Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2407/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü, əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, uydurma əqd, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin həqiqiliyi prezumpsiyası, iddia tələbindən kənara çıxma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2024-cü il tarixli, 2(105)374/2024 nömrəli qətnaməsindən cavabdeh X15 oğlu, habelə üçüncü şəxslər X6 və İsmayılova Sevinc İbrahim qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh və Ağayeva (Xudaverdiyeva) Gülnarə Azad qızı 19 avqust 1998-ci il tarixdə nikaha daxil olmuş, nikahları Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
2. Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən 0,0418 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 14 iyun 2013-cü il tarixli bağışlama müqaviləsi ilə Cavabdeh mülkiyyətinə verilmiş və bu hüququ 05 iyul 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan fərdi yaşayış evi inşa olunmuşdur. 3. “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh adında 23 iyul 2019-cu il tarixdən qeydiyyata alınmış, avtomobilə dair 28 sentyabr 2019-cu il tarixdən 28 sentyabr 2027-ci il tarixədək İddiaçı adına etibarnamə verilmişdir. 4. “Changan GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil 24 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh mülkiyyətinə verilmiş, sonradan həmin avtomobillə bağlı X7 ilə yeni müqavilə bağlanmışdır.
5. Cavabdeh 27 oktyabr 2019-cu il tarixli müqavilələrlə "xxxx" MTK tərəfindən inşa olunmuş 73 saylı yaşayış binasından 38 saylı 67 kv.m. sahəsi olan mənzili 40200 manata və 39 saylı 6 5 kv.m. sahəsi olan mənzilli 39000 manata almışdır.
6. Sonradan, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, 38 və 39 saylı mənzillər üzərində X4 mülkiyyət hüququ 02 noyabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 7. 30 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə X1 rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, 38 saylı mənzili X5 40000 manata satmış, həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququ 23 yanvar 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. Həmçinin, 30 dekabr 2022-ci il tarixli digər alqı-satqı müqaviləsi ilə X1 rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, 39 saylı mənzili İsmayılova Sevinc İbrahim qızına 35000 manata satmış, həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququ 23 yanvar 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizələrlə məhkəməyə müraciət edərək, a) "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 39 saylı (56,7 kv.m) mənzilə dair X8 ilə İsmayılova Sevinc İbrahim qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən mənzilə dair İsmayılova Sevinc İbrahim qızının adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzil üzərində iddiaçının ½ hissədə pay hüququnun tanınması, b) "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 saylı (63 kv.m) mənzilə dair X8 ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sözügedən mənzilə dair X2 adına rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi, həmin mənzil üzərində iddiaçının ½ hissədə pay hüququnun tanınması, c) Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən 0,0418 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış sahəsinin dəyərinə müqabil – 150000 manat həcmində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, ç) “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində iddiaçının ½ hissədə mülkiyyət hüququnun tanınması, d) “CHANGAN GS75 ” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ödənilmiş 63865 manat pul vəsaitinin birgə nikah dövründə ödənilmiş hissəsinə müqabil – 25.000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, tərəflər 19 avqust 1998-ci il tarixindən birgə nikahda olmuşlar. 27 oktyabr 2019-cu il tarixli müqavilə ilə cavabdeh "xxxx" MTK-ya məxsus 73 saylı binada 39 saylı 65 kv.m. və 38 saylı 67 kv.m. mənzilləri almışdır. Həmçinin, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına görə, 23 iyul 2019-cu il tarixdən “Chevrolet Cruze” markalı **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin adına qeydiyyatdadır. Bundan başqa, Da şınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin elektron bazasında toplanmış məlumatlara, arxiv materiallarına əsasən Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən 0,0418 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ 05 iyul 2013-cü il tarixdə qeydiyyata alınmışdır. Tərəflər arasında ailə münasibətləri pozulduğundan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
11. Cavabdeh etiraz verərək iddianı qismən qəbul etdiyini, “Changan GS75” markalı, 99-PT737 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh tərəfindən lizinq müqaviləsi əsasında əldə edildiyini, cavabdehin lizinq ödənişlərini edə bilməməsi əsası ilə avtomobilin başqa şəxsin adına qeydə alınmasını, cavabdehin həmin nəqliyyat vasitəsinə mül kiyyət hüququnun yaranmaması və lizinq ödənişlərinin itməsini bildirmişdir.
12. Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e-2(060)330/2023 nömrəli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) iddia qismən təmin edilərək, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin dəyərinin yarısı – 120000 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, “Changan GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün birgə nikah dövründə ödənilmiş pul vəsaitinin yarısı – 25000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, birgə nikah dövründə əldə olunmuş, “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində bərabər olmaqla ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh paylarının müəyyən olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırkı iş üzrə cavabdehin atası - Ağayev Gülbala Rza oğlu Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0,0865 ha torpaq sahəsindən 0,0418 ha hissəsini Cavabdeh bağışlamış, həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına 05 iyul 2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daha sonra tərəflər birgə nikah dövründə Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0,0865 ha torpaq sahəsi üzərində fərdi yaşayış evini tikmiş və orada yaşamağa başlamışlar. Həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Tərəflər mübahisəli mənzilin birgə nikah dövründə tikilməsini mübahisələndirəmişlər. Lakin, cavabdeh tərəf mübahisəli mənzilin tərəflərin birgə vəsaiti hesabına deyil, cavabdehin atası Ağayev Gülbala Rza oğlunun maddi vəsaiti hesabına tikildiyini iddia edir.
14. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəf mübahisəli fərdi yaşayış evinin birgə nikah dövründə tərəflərin birgə gəlirləri hesabına tikildiyini sübuta yetirə bilmişdir. Cavabdeh tərəf bu halı təkzib etmək üçün məhkəməyə yalnız iki şahid ifadəsi təqdim etmiş, həmin şahidlərdən biri cavabdehin qardaşı olmaqla onun yaxın qohumudur, onun hazırkı halda mübahisəli evin məhz qardaşının deyil, atasının vəsaiti hesabına tikildiyini bildirməsi normal haldır. Digər şahid ifadəsinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, mübahisəli evdə usta işləyən şəxsin ifadələri ziddiyyətli olmaqla, yalnız onun ifadəsi tərəflərin birgə nikah dövründə tikdirdiyi evin onların birgə vəsaiti hesabına tikilmədiyini təsdiq edən əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin atasının yaşadığı ev ilə tərəflərin tikdirdikləri ev qonşu torpaq sahələrində yerləşməklə, onların fotoşəkili məhkəməyə təqdim edilmişdir. Həmin fotoşəkilə baxdıqda, xüsusi bilik tələb olunmadan tərəflərin birgə nikah dövründə tikdikləri fərdi yaşayış evinin həm görünüşünə, həm layihəsinə, həm də fasadına görə cavabdehin atasına məxsus digər evdən daha dəyərli olduğu aydın görünür.
15. Məhkəmə, iş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 11 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyinə istinad etməklə, Sumqayıt şəhəri, 21-ci mikrorayon, 284C ünvanında yerləşən fərdi yaşayış evinin orta ba zar dəyərinin (240000 manat) yarısı – 120000 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.
16. Məhkəmə hesab etmişdir ki, iddia tələbi “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində İddiaçı ½ hissədə mülkiyyət hüququnun tanınması hissəsində də əsaslı olmuşdur.
17. Belə ki, tərəflər, “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onların birgə nikahları dövründə əldə edildiyini mübahisələndirməmişlər.
18. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi “Changan GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ödənilmiş 63865 manat pul vəsaitinin birgə nikah dövründə ödənilmiş hissəsinə müqabil – 25000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində də əsaslıdır.
19. Belə ki, mübahisəli nəqliyyat vasitəsi tərəflərin birgə nikah dövründə 24 noyabr 2020-ci il tarixli, B-041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən alınmışdır. Həmin avtomobilin alqı-satqı müqaviləsi üzrə birgə nikah dövründə ümumilikdə 55470 manat (20065 manat - ilkin ödəniş + 3505 manat - DYP, sığorta ödənişləri + 31900 manat - xx.xx.2022-ci il tarixədək aylıq ödənişlərin cəmi) ödəniş edilmişdir ("xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən). İddiaçı ilə cavabdehin münasibətləri 2021-ci ilin dekabr ayının sonlarından pozulmuş, iddiaçı xx.xx.2022-ci il tarixdə nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
20. Cavabdehin iddia tələbinə etirazı ilə razılaşmayan məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəf mübahisəli avtomobilin lizinq müqaviləsi əsasında əldə edildiyini bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut (lizinq müqaviləsinin surətini) təqdim olunmamışdır. Əksinə "xxxx" MMC-nin iş materiallarında olan bir neçə məktubunun məzmunundan görünür ki, “Changan GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, B041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir.
21. Digər tərəfdən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən mübahisəli nəqliyyat vasitəsi lizinq müqaviləsi əsasında əldə edilsə belə, bu iddia tələbinin avtomobil üçün ödənilmiş pul vəsaitinin ½ hissəsi – 25000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçın ın xeyrinə tutulması hissəsində təmin edilməsinə mane olmur.
22. İddia tələbinin "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərə dair hissəsində əsaslı hesab etməyən məhkəmə qeyd etmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73, 38 və 39 saylı mənzillər tərəflərin birgə nikah dövründə - 2019-cu il tarixində alınmışdır. Daha sonra həmin mənzillər xüsusi mülkiyyət hüququ əsasında X4 adına qeydiyyata alınmışdır. Azər Verdiyev xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri ilə 38 saylı mənzili X5, 39 saylı mənzili isə İsmayılova Sevinc İbrahim qızına satmışdır. 38 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında A.Cavadovanın adına, 39 saylı mənzil isə xüsusi mülkiyyət hüququ əsasında S.İsmayılovanın adına qeydə alınmışdır. Hazırda iddiaçı həmin müqavilələrin etibarsız hesab edilməsini, X2 və İsmayılova Sevinc İbrahim qızının adına verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir.
23. Məhkəmə müəyyən etmişdir ki, birgə nikah dövründə əldə edilmiş mənzillər iddiaçının razılığı olmadan X4 adına qeydiyyata alınmışdır. Həmin mənzillər sonradan X8 tərəfindən üçüncü şəxslərə (X5 və İsmayılova Sevinc İbrahim qızına) satılmışdır. İddiaçı isə onun razılığı olmadan birgə nikah dövründə əldə edilmiş mənzillərin X4 adına qeydə alınmasının etibarsızlığı barədə iddia qaldırmamış, mənzillərin A.Verdiyev tərəfindən X5 və İsmayılova Sevinc İbrahim qızına satılmasına dair əqdlərin etibarsızlığı barədə tələb irəli sürmüşdür. İddiaçı həmin şəxslərin çox güman ki, bacı olmaqla vicdansız sahib olduqlarını bildirsə də, məhk əməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
24. Birinci instansiya məhkəməsi mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 34-cü, Mülki Məcəllənin 139-1, 140, 146.1, 146.2, 152.1, 182.1, 213, 223.3, 225.1, 225.6, 329.1, 337, 390.1, 394, 567, 747.1, 748-1.12, 748-2.1, 748-10.1ci, Ailə Məcəlləsinin 31.1, 32.1, 32.2, 33, 36, 37.1, 37.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.
25. Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, e-2(060)-330/2023 nömrəli əlavə qətnaməsi ilə dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
26. İddiaçı apellyasiya şikayəti verərək, birinc i instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Həmçinin Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və iddianın həmin hissələrdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2024-cü il tarixli, 2(105)-374/2024 nömrəli qətnaməsi ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və L.M.Məmmədovadan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2023-cü il t arixli, 2(060)-330/2023 nömrəli qətnaməsi qismən - yəni "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərə dair bağlanmış müqavilələrin etibarsız hesab edilməməsi və payların müəyyən olunmaması” hissələrində ləğv edilməsi, həmin hissələr üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin bu hissədə təmin edilməsi, "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərlə bağlı X4 adına aparılmış bütün sənədləşmələrin (MTK ilə onun arasında bağlanmış müqavilələrin, MTK-ın adından verilmiş xx.xx.2022-cil tarixli 162 və 163 nömrəli maliyyə arayışlarının, həmin tarixli və nömrəli protokoldan çıxarışların); X8 ilə X6 və X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, mütənasib olaraq sonuncuların adına veril miş xx.xx.2022-ci il tarixli, **********6 və **********7 qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi, həmin mənzillərə dair müqavilədən irəli gəlmiş hüquq üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payları müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2024-cü il tarixli, 2(105)-374/2024 nömrəli qərardadı ilə edilmiş düzəliş nəzərə alınmaqla).
29. Apellyasiya instansiya məhkəməsi ilk öncə qeyd etmişdir ki, iddia tələbi bir neçə hissədən ibarət olmaqla, birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi, əmlak üzərində payların müəyyən edilməsindən ibarətdir.
30. Apellyasiya kollegiyası ilk olaraq hesab etmişdir ki, əlavə vaxt itkisinin qarşını almaq, həmçinin prosessual qənaət prinsipi baxımından, iddiaçının mənzillər üzərində payının müəyyən olunmasını tələb etməsi, bu mənzillər üzərində aparılmış bütün növ sənədləşmənin etibarsızlığını və sonda payının müəyyən olunmasını ehtiva edir. (iddiaçı sonuncu dəqiqləşdirmədən əvvəl də Azər Verdiyevin adına aparılmış bütün rəsmiləşdirmənin (müqavilələrin və çıxarışın) etibarsızlığını tələb etmişdir.)
31. Apellyasiya məhkəməsi cavabdeh tərəfin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdehin atası Ağayev Gülbala Rza oğlu Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.0865 ha torpaq sahəsindən 0.0418 ha hissəsini Cavabdeh bağışlamış və bundan sonra sonuncunun adına xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquq müəyyənedici sənəd verilmişdir. Daha sonra tərəflər birgə nikah dövründə həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evini tikərək orada yaşamağa başlamışlar. Sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli mənzilin birgə nikah dövründə tikilməsi işin mübahisəsiz halıdır. Lakin, cavabdeh tərəf mübahisəli mənzilin tərəflərin birgə vəsaiti hesabına deyil, cavabdehin atası Ağayev Gülbala Rza oğlunun maddi vəsaiti hesabına tikildiyini iddia edir. Cavabdehin bu barədə iddiası əsaslı dəlillərlə öz təsdiqini tapmamışdır. Apellyasiya kollegiyası bu hissədə, yəni mübahisəli evin məhz tərəflərin birgə vəsaiti hesabına inşa edilməsi barədə mövqe ilə razılaşmış və evin dəyəri kimi birinci instansiya məhkəmə sinin istinad etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 sentyabr 2023-cü il tarixli rəyini mötəbər sübut kimi qəbul etmişdir. Çünki hər iki tərəf həmin rəyi fərqli dəlillərlə mübahisələndirsə də, öz etirazlarına dair əsaslı dəlil məhkəməyə təqdim etməmişlər. Kollegiyanın qənaətinə görə iddiaçı tərəf mübahisəli fərdi yaşayış evinin birgə nikah dövründə tərəflərin birgə gəlirləri hesabına tikildiyini sübuta yetirə bilmişdir. Cavabdeh tərəf bu halı təkzib etmək üçün məhkəməyə yalnız iki şahid ifadəsi təqdim etmişdir ki, bunlardan biri cavabdehin qardaşıdır. Onun isə hazırkı mübahisə halında mübahisəli evin qardaşının deyil, məhz atasının vəsaiti hesabına tikildiyini bildirməsi normal haldır. Digər şahid ifadəsinə gəldikdə isə məhkəmə qeyd edib ki, mübahisəli evdə usta işləyən şəxsin i fadələri ziddiyyətli olmaqla yalnız onun ifadəsi tərəflərin birgə nikah dövründə tikdirdiyi evin onların birgə vəsaiti hesabına tikilmədiyini təsdiq edən əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul edilə bilməz.
32. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin də tərəflərin birgə nikah dövründə əldə edilməsi işin mübahisə olunmayan halıdır. Bu avtomobillə bağlı işin mübahisələndirilən halı tərəflərin birgə vəsaiti hesabına deyil, cavabdehin şəxsi vəsaiti hesabına əldə olunması ilə bağlıdır. Belə ki, cavabdeh tərəf israrlı şəkildə qeyd edir ki, sözügedən avtomobil onun adına olmaqla yanaşı, öz vəsaiti hesabına əldə olunmuşdur. Həmin vaxt onun maddi imkanı yaxşı olmadığından, atası rəhmətə gedəndən sonra Sumqay ıt şəhəri məhəllə 45 ünvanda olan evi satıb, əldə olunan vəsait hesabına evi təmir etdirib, qalan pula da mübahisələndirilən avtomobili almışdır. Yəni maşın nikah dövrünə təsadüf etsə də, birgə vəsait hesabına əldə olunmayıb. Lakin cavabdeh bu dəlilinin təsdiqi kimi nə birinci, nə də apellyasiya icraatı zamanı hər hansı mötəbər sübutu təqdim etməmiş, bu halla bağlı təqdim edilən sübut yalnız cavabdehin qardaşının ifadəsi olmuşdur. Apellyasiya məhkəməsi sözügedən avtomobillə bağlı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış və sözügedən nəqliyyat vasitəsinə İddiaçı ilə Cavabdeh paylarının bərabər (1/2) hissədə müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı və işin faktiki hallarına uyğun hesab etmişdir.
33. Apellyasiya kollegiyası “Changan GS75” markalı, **- PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ödənilmiş 63865 manat pul vəsaitinin birgə nikah dövründə ödənilmiş hissəsinə müqabil – 25000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində qətnamənin əsassızlığına dair cavabdehin dəlillərini də qəbul etməmiş və göstərmişdir ki, mübahisəli nəqliyyat vasitəsi tərəflərin birgə nikah dövründə 24 noyabr 2020-ci il tarixli, B-041-AAE-20 nömrəli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən alınmış, həmin avtomobilin alqı-satqı müqaviləsi üzrə birgə nikah dövründə ümumilikdə 55470 manat (20065 manat - ilkin ödəniş + 3505 manat - DYP, sığorta ödənişləri + 31900 manat - xx.xx.2022-ci il tarixədək aylıq ödənişlərin cəmi) ödəniş edilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlil lərində həmin avtomobilin lizinqdə olmasını və birgə mülkiyyət kimi hesab oluna bilməməsini göstərsə də, bu dəlillər iş materialları ilə öz təsdiqini tapmamış, əksinə iş materiallarında olan "xxxx" MMC-nin çoxsaylı məktublarının məzmunundan aydın olur ki, sözügedən avtomobillə bağlı 24 noyabr 2020-ci il tarixli, B-041-AAE-20 nömrəli alqı-satqı müqaviləsi Cavabdehlə bağlanmış, həmin müqavilə üzrə 63865 manat ödənilmiş, 8544 manat qalıq borc qalmışdır. Avtomobil hazırda cavabdehin istifadəsindədir. Məktubun məzmunundan həm də belə qənaətə gəlinir ki, sözügedən müqavilə daha çox kredit və ya nisyə alqı-satqı müqaviləsinə uyğun gəlir.
34. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı apellyasiy a şikayətində iddianın təmin olunmayan, yəni Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən torpaq sahəsindəki evin dəyərinin düzgün bölünməməsini və MTK-da olan mənzillər üzərində payının müəyyən olunmamasını mübahisələndirmişdir.
35. İddiaçının apellyasiya şikayətinin dəlilinin birinci hissəsinə (Sumqayıt şəhəri, 21ci mikrorayonda yerləşən torpaq sahəsindəki evin dəyərinin düzgün bölünməməsi) artıq əsaslandırma aparılaraq hüquqi qiymət verildiyindən, apellyasiya kollegiyası təkrar olaraq bu dəlillə bağlı yenidən qiymətləndirmə aparılmasına zərurət görməmişdir.
36. İddia tələbinin "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərə dair hissədə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi 1, “Saray H yaşayış kompleksi” ev 73-də yerləşən 38 və 39 saylı mənzillər 2019-cu il tarixdə alınmaqla, həmin mənzillərin əldə olunması və mənzillə bağlı ödənişlərin edilməsi məhz tərəflərin birgə nikah dövrünə təsadüf edir. Həmin mənzillər sonradan Azər Verdiyev adlı şəxsin adına sənədləşdirilməklə, sonuncunun adına xx.xx.2022-ci il tarixli mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir. Bundan sonra, Azər Verdiyev qısa zaman müddətində, yəni öz adına çıxarış aldıqdan təxminən iki ay keçməmiş, xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələrlə 38 saylı mənzili X5, 39 saylı mənzili isə İsmayılova Sevinc İbrahim qızına satmışdır (İddiaçı tərəf həmin şəxsləri tanıdığını və bacı olmasını bildirmişdir).
37. Mübahisəli mənzillərə dair təqdim olunmuş notariat işi öyrə nilərkən müəyyən edilmişdir ki, alqı-satqı zamanı satıcı qismində şəxsən A.Verdiyev deyil, məhz onun vermiş olduğu xx.xx.2022-ci il tarixli etibarnamə əsasında (etibarnamə A.Verdiyevin adına çıxarış alındıqdan səkkiz gün sonra verilmişdir) Cavabdeh iştirak etmiş, bütün sənədlər onun tərəfindən imzalanmış, hətta mənzillərə görə “ödənilmiş” məbləğlər də notariusun məktubları əsasında Bank tərəfindən Cavabdeh verilmişdir.
38. Apellyasiya məhkəməsi tərəfindən notarial qaydada rəsmiləşdirilmiş müqavilələrin tarixinə, onların imzalanma və çap vaxtlarına diqqət yetirildikdə müəyyən etmişdir ki, hər iki müqavilənin tarixi eyni olmaqla (xx.xx.2022-ci il), çap saatları arasındakı fərq də elə də çox deyil, yəni Aygün Cavadovaya satılmış 38 mənzillə bağlı bu vaxt göstəricisi 13:05 olduğu halda, Sevinc İbrahimovaya satılmış 39 saylı mənzildə bu vaxt 13:44-dür. Buradan da görünür ki, notariat əməliyyatı eyni gündə və eyni saatlarda aparılmışdır.
39. Bundan əlavə, hər iki müqavilənin rəsmiləşdirilməsi zamanı “satıcı” Azər Verdiyevin arvadının adından razılıq ərizələri X11 tərəfindən imzalanmışdır. Buradan da belə qənaətə gəlinir ki, Azər Verdiyev və onun arvadı sözügedən mənzillərin digər şəxslərin adına sənədləşdirilməsində, pulun Cavabdeh verilməsində elə də maraqlı olmamışlar.
40. İddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə əsaslandırmanı davam etdirən apellyasiya kollegiyası göstərmişdir ki, mübahisəli mənzillərin əvvəlki və sonuncu mülkiyyətçiləri, yəni Cavabdeh, Azər Verdiyevi, Aygün Cavadova və Sevinc İbrahimovanı dəfələrlə müxtəlif vasitələrlə (bildiriş, “SMS xəbərdarlığın A ZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş, həmçinin məhkəmə iclas katibi tərəfindən zəng edilməklə) məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırmasına baxmayaraq, sonuncular məhkəmə çağırışlarına biganə yanaşmaqla iclaslarda iştirak etməmiş, əksinə məhkəmə iclaslarından yayınmaqla ədalətli məhkəmə araşdırmasına maneçilik törətmişlər.
41. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəsi gedən mənzilləri sonradan öz adına rəsmiləşdirmiş üçüncü şəxslərin (A.Verdiyev, Aygün Cavadova və Sevinc İbrahimovanın) bu cür biganə davranışları mübahisənin daha ətraflı araşdırılmasına maneə olmaqla yanaşı, həmçinin mübahisənin necə həll olunmasında maraqlı olmadıqlarının bariz göstəricisidir.
42. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, mübahisələndirilən m ənzillər ilk dəfə Cavabdeh adından çıxarılaraq tərəflərin iş yoldaşı olan Azər Verdiyevin adına rəsmiləşdirilərkən, İddiaçı məlumatsız olmuş, bununla bağlı sonuncunun hər hansı iradə ifadəsi müəyyənləşdirilməmişdir. Bundan sonra, mübahisəni daha da dərinləşdirmək və guya “vicdanlı alıcı” statusu əldə etmək məqsədilə həmin mənzillər Aygün Cavadova və Sevinc İbrahimovanın adına rəsmiləşdirilmişdir. Bu proseslər tərəflər arasındakı münasibət pozulduqdan sonra baş vermişdir. Bütün bu göstəricilər isə bir daha onu deməyə əsas verir ki, bağlanmış müqavilələr həqiqəti əks etdirməməklə, formal, əsl həqiqi niyyəti gizlətmək və mövcud vəziyyətdən uzaqlaşmaqla, yayınmağa xidmət edir.
43. Sadalanan halları əsas götürən məhkəmə belə nəticəyə gəlmişdir ki, əqdlərin bağlanması zamanı Mülki və Ailə Məcəll əsinin 222.3, 337.1, 339.2, 339.3-cü maddələrinin tələbləri pozulmuş, iddiaçının bu sənədləşmənin və əqdlərin bağlanmasına razılığı alınmamış və MTK-da yanlış təsəvvür yaradılaraq mübahisəli mənzillərə dair mövcud müqavilənin A.Verdiyevlə bağlanmasına nail olunmuşdur. Həmin əqdlərin formal tərəfləri olmuş A.Verdiyev, sonradan isə A.Cavadova və S.İbrahimova bundan, yəni tərəflər arasındakı mübahisədən, həmçinin iddiaçının razılığı olmadığı barədə məlumatı olduğu halda sözügedən mənzillərin öz adlarına rəsmiləşdirilməsinə etiraz etməmişlər. Sözügedən mənzillər A.Verdiyevin adına sənədlşdirilərkən İddiaçı ilə Cavabdeh arasında nikahın pozulmasına dair mübahisə davam etmiş və nikahın pozulmasına dair qəbul edilmiş qətnamə qanuni qüvvəsini almamışdır. Mənzillə bağlı əməliyyatlar isə nikahın poz ulması ərəfəsində ardıcıl olaraq qısa zaman müddətlərində aparılmışdır. Azər Verdiyevin isə hər iki tərəfin iş yoldaşı olmaqla, bütün bu proseslərdən məlumatsız olması heç də inandırıcı və ağlabatan görünmür.
44. Bu baxımdan apellyasiya kollegiyası hesab etmişdir ki, "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərlə bağlı Azər Verdiyevin adına aparılmış bütün sənədləşmələr (MTK ilə onun arasında bağlanmış müqavilələr, MTK-ın adından verilmiş xx.xx.2022-cil tarixli 162 və 163 nömrəli maliyyə arayışları, həmin tarixli və nömrəli protokoldan çıxarışlar), bundan sonra isə Azər Verdiyevlə A.Cavadova və S.İbrahimova arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilməli, sonuncuların adına verilmiş çıxarışlar ləğv edilməlidir.
45. İddi a tələbinin payların müəyyən edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzil tərəflərin birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə etdiklərindən, Ailə Məcəlləsinin 36.3, 37.1 maddələrinin tələblərinə əsasən paylarına uyğun bölünməli və həmin mənzillər üzərində tərəflərin əmlakdakı payların bərabərliyi prinsipini rəhbər tutaraq hər birinin ½ pay hüququ müəyyən edilməlidir.
46. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 223.3, 225.1, 337.1, 339.2-ci, Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2, 34.2.3, 33.1, 34.1, 36, 36.3, 37.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 384.0.2, 385, 387.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
47. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 222.3, 225.1, 337.1, 339.2-ci, Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2.2, 32.2.3, 33.1, 34.1, 36, 37.1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 88, 218.3-cü maddələrinin tələbləri pozulmuşdur.
49. Belə ki, dəyəri cavabdehdən iddiaçının xeyrinə tutulan fərdi yaşayış evinin tərəflərin birgə vəsaitləri hesabına inşa edilməsinin sübut etmə yükü cavabdehin yox, iddiaçının üzərinə düşür. Lakin, c avabdeh öz etirazının əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilmişdir. İddiaçı tərəf öz iddia tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə cavabdeh tərəfindən dindirilən şahidlərin ifadəsinə tənqidi yanaşmış və onların ifadəsini sübut kimi qəbul etməmişdir. Məhkəmənin işə belə yanaşması cavabdehin mülkiyyət hüququna birbaşa müdaxilə və qəsddir. Fərdi yaşayış evinin nikah dövründə tikildiyi işin mübahisəsiz halıdır. Lakin, evin tikilməsinə sərf olunan vəsaitin sahibi isə cavabdehin atasıdır. Həmçinin, “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin adına olsa da, həmin avtomobil birgə vəsait hesabına alınmamışdır. Şahid qismində iştirak edən X17 oğlu atasının rəhmətə gedəndən sonra Sumqayıt şə həri, məhəllə 45-də olan evin satılmasını və əldə olunan vəsait hesabına hazırkı mübahisəli mənzilin tikintisi zamanı yaranan təmir borcunun ödənilməsini, qalan pulla “Chevrolet” markalı maşının alınmasını göstərmişdir. “Changan GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə lizinq müqaviləsi ilə əvvəl cavabdehin adına olmuş, sonradan cavabdehin ərizəsi əsasında digər bir şəxsin adına keçirilmişdir. Belə ki, cavabdeh ödənişləri ödəmək iqtidarında olmamışdır. Ona görə də, həmin avtomobil birgə mülkiyyət sayıla bilməz və həmin avtomobilə dair ödənilmiş pul vəsaiti də bölünə bilməz. Daha sonra, iddiaçı "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərlə bağlı X4 adına aparılmış bütün sənədləşmələrin (MTK ilə onun arasında bağlanmış müqavilələr, M TK-ın adından verilmiş xx.xx.2022-cil tarixli 162 və 163 nömrəli maliyyə arayışları, həmin tarixli və nömrəli protokoldan çıxarışlar) etibarsız hesab edilməsini tələb etməmişdir. Belə olan halda, məhkəmə iddia tələbindən kənara çıxaraq həmin hissədə iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Mənzilin alıcıları vicdanlıdırlar. Mənzil satılarkən təmirsiz olmuş, həmin şəxslər mənzili təmir etdirmişlər. Əlavə olaraq, tərəflər birgə nikah dövründə olarkən mənzilin dəyəri tam ödənilməmişdir. Onlar faktiki ayrıldıqdan sonra mənzillərə dair olan qalıq borcları cavabdehin vəsaiti ilə ödənilmişdir.
50. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X6 və İsmayılova Sevinc İbrahim qızı ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin onlara aid hissədə ləğv edilməsi və işin bu hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
51. Məzmunları oxşar olan həmin kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 222.3, 225.1, 337.1, 339.2-ci, Ailə Məcəlləsinin 29.1, 32.1, 32.2.2, 32.2.3, 33.1, 34.1, 36, 37.1-ci, Mülki Prosessual Məcəllənin 14.1, 88, 218.3-cü maddələrinin tələbləri pozulmuşdur.
52. Belə ki, onlar "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərin dəyərini ödəyərək, alqı-satqı müqaviləsi ilə Azər Verdiyevdən almış, daha sonra mənzilə dair çıxarış əldə etmişlər. Onlar vicdanlı al ıcıdır, tərəflər arasında olan məhkəmə mübahisəsindən xəbərləri olmamışdır. Onlar mənzilləri təmirsiz vəziyyətdə almış, hazırda isə təmir etdirmiş və ora xeyli məbləğdə pul vəsaiti qoymuşlar. Həmçinin məhkəmə tərəfindən iddia tələbindən kənara çıxılmışdır.
53. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
54. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
55. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
56. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayəti qismən təmin olunsa da, sonuncu qətnamənin onun tələblərinin təmin olunmayan hissəsindən kassasiya şikayəti verməmişdir. Odur ki, hazırkı kassasiya baxışının hədlərini cavabdeh və üçüncü şəxslərin kassasiya şikayətlərinin d əlilləri üzrə iddianın təmin olunan hissəsində maddi və prosessual hüquq normalarına uyğunluğunun yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
57. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1- ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
58. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyest rə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüq uqları saxlanılır. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti o lmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
59. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş payla r, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 14.2-ci ma ddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 53- cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddi açının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci mad dəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, poz ulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəss əl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
62. Məhkəmə kollegiyası ilk olaraq cavabdehin kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən 0.0418 ha torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evinin dəyərinin və “Changan GS75” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş vəsaitin ½ hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması, habelə “Chevrolet Cruze” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəflərin hər birinin ½ hissədə mülkiyyət hüquqlarının tanınması hissəsində əsassızdır. Apellyasiya məhkəməsi tərəfindən bu hissədə hazırkı kassasiya şikayətinin dəlillərinə uyğun olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə mü fəssəl hüquqi qiymət verilmiş, kassasiya kollegiyası bununla bağlı maddi və prosessual hüquq normaların pozulmasını müəyyən etməmişdir.
63. Bununla belə, "xxxx" MTK tərəfindən inşa olunan binada mənzillərlə bağlı iddia tələbinə hüquqi qiymət verilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
64. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, hazırkı iddia tələbi cavabdeh olaraq yalnız Cavabdeh qarşı yönəldilmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbinin həcmi artırılaraq, mübahisəli mənzillərlə bağlı X8 ilə X6 və İsmayılova Sevinc İbrahim qızı arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, sonuncuların adlarına verilmiş Çıxarışların ləğv edilməsi tələb olunsa da, qeyd olunan şəxslər cavabdeh qism ində işə cəlb olunmamış, onlar yalnız birinci instansiya məhkəməsinin təşəbbüsü ilə üçüncü şəxs qismində tanınmışlar.
65. Halbuki, Mülki Prosessual Məcəllənin 50.3-cü və 57.1-ci maddələrinə əsasən cavabdeh və üçüncü şəxs fərqli prosessual hüquqi statusda olmaqla, cavabdeh işdə iştirak edən, iddia tələbi yönəldilən tərəfdir; üçüncü şəxs isə tələbə cavab verməli olmayan, lakin qəbul ediləcək qətnamə hüquq və vəzifələrinə təsir edə biləcəyi şəxsdir.
66. Təsadüfi deyil ki, mülki prosessual qanunvericiliyi ilə başqa cavabdehin işə cəlb edilməsinin xüsusi proseduru (Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsi) müəyyən olunmuşdur ki, hazırkı halda bu prosedura riayət edilməklə, mübahisə edilən müqavilələrin tərəfləri cavabdeh qismində işə cəlb olunmamışlar.
67. Məhkəmə kollegiyasının qənaətinə gö rə apellyasiya instansiyası məhkəməsi cavabdeh qismində cəlb olunmayan şəxsə qarşı irəli sürülmüş iddianı təmin etməklə, Mülki Prosessual Məcəlləsinin qeyd olunan müddəalarını pozmuşdur.
68. Digər tərəfdən, iş materiallarından müəyyən olunur ki, iddiaçının tələbi "xxxx" MTK-ya məxsus 73 saylı binada yerləşən 38 və 39 saylı mənzillərə dair X8 ilə müvafiq olaraq X6 və İsmayılova Sevinc İbrahim qızı arasında bağlanmış 30 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzillərə dair alıcıların adlarına rəsmiləşdirilmiş çıxarışların ləğv olunmasından ibarət olmuşdur. İddiaçı 19 oktyabr 2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, qeyd olunan mənzillərə dair X4 mülkiyyət hüququna dair qeydiyyatın əsassız hesab edilməsi, bunun əsasında verilmiş Çıxarışların ləğv edilməsini tələb etsə də, Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli qərardadı ilə həmin ərizə MPM-in 53-cü maddəsinə istinad edilməklə geri qaytarılmışdır.
69. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi hazırkı qərarın 30-cu bəndində qeyd olunan əsaslandırma ilə iddia tələbindən kənarda olan hallara hüquqi qiymət vermiş və üçüncü şəxs X4 adına mübahisəli mənzillərlə bağlı aparılmış bütün sənədləşmələri, o cümlədən onun adına verilən daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı etibarsız hesab etmişdir.
70. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Konstitusiya Məhkəməsi P lenumunun hüquqi mövqeyinə görə, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar).
71. Xüsusi ilə qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyində edilən dəyişikliklərə görə iddiaçı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa yalnız işin məhkəmədə baxılmağa hazırlanması yekun laşana qədər haqlıdır. Qeyd olunan dəyişikliklər tərəflərin intizamlandırılmasına, mülki işlərə baxılmasında süni vaxt itkisinin qarşısının alınmasına, habelə işdə iştirak edən şəxslərin prosessual hüquqlarının müdafiəsinə yönəldilmişdir. Bundan istisnalar Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuşdur ki, hazırkı işdə belə hallar müəyyən olunmadığından, birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı ərizə geri qaytarılmış, iddiaçı isə buna hüququ olsa da, həmin qərardadı mübahisələndirməmişdir.
72. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə, mübahisələndirilən mənzillərə payın müəyyən olunması tələbinin, həmin mənzillərə dair aparılmış bütün sənədəşmələrin etibarsızlığını ehtiva etməsinə dair apellyasiya məhkəməsinin mövqeyi mövcud məhk əmə təcrübəsinə zidd olmaqla yanaşı, mülki prosessual qanunvericiliyində olan dəyişikliklərin məqsədlərinə zidd olmuş, son nəticədə işdə iştirak edən şəxslərin prosessual (o cümlədən Mülki Prosessual Məcəllənin 9.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan) hüquqlarının pozulmasına səbəb olmuşdur.
73. Bu tələbin mahiyyətinə gəldikdə isə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsinin mövqeyi Mülki Məcəllənin 140, 148.2, 149.2 və 340.1-ci maddələrin tələblərinə zidd olmuşdur.
74. Bununla bağlı ilk olaraq qeyd olunmalıdır ki, hazırkı qəbildən olan işlərə baxarkən məhkəmələr ilk olaraq mübahisələndirilən müqavilənin əhəmiyyətsiz olubolmamasına, sonra isə alıcının daşınmaz əmlakın dövlət reyestrindəki qeydin əsaslılığına güvənərək vicdanlı olmasına hüquqi qiymət verməlidi rlər. Belə ki, əqd əhəmiyyətsiz olduqda (hüquqi nəticələr yaratmaq məqsədi olmadan və ya başqa əqdi pərdələmək məqsədi ilə bağlandıqda), alıcının vicdanlılığına əlavə olaraq hüquqi qiymət verilməsinə zərurət aradan qalxır.
75. Hazırkı halda, apellyasiya məhkəməsi mübahisəli mənzillərlə bağlı üçüncü şəxs X4 adına olan sənədləşmələrin və sonrakı alqı-satqı müqavilələrin görüntü üçün bağlanılmaqla uydurma əqd kimi əhəmiyyətsiz hesab etmişdir.
76. Lakin, hazırkı qərarın 36-44-cü bəndlərində göründüyü kimi məhkəmə müqavilənin əhəmiyyətsizliyini yalnız üçüncü şəxs Azər Verdiyevə münasibətdə (alqı-satqı müqavilələrində satıcı qismində Azər Verdiyev deyil, etibarnamə əsasında Cavabdeh iştirak etməsi, satıcının arvadının adından da razılıq ərizəsinin nümayəndənin imzalaması, Azər Verdiyevin tərələr in iş yoldaşı olmaqla, onların mübahisələrindən xəbərdar olması) əsaslandırmışdır.
77. Yuxarıda qeyd olunduğu kimi, X8 hazırkı işdə cavabdeh qismində cəlb olunmadığından və onun mənzillərə dair mülkiyyət hüququ mübahisələndirilmədiyindən, apellyasiya məhkəməsinin mövqeyinin bu hissədə əsaslılığına hüquqi qiymət verilməsini kassasiya kollegiyası zərurət bilmir.
78. Bununla belə, Azər Verdiyevin adına olan sənədləşmənin etibarsız olmasından çıxış edərək, apellyasiya məhkəməsi həmçinin sonrakı alqı-satqı müqavilələri də əhəmiyyətsiz hesab etmişdir. Lakin, məhkəmə bu müqavilələrin formal, görünüş üçün bağlanmış olmasına dəlalət edən işin hər hansı faktiki halına və sübuta istinad etməmişdir. Məhkəmənin bu hissədə əsaslandırılması iki müqavilənin eyni tarixdə, qısa müddət ərzində bağlanması v ə üçüncü şəxslərin məhkəmə iclasına dəvət edildikləri halda, məhkəmədə iştirak etməmələrindən ibarət olmuşdur ki, qeyd olunanlar alıcıların müqaviləni görünüş üçün imzalamaları qənaətinə gəlmək üçün kifayət etmir.
79. Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiyasından görünür ki, uydurma əqdin aşağıdakı əlamətləri mövcuddur: - bu əqdi bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə uyğun hüquqi nəticə, yəni tərəflər üçün hüquq və vəzifələr yaranmır, belə niyyət də mövcud deyildir; - əqdin tərəfləri bununla formal hüquqi görünüş yaradaraq, tam başqa məqsəd güdürlər. Bu məqsədin hüquqazidd xarakter daşıması: vergi ödəməkdən yayınması, cinayət yolu ilə əldə edilmiş əmlakı müsadirə olunmaqdan xilas edilməsi, öhdəliyini icra etməkdən boyun qaçırması, birgə nikah dövründə ə ldə olunmuş əmlakın ər-arvad arasında bölünməsinin qarşısının alınması və s. istisna olunmur.
80. Göstərilən hallara görə uydurma əqd qanunazidd və məzmunu qüsurlu olduğu üçün əhəmiyyətsizdir.
81. Məhkəmə kollegiyasının qənaətinə görə alıcıların iki bacı olmaqla (apellyasiya məhkəməsi qətnaməsində iddiaçının izahatına istinad etməklə bunu qeyd etmiş, kassatorlar da hazırkı şikayətlərində bu halı təsdiq etmişlər) qonşuluqda yerləşən ayrı-ayrı mənzilləri almaları və alqı-satqı müqavilələrin eyni tarixdə qısa vaxt ardıcıllığı ilə bağlanması, habelə onların prosessual hüquqlarından istifadə etməməklə, məhkəmə iclasında iştirak etməmələri heç bir halda, müqavilələrin görünüş üçün bağlanmasının yeganə təsdiqi kimi qiymətləndirilə bilməz. Əqdi Mülki Məcəllənin 340.1-ci maddəsinə uyğun olaraq uydu rma əqd kimi qiymətləndirilməsi üçün həmin əqddə iştirak edən bütün tərəflərin müqaviləni hüquqi nəticə yaratmaq niyyəti olmadan bağlanması sübut olunmalıdır ki, apellyasiya məhkəməsi belə sübutlara istinad etməmişdir.
82. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarında göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə h üquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. 83. “S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumumu göstərmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüqu quna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
84. Göründüyü kimi, MM-in 140-cü maddəsinin mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində olan qeydin qeyri-dəqiq olması müəyyən edildiyi anadək, həmin qeydə əsasən həyata keçirilmiş əqdlər (yalnız əqdin xeyrinə hüquq özgəninkiləşdirilən tərəfinin qeydin qeyri-dəqiq olmasını bildiyi hal istisna olmaqla) əsasında hər bir şəxsin əldə etdikləri hüquqlar müdafiə edilməlidir. Bu zaman ilkin qeydin hansı əsasla edilməsi, o cümlədən qanun suz olması əhəmiyyət kəsb etmir. Qeydin yalnız qanuni əsaslarla həyata keçirildiyi halda daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasının qüvvədə olması və əldə edən şəxsin hüquqlarının müdafiə olunması, həmin normanın mahiyyətinə ziddir və zərurətini aradan qaldırır. Mülki Məcəllənin 148.2 və 149.2-ci maddələrinin məzmunu da, qeyd olunanları təsdiq edir. Belə ki, həmin müddəalara görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları, habelə əsassız dövlət qeydiyyatının dəyişdirilməsi zamanı vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqlar müdafiə olunmalı və saxlanılmalıdır.
85. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən müqavilələrin uydurma əqd olmaları sübut olmadığı halda, növbəti mərhələ olaraq alıcıların Mülki Məcəllənin 140cı maddəsinin tələblərinə uyğun olaraq vicdanlılığına (yəni aldıqdarı mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydin qeyri-dəqiq olmasını bilərək həmin mənzilləri mülkiyyətlərinə almaldarına) hüquqi qiymət verilməlidir.
86. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yarada n və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
87. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
88. İşin yuxarıda qeyd olunan fak tiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
89. Odur ki, qətnamə qeyd olunan hissədə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
90. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mövcul iddia tələblərinə tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüqu q münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Üçüncü şəxslər X2 və İsmayılova Sevinc İbrahim qızının kassasiya şikayətləri təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2024-cü il tarixli, 2(105)-374/2024 nömrəli qətnaməsi qismən, iddianın "xxxx" MTK tərəfindən inşa edilən 73 saylı binanın 38 və 39 saylı mənzillərə münasibətdə təmin olunmuş hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın