Məhkəmə qərarları › İş №2(102)-1511/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1511/2021

07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1511/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment borcundan azad edilmə tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər 08.11.1997-ci il də nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan 19.10.1998-ci il təvəllüdlü İlahə Qarayeva və 01.09.1999-cu il təvəllüdlü Sevinc Qarayeva adlı uşaqları doğulmuşdur. Tərəflərin nikahı Zərdab Rayon Məhkəməsinin 17.05.2011-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, azyaşlı uşaqlar İlahə və Sevinc cavabdehin himayəsində saxlanılmışdır. Zərdab Rayon Məhkəməsinin 23.12.2010-cu tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün hazırkı iddiaçıdan xqızının xeyrinə hər uşağa görə 40 manat olmaqla, cəmi 80 manat məbləğində aliment tutulması qət edilmiş, sonradan Zərdab Rayon Məhkəməsinin 20.08.2013cü il tarixli qətnaməsinə əsasən hazırkı iddiaçıdan tutulan alimentin miqdarı dəyişdirilərək hər uşağa görə 93 manat olmaqla, cəmi 186 manat məbləğində alimentin tutulması qət edilmişdir.

2. Hazırda idd iaçı məhkəmə aktları üzrə hesablanmış aliment borcundan azad edilməsi ilə bağlı aşağıdakı tələbi irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək, həmin məhkəmənin 2(036)-219/2010 saylı, 23.12.2010-cu il tarixli və xsaylı 20.08.2013-cü il tarixli qətnamələrinə əsasən xqızına ödənilməli olan aliment borcundan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ürək xəstəliyindən – “epleptik” xəstəlikdən və ayağında olan “Podaqra” xəstəliyindən əziyyət çəkir. Xəstəliyinə görə canının hayındadır, iki dəfə cərrahi əməliyyat olunmuşdur. İşçi qüvvəsi yoxdur, işləmir. Bu səbəblərdən aliment borcunu ödəmək iq tidarında deyildir. Heç uşaqlarının da hazırda həmin alimentə ehtiyacları yoxdur. Əksinə, indi uşaqlar ona maddi yardım etmək iqtidarındadırlar. Belə ki, qızları onu qəbul etməsələr də, hətta böyük kürəkəni Süleyman 2018-ci ildə ona 5000 rus rublu borc vermiş və sonradan həmin borcunu qaytarmışdır. Hesab edir ki, xəstəliyi ilə əlaqədar yığılmış aliment borcundan azad edilməlidir.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, məhkəmə qətnaməsinin olmasına baxmayaraq İddiaçı heç bir ödəniş etməmişdir. Ona görə də cavabdeh uşaqları təkbaşına böyütmüş, uşaqların hər ikisi artıq yetkinlik yaşına çatmışlar, İlahə Moskva şəhərində, Sevinc isə Saratov şəhərində yaşayır, hər ikisi ərə getmiş və hər ikisini uşaqları vardır. Lakin, hesab edir ki, bu İddiaçı aliment borcunu ödəmək öhdəliyindən azad etmir. İddiaçı yalan danışır, o, cavabdehə heç bir ev verməmiş, həmin evin pulunu cavabdehin valideyinləri vermişdir. Bundan başqa iddiaçı heç bir xəstəlikdən əziyyət çəkmir.

6. Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 26 avqust 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, xeyrinə aliment tutulması qət edilmiş uşaqlar artıq yetkinlik yaşına çataraq ailə qurmuşlar, artıq özləri valideyin olduqlarından, hazırkı iddiaçıdan aliment borcunun ödənilməsinin tələb edilməsi alimentin tutulmasının məqsədlərinə uyğun gəlmir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) 09 dekabr 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), M.Əhmədova və İ.Xəlilov) 2(102)-3197/2020 nömrəli iş üzrə 04 avqust 2020-ci il tarixli qərarı ilə cavabdeh X3nın kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndəri lmişdir.

11. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin ödəniş qabiliyyətinin olmamasını əsaslandırarkən, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin 1.0 ha-dan az olduğu üçün aliment borcunun ödənilməsinə dair tələbin həmin torpaq sahəsinə yönəldilə bilməməsini və mülkiyyətində hər hansı başqa bir əmlakının olmamasını vurğulasa da, iddiaçı tərəfindən həmin torpaq sahəsinin üzərində sərəncam verilməsi (torpaq sahəsinin özgəninkiləşdirilməsi, icarəyə verilməsi və s.) və yaxud həmin torpaq sahəsində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi nəticəsində əldə olunan gəlir hesabına aliment borcunun ödənilməsinin mümkünlüyü məsələsini araşdırmamış, iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda həmin hallara hüquq i qiymət verməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Abbasov (sədrlik edən və məruzəçi), M.Hüseynov və E.Hüseynov) 24 sentyabr 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə cavabdeh X3 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin 26 avqust 2019-cu il tаrixli, x nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı cavabdeh X1 qarşı “aliment borcunu ödəməkdən azad edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin nikahları pozulduqdan sonra uşaqlar analarının himayəsində yaşamış, cavabdeh uşaqların böyüyüb ərsəyə gəlmələrində İddiaçı valideyn olar aq hər hansı rolu olmamışdır. Azyaşlı uşaqların yaşamaları üçün zəruri olan həm maddi, həm də mənəvi ehtiyaclarını onların anası təkbaşına qarşılamışdır. X12 azyaşlı uşaqlarının bütün zəruri tələbatlarının öhdəsindən özü gəlmiş, o cümlədən onların saxlanılması üçün maddi xərcləri də həm özünə aid olan hissədə, həm də uşaqların atası İddiaçı aid olan hissədə o ödəmişdir. Buradan irəli gələrək demək olar ki, azyaşlı uşaqların saxlanılması üçün məhkəmə qərarları ilə qət edilmiş, lakin borclu tərəfindən heç bir üzrlü səbəb olmadan ödənilməmiş aliment məbləğini də, əslində borclu İddiaçı əvəzinə uşaqların anası xqızı öz hesabına uşaqlara sərf etmişdir. Belə olan halda, İddiaçı məhkəmə qərarlarına əsasən öz uşaqlarına ödəməli olduğu, lakin ödəmədiyindən yaranan aliment borcunu, onun əvəzinə həmi n xərci uşaqlarına sərf edən x qızına qaytarmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir (§ 4). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

19. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

20. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

21. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdur sa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

22. Maddə 112.1. Aliment ödənilməsi bаrədə sаziş оlmаdıqdа, məhkəmə tərəfindən аlimentin miqdаrı müəyyən оlunduqdаn sоnrа tərəflərdən birinin аilə və yа mаddi vəziyyətində dəyişiklik оlmuşsа, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə аlimentin müəyyən оlunmuş miqdаrını dəyişə b ilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

29. Hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 avqust 2020-ci il tarixli qərarında göstərilmişdir ki, ”...apellyasiya instansiyası məhkəməsi cavabdehin ödəniş qabiliyyətinin olmamasını əsaslandırarkən, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin 1.0 ha-dan az olduğu üçün aliment borcunun ödənilməsinə dair tələbin həmin torpaq sahəsinə yönəldilə bilməməsini və mülkiyyətində hər hansı başqa bir əmlakının olmamasını vurğulasa da iddiaçı tərəfindən həmin torpaq sahəsinin üzərində sərəncam verilməsi (torpaq sahəsinin özgəninkiləşdirilməsi, icarəyə verilməsi və s.) və yaxud həmin torpaq sahəsində kənd təs ərrüfatı məhsullarının yetişdirilməsi nəticəsində əldə olunan gəlir hesabına aliment borcunun ödənilməsinin mümkünlüyü məsələsini araşdırmamış, iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda həmin hallara hüquqi qiymət verməmişdir.”.

30. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin qərarında göstərilən məsələlər üzrə araşdırmasının nəticəsi olaraq qeyd etmişdir ki, 25.01.2011-ci il tarixdə başlanmış 19 saylı icra işinin materiallarında olan Zərdab Rayon Məhkəməsinin 23 dekabr 2010-cu il tarixli xcu il tarixli icra vərəqəsindən görünür ki, 19 oktyabr 1998-ci il təvəllüdlü X13 və 01 sentyabr 1999-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh (hazırkı iddiaçı) İddiaçı hər ay hər bir uşağa 40 (qırx) manat, cəmi 80 (səksən) manat sabit pul məbləğində alime ntin tutularaq hazırkı cavabdeh X1 verilməsi qət edilmişdir. 31. 12.11.2013-cü il tarixdə başlanmış 285 saylı icra işinin materiallarında olan Zərdab Rayon Məhkəməsinin xsaylı 20.08.2013-cü il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı tutulan alimentin miqdarı dəyişdirilərək hər uşağa görə 93 manat, cəmi 186 manat alimentin tutularaq X1 verilməsi qət edilmişdir. İcra işinin materiallarından görünür ki, borclu İddiaçı barəsində zəruri icra tədbirləri görülərək lazımi təşkilatlara sorğular verilmiş, lakin borclunun adına hər hansı bir əmlak aşkar edilməmişdir. Bununla yanaşı, borclu barəsində axtarış elan edilmiş və o, Zərdab RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 23.07.2019-cu il tarixdə Zərdab rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir.

32. Azərbaycan Respublikası Əmlak M əsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış **********98 saylı 21.08.2019-cu il tarixli məktubdan və iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair (JN-654 Kod ********) Dövlət Aktının surətindən görünür ki, İddiaçı və onun ailə üzvləri olan Qarayev Məmmədxan Gülüm oğlu, X9, X5, X8 və X4 birgə mülkiyyətində Zərdab rayonu Qoşaoba kəndi ərazisində 4.40 ha torpaq sahəsi vardır.

33. Azərbaycan Respublikası DİN BDYPİ-nin Ağcabədi RQİ və TBŞ-nin rəisi x tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış 15/444 saylı 20.08.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı mülkiyyətində 20.08.2019cu il tarixədək hər hansı bir avtomobil vasitəsi qeydə alınmamışdır.

34. Zərdab RMX-nın Pol iklinika Şöbəsi tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış 605 saylı 05.08.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı 27.04.1995-ci il tarixdən “Generalizə olunmuş mürəkkəb fokal epileptik tutmalar” diaqnozu ilə Zərdab Rayon Mərkəzi X2 dispanser qeydiyyatındadır.

35. Apellyasiya məhkəməsi, mübahisənin həllinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, işin gerçək halına görə iddiaçı ilə cavabdeh 08.11.1997-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların birgə nikahlarından 19.10.1998-ci il təvəllüdlü X13 və 01.09.1999-cu il təvəllüdlü X11 doğulmuşdur. Tərəflərin arasında olan nikah Zərdab Rayon Məhkəməsinin 17.05.2011-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, azyaşlı uşaqlar İlahə və Sevinc cavabdehin himayəsində saxlanılmış dır. Zərdab Rayon Məhkəməsinin 23.12.2010-cu tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün hazırkı iddiaçıdan xqızının xeyrinə hər uşağa görə 40 manat olmaqla, cəmi 80 manat məbləğində aliment tutulması qət edilmiş, sonradan Zərdab Rayon Məhkəməsinin 20.08.2013-cü il tarixli qətnaməsinə əsasən hazırkı iddiaçıdan tutulan alimentin miqdarı dəyişdirilərək hər uşağa görə 93 manat olmaqla, cəmi 186 manat məbləğində alimentin tutulması qət edilmişdir.

36. Zərdab rayon İcra Şöbəsində 23.12.2010-cu tarixli qətnamə əsasında 19 saylı, 20.08.2013-cü il tarixli qətnamə əsasında isə 285 saylı icra işi başlanılmış, lakin icra tədbirlərinin görülməsinə baxmayaraq borclu İddiaçı öz azyaşlı uşaqlarının saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti ödəməsinə nail olunmamışdır. İcra məm urları tərəfindən məhkəmə qərarının icra edilməsinə həm də icra dövründən əvvəl və sonra borclu İddiaçı uzun illər ərzində Rusiya Federasiyasında işləməsi və orada yaşaması da ilə mane olmuşdur.

37. Bundan sonra isə İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını uzun müddət ərzində icra etməməsi nəticəsində yaranan aliment borcunu ödəməkdən azad olunması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

38. Uşaq Hüquqları Haqqında BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha ya xşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

39. Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1959-cu il tarixli Uşaq Hüquqları Bəyannaməsinin 2-ci prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

40. Həmin Bəyannamənin 4-cü prinsipinə əsasən, uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır və bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.

41. Uşaq Hüquql arı Haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və Uşaq Hüquqları Haqqında BMT-in 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır.

42. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaitin, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. İddiaçı aliment ödəməli olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməməklə, əslində qanunazidd hərəkət etm işdir.

43. İddiaçı ilə cavabdehin nikahları 2011-ci ildə pozulmuş və həmin vaxt uşaqların hər ikisi yetkinlik yaşına çatmamaqla azyaşlı olmuşlar. Onlara anaları baxaraq qayğı göstərmiş, onları tərbiyə etmiş, böyütmüş və ərə vermişdir. Həmin müddət ərzində iddiaçı heç bir ödəniş etməmiş, cavabdeh uşaqları təkbaşına böyütmüşdür. Göründüyü kimi, iddiaçı uşaqlara mənəvi qayğı göstərməsə belə, onların böyüyüb başa çatmaları üçün maddi köməklik (aliment) ödəməli idi. Lakin iddiaçı bunları etməmiş, nəticədə cavabdeh uşaqların həm maddi, həm də mənəvi təlabatını təkbaşına təmin etmişdir.

44. İddiaçı iddia edir ki, aliment almalı olan uşaqlar artıq böyüyüb ailə qurublar və indi onların həmin aliment məbləğinə ehtiyacları qalmayıb.

45. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir k i, iddiaçı ilə cavabdehin nikahları pozulduqdan sonra analarının himayəsində yaşamış 19.10.1998-ci il təvəllüdlü X13 və 01.09.1999-cu il təvəllüdlü X7 böyüyüb ərsəyə gəlmələrində İddiaçı valideyn olaraq hər hansı rolu olmamışdır. Azyaşlı uşaqların yaşamaları üçün zəruri olan həm maddi, həm də mənəvi ehtiyaclarını onların anası təkbaşına qarşılamışdır. X15 azyaşlı uşaqlarının bütün zəruri tələbatlarının öhdəsindən özü gəlmiş, o cümlədən onların saxlanılması üçün maddi xərcləri də həm özünə aid olan hissədə, həm də uşaqların atası İddiaçı aid olan hissədə o ödəmişdir. Buradan irəli gələrək demək olar ki, azyaşlı uşaqların saxlanılması üçün məhkəmə qərarları ilə qət edilmiş, lakin borclu tərəfindən heç bir üzrlü səbəb olmadan ödənilməmiş aliment məbləğini də, əslində borclu İddiaçı əvəzinə uş aqların anası xqızı öz hesabına uşaqlara sərf etmişdir. Belə olan halda, İddiaçı məhkəmə qərarlarına əsasən öz uşaqlarına ödəməli olduğu, lakin ödəmədiyindən yaranan aliment borcunu, onun əvəzinə həmin xərci uşaqlarına sərf edən xqızına qaytarmalıdır. Göründüyü kimi, İddiaçı həmin dəlili əsassızdır.

46. Kollegiya iddiaçının “xəstəlikdən əziyyət çəkməsinə görə alimenti ödəyə bilməməsi” haqqında dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı işləyərək gəlir əldə edə bilməməsini, alimenti ödəmək imkanının olmamasını, tamamilə əmək qabiliyyətini itirməsini, hər hansı bir əlilliyinin olmasını təsdiq edən sübutları nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına təqdim edə bilməmişdir. Əksinə, işin hallarından görünür ki, İddiaçı uzun illər ərzində Rusiya Federasiyas ında yaşayıb işləyərək gəlir əldə etmiş, lakin öz azyaşlı övladlarına yardım etməmişdir. Ona görə də iddiaçının həmin dəlilli də əsassızdır.

47. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçının göstərdiyi dəlillər onun qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş alimentin ödənilməsindən azad edilməsi üçün əsas ola bilməz.

48. Kassasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etdiyindən və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə hüquqi qiymət verdiyindən Kollegiya, apellyasiya məhkəmsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Qeyd olunanları nəzərə a laraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar