Məhkəmə qərarları › İş №2(102)-1748/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1748/2020

23.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - A
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1748/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili X10 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 YYYqızına və V.V.Vna qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13488/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Əliyev İsa Musa oğlu tərəfind ən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli, 2(010)3303/2019 saylı qətnaməsi ilə (hаkim T.N.Mahmudova) iddia qismən təmin edilərək, 000 küçəsi, ev 18-də yerləşən mənzilində qalmış taxt - 1 ədəd, tumbuçka - 2 ədəd, paltar dolabı - 1 ədəd, termo - 1 ədəd, yumru pufik - 1 ədəd, matras (1.60x2 ölçüdə) - 1 ədəd olmaqla, ümumi dəyəri - 2400 manat; künc divanı - 1 ədəd - 1100 manat; jurnalni stol (ağ rəngdə) - 1 ədəd- 200 manat; stol (ağ rəngdə) - 1 ədəd və stul - 6 ədəd olmaqla, ümumi dəyəri - 950 manat; pərdə - 3 ədəd (qonaq otağında 2 ədəd pərdə (çəhrayı rəngdə) - hər biri 150 manat olmaqla - 300 manat; 2 ədəd tül (ağ rəngdə) - hər biri 120 manat olmaqla 240 manat; 2 ədəd günlük (ağ rəngdə) - hər biri 40 manat olmaqla - 80 manat; yataq otağında 1 dəst pərdə (dekor 2 ədəd qızılı rəngdə) - 180 manat; 1 ədəd tül (krem rəngdə) - 150 manat; 1 ədəd günlük (krem rəngdə) - 40 manat olmaqla, ümumi cəmi dəyəri - 990 manat; ütü (Tefal markalı) - 1 ədəd - 220 manat; elektrik qoşa çaynik - 1 dəst - 70 manat; xalça - qonaq otağında 1 ədəd böyük (ağ çəhrayı rəngli) - 350 manat; “abedni” servis (qızılı rəngdə) - 1 dəst olmaqla, ümumi dəyəri 300 manat; “abedni” servis (ağ rəngli) - 1 dəst olmaqla - 220 manat; qaşıq, bıçaq və çəngəl naboru (qızılı rəngdə olmaqla, çamadanda albenberg markalı) - 1 dəst - 90 manat; tort naboru - 1 dəst - 30 manat; çaşka - 6 ədəd, nəlbəki - 6 ədəd (üzərində gül şəkili) - 1 dəst - 30 manat; stəkan xurustal - 6 ədəd, nəlbəki 6 ədəd, mürəbbə qabı - 6 ədəd - 1 dəst - 90 manat; armudu stəkan - 6 ədəd, nəlbəki - 6 ədəd sadə - 1 dəst - 25 manat; “rumka” xurustal - 6 ədəd (Çexiya istehsalı) - 1 dəst olmaqla -180 manat; güldan xurustal 1 ədəd (Çexiya istehsalı) - 200 manat; güldan xurustal - 1 ədəd (Rusiya istehsalı) - 70 manat; meyvə qabı - 1 ədəd (farfor olmaqla, krem rəngdə üzərində qaşı olan) - 60 manat; bakal - 6 ədəd sadə olmaqla -15 manat; bakal - 6 ədəd və 1 qrafın olmaqla sadə, 1 dəst -30 manat; boşqab - 12 ədəd (sadə) olmaqla - 15 manat; padnos 3 ədəd (nikelni iç-içə) - 1 dəst olmaqla - 100 manat; divar saatı - 1 ədəd (qaşlı) - 140 manat; “naçnik” - 2 ədəd (krem rəngdə) - hər biri 40 manat olmaqla, cəmi 80 manat; döşək - 1 ədəd - 100 manat; yorğan - 1 ədəd (dəvə yunundan) - 120 manat; yorğan - 1 ədəd (qoyun yunundan) - 75 manat; yorğan - 1 ədəd (tək nəfərlik) - 40 manat; “prostin” - 1 dəst (Altınbaşak markalı) - 90 manat; “prostin” - 3 dəst, hər birinin qiyməti - 83 manat olmaqla, ümumi dəyəri - 249 manat; dəsmal (hamam) 2 ədəd (çəhrayı rəngli) böyük, hər birinin qiyməti - 40 manat olmaqla, cəmi 80 manat; dəsmal (əl-üz) - 6 ədəd (Merzurka markalı) - hər birinin qiyməti - 30 manat olmaqla, 180 manat; yastıq - 2 ədəd (qaz tükündən) böyük ölçüdə, hər birinin qiyməti - 40 manat olmaqla, 80 manat; yastıq - 2 ədəd (qaz tükündən) kiçik ölçüdə (Tac firmasından), hər birinin qiyməti - 25 manat olmaqla, cəmi 50 manat; yastıq üzü - 2 ədəd (tükkeçməz, çəhrayı rəngdə), hər biri 15 manat olmaqla, cəmi 30 manat; yastıq - 9 ədəd (divan üçün, müxtəlif rənglərdə sintifondan), hər biri 10 manatda olmaqla, cəmi 90 manat; “pakrival” - 1 ədəd və 2 əd əd yastıq üzü (taxt üçün, qızılı rəngdə) - cəmi 150 manat - cehiz əşyaları, onlar naturada mövcud olmadıqda isə onların dəyəri olan 9289 (doqquz min iki yüz səksən doqquz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızından və Əsədullayev Mirzağa Həsənağa oğlundan müştərək qaydada alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 YYYqızından və V.V.Vndan müştərək qaydada İtaliya istehsalı, 750 əyarlı, brilyant qaşlı, təxminən çəkisi 16 qram olmaqla, ağ qızıldan ibarət komplekt (bir cüt sırğa və onun üzüyü) (Evroglass adlı) - qiyməti 1500 (bir min beş yüz) manat, italiya istehsalı, 750 əyarlı, brilyant qaşlı, təxminən çəkisi 30 qram olmaqla, ağ qızıldan ibarət boyunbağı (kolye) və qolbağ (Evroglass adlı) - qiyməti 3000 (üç min) manat, italiya istehsalı, 750 əyarlı, b rilyant qaşlı, təxminən çəkisi 5 qram olmaqla, 1 ədəd sarı qızıldan ibarət nişan üzüyü - qiyməti 1000 (bir min) manat – qızıl-zinət əşyaları, onlar naturada mövcud olmadıqda isə onların dəyəri olan 5500 (beş min beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, vəkilə göstərilmiş yardıma görə 210 (iki yüz on) manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 YYYqızından və V.V.Vndan müştərək qaydada İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13488/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov, A.Ə. Hüseyn) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh1 qarşı “qızıl-zinət və cehiz əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Mirzəağa oğlu tərəfindən ona toy zamanı hədiyyə edilmiş 750 əyarlıq, 37,5 qram, dəyəri 4700 manat olan bir (komplekt) dəst qızıl-zinət əşyaları və bir ədəd 750 əyarlıq brilyant qaşlı, dəyəri 1000 manat olan qızıl üzüyün naturada və ya dəyərinin, cavabdeh tərəfindən cehiz əşyalarının qaytarılması, birgə nikah dövründə əldə etdikləri vəsait hesabına tikilmiş əlavə tikiliyə görə ona çəkilmiş xərcin yarsı həcmində 5000 manat kompensasiyanın, vəkil xidməti ücün ödədiyi 210 ma nat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 YYYqızının və V.V.Vnun qeydiyyatda olduqları və yaşadıqları 000 küçəsi, ev 18-də yerləşən mənzilində qalmış taxt - 1 ədəd, tumbuçka - 2 ədəd, paltar dolabı - 1 ədəd, termo - 1 ədəd, yumru pufik - 1 ədəd, matras (1.60x2 ölçüdə) - 1 ədəd, ümumi dəyəri - 2400 manat; künc divanı - 1 ədəd - 1100 manat; jurnalni stol (ağ rəngdə) - 1 ədəd - 200 manat; stol (ağ rəngdə) - 1 ədəd və stul - 6 ədəd olmaqla, ümumi dəyəri - 950 manat; pərdə - 3 ədəd (qonaq otağnda 2 ədəd pərdə (çəhrayı rəngdə olmala) - hər biri 150 manat olmaqla - 300 manat; 2 ədəd tül ( ağ rəngdə) - hər biri 120 manat olmaqla - 240 manat; 2 ədəd günlük (ağ rəngdə) - hər biri 40 manat olmaqla - 80 manat; yataq otağında 1 dəst pərdə (dekor 2 ədəd qızılı rəngdə) - 180 manat; 1 ədəd tül (krem rəngdə) - 150 manat; 1 ədəd günlük (krem rəngdə) - 40 manat olmaqla, ümumi cəmi dəyəri - 990 manat; ətçəkən maşın (evroluks markalı) - 1 ədəd - 200 manat; şirə çəkən maşın (Sinboo markalı) - 1 ədəd - 120 manat; ütü (Tefal markalı) - 1 ədəd - 220 manat; kofe üyüdən maşın (Pakir markalı) - 1 ədəd - 80 manat; elektrik qoşa çaynik - 1 dəst - 70 manat; xalça - 3 ədəd (yataq otağında - 2 ədəd xalça kiçik (qarışıq rəngdə), hər birinin qiyməti - 150 manat olmaqla, cəmi 300 manat, qonaq otağında 1 ədəd böyük (ağ çəhrayı rəngli) - 350 manat, ümumi cəmi dəyəri - 650 manat; “abedni” servis və çayn i servis (qızılı rəngdə) - 1 dəst olmaqla, ümumi cəmi dəyəri 300 manat; “abedni” servis (ağ rəngli) - 1 dəst olmaqla - 220 manat; qaşıq, bıçaq və çəngəl naboru (qızılı rəngdə olmaqla, çamadanda albenberg markalı) - 1 dəst - 90 manat; qaşıq, çəngəl və bıçaq - 1 dəst - 40 manat; tort naboru - 1 dəst - 30 manat; çaşka - 6 ədəd, nəlbəki - 6 ədəd (üzərində gül şəkili) - 1 dəst - 30 manat; stəkan xurustal - 6 ədəd, nəlbəki 6 ədəd, mürəbbə qabı - 6 ədəd - 1 dəst - 90 manat; armudu stəkan - 6 ədəd, nəlbəki - 6 ədəd sadə - 1 dəst - 25 manat; “rumka” xurustal - 6 ədəd (Çexiya istehsalı) - 1 dəst olmaqla 180 manat; güldan xurustal 1 ədəd (Çexiya istehsalı) - 200 manat; güldan xurustal - 1 ədəd (Rusiya istehsalı) - 70 manat; meyvə qabı - 1 ədəd (farfor olmaqla, krem rəngdə üzərində qaşı olan) - 60 man at; bakal - 6 ədəd sadə olmaqla -15 manat; bakal - 6 ədəd və 1 qrafın olmaqla sadə, 1 dəst -30 manat; boşqab - 12 ədəd (sadə) olmaqla - 15 manat; kasa - 6 ədəd kiçik (sadə) olmaqla - 10 manat; padnos 13 ədəd (nikelni iç-içə) - 1 dəst olmaqla - 100 manat; divar saatı - 1 ədəd (qaşlı) - 140 manat; ütü stolu - 1 ədəd - 60 manat; “naçnik” - 2 ədəd (krem rəngdə) - hər biri 40 manat olmaqla, cəmi 80 manat; döşək - 1 ədəd - 100 manat; yorğan - 1 ədəd (dəvə yunundan) - 120 manat; yorğan - 1 ədəd (qoyun yunundan) - 75 manat; yorğan - 1 ədəd (tək nəfərlik) - 40 manat; yorğan - 1 ədəd (sintifon) - 50 manat; “skater” - 3 ədəd (hər biri 3x1.80 olmaqla), hər birinin qiyəti - 30 manat olmaqla, cəmi 90 manat; “prostin” - 1 dəst (Altınbaşak markalı) - 90 manat; “prostin” - 3 dəst (müxtəlif rəngli), hər bir inin qiyməti - 83 manat olmaqla, ümumi cəmi dəyəri - 249 manat; dəsmal (hamam) - 2 ədəd (çəhrayı rəngli) böyük, hər birinin qiyməti - 40 manat olmaqla, cəmi 80 manat; dəsmal (əl-üz) - 6 ədəd (Merzurka markalı) - hər birinin qiyməti 30 manat olmaqla, 180 manat; yastıq - 2 ədəd (qaz tükündən) böyük ölçüdə, hər birinin qiyməti - 40 manat olmaqla, 80 manat; yastıq - 2 ədəd (qaz tükündən) kiçik ölçüdə (Tac firmasından), hər birinin qiyməti - 25 manat olmaqla, cəmi 50 manat; ədyal - 1 ədəd (Tac firması, çəhrayı rəngdə) - 70 manat; yastıq üzü - 2 ədəd (tükkeçməz, çəhrayı rəngdə), hər biri 15 manat olmaqla, cəmi 30 manat; yastıq - 9 ədəd (divan üçün, müxtəlif rənglərdə sintifondan), hər biri 10 manatda olmaqla, cəmi 90 manat; “pakrıval” - 1 ədəd və 2 ədəd yastıq üzü (taxt üçün, qızılı rəngdə) - cə mi 150 manat; - ümumilikdə cəmi 10,089 (on min səksən doqquz) manat məbləğində cehiz, İtaliya istehsalı, 750 əyarlı, brilyant qaşlı, təxminən çəkisi 16 qram olmaqla, ağ qızıldan ibarət komplekt (bir cüt sırğa və onun üzüyü) (Evroglass adlı) – qiyməti 1500 (bir min beş yüz) manat; İtaliya istehsalı, 750 əyarlı, brilyant qaşlı, təxminən çəkisi 30 qram olmaqla, ağ qızıldan ibarət boyunbağı (kolye) və qolbağ (Evroglass adlı) - qiyməti 3000 min manat; İtaliya istehsalı, 750 əyarlı, brilyant qaşlı, təxminən çəkisi 5 qram olmaqla, 1 ədəd sarı qızıldan ibarət nişan üzüyü - qiyməti 1000 manat; ümumilikdə cəmi 5500 (beş min beş yüz) manat məbləğində qızılzinət əşyalarının və onların eynisinin və ya dəyərinin, 30 manat ödənilmiş dövlət rüsumunun və 210 manat vəkil xidməti üçün ödənilmiş pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili X5 vəsatətlə məhkəməyə müraciət edərək, qızıl-zinyət əşyaları və cehiz əşyalarının Cavabdeh2 YYYqızının və V.V.Vnun qeydiyyatda olduqları və yaşadıqları 000 küçəsi, ev 18-də qaldığını bildirmiş, buna görə də həmin şəxslərin əlavə cavabdeh qismində işə cəlb olunmasını xahiş etmiş və məhkəmə tərəfindən vəsatət təmin edilərək, Cavabdeh2 və V.V.V iş üzrə əlavə cavabdeh qismində cəlb olunmuşlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili Əliyev İsa Musa oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası çəkişmə prinsipinin tələblərini pozmuş, iddianı qızıl-zinət əşyalarının naturada və ya dəyərinin ödənilməsi hissəsində təmin edərkən nəzərə almamışdır ki, qızıllar birgə nikah dövründə satılaraq ailənin mənafeyinə xərclənmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normal arı pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkili X10 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 YYYqızı və V.V.V üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı vəkili X10 oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiy ası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 01.12.2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 241060 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X3 01.12.2017-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikah haqqında akt qeydləri kitabında 2017-ci ilin 12-ci ayının 01ci günündə 3070 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əsədullayev, arvada Əsədullayeva soyadı verilmişdir. İşdə olan Bakı şəhəri 11 saylı Vəkil Bürosu tərəfindən 08.05.2019-cu il tarixdə verilmiş GSU seriyalı, 296020 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən vəkil ilə müqavilə bağlanılmış və ümumilikdə 210 manat ödəniş olunmuşdur. İş materiallarında olan 17.05.2019-cu il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş toy mərasimində çəkilən fotoşəkillərdən görünür ki, iddiaçının üzərində qızıl-zinət əşyaları vardır. İddiaçı bu sübuta istinad etməklə, iddia olunan əşyaların məhz həmin əşyalar olduğunu bildirmişdir. İş materiallarında olan X2 məxsus qızıl dükanı (VÖEN **********) tərəfindən verilmiş 27 iyun 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən təqdim edilən onun toy foto şəkillərində üzərində olan qızıl-zinət əşyalarının hal-hazırda bazar qiyməti aşağıdakı kimidir: İtaliya istehsalı, 750 əyarlı, bril yant qaşlı, təxminən çəkisi 16 qram olmaqla, ağ qızıldan ibarət komplekt (bir cüt sırğa və onun üzüyü) (Evroglass adlı) qiyməti 1500 (bir min beş yüz) manat, italiya istehsalı, 750 əyarlı, brilyant qaşlı, təxminən çəkisi 30 qram olmaqla, ağ qızıldan ibarət boyunbağı (kolye) və qolbağ (Evroglass adlı) qiyməti 3000 (üç min) manat, italiya istehsalı, 750 əyarlı, brilyant qaşlı, təxminən çəkisi 5 qram olmaqla, 1 ədəd sarı qızıldan ibarət nişan üzüyü - qiyməti 1000 (bir min) manat. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş 04 sentyabr 2019-cu il tarixli, 00104\SR\09-2019 №-li qiymətləndirmə hesabatından görünür ki, İddiaçı tərəfindən təqdim edilən onun toy foto şəkillərində üzərində olan qızıl-zinət əşyalarının hal-hazırda bazar qiyməti aşağıdakı kimidir: İtaliya istehsalı, 750 əyarlı, brilyant qaşlı, təxminən çəkisi 16 qram olmaqla, ağ qızıldan ibarət komplekt (bir cüt sırğa və onun üzüyü) (Evroglass adlı) qiyməti 1500 (bir min beş yüz) manat, italiya istehsalı, 750 əyarlı, brilyant qaşlı, təxminən çəkisi 30 qram olmaqla, ağ qızıldan ibarət boyunbağı (kolye) və qolbağ (Evroglass adlı) qiyməti 3000 (üç min) manat, italiya istehsalı, 750 əyarlı, brilyant qaşlı, təxminən çəkisi 5 qram olmaqla, 1 ədəd sarı qızıldan ibarət nişan üzüyü - qiyməti 1000 (bir min) manat, cəmi 5500 manat. İş materiallarında olan 23.07.2018-ci il tarixli alqı-satqı qəbzindən görünür ki, X4 350 əyarlı 34.4 qr karatlıq dəsti 1800 manata satmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, tələb olunan qızıl-zinət əşyaları cavabdeh tərəfindən id diaçıya hədiyyə şəklində verildiyindən, sonuncunun həmin əşyalar üzərində mülkiyyət hüququ yaranmışdır. İş materiallarından görünür ki, cavabdeh iddianı tam etiraf etməsə də, iddia olunan qızıl-zinət əşyalarının iddiaçının razılığı ilə satdığını bildirmiş, lakin cavabdeh iddiaçının qızıl-zinət əşyalarının satılmasına razılığına dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmiş, iddiaçı isə qeyd olunan halı qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1.-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1.-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərb aycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İş materiallarından görünür ki, məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilən İsmayılov Aqşin Eynulla oğlu qızıl-zinət əşyalarının sırğa, boyunbağı və qolbaqdan ibarət brilyant qaşlı ağ qızılı dəst olduğunu və həmin qızıl-zinət əşyalarını 1700 manat dəyərində “SUM”-da satdıqlarını bildirsə də, cavabdeh həmin qızıl-zinət əşyalarını 1800 manata Moskva Univermağında satdıqlarını qeyd etmişdir ki, buradan da şahid ifadəsi ilə cavabdehin verdiyi izahatlar arasında ziddiyyət olduğu açıq-aşkar görünür. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş qəbzdə həmin qızıl-zinət əşyalarının X4 tərəfindən satıldığı görünsə də, alan şəxs haqqında h eç bir məlumat, qəbzi təsdiq edəcək hər hansı bir imza və möhür öz əksini tapmadığından apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş qızıl-zinət əşyalarının satışına dair qəbz sübut kimi qəbul edilə bilməz və bu faktın doğruluğunu sübut etmək yükü məhz cavabdehin üzərinə düşür. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya hədiyyə kimi verilmiş qızıl-zinət əşyaları sonuncunun mülkiyyəti olmaqla, o həmin əmlak üzərində mülkiyyət hüququnun realizəsinə yaradılan hər hansı maneəni əgər həmin əmlak digər şəxsin onun iradəsinə zidd sahibliyindədirsə geri tələb etməklə həmin əmlak üzərində mülkiyyət hüququnun müdafiəsini tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qızıl-zinət əşyalarının dəyəri X2 məxsus qızıl dük anı (VÖEN **********) tərəfindən verilmiş 27 iyun 2019-cu il tarixli arayış və “xxxx” MMC tərəfindən verilmiş 04 sentyabr 2019-cu il tarixli, 001-04\SR\092019 №-li qiymətləndirmə hesabatı ilə öz təsdiqini tapmışdır. Apelyasiya instansiyası məhkəməsi toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipinin tələblərinin pozulduğunu, iddianı qızıl-zinət əşyalarının naturada və ya dəyərinin ödənilməsi hissəsində təmin edərkən qızılların birgə nikah dövründə satılaraq ailənin mənafeyinə xərclənməsinin nəzərə alınmadığını, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şik ayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13488/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar