Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1522/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank Açıq Səhmdar Cəmiyyətinin cavabdeh V.V.Vna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Bank Açıq Səhmdar Cəmiyyətinin cavabdeh V.V.Vna qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsinə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2140/2022 nömrəli, xx.xx.2022-ci il qətnaməsindən cavabdeh V.V.V tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Kreditor Bank ilə borcalan YYY arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, borcalana mənzil alınması məqsədilə, 300 ay müddətinə, illik 7 %-lə qaytarılması şərtilə 150.000 manat məbləğdə kredit verilməsi barədə tərəflər razılığa gəliblər.
2. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən borcalan ödəniş cədvəli üzrə ödənişləri vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat mislində dəbbə pulu ödəməlidir. 3. 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədə kreditin ödənilmə müddətləri dəqiqləşdirilmiş, YYYun götü rdüyü kredit məbləğini müvafiq cədvəl əsasında aylıq 1060,17 (sonuncu ay 1059,47) manat olaraq ödəməsi nəzərdə tutulmuşdur.
4. Tərəflər arasında bağlanan 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə digər əlavənin 1.1-ci bəndində müəyyən olunan şərtə görə, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 6-cı bəndinə müvafiq olaraq, müqavilə üzrə tələb hüququ kreditor tərəfindən geri alındığı təqdirdə həmin gündən başlayaraq müqavilə üzrə əsas faiz dərəcəsi və cərimə faiz dərəcəsi kreditorun həmin günə olan mövcud istehlak kreditlərinin verilməsi üzrə faiz dərəcələrinə əsasən hesablanacaq və borcalan tərəfindən ödəniləcəkdir.
5. Satıcı FFF, alıcı-ipoteka qoyan V.V.V və ipoteka saxlayan Bank arasında 10 sentyabr 2018-ci il tarixdə bağlanmış alğı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı İ.Əliməmmədov mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzili alıcı Q.Abbasova 220.000 manata satmışdır. Eyni zamanda həmin müqavilə ilə, Q.Abbasovun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən 12 nömrəli evin 85 nömrəli mənzili kreditorun xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 220.000 manat müəyyən edilmişdir.
6. İpoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydiyyata alına raq, RX seriyalı ******* №-li çıxarışla rəsmiləşdirilmişdir.
7. İpoteka saxlayan borcalan YYYa ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli bildiriş göndərmiş, həmin bildiriş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.
8. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının çıxarışından müəyyən edilir ki, Bank-nin adı dəyişdirilərək Bank adlandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Bank cavabdeh V.V.Vna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2018-ci il 07 sentyabr tarixli kredit müqaviləsi üzrə 145.456.31 manat əsas, 11.640.63 manat faiz borcu olmaqla, ümumilikdə 157.096.94 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın cavabdehə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilin hərracda satışından əldə olunan vəsait hesabına Banknə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifa yət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, tutma mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehin mənziliə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, tərəflər arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci il 07 sentyabr tarixli kredit müqaviləsi üzrə V.V.Vnun banka 2021-ci il aprelin 12-dək 145456.31 manat əsas, 11640.63 manat faiz borcu olmaqla ümumilikdə cəmi 157096.94 borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə ödənilməlidir.
11. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 3294/2021 saylı qərardadı əsasında alınmış "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 311/E №-li rəyi ilə, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, 12 saylı evin 85-ci mənzilinin hazırki likvid dəyəri 308,500 manat müəyyən edilmişdir.
12. İddiaçının nümayəndəsi qiymətləndirmə rəyi ilə razılaşmayıb təkrar qiymətləndirmə təyin olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 3294/2021 saylı qərardadı ilə mülki iş üzrə təkrar qiymətləndir mə təyin edilmişdir. Həmin qərardad əsasında “X1 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2021- ci il tarixli hesabatla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 142.84 kv.m-dən ibarət olan mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 259.400 manat, likvid dəyəri 244.800 manat müəyyən edilir.
13. Cavabdehin vəkili həmin qiymətləndirmə rəyi ilə razılaşmayaraq yenidən qiymətləndirmənin həyata keçirilməsini xahiş etmişdir.
14. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 3294/2021 saylı qərardadı ilə mülki iş üzrə kredit borcun məbləğinin və mənzilin qiymətinin müəyyən olunması üçün ekspertiza təyin edilmişdir.
15. Birinci instansiya məhkəməsinin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 9/267 №-li rəyi ilə müəyyən edilmişdir ki, YYYun 07 sentyabr 2018-ci il tarixli 20-İP-AİF-1-0-185-18 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə banka olan borcu, əsas borc üzrə 145.456,31 manat və faiz borcu üzrə 14.201,66 manat olmaqla, cəmi 159.657,97 manat məbləğində təşkil edir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/324 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsində inşa edilmiş 12 saylı evin 85 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 268500 manat (142,84x1880) məbləğində, 5% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 255000 manat təşkil edir.
17. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək, cavabdehdən iddiaçının xeyrinə 2018-ci il 07 sentyabr tarixli kredit müqaviləsi üzrə 145456.31 manat əsas, 40739.95 manat faiz borcu və 224,98 manat cərimə olmaqla, ümumilikdə 18642,24 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın cavabdehə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənil məsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, cavabdehə məxsus mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehin həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməklə mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq banka təhvil verilməsi, tərəflər arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Abşeron Rayon Məhkəməsinin 2(012)-185/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia qismən təmin edilərək, iddiaçı Bank ilə cavabdeh V.V.V arasında bağlanmış 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, V.V.Vndan 145456.31 manat əsas, 40739.95 man at faiz və 22 manat cərimə borcu olmaqla, ümumilikdə 186218.26 manat məbləğində kredit borcu habelə, məhkəmə xərcləri üçün rüsuma görə 20 manat (iyirmi manat), xidmət haqqına görə 20 manat məbləğində pul vəsaiti tutularaq Bank-yə ödənilsin. Tələb ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilmişdir. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, V.V.V mənzil hərracdan satılandan bir ay sonra oradan çıxarılması, oranı boşaltması və onun həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilməsi, İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinin likvid dəyəri 255 000 manat müəyyən edilməsi qət edilmişdir.
19. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, 2020-ci ilin sentyabr ayından cavabdeh 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, Bank-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da kredit müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmiş, həmin vaxtdan, yəni 2020-ci ilin sentyabr ayından sonra kredit müqaviləsi üzrə faiz dərəcəsi iddiaçının verdiyi məlumatlara əsasən həmin günə olan mövcud istehlak kreditlərinin verilməsi üzrə faiz dərəcələrinə əsasən 18%-lə hesablanmış, bu əsasla xx.xx.2022-ci il tarixli maliyyə arayışından göründüyü kimi V.V.Vnun həmin tarixə olan borcu 145456.31 manat əsas, 40739.95 manat faiz borcu, 224.98 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 186421.24 manat təşkil edir.
20. Məhkəmə kredit borcu tələbi üzrə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, iddia tələbi kredit borcu hissəsində qismən təmin edilərək iddiaçı "xxxx" İKB ASC və cavabdeh V.V.V arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, o, həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli, cavabdeh V.V.Vndan 145456.31 manat əsas, 40739.95 manat faiz və 22 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 186.218.26 manat məbləğində kredit borcuna görə pul tutularaq iddi açı Bank-yə ödənilməlidir.
21. Məhkəmə ipoteka predmetinin likvid dəyərini müəyyən etmək üçün işdə olan sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, iş materiallarında olan tərəflər arasında bağlanan 10 sentyabr 2018-ci il tarixli 20-İP-AİF-1-0-185-18 saylı ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka predmetinin dəyəri 220.000 manat olaraq müəyyən edilmişdir. Yuxarıda qeyd edilən qiymətləndiricilərin rəyinə əsasən evin likvid dəyəri 308500 manat, 244800 manat, 255000 manat qiymətləndirilmişdir. Məhkəmə qeyd edilən sübutlara müqayisəli şəkildə məcmu halda qiymət verərkən ipoteka predmetinin likvid dəyərinin sonuncu məhkəmə ekspertizasının rəyilə 255000 manat qiymətləndirilməsini ipoteka müqaviləsi ilə müəyyən edilən qiyməti ilə müqayisədə ötən zaman ərzində qiymət artımı nəzərə a lınmaqla real hesab edərək, qeyd etmişdir ki, mübahisəli ipoteka predmeti olan mənzilin likvid dəyəri 255000 manat müəyyən edilməlidir.
22. Məhkəmə öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyini nəzərə alaraq hesab edtmişdir ki, iddia tələbi ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olmaqla təmin edilməli, tələb ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir.
23. Məhkəmə iddia tələbinin evin hərracdan satılandan bir ay sonra cavabdehin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması cavabdehin həmin mənzilə istifadə hüququnun itirilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia həmin hissədə də əsaslıdır və təmin edilməlidir.
24. İddia tələbinin mənzilin Bank-yə təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, evin hərracda kimə satılması müəyyən ediləndən sonra ev ona təhvil verilməli olduğundan iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir.
25. Məhkəmə iddia tələbinin müqavilənin ləğvi hissəsinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2 və 421.3-ci maddələrinə istinadən qeyd etmişdir ki, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə və yaxud həmin müqavilənin ləğv olunmuş sayılması ilə mümkündür. Tərəflərdə n birinin tələbi ilə müqavilə yalnız üç şərtdən birinin mövcud olduğu halda ləğv oluna bilər. Onlara aiddir: müqavilənin əhəmiyyətli dərəcədə pozulması; Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallar. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsi aiddir. İşin hallarına münasibətdə bu müddəaların tələbləri tətbiq edilərkən müəyyən olunur ki, müqavilənin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, müqavilədə onun ləğv edilməsi halları nəzərdə tutulmuşdur. Müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Ona görə də, iddia tələbi müqavilənin ləğvi hissəsində əsaslıdır və təmin edilməlidir.
26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəl lənin 385.1, 427.3, 445.1, 448.1, 462.1, 739, 467, 317, 319.1-319.6-cı maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 39.3.3, 59-u maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Cavabdeh YYY apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
28. Apelyasiya şikayəti belə əsaslnadırılıb ki, cavabdeh 2020-ci ilin avqust ayından etibarən hal-hazıradək Qarabağda və digər sərhəd təşkil edən müxtəlif cəbhəboyu torpaqlarda aktiv halda xidmət göstərir. Onun öz ailəsi ilə görüşməyə belə imkanı ol madığı təqdirdə ondan kredit borcunu ödəməyi tələb etmək və bunun nəticəsi kimi onun barəsində iddia qaldırmaq və məhkəmənin bu iddianı təmin etməsi nə məntiqə, nə ədalətə, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun deyildir. Məhkəmə iş üzrə icraatı dayandırılmalı idi. Məhkəmə qəbul etdiyi qətnamədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 13 aprel 2022-ci il tarixli rəyini qeyd etsə də, nəticəyə gələrkən bu sübutu nəzərə almamışdır. Cavabdeh müqavilənin icrasından imtina etmir. Sadəcə yaranmış fors-major hallar nəticəsində müqavilənin icra edilməsində gecikdirmələr olmuşdur. Cavabdeh bu halı aradan qaldırmağa, ekspertiza nəticəsində hesablanmış faiz borcunu ödəməyə və gələcəkdə də güzəştli kredit müqaviləsi üzrə aylıq ödənişlərini etməyə hazırdır.
29. Sum qayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2140/2022 nömrəli, xx.xx.2022-ci il qətnaməsi ilə (hakimlər Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) cavabdeh V.V.Vnun apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(012)-185/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
30. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas vermir.
31. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanan 2018-ci il 07 sentyabr tarixli kredit müqaviləsinə əsasən V.V.V Bank-nin 8 saylı filialından illik 7%-lə 300 ay müddətinə 150000 manat m əbləğində kredit götürmüş, borcun təminatı olaraq, V.V.Vnun mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində yerləşən, 142.84 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 85 nömrəli mənzili 2018-ci il 07 sentyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 220.000 (iki yüz iyirmi min) manat olaraq müəyyən edilmişdir
32. Məhkəmə cavabdeh YYYun kredit müqaviləsi üzrə 2020-ci ilin avqust ayından etibarən hal-hazıradək Qarabağda və digər sərhəd təşkil edən müxtəlif cəbhə boyu torpaqlarda aktiv halda xidmət göstərməsi ilə əlaqədar ondan kredit borcunu ödəməyi tələb etmək və bunun nəticəsi kimi onun barəsində iddia qaldırmaq və məhkəmənin bu iddianı təmin etməsi nə məntiqə, nə ədalət tələblərinə uyğun olmaması barədə dəlilə qiymət verərək, qeyd etmişdir ki, həmin dəlil cavabdehin iddiaçı qarşısında götürdüyü öhdəliyinin yerinə yetirməsindən azad etmir.
33. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 427.3, 421.1, 445.1, 448.1, 462.1, 465.2, 739, 467, 317, 319.1-319.6-cı maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 39.3.3, 59-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. İddiaçı kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, cavabdeh Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən bir zabitdir və 2020-ci ilin hələ avqust ayından etibarən 30 ildən artıq müddətə işğal altında qalan torpaqlarımızda döyüş tapşırıqlarını icra etməyə başlamışdır. Onun 2020-ci ilin sentyabr ayından etibarən başlayan kredit gecikməsinin səbəbini məhkəmə artıq bilməli idi. Lakin Abşeron Rayon Məhkəməsi qətnamə çıxararkən bu halı heç araşdırmamış, buna münasibət bildirməmişdir. İddiaçı kredit müqaviləsini istehlak krediti müqaviləsinə çevirməsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu ASC-nin vəsaiti hesabına ipoteka kreditinin o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 6-cı bəndinə əsasən müqavilə üzrə tələb hüququ kreditor tərəfindən geri alındığı təqdirdə həmin gündən başlayaraq müqavilə üzrə əsas faiz dərəcəsi və cərimə faiz dərəcəsi kreditorun həmin gün olan mövcud istehlak kreditlərinin verilməsi üzrə faiz dərəcələrinə əsasən hesablanacaq və borcalan tərəfindən ödəniləcək. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasının 6-cı bəndindəki müddəalarda banka belə bir səlahiyyət verməməklə yanaşı, şəxsin vəziyyətini ağırlaşdıran kredit faizlərinin tətbiq edilməsi, bunun borcalandan dərhal icra etməsini tələb etmək və bunu ipoteka predmetinə yönəltmək qanunvericiliyin tələblərinə zidd oldu ğu kimi məhkəmənin bu cür bir iddianı təmin etməsi də, qanunsuzdur. Bank kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsini cavabdehin vəziyyətini yüngülləşdirici hallarda deyil, məhz ağırlaşdıran hallarda etmişdir ki, bu da tərəflərin öz öhdəliklərini vicdanla yerinə yetirməsi prinsipinin aşkar pozulması halıdır. Cavabdeh 2020-ci ilin avqust ayından etibarən hal-hazıradək aktiv döyüş və anti-terror əməliyyatlarının iştirakçısıdır. Onun bu dövr ərzində maliyyə vəziyyətinin ağırlaşması, həyat şəraitində yaranmış olan fors-major hallar və bunun səbəbinin hərbi xidmət olması halları nə bank, nə birinci instansiya məhkəməsi nə də, apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Apellyasiya məhkəməsi sonrakı tarixə olan faiz borcunu ekspert rəyi alınmadan, sadəcə bank tərəfindən hesablanar aq tərtib edilmiş maliyyə arayışına əsaslanaraq müəyyən etmişdir. Bu halın dəqiqləşdirilməsi üçün ekspert rəyinə ehtiyac duyulurdu. Belə ki, bank məhkəmə qətnaməsi çıxarılmadan güzəştli kredit müqaviləsini istehlak krediti müqaviləsi həcmində dəyişmiş, illik 7 faiz olan kredit dərəcəsini qanunsuz olaraq 18 faizə çevirmiş və sonuncu faiz dərəcəsi üzərindən borc hesablaması aparmış, Abşeron Rayon Məhkəməsi bu hala göz yummuş və Sumqayıt Apellyasiya Məhkəməsi isə bu məsələyə toxunmayaraq tamamilə qanunsuz qətnamə çıxarmışdır. Cavabdeh müqavilə bağlayan zaman, Vətən müharibəsinin başlayacağını öncədən görə bilməzdi. Onun peşə və vəzifəsindən asılı olaraq 2020-ci ilin avqust ayından etibarən hal-hazıradək aparılan əhəmiyyətli döyüş əməliyyatlarında iştirak etməsi, bu halın hələdə yekunlaşmaması onun hər-hansı qəsdi ilə formalaşmış bir hərəkət deyildir. Şəxs qərəzli bir şəkildə müqavilə öhdəliklərini icra etməkdən boyun qaçırmamışdır. Öngörülə bilməyəcək hadisələr nəticəsində bu hal baş vermişdir. Eyni zamanda cavabdeh müqavilənin icrasından imtina etmir. Sadəcə yaranmış fors-major hallar nəticəsində müqavilənin icra edilməsində gecikmələr olmuşdur və bu halı aradan qaldırmağa, ekspertiza nəticəsində hesablanmış faiz borcunu ödəməyə və gələcəkdə də güzəştli kredit müqaviləsi üzrə aylıq ödənişlərini etməyə hazırdır. Lakin Abşeron Rayon Məhkəməsinin bu halları nəzərə almamış, eyni zamanda məhkəmə qətnaməsi olmadan bankın güzəştli kredit müqaviləsinin tək tərəfli şəkildə ləğv edərək, olmayan borc müqaviləsi əsasında yuxarı faiz dərəcələri ilə dəbbə pulları hesablamasına əhəmiyyət ve rməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
38. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
39. Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir
40. Maddə 319.1. Əgər borclu icr asını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 41. 319.2. İpoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaş ayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun. 319.3. İpoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. [301] 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predm etini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır.
42. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
43. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
44. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
45. Maddə 448.1. Əgər bu Məcəll ə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
46. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
47. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin i crasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
48. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
49. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştira kçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
50. Maddə 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
51. Maddə
59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 52. 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 53. 59.2. Yaş ayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 54. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 55. 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 56. 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 57. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. “Azərbaycan İpoteka Fondu ASC-nin vəsaiti hesabına ipoteka kredit inin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” 58. 2.0. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.0.2. müvəkkil bank - ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsinə və bununla bağlı yaranan digər münasibətlərin tənzimlənməsinə dair Fond ilə müvafiq müqavilə bağlamış bank; 2.0.3. baş saziş - ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsi qaydalarını və bununla bağlı yaranan münasibətləri tənzimləyən Fond ilə müvəkkil bank arasında bağlanan razılaşma; 2.0.4. xidmət müqaviləsi - Fond tərəfindən tələb hüquqları əldə olunmuş ipoteka kreditinə xidmət göstərilməsinə dair Fond ilə müvəkkil bank arasında bağlanan müqavilə;... 5.1-ci bəndinə əsasən, ipoteka kreditinin maliyyələşdirilməsi və onlara xidmət Fond və müvəkkil bank arası nda bağlanan baş saziş və xidmət müqaviləsi əsasında həyata keçirilir. 5.8. Müvəkkil bank Fond tərəfindən əldə edilmiş ipoteka kreditini bu Qaydanın 6-cı hissəsində müəyyənləşdirilmiş qaydada geri almaq öhdəliyi götürür. 6.1. Aşağıdakı hallarda Fond müvəkkil banka bildiriş göndərərək kredit üzrə tələb hüququnun geri alınmasını tələb edir: 6.1.1. borcalan ipoteka krediti üzrə borcu (əsas borc və faizləri) vaxtında və ya tam həcmdə ödəməyi 90 gün gecikdirdikdə; 6.1.2. qəbul edilmiş sənədlərin bu Qaydaya uyğun olmadığı müəyyənləşdirildikdə. 6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş bildirişə geri alınmalı ipoteka krediti barədə məlumat əlavə edilir. 6.3. İpoteka kreditinin geri alınması zamanı təhvil-təslim aktına əsasən sənədlərin əsli müvəkkil banka qaytarılır. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi
59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
61. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
62. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün f aktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
67. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o v axt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
68. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Hazırkı kassasiya şikayətində qətnamənin ləğv olunması tələb edilməsinə baxmayaraq, kasasiyanın dəlilləri qətnamənin faiz bo rcunun məbləğinin düzgün hesablanmaması və müqavilənin ləğv olunmasının qanunsuz olması barədədir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən həmin hissələr üzrə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam araşdırılmadığına görə qətnamə ləğv edilməli və yenidən baxılması üçün göndərilməlidir.
71. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə tərtib etdiyi iddia ərizəsində cavabdehdən tələb etdiyi əsas və faiz borcunun məbləğini müəyyən edərkən, faiz borcunun müqavilədə müəyyən olunmuş 7 faizlə deyil, istehlak kreditləri üçün müəyyən olunmuş faiz dərəcəsi ilə hesablandığını (və əgər bu cür hesablanıbsa hansı faizlə) qeyd etməm işdir.
72. Lakin iddia ərizəsinə əlavə olunmuş xx.xx.2021-ci il tarixli maliyyə arayışında cavabdehin həmin tarixə olan borcu 145456.31 manat əsas borc, 11640.63 manat faiz borcu hesablanmış, kreditin faiz dərəcəsi 18 % qeyd olunmuşdur.
73. Birinci instansiya məhkəməsi xx.xx.2021-ci il tarixli qərardadla mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur: aparılmış ödənişlər nəzərə alınmaqla hal-hazırda cavabdehin iddiaçıya olan əsas borcu, 22 dekabr 2021-ci il tarixinə müqavilə üzrə 7% hesablanmaqla faiz borcunun məbləği müəyyən edilsin.
74. Göründüyü kimi məhkəmə borcun məbləğinin iddiaçının tələb etdiyi kimi 18 faiz dərəcəsi ilə deyil, müqavilədə müəyyən olunan 7 faiz dərəcəsi ilə müəyyən olunmasını zəruri saymışdır.
75. Ekspert xx.xx.2022-ci il t arixli, 9/267 №-li rəyi ilə müəyyən etmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə banka olan borcu - əsas borc üzrə 145.456,31 manat, faiz borcu üzrə 14.201,66 manat müəyyən edilir.
76. Lakin bundan sonra məhkəmə qətnamə çıxararkən, faiz borcunu iddiaçının 18 faiz dərəcəsi ilə hesablanmış xx.xx.2022-ci il tarixli maliyyə arayışına istinad etməklə müəyyən etmişdir. Həmin maliyyə arayışında cavabdehin xx.xx.2022-ci il tarixə olan borcu 145456.31 manat əsas, 40739.95 manat faiz borcu, 224.98 manat cərimə borcu olmaqla, ümumilikdə 186421.24 manat hesablanmışdır.
77. Göründüyü kimi iddiaçının xx.xx.2021-ci il tarixli maliyyə arayışında həmin tarixə hesabladığı 11640.63 manat faiz borcu məbləği, xx.xx.2022-ci il tarixli maliyyə arayışında həmin tarixə kimi 29099,32 manat artırılaraq 40739.95 manat hesablanmışdır.
78. Cavabdeh faiz borcu məbləğini iki dəlil gətirməklə mübahisələndirmişdir. Birinci dəlil ondan ibarət idi ki, məhkəmə faiz borcunu müəyyən edərkən iddiaçının hesabladığı maliyyə arayışı ilə kifayətlənməli deyil, faiz borcunu ekspertiza təyin etməklə müəyyən etməli idi. Apelyasiya şikayətində qeyd olunmuşdu ki, qətnamə çıxarılarkən sonrakı tarixə olan faiz borcu ekspert rəyi alınmadan, sadəcə bank tərəfindən hesablanaraq tərtib edilmiş maliyyə arayışına əsaslanmaqla müəyyən olunmuşdur. Bu halın da dəqiqləşdirilməsi üçün ekspert rəyinə ehtiyac vardı.
79. Apelyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilini ümumiyyətlə apelyasiya şikayətinin dəlili kimi göstərməmiş və nəticədə həmin dəlilə qiymət verilməmişdir. Halbuki, cavabdehin əsas etiraz dəlillərindən biri bundan ibarət idi.
80. Bundan başqa, iddiaçı faiz borcunun 18 faiz dərəcəsi ilə hesablanmasının hüquqi əsası kimi kredit müqaviləsinə əlavənin 1.1-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 6-cı bəndinə istinad edir.
81. Tərəflər arasında bağlanan 07 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əlavənin 1.1-ci bəndində deyilir ki, “Azərbaycan İpoteka Fondu ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 6-cı bəndinə müvafiq olaraq müqavilə üzrə tələb hüququ kreditor tərəfindən geri alındığı təq dirdə, həmin gündən başlayaraq müqavilə üzrə əsas faiz dərəcəsi və cərimə faiz dərəcəsi kreditorun həmin günə olan mövcud istehlak kreditlərinin verilməsi üzrə faiz dərəcələrinə əsasən hesablanacaq və borcalan tərəfindən ödəniləcəkdir. 82. “Azərbaycan İpoteka Fondu ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 6.1-ci bəndinə görə aşağıdakı hallarda Fond müvəkkil banka bildiriş göndərərək kredit üzrə tələb hüququnun geri alınmasını tələb edir: 6.1.1. borcalan ipoteka krediti üzrə borcu (əsas borc və faizləri) vaxtında və ya tam həcmdə ödəməyi 90 gün gecikdirdikdə; 6.1.2. qəbul edilmiş sənədlərin bu Qaydaya uyğun olmadığı müəyyənləşdirildikdə.
83. Göründüyü kimi müqavilə ilə müəyyən olunmuş 7 faiz dərəcəsinin dəyişdirilərək mövcud i stehlak kreditlərinin verilməsi üzrə faiz dərəcələrinə əsasən hesablanması üçün əsas – kredit üzrə tələb hüququnun geri alınması tələbi barədə Fondun müvəkkil banka bildiriş göndərməsidir.
84. Buna görə də iddianın təmin olunması zamanı, sözügedən Qaydanın 6.1-ci bəndində bəhs olunan qaydada Fondun müvəkkil banka bildiriş göndərməsi araşdırılmalıdır. Lakin bu hal araşdırılmamışdır və bu cür bildirişin göndərilməsi iş materialları ilə də müəyyən olunmur.
85. Bundan başqa, cavabdeh onunla bağlanmış kredit müqaviləsinin ləğv olunması barədə tələbin də əsaslarını mübahisələndirmiş və Azərbaycan Respublikası Silahlı qüvvələrinin xüsusi təyinatlı döyüş bölməsində xidmət etdiyini, 2020-ci ilin avqust ayından etibarən ölkənin ərazi bütövlüyü uğrunda aparılan əhəmiyyətli döyüş əməliyyatlarında iş tirak etməsi, müqavilə öhdəliklərini icra etməkdən qərəzli bir şəkildə boyun qaçırmadığını, kredit borcu üzrə ləngimələrin fors-major hadisələr nəticəsində baş verdiyini, müqavilənin icrasından imtina etmədiyini, bu halı aradan qaldırmağa, ekspertiza nəticəsində hesablanmış faiz borcunu ödəməyə və gələcəkdə də güzəştli kredit müqaviləsi üzrə aylıq ödənişlərini etməyə hazır olduğunu, iddiaçının cavabdehlə razılıq əldə etmək üçün heç bir addım atmadığını bildirmişdir.
86. Lakin apelyasiya instansiyası məhkəməsi bu dəlilləri ümumiyyətlə araşdırmamış, həmin dəlillərə qiymət verməmişdir. Halbuki, bu dəlillərin kredit müqaviləsinin ləğv edilməsi tələbi üzrə nəticəyə gəlmək üçün həlledici əhəmiyyəti var idi.
87. Nəzərə alınmalıdır ki, hər bir halda öhdəliyin həcminin və ya şərtlərinin dəyişdirilm əsi və ya onun ləğvi müqavilə münasibətlərində tərəflərin bərabərliyi və ədalətlilik prinsiplərinə uyğun olmalıdır. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
88. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdar lıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
89. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Aşağıdakı hallarda əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; xüsusi əsaslara g örə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (Mülki Məcəllənin 447.2-ci maddəsi).
90. İş materiallarndan görünür ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərərək, ödəmə müddətinin müxtəlif vaxtlarda pozulduğu bildirmiş, 5 gün müddətində müqavilə üzrə borcun tam ödənilməsini tələb etmişdir. Bildirişdə ödənilməli məbləğ konkret göstərilməmişdir. Lakin həmin bildirişdən görünür ki, iddiaçı borcun 18 faiz dərəcəsi ilə ödənilməsini tələb etmişdir. Halbuki, müqavilədə daha aşağı faiz dərəcəsi müəyyən edilmişdi. Göründüyü kimi bildirişin məzmunu, orada qoyulan məsələ ilə əlavə izah tələb edirdi.
91. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
92. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndi).
93. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab vermir.
94. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).
95. Xüsusilə qeyd olunmalıdır ki, MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəz ifəsidir (MPM-in 2.1-ci maddəsi).
96. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Göründüyü apelyasiya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmas ına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
97. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
98. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-nin tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
99. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
100. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt A pellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2140/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.