz göstəricisidir.

47. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, mübahisələndirilən mənzillər ilk dəfə Cavabdeh adından çıxarılaraq tərəflərin iş yoldaşı olan Azər Verdiyevin adına rəsmiləşdirilərkən, iddiaçı Gülnarə Ağayeva məlumatsız olmuş, bununla bağlı sonuncunun hər hansı iradə ifadəsi müəyyənləşdirilməmişdir. Bundan sonra, mübahisəni daha da dərinləşdirmək və guya “vicdanlı alıcı” statusu əldə etmək məqsədilə həm in mənzillər Aygün Cavadova və Sevinc İbrahimovanın adına rəsmiləşdirilmişdir. Bu proseslər tərəflər arasındakı münasibət pozulduqdan sonra baş vermişdir. Bütün bu göstəricilər isə bir daha onu deməyə əsas verir ki, bağlanmış müqavilələr həqiqəti əks etdirməməklə, formal, əsl həqiqi niyyəti gizlətmək və mövcud vəziyyətdən uzaqlaşmaqla, yayınmağa xidmət edir.

48. Sadalanan halları əsas götürən məhkəmə belə nəticəyə gəlmişdir ki, əqdlərin bağlanması zamanı Mülki və Ailə Məcəlləsinin 222.3, 337.1, 339.2, 339.3-cü maddələrinin tələbləri pozulmuş, iddiaçının bu sənədləşmənin və əqdlərin bağlanmasına razılığı alınmamış və MTK-da yanlış təsəvvür yaradılaraq mübahisəli mənzillərə dair mövcud müqavilənin Azər Verdiyevlə bağlanmasına nail olunmuşdur. Həmin əqdlərin formal tərəfləri olmuş Azər Verd iyev, sonradan isə Aygün Cavadova və Sevinc İbrahimova bundan, yəni tərəflər arasındakı mübahisədən, həmçinin iddiaçının razılığı olmadığı barədə məlumatı olduğu halda sözügedən mənzillərin öz adlarına rəsmiləşdirilməsinə etiraz etməmişlər. Sözügedən mənzillər Azər Verdiyevin adına sənədlşdirilərkən Gülnarə Ağayeva ilə Cavabdeh arasında nikahın pozulmasına dair mübahisə davam etmiş və nikahın pozulmasına dair qəbul edilmiş qətnamə qanuni qüvvəsini almamışdır. Mənzillə bağlı əməliyyatlar isə nikahın pozulması ərəfəsində ardıcıl olaraq qısa zaman müddətlərində aparılmışdır. Azər Verdiyevin isə hər iki tərəfin iş yoldaşı olmaqla, bütün bu proseslərdən məlumatsız olması heç də inandırıcı və ağlabatan görünmür.

49. Bu baxımdan apellyasiya kollegiyası hesab etmişdir ki, "xxxx" MTK-ya məxsus 73 s aylı binada yerləşən 38 və 39 saylı mənzillərlə bağlı Azər Verdiyevin adına aparılmış bütün sənədləşmələr (MTK ilə onun arasında bağlanmış müqavilələr, MTK-nın adından verilmiş xx.xx.2022-cil tarixli 162 və 163 nömrəli maliyyə arayışları, həmin tarixli və nömrəli protokoldan çıxarışlar), bundan sonra isə X24 Cavadova və Sevinc İbrahimova arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqavilələri etibarsız hesab edilməli, sonuncuların adına verilmiş çıxarışlar ləğv edilməlidir.

50. İddia tələbinin payların müəyyən edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə etdiklərindən, Ailə Məcəlləsinin 36.3, 37.1-ci maddələrinin tələblərinə əsasən paylarına uyğun bölünməli və həmin mənzil lər üzərində tərəflərin əmlakdakı payların bərabərliyi prinsipini rəhbər tutaraq hər birinin ½ pay hüququ müəyyən edilməlidir.

51. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 223.3, 225.1, 337.1, 339.2-ci, Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2, 34.2.3, 33.1, 34.1, 36, 36.3, 37.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

52. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

53. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhk əməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 222.3, 225.1, 337.1, 339.2ci, Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2.2, 32.2.3, 33.1, 34.1, 36, 37.1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 88, 218.3-cü maddələrinin tələbləri pozulmuşdur. İddiaçı "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərlə bağlı X5 adına aparılmış bütün sənədləşmələrin (MTK ilə onun arasında bağlanmış müqavilələr, MTK-ın adından verilmiş xx.xx.2022-cil tarixli 162 və 163 nömrəli maliyyə arayışları, həmin tarixli və nömrəli protokoldan çıxarışlar) etibarsız hesab edilməsini tələb etməmişdir. Belə olan halda, məhkəmə iddia tələbindən kənara çıxaraq həmin hissədə iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Mənzilin alıcıları vicdanlıdırlar. Mənzil satılarkən tə mirsiz olmuş, həmin şəxslər mənzili təmir etdirmişlər. Tərəflər birgə nikah dövründə olarkən mənzilin dəyəri tam ödənilməmişdir. Onlar faktiki ayrıldıqdan sonra mənzillərə dair olan qalıq borcları cavabdehin vəsaiti ilə ödənilmişdir.

54. Üçüncü şəxslər X10 və İsmayılova Sevinc İbrahim qızı ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin onlara aid hissədə ləğv edilməsi və işin bu hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

55. Məzmunları oxşar olan həmin kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 222.3, 225.1, 337.1, 339.2-ci, Ailə M əcəlləsinin 29.1, 32.1, 32.2.2, 32.2.3, 33.1, 34.1, 36, 37.1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 88, 218.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, onlar "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərin dəyərini ödəyərək, alğı-satqı müqaviləsi ilə Azər Verdiyevdən almış, daha sonra mənzilə dair çıxarış əldə etmişlər. Onlar vicdanlı alıcıdır, tərəflər arasında olan məhkəmə mübahisəsindən xəbərləri olmamışdır. Onlar mənzilləri təmirsiz vəziyyətdə almış, hazırda isə təmir etdirmiş və ora xeyli məbləğdə pul vəsaiti qoymuşlar. Həmçinin məhkəmə tərəfindən iddia tələbindən kənara çıxılmışdır.

56. Ali Məhkəmənin Mülki kollegiyasının 23 avqust 2024-cü il tarixli, 2(102)2407/2024 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən, üçüncü şəxslər X3 və İsmayılova S evinc İbrahim qızının kassasiya şikayətləri təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2024-cü il tarixli, 2(105)-374/2024 nömrəli qətnaməsinin qismən, iddianın "xxxx" MTK tərəfindən inşa edilən 73 saylı binanın 38 və 39 saylı mənzillərə münasibətdə təmin olunmuş hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

57. Məhkəmə kollegiyası ilk növbədə cavabdehin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, həmin dəlillər Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.0418 ha torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evinin dəyərinin və “Changan GS75” markalı, * *-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş vəsaitin ½ hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması, habelə “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəflərin hər birinin ½ hissədə mülkiyyət hüquqlarının tanınması hissəsində əsassızdır. Apellyasiya məhkəməsi tərəfindən bu hissədə hazırkı kassasiya şikayətinin dəlillərinə uyğun olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilmiş, kassasiya kollegiyası bununla bağlı maddi və prosessual hüquq normalarının pozulmasını müəyyən etməmişdir.

58. Bununla belə, "xxxx" MTK tərəfindən inşa olunan binada mənzillərlə bağlı iddia tələbinə hüquqi qiymət verilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol ver ilmişdir. Belə ki, hazırkı iddia tələbi cavabdeh olaraq yalnız Cavabdeh qarşı yönəldilmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin həcmi artırılaraq, mübahisəli mənzillərlə bağlı X13 ilə X10 və İsmayılova Sevinc İbrahim qızı arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, sonuncuların adlarına verilmiş çıxarışların ləğv edilməsi tələb olunsa da, qeyd olunan şəxslər cavabdeh qismində işə cəlb olunmamış, onlar yalnız birinci instansiya məhkəməsinin təşəbbüsü ilə üçüncü şəxs qismində tanınmışlar. Təsadüfi deyil ki, mülki prosessual qanunvericiliyi ilə başqa cavabdehin işə cəlb edilməsinin xüsusi proseduru (Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsi) müəyyən olunmuşdur ki, hazırkı halda bu prosedura riayət edilməklə, mübahisə edilən müqavilələrin tərəfləri cavabdeh qismində işə cəlb olunmamışlar.

59. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cavabdeh qismində cəlb olunmayan şəxsə qarşı irəli sürülmüş iddianı təmin etməklə, Mülki Prosessual Məcəlləsinin qeyd olunan müddəalarını pozmuşdur.

60. Digər tərəfdən, iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçının tələbi "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərə dair X13 ilə müvafiq olaraq X10 və İsmayılova Sevinc İbrahim qızı arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzillərə dair alıcıların adlarına rəsmiləşdirilmiş çıxarışların ləğv olunmasından ibarət olmuşdur. İddiaçı 19 oktyabr 2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, qeyd olunan mənzillərə dair X5 mülkiyyət hüququna dair qeydiyyatın əsassız hesab edilməsi, bunun əsasında verilmiş çıxarışların ləğv edilməsini tələb etsə də, Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərardadı ilə həmin ərizə MPM-in 53-cü maddəsinə istinad edilməklə geri qaytarılmışdır. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddia tələbindən kənarda olan hallara hüquqi qiymət vermiş və üçüncü şəxs X5 adına mübahisəli mənzillərlə bağlı aparılmış bütün sənədləşmələri, o cümlədən onun adına verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı etibarsız hesab etmişdir.

61. Məhkəmə kollegiyası xüsusi ilə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyində edilən dəyişikliklərə görə iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa yalnı z işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər haqlıdır. Qeyd olunan dəyişikliklər tərəflərin intizamlandırılmasına, mülki işlərə baxılmasında süni vaxt itkisinin qarşısının alınmasına, habelə işdə iştirak edən şəxslərin prosessual hüquqlarının müdafiəsinə yönəldilmişdir. Bundan istisnalar Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuşdur ki, hazırkı işdə belə hallar müəyyən olunmadığından, birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı ərizə geri qaytarılmış, iddiaçı isə buna hüququ olsa da, həmin qərardadı mübahisələndirməmişdir.

62. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə, mübahisələndirilən mənzillərə payın müəyyən olunması tələbinin, həmin mənzillərə dair aparılmış bütün sənədəşmələrin etibarsızlığını ehtiva etməsinə dair apellyasiya məhkəməsinin mövqeyi mövcud məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, mülki prosessual qanunvericiliyində olan dəyişikliklərin məqsədlərinə zidd olmuş, son nəticədə işdə iştirak edən şəxslərin prosessual (o cümlədən Mülki Prosessual Məcəllənin 9.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan) hüquqlarının pozulmasına səbəb olmuşdur.

63. Bu tələbin mahiyyətinə gəldikdə isə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsinin mövqeyi Mülki Məcəllənin 140, 148.2, 149.2 və 340.1-ci maddələrin tələblərinə zidd olmuşdur.

64. Bununla bağlı qeyd olunmalıdır ki, hazırkı qəbildən olan işlərə baxarkən məhkəmələr ilk olaraq mübahisələndirilən müqavilənin əhəmiyyətsiz olub-olmamasına, sonra isə alıcının daşınmaz əmlakın dövlət reyestrindəki qeydin əsaslılığına güvənərək vicdan lı olmasına hüquqi qiymət verməlidirlər. Belə ki, əqd əhəmiyyətsiz olduqda (hüquqi nəticələr yaratmaq məqsədi olmadan və ya başqa əqdi pərdələmək məqsədi ilə bağlandıqda), alıcının vicdanlılığına əlavə olaraq hüquqi qiymət verilməsinə zərurət aradan qalxır.

65. Hazırkı halda, apellyasiya məhkəməsi mübahisəli mənzillərlə bağlı üçüncü şəxs X5 adına olan sənədləşmələrin və sonrakı alğı-satqı müqavilələrin görüntü üçün bağlanılmaqla uydurma əqd kimi əhəmiyyətsiz hesab etmişdir. Lakin, məhkəmə müqavilənin əhəmiyyətsizliyini yalnız üçüncü şəxs Azər Verdiyevə münasibətdə (alğı-satqı müqavilələrində satıcı qismində Azər Verdiyev deyil, etibarnamə əsasında Cavabdeh iştirak etməsi, satıcının arvadının adından da razılıq ərizəsinin nümayəndənin imzalaması, Azər Verdiyevin tərələrin iş yoldaşı olmaqla, onların mübahisələrindən xəbərdar olması) əsaslandırmışdır.

66. Yuxarıda qeyd olunduğu kimi, X13 hazırkı işdə cavabdeh qismində cəlb olunmadığından və onun mənzillərə dair mülkiyyət hüququ mübahisələndirilmədiyindən, apellyasiya məhkəməsinin mövqeyinin bu hissədə əsaslılığına hüquqi qiymət verilməsini kassasiya kollegiyası zərurət bilməmişdir.

67. Bununla belə, Azər Verdiyevin adına olan sənədləşmənin etibarsız olmasından çıxış edərək, apellyasiya məhkəməsi həmçinin sonrakı alğı-satqı müqavilələri də əhəmiyyətsiz hesab etmişdir. Lakin məhkəmə bu müqavilələrin formal, görünüş üçün bağlanmış olmasına dəlalət edən işin hər hansı faktiki halına və sübuta istinad etməmişdir. Məhkəmənin bu hissədə əsaslandırılması iki müqavilənin eyni tarixdə, qısa müddət ərzində bağlanması və üçüncü şəxslərin məhkəmə iclasına dəvət edildikləri halda, məhkəmədə iştirak etməmələrindən ibarət olmuşdur ki, qeyd olunanlar alıcıların müqaviləni görünüş üçün imzalamaları qənaətinə gəlmək üçün kifayət etmir.

68. Məhkəmə kollegiyasının qənaətinə görə alıcıların iki bacı olmaqla (apellyasiya məhkəməsi qətnaməsində iddiaçının izahatına istinad etməklə bunu qeyd etmiş, kassatorlar da hazırkı şikayətlərində bu halı təsdiq etmişlər) qonşuluqda yerləşən ayrı-ayrı mənzilləri almaları və alğı-satqı müqavilələrin eyni tarixdə qısa vaxt ardıcıllığı ilə bağlanması, habelə onların prosessual hüquqlarından istifadə etməməklə, məhkəmə iclasında iştirak etməmələri heç bir halda, müqavilələrin görünüş üçün bağlanmasının yeganə təsdiqi kimi qiymətləndirilə bilməz. Əqdi Mülki Məcəllənin 340.1-ci maddəsinə uyğun olaraq uydurma əqd kimi qiymətləndirilməsi üçün həmin əqddə iştirak edən bütün tərəflərin müqaviləni hüquqi nəticə yaratmaq niyyəti olmadan bağlanması sübut olunmalıdır ki, apellyasiya məhkəməsi belə sübutlara istinad etməmişdir.

69. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən müqavilələrin uydurma əqd olmaları sübut olmadığı halda, növbəti mərhələ olaraq alıcıların Mülki Məcəllənin 140-cı maddəsinin tələblərinə uyğun olaraq vicdanlılığına (yəni aldıqdarı mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydin qeyri-dəqiq olmasını bilərək həmin mənzilləri mülkiyyətlərinə almalarına) hüquqi qiymət verilməlidir.

70. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Mülki Məcəllənin 139, 140, 148, 149, 225, 340-cı, Ailə Məcəlləsinin 32, 34, 36, 37-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

71. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2024-cü il tarixli, 2(105)-1632/2024 nömrəli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Fuad Məmmədov) iddiaçı X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(060)-330/2023 nömrəli qətnaməsi - «"xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və payların müəyyən olunması» tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

72. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparar aq, birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

73. Ali Məhkəmənin qərarında irəli sürülmüş mövqe üzrə araşdırma aparan kollegiya hesab etmişdir ki, araşdırılan hissədə iddia cavabdeh qismində cəlb edilməmiş şəxslərə qarşı irəli sürülmüşdür. Mülki Prosessual qanunvericiliyin tələbinə görə iddia cavabdehə qarşı yönəlməlidir. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin şəxslər cavabdeh qismində cəlb edilmədən onlara qarşı yönəlmiş tələbə baxılaraq qiy mət verilməsi bu şəxslərin hüquq və vəzifələrinin, prosessual müdəalların pozulmasıdır.

74. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Mülki Məcəllənin 139, 140, 148, 149, 225, 340-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

75. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması və ya mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

76. Kassasiya şikayəti iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğyn əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qətnamədə qeyd edil diyinə görə iddia cavabdeh qismində cəlb edilməmiş şəxslərə qarşı irəli sürülmüş, bu səbəbdən qanunvericiliyin tələbləri pozulmuşdur. Lakin MPM-in 57-ci maddəsinin məzmunundan da göründüyü kimi, işdə cavabdehin tərəfində iştirak edən üçüncü şəxslər onun prosessual hüquqlarından istifadə etdiyi kimi, eyni zamanda onun prosessual vəzifələrinə də əməl etməlidirlər. Bir şəxsin cavabdeh olaraq tanınmasının məqsədi ona hüquqi müdafiə imkanı tanınması və prosessual hüquqlarından istifadə imkanı yaradılmasıdır. Şəxsin cavabdeh deyil, üçüncü şəxs qismində işə cəlb edilməsi zamanı həmin şəxsin bütün prosessual hərəkətləri etmək və hüquqlarını müdafiə etmək imkanı tanınmış olur. Bu isə öz növbəsində işin mahiyyətinə təsir edəcək ciddi bir pozuntu sayıla bilməz.

77. Apellyasiya şikayətinə edilmiş əlav əyə əsasən "xxxx" MTK-ya məxsus 73 saylı binada 39 saylı 65 kv.m və 38 saylı 67 kv.m mənzillər üzərində X7 ½ hissədə pay hüququnun tanınmasına, bu mümkün olmadıqda isə mənzillərin satış dəyərindən əldə edilən məbləğin ½ hissəsinin cavabdehdən tutularaq X12 ödənilməsi tələb kimi qoyulmuşdur. Məhkəmə çıxardığı qətnamədə pay hüququnun tanınması ilə bağlı məsələyə münasibət bildirsə də, digər hissə olan, yəni mənzillərin satış dəyərindən əldə edilən məbləğin ½ hissəsinin cavabdehdən tutularaq X12 ödənilməsi ilə bağlı tələbi nəzərə almamış və heç bir münasibət bildirməmişdir.

78. Məhkəmə qəbul etdiyi qətnamədə sözügedən şəxsləri vicdanlı alıcı kimi qəbul edir, bu zaman Plenum qərarına əsasən iddiaçının razılığı ilə mübahisəli əmlakların iddiaçının payına uyğun olan hissəsinin bazar dəyərinə müt ənasib olan pulun cavabdehdən tutulması qərarına gəlməli idi. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əlavədə həmin mənzillərə dair iddiaçının pay hüququnun tanınması, bu mümkün olmadıqda isə mənzillərin satış dəyərindən əldə edilən məbləğin ½ hissəsinin cavabdehdən tutularaq X12 ödənilməsi tələb kimi qoyulmuşdur. Lakin məhkəmə qəbul etdiyi qətnamədə pul tələbi ilə bağlı olan hissəni ümumiyyətlə nəzərə almamışdır, yalnız sözügedən əqdlərin etibarsızlığı ilə bağlı olan hissəyə münasibət bildirmişdir. Halbuki Plenum qərarına əsasən, iddiaçının mənzillərin satış dəyərindən əldə edilən məbləğin ½ hissəsinin cavabdehdən tutularaq ödənilməsi ilə bağlı tələb mübahisəsiz olaraq nəzərə alınmalıdır. Burada hər hansı bir iddia tələbinin dəyişdirilməsi, genişləndirilməsi və ya iddia tələbin dən kənara çıxmadan söhbət gedə bilməz.

79. İddiaçı şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 225, 340-cı, Mülki Prosessual Məcəlləsinin 57, 88, 218, 418-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

80. Cavabdeh (vəkil X17) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

81. Etiraz işin faktiki hallarına və məhkəmələrin mövqelərinə uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

82. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

83. Maddə

29. Hər kəsi n mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

84. Maddə

60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

85. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, ist ifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

86. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

87. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

88. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

89. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

90. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibar sız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

91. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

92. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

93. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

94. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

95. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

96. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

97. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəl illər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

98. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

99. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsi nin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

100. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

101. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnı z ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

102. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı ape llyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

103. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, birgə nikah dövründə əldə edilmiş "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillər iddiaçının razılığı olmadan X5 adına qeydiyyata alınmışdır. Həmin mənzillər sonradan X13 tərəfindən üçüncü şəxslərə (X6 və İsmayılova Sevinc İbrahim qızına) satılmışdır. İddiaçı isə onun razılığı olmadan birgə nikah dövründə əldə edilmiş mənzillərin X5 adına qeydə alınmasının etibarsızlığı barədə iddia qaldırmamış, mənzillərin Azər Verdiyev tərəfindən X6 və İsmayılova Sevinc İbrahim qızına satılmasına dair əqdlərin etibarsızlığı barədə tələ b irəli sürmüşdür.

104. Hazırkı iddia tələbi cavabdeh olaraq yalnız Cavabdeh qarşı yönəldilmiş, sonradan iddiaçı tərəfindən iddia tələbinin həcmi artırılaraq, mübahisəli mənzillərlə bağlı X13 ilə X10 və İsmayılova Sevinc İbrahim qızı arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, sonuncuların adlarına verilmiş çıxarışların ləğv edilməsi tələb olunsa da, Azər Verdiyev, Aygün Cavadova və Sevinc İsmayılova cavabdeh qismində işə cəlb olunmamış, onlar yalnız birinci instansiya məhkəməsinin təşəbbüsü ilə üçüncü şəxs qismində tanınmışlar.

105. Həmçinin iddiaçının tələbi "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərə dair X13 ilə müvafiq olaraq X10 və İsmayılova Sevinc İbrahim qızı arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etiba rsız hesab edilməsi, həmin mənzillərə dair alıcıların adlarına rəsmiləşdirilmiş çıxarışların ləğv olunmasından ibarət olmuşdur. İddiaçı 19 oktyabr 2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, qeyd olunan mənzillərə dair X5 mülkiyyət hüququna dair qeydiyyatın əsassız hesab edilməsi, bunun əsasında verilmiş çıxarışların ləğv edilməsini tələb etsə də, Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərardadı ilə həmin ərizə MPM-in 53-cü maddəsinə istinad edilməklə geri qaytarılmışdır. Bu halda məhkəmə iddia tələbindən kənara çıxaraq, mübahisəli mənzillərlə bağlı aparılmış bütün sənədləşmələri, o cümlədən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qanuniliyini yoxlaya bilməz.

106. İddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbini n həcmini artırmağa və ya azaltmağa yalnız işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər haqlıdır. Bundan istisnalar Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuşdur ki, hazırkı işdə belə hallar müəyyən olunmadığından, birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı ərizə geri qaytarılmış, iddiaçı isə buna hüququ olsa da, həmin qərardadı mübahisələndirməmişdir.

107. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əs aslandırma ilə razılaşır.

108. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

109. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

110. Məhkəmə kollegiyası yuxar ıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1632/2024 nömrəli, 26 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar