Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1518/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (X9 və X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsələrin miras paylarının müəyyən edilməsi, mirasın qəbul edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X9 və X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) miras payının müəyyən edilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-1982/2024 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 20 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) mərhum anası X1 Hüseyn Həsənbala oğlu (bundan sonra “cavabdeh”) ilə xx.xx.1980-ci ildə nikaha daxil olmuşlar.
2. Nigar Quliyeva xx.xx.2018-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir.
3. Cavabdehin xx.xx.1998-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə etdiyi ünvan 1 ünvanında yerləşən evə (bundan sonra “mübahisəli ev”) dair xüsusi mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
4. Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(032)-949/2023 saylı qətnaməsi ilə iddiaçının mübahisəli evdən i stifadə hüququna kompensassiya ödənilməklə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə) Şirvan Şəhər Məhkəməsinə müraciət edərək mübahisəli evin mərhum anasından miras qalmış hissəsindən vərəsə olaraq ona çatan payın müəyyən edilərək ona verilməsi və həmin evin mülkiyyət hüququ əsası ilə cavabdehin adına qeydiyyata alınmasına dair çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılıb ki, cavabdeh xx.xx.2022-ct il tarixində verilmiş tam mülkiyyətçi qismində qeydə alınmış qeydiyyat vəsiqəsi əsasında mübahisəli evin mülkiyyətçisidir. Hazırda iddiaçı həyat yoldaşı X3, 2012-ci il təvəllüdlü qızı Nigar Quliyeva, 2014-ci il təvəllüdlü qızı Fatimə Quliyeva və 2015-ci il təvəllüdlü oğlu İbrahim Quliyev ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. Cavabdeh mübahisə predmeti olan mənzili 1997-ci il tarixində alqı-satğı müqaviləsi əsasında aldıqdan sonra ailə üzvləri birlikdə həmin evə köçmüşlər. Həmin tarixdən hal-hazıradək iddaçı ailəsilə birlikdə orada yaşayır və bu müddət ərzində öz vəsaiti ilə evin təmir işlərinə küllü miqdar maddi vəsait xərcləmişdir. Anası yaşadığı müddətdə cavabdeh iddiaçının və ailəsinin evdən çıxmasını tələb etməmiş, həmin vaxtadək onlarla olan münasibəti olduqca yaxşı olmuşdur. Lakin iddiaçının anası vəfat edəndən sonra ikinci dəfə ailə həyatı quran cavabdeh iddiaçı ilə olan mehriban münasibətini kəsərək, iddiaçının evdən çıxmasını tələb etmişdir. Halbuki mübahisəl i ev iddiaçının mərhum anasının cavabdehlə birgə nikahda olduğu dövrdə alınmış, lakin anasının ölümündən sonra cavabdeh evi öz adına rəsmiləşdirmişdir. Mübahisəli ev mərhum anası ilə birgə nikah müddətində və həmin dövrdə əldə olunmuş vəsaitlə alınmışdır. Bu səbəbdən iddiaçının anası mübahisəli ev üzrə pay sahibidir. Mübahisə məhkəmədənkənar qaydada həll olunmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməli olmuşdur.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1133.1, 1134.1, 1145, 1151.2 və 1159.1.1-ci maddələrinə istinad etmişdir.
8. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil1 iddiaya etiraz edərək göstərib ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır ki, iddiaçıya kompensasiya verilməklə istifadə hüququna xitam verilmişdir. İş hazırda icra şöbəsində icra olunmaqda dır. Bununla yanaşı iddiaçının anası ilə cavabdeh birgə nikahda olduğu vaxt əmlak əldə edib rəsmiləşdirməmişdir. Bu səbəbdən də iddia əsassızdır.
9. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-812/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının mübahisəli evdə 1/8 hissədə payı müəyyən edilmişdir. (hakim Aydan Məmmədli)
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ddiaçının mərhum anası ilə xx.xx.1980-ci ildə nikaha daxil olduqdan sonra cavabdeh mübahisəli evi xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmiş, cavabdehin həmin əmlak üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
11. Birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, mübahisəli ev birgə nikah döv ründə alqı-satqı müqaviləsi əsasında (əvəzli olaraq) əldə edildiyindən cavabdehin və iddiaçının mərhum anasının (ər-arvadın) ümumi birgə mülkiyyəti hesab olunmalıdır. İddiaçı mübahisəli evdə yaşamaqla əmlakı faktiki idarə etdiyindən mirası qəbul etmiş sayılır.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli evin bölünməsi zamanı tərəflərin bu əmlakdakı payları bərabər hesab olunmalı, iddiaçının mərhum anasının və cavabdehin hər birinin payı 1/2 payı hissədə müəyyən olunmalıdır.
13. Birinci instansiya məhkəməsi miras qalmış əmlak (mübahisəli ev) iddiaçının valideynləri – X7 və cavabdehin birgə nikah dövründə əldə edildiyindən X4 payı 1/2 hissə müəyyən olunmalı, digər qalan 1/2 pay hissəsi isə 4 nəfər vərəsə arasında, yəni X4 payı üzrə onun 3 övladı (İddiaçı (iddiaçının), X5, İddiaçı) və həyat yoldaşının (cavabdehin) arasında bölünməli, miras əmlaka iddiaçının 1/8 payı müəyyən edilməlidir.
14. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1950/2023 saylı qətnaməsi ilə iddiaçını və arvadının kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və mübahisəli evdən çıxarılması iddiaçının qanuni vərəsə olaraq həmin evdən pay əldə etmək hüququna təsir etmir.
15. Birinci instansiya məhkəməsi mübahisəli evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbini əsaslı hesab etmədiyindən təmin etməmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 144.1, 225.1, 394, 646.1, 1133.1, 1159.1.1, 1243.2, 1243.3, 1246, 1255-ci, Ailə Məcəlləsinin 32.2.2, 32.3 və 37.1-ci maddələrinə və “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli qərarının 3-cü bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi hərtərəfli, tam və obyektiv şəkildə araşdırmadan iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kompensasiya verilməklə iddiaçının istifadə hüququna xitam verilmişdir. İş hazırda icra şöbəsində icra olunmaqdadır. Bununla yanaşı, iddiaçının anası ilə cavabdeh birgə nikahda olduğu vaxt əmlak əldə edib rəsmiləşdirməmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən mübahisəli ev xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Cavabdeh mübahisəli evi 1997-ci ildə alqı-satqı müqaviləsi əsasında əldə etmiş, mərhum arvadı X10 isə xx.xx.2018-cı il tarixdə vəfat etmişdir. İddiaçı anası vəfat etdikdən sonra mirasın qəbul edilməsi müddəti ərzində mirası qəbul etməyə yönələn hərəkətlər etməli idi. Lakin onun bununla əlaqədar hər hansı hərəkət etməsi təsdiq olunmur. Belə ki, iddiaçı mirasın açıldığı vaxt qüvvədə olmuş qanunvericiliyə əsasən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə notariat o rqanına müraciət etməli idi, lakin etməmişdir. Eləcə də, mənzilə sahiblik etməmiş və ya idarə etməyə faktiki başlamamış, mirası qəbul etdiklərini nümayiş etdirməmişdir. Buna görə də, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirmədiyindən mübahisəli evə dair həmin hüququ itirmişdir. Digər tərəfdən iddiaçıya 7500 manat kompensasiya verilməklə istifadə hüququnun itirilməsi dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Qeyd edilən əsaslara görə müəyyən edilmişdir ki, iddiaçı miras açılan müddətə paylarının müəyyən edilməsi üçün müraciət etməmiş, istifadə hüququna xitam verilməsi ilə hüquqlarının məhdudlaşdırılmasından sonra məhkəməyə müraciət edərək payının müəyyən edilməsini xahiş etmişdir.
19. Apellyasiya baxışında iddiaçını vəsatəti ilə iddiaçın ın qardaşı Quliyev samir Hüsen oğlu və bacısı X6 mübahiəs predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb edilmişlər.
20. İddiaçının nümayəndəsi (vəkil) apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, apellyasiya şikayətində cavabdeh 3 arqumenti qeyd edir: birincisi, mübahisəli evi arvadı Nigar xanımla birgə nikah dövründə 1998-ci ildə alqı-satqı əsasında alsa da, mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış cavabdehin adına 2022-ci ildə verilib, həmin zaman Nigar xanımın həyatda deyildi. Qeyd edilməlidir ki, hazırkı məsələ mübahisə predmeti deyil və çıxarışın cavabdehin adına qeydə alınması iddiaçını miras əmlakdan pay almaq hüququndan məhrum etmir. Eyni zamanda, cavabdeh bildirir ki, iddiaçıya kompensasiya verilməklə həmin mənzildən istifadə h üquqlarına xitam verilməsini təsdiq edən məhkəmə qətnaməsi mövcuddur. Qeyd edilməlidir ki, iddiaçının həmin əmlakda məcburi payı var və onun istifadə hüquqlarına xitam verilməsi pay əldə etmək imkanından məhrum etmir. Digər tərəfdən, cavabdeh qeyd edir ki, iddiaçı miras əmlakı qəbul etməsi ilə bağlı hər hansı bir hərəkət etməmişdir. Lakin mirası elə faktiki iddiaçı qəbul etmiş, həmin mənzildə ailəsi ilə birlikdə uzun müddət yaşamışdır.
21. Apellyasiya baxışında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilmiş X9 və X2 bildirmişlər ki, özlərinə düşən məcburi payın müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsində iddia qaldırmışlar.
22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1982/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şika yəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), İlham Əsədov, Aytən Novruzova)
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilən hallarına görə cavabdehlə iddiaçının anası xx.xx.1980-ci ildə nikaha daxil olduqdan sonra cavabdeh olan atası ilə X13 arasında mübahisəli evin alqı-satqısına dair xx.xx.1998-ci il tarixli müqavilə bağlanmış, həmin əmlak üzərində cavabdehin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. X7 xx.xx.2018-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. İddiaçı mübahisəli evdə yaşamaqla anasının ölümündən sonra mirası faktiki qəbul etməklə orada yaşayır. Eyni zamanda iddiaçının 7500 (yed di min beş yüz) manat kompensasiya müqabilində mübahisəli evdən istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvədə olan məhkəmə qətnaməsi vardır.
24. Apellyasiya instansiyası məhkəməsi mübahisəli evin birgə nikahda qazanılmadığına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisəli ev cavabdehin adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınsa da, həmin ev cavabdeh ilə mərhum Nigar Quliyevanın birgə nikahı dövründə qazanılmış əmlakdır. Onlar 1980-ci ildən xx.xx.1998-ci il tarixə kimi birgə təsərrüfat aparmış, müəyyən ailə büdcəsi formalaşdırmış, birgə nikaha daxil olduqları müddətdən 18 il sonra mübahisəli evi almışlar. İşin bu halı onu deməyə əsas verir ki, mübahisəli ev onların birgə vəsaiti hesabına alınmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi vu rğulamışdır ki, tərəflərdən kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq, həmin ev birgə nikah dövründə əldə edildiyindən qanunvericiliyin tələblərinə əsasən tərəflərin ümumi birgə mülkiyyəti sayılır.
26. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, qanunvericilik ər-arvadın ümumi birgə mülkiyyətini yalnız onların “ümumi gəlirləri hesabına əldə edilən əşyalar”la məhdudlaşdırmamış, hətta “ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ərin (arvadın) da ümumi əmlak üzərində hüquqa malik olduğunu” təsbit etmişdir. Bu mənada cavabdehlə 40 ilə yaxın müddətdə nikahda olmuş və bunun təxminən son 20 ilini mübahisəli mənzildə yaşayaraq, orada uşaqlarına qulluq etmiş mərhum X4 məhz nikah dövründə alınmış həmin mənzi lin dəyərini artıran vəsait qoyuluşunda, habelə mənzilin təmirində bu və ya digər formada iştirak etmədiyini qəbul etmək ağlabatan mühakimə əsasında məntiqli deyildir. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir.
27. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi “G.Həsənzadənin şikayəti üzrə Azərbaycan Respublikası 5 Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyi də xatırladaraq qeyd etmişdir ki, həmin Qərarında Konstitusiya Məhkəməsi ə r-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətlərinin çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından birinin müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməli olduğunu, ər-arvadın hər hansı birinin birgə nikah dövründə əldə edilmiş əmlaka fərqli rejim müəyyən edilməsi üçün əsas şərtin hər hansı sazişin, nikah müqaviləsinin və ya digər formada razılaşmanın mövcud olmalı olduğunu, bu zaman birgə nikah dövründə əldə edilmiş əmlakın tərəflərdən hər hansı birinin nikahdan əvvəl əldə edilmiş gəlirlər hesabına əldə edilməsinin heç bir əhəmiyyət daşımadığını vurğulamışdır.
28. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 225.4, Ailə Məcəlləsinin 35, 36, 37.2, 37.3-cü maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumumun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” qərardakı hüquqi mövqeyə əsaslanaraq diqqətə çatdırmışdır ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.
29. Qeyd edilənlər əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin mübahisəli evin birgə nikahda qazanılmadığına dair dəlillərini əsassız saymışdır.
30. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin iddiaçının mirası qəbul etməməsi barədə dəllilini də qəbul etməyərək, bunu onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli ev alındığı vaxtdan bu günə kimi orada yaşayır. Yəni iddiaçı mübahisəli evdə yaşamaqla miras ı faktiki olaraq qəbul etmiş, üç ay ərzində mirasın qəbulundan imtina etməmişdir. Belə olan halda qəbul edilmiş miras əmlak onun açıldığı gündən məhz birinci növbəli vərəsə kimi iddiaçının mülkiyyətində olmuş və iddiaçı mirasdan özünə düşən miras payını almaqda israrlıdır. Göründüyü kimi, apellyasiya şikayətinin mirasın qəbulu üçün iddiaçının qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməməsi, eləcə də, onun mənzilə sahiblik etməməsi və ya idarə etməyə faktiki başlamaması barədə cavabdehin dəlilləri öz təsdiqini tapmır.
31. Apellyasiya instansiyası məhkəməsi 7500 manat kompensasiya verilməklə iddiaçının istifadə hüququnun itirilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qərarlarının olması, iddiaçının miras açılan müddətə payının müəyyən edilməsi üçün müraciət etməməsi, i ddiaçının hazırki iddia ilə istifadə hüququna xitam verilməsindən sonra məhkəməyə müraciət etməsi barədə apellyasiya şikayətini dəlillərini əsasız sayaraq nəzərə almışdır ki, mübahisəli evə dair cavabdehin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınan anda iddiaçının həmin qeydiyyata etiraz etməməsi, susması onun mərhum anasına münasibətdə vərəsəlik hüququnun itirilməsi üçün əsas hesab edilə bilməz. Çünki həmin vaxt vərəsəliyə dair hər hansı bir mübahisə olmamış, cavabdeh mirasın qəbulu ilə bağlı notariat orqanına və ya məhkəməyə müraciət etməmişdir ki, hazırkı iş üzrə iddiaçı da ona etiraz etmiş olsun.
32. İddiaçı mübahisəli evə dair mirası qəbul etdiyindən birgə mülkiyyətçi statusu daşıyır. Birgə mülkiyyətçiyə münasibətdə isə bir mülkiyyətçinin digər mülkiyyətçiyə kompensasiya verməklə onun mülkiyyət hüuquna xitam vermək kimi hər hansı bir üstün hüququ mövcud deyildir. Yəni tərəflər bərabər hüquqlu şəxslərdir. İddiaçıya 7500 manat kompensasiya verilməklə istifadə hüququnun itirilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olması onun mərhum anasından qalan miras əmlaka dair vərəsəlik hüququnun itirilməsi ilə nəticələnə bilməz. Belə ki, əvvəlki tələb kompensasiya verilməklə istifadə hüququnun itirilməsi idisə, hazırkı miras əmlaka dair vərəsəlik hüququnun tanınmasıdır. Göründüyü kimi qeyd edilən tələblər fərqli-fərqli anlayışlardır.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 225.1, 1159.1.1, 1243.1, 1243.3, 1255, 1256, 1301.1, 1301.2, 1301.3-cü, Ailə Məcəlləsinin 32.2, 32.3, 37.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 oktyabr tarixli qərarı və “Ərarvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli qərarında qeyd edilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şika yəti apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. İddiaçı kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbut etmişdir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların b irgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əml akdakı payları bərabər hesab edilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumumun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarı Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsin i ayrıca sübut etmək yükündən azad olur. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və y axud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. K assasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin po zulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya i nstansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
41. İddia tələbi mübahisəli evdə iddiaçının miras payının müəyyən edilməsi barədədir.
42. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə mübahisəli ev iddiaçının anası və cavabdeh olan atasının ümumi birgə mülkiyyətidir. İddiaçının anası 2018-ci ildə ölmüş və onun həmin evdəki ½ payına vərəsəlik açılmışdır. İddiaçı anasının payına miras açıldığı vaxtdan həmin evdə yaşamaqla mirası faktiki qəbul etmişdir.
43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2332-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.
44. Belə ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparm ış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, sübut etmə yükünü düzgün müəyyənləşdirmiş, nəhayət qanuni və əsaslı qətnamə qəbul etmişdir.
45. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
46. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər əsasən iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərə də müvafiq olaraq hər iki instansiya məhkəməsi qiymət verməklə, onları qəbul etməyiblər.
47. Eyni zamanda mübahisəli evin cavabdehin arvadı ilə birgə nikah vaxtı mülkiyyət hüququ ilə qeydə alınmama sı, bu səbəbdən həmin evin ər-arvadın birgə mülkiyyəti sayılmaması barədə dəlilə münasibətdə məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, Ailə Məcəlləsinin 32.1, 32.2.2 və Mülki Məcəllənin 225.1-ci maddələrinin məzmunundan görünür ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak üzərində, əmlakın kimi adına olmasından asılı olmayaraq, onların ümumi birgə mülkiyyəti yaranır.
48. Ümumiyyətlə, Ailə Məcəlləsinin 32.1, 32.2.2 və Mülki Məcəllənin 225.1-ci maddələrində nəzərdə tutulmuş “nikah müddətində ər-arvadın əldə etdikləri əmlak”, “ərlə arvadın nikah dövründə qazandıqları əmlak” dedikdə, əldə etmə anı həmin əmlakın hər hansı hüquqla dövlət reyestrində qeydə alınma anı ilə deyil, əmlakın dəyərinin və ya əmlakın yaranmasına çəkilmiş xərcin ödənilmə anını nəzərdə tutur. Çünki istənil ən əmlakın əvəzli əldə edilməsi və ya yaranması onun dəyərinin və ona sərf edilən vəsaitin ödənilməsi ilə həyata keçirilir.
49. Hazırki işdən də görünür ki, cavabdeh mübahisəli evi arvadı ilə birgə nikah vaxtı – 1998-ci ildə – müqavilə ilə əvəzini ödəməklə əldə edib, yalnız cavabdehin həmin ev üzərində mülkiyyət hüququ arvadının (iddiaçının anasının) ölümündən sonrakı dövrə təsadüf etmişdir. Mübahisəli evin birgə nikah dövründə dəyəri ödənilməklə alınması həmin əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması tarixindən asılı olmayaraq ərarvadın birgə mülkiyyəti sayılması üçün yetərlidir. 50. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumumun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 4.17-c bəndində də mövqe belə olmuşdur ki, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına dəyəri ödənilmiş, lakin nikah pozulduqdan sonra ərin (arvadın) sahibliyinə verilmiş, yaxud dövlət reyestrində onlardan birinin adına qeydə alınmış əmlak ər-arvadın ümumi əmlakı hesab edilməlidir. Misal üçün ər-arvad nikahda olduqları dövrdə onların əmlakı hesabına dəyəri tam ödənilmiş yaşayış və ya qeyri-yaşayış sahəsi nikah pozulduqdan sonra ərin (arvadın) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, bu ümumi əmlak hesab edilir.
51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllən in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1982/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.