Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-922/2022 14.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh3 nümayəndə və vəkili X2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(012)-3259/2021 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(012)-3259/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli 24-GZ-1-0-790-14 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 13326.35 (on üç min üç yüz iyirmi altı manat otuz beş qəpik) manat, faiz borcuna görə 899.85 (səkkiz yüz doxsan doqquz manat səksən beş qəpik) manat, cərimə borcuna görə 50 (əlli) manat, kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 569.1 (beş yüz altmış doqquz manat on qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 14845.3 (on dörd min səkkiz yüz qırx beş manat otuz qəpik) manat borc, məhkəmə xərclərinə görə 60 manatın (dövlət rüsumu 30 manat, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı) iddiaçı X7 Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin likvid satış qiymətinin 41000 (qırx bir min) manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən cəmi 14845.3 (on dörd min səkkiz yüz qırx beş manat otuz qəpik) manat borc, məhkəmə xərclərinə görə 60 (altmış) manatın iddiaçı X7 Cəmiyyətinin hesabına keçirilməsi, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 evi boşaldaraq həmin evdən çıxarılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(012)-3259/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə mənzilin real bazar dəyəri-likvid dəyəri müəyyən edilməklə iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 13326.35 manat əsas, 899.85 manat faiz, 149.52 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 569.1 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14944.82 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 2ci küçə, 3-cü döngə, 1-ci dalan ünvanında yerləşən, 3 otaqlı, 56.1 kv.m ümumi, 38.7 kv.m yaşayış, 17.4 kv.m yardımçı sahədən və istifadədə olan 0.00785 ha torpaq sahəsindən ibarət 15 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun həmin evin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və digər şəxslərin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və digər şəxslərin həmin evdən çıxarılmaları, evin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. A P E L LY A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız və qanunsuz hesab edir. Belə ki, X4 Mərkəzi MMC-nin xx.xx.2021-ci il tarixli ekspertizasının təyin olunması və likvid qiymətləndirilməsinin aparılmasından heç bir xəbəri olmamışdır. Ekspertiza qiymətləndirilməsi zamanı onun hüquqları kobud surətdə pozulmaqla mənzilin likvid dəyəri həddindən artıq şişirdilərək reallığı əks etdirməyən qiymət müəyyən edilmişdir. X4 Mərkəzi MMC-nin xx.xx.2021-ci il tarixli keçirilmiş ekspertizasının likvid qiymətləndirilməsində göstərilən məbləğ ilə qəti razı deyil. Mənzil hazırki bazar dəyəri ilə müəyyən olunmaqla likvid qiymətləndirilməsi üçün ekspertiza müəyyən olunmalı və eksperiza təkrar aparılmalı, mənzilə real bazar qiymətlərinə uyğun qiymət verilməlidir. Odur ki, Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(012)-3259/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməklə mənzilin real bazar dəyəri-likvid dəyəri müəyyən edilməklə iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndə və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin likvid dəyərini aşağı müəyyən etmiş, məhkəmə qərardadı ilə təkrar ekspertiza təyin edilmiş, ekspert rəyində ipoteka predmetinin likvid dəyəri biraz da azaldılaraq 35000 manat müəyyən edilmişdir. Bu səbbədən iş üzrə təkrar ekspertiza təyin edilməsini xahiş edir. Həmçinin apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(012)-3259/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, mənzilin real bazar dəyəri-likvid dəyəri müəyyən edilməklə iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 verilmiş vəsatətə etiraz edərək iş üzrə ekspertiza keçirilməsinə zərurət olmadığını, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi hissəsindən narazıdır. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh3 apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(012)-3259/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Kreditor "xxxx" İKB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 24-GZ-1-0-790-14 nömrəli kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, bank borcalana istehlak məqsədi ilə 60 ay müddətinə qaytarmaq, illik faiz dərəcəsi 25 faiz olmaqla 18000 manat kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, "xxxx" İKB ASC-nin xx.xx.2014-cü il tarixli 24-GZ-1-0-790-14 nömrəli kredit müqaviləsinə əlavə olan 1 nömrəli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr ərzində borcundan hər ay 528.32 manat (sonuncu ay isə 528.79 manat) borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan, "xxxx" İKB ASC-nin xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 Nikoyl İKB ASC-dən kredit müqaviləsi üzrə 18000 manat krediti imza etməklə təhvil almışdır. İş materiallarında olan Kreditor "xxxx" İKB ASC ilə borclu Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 24-GZ-1-0-790-14 nömrəli zaminlik müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 nömrəli ev Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ipoteka saxlayan Nikoyl İKB ASC ilə ipoteka qoyan və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 24-GZ-1-0-790-14 nömrəli ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ipoteka qoyan xx.xx.2014-cü il tarixli 24-GZ-1-0-790-14 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 nömrəli evi Nikoyl İKB ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 3.3-cü bəndindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlak 60 000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan zərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindan görünür ki, Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 111 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmış Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3cü döngə 1-ci dalan 15 nömrəli ev xx.xx.2014-cü il tarixli 24-GZ-1-0-790-14 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi xx.xx.2014-cü il tarixdən 60 ay müddətinə Nikoyl İKB ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. İş materiallarında olan X4 Mərkəzi MMC-nin xx.xx.2021-ci il tarixli YD114 nömrəli arayışından görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 nömrəli evin bazar qiyməti: 45000 manat; likvid qiyməti: 41000 manat təşkil edir. Birinci instansiya məhkəməsi iş materiallarına, ekspert rəyinə istinad edərək ipoteka predmeti olan əmlakın likvid dəyərini 41000 manat müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsinə dair gəldiyi nəticəni əsaslı sayır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Məhkəmə kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2(105)-922/2022 saylı qərardadı ilə ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “B+Ş AUDİT” Konsaltinq MMC-nin xx.xx.2022-ci il tarixli, A-02/31 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Yaşayış massivi 2-ci küçə 3-cü döngə 1-ci dalan 15 nömrəli evin hazırki vəziyyətdə orta bazar dəyəri 40000 manat, likvid dəyəri 35000 manat müəyyən edilir. Məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsini qətnaməsi ilə ipoteka predmetinin likvid dəyəri 41000 manat müəyyən edilsə də, hazırki ekspert rəyi ilə likvid dəyəri 35000 manat müəyyən edilmişdir ki, bu da ağlabatan hesab edilə bilməz. Belə ki, daşınmaz əmlak bazarında artım müşahidə olunduğundan 2021-ci il tarixdə 41000 manat likvid dəyəri olan əmlakın hazırki gündə 35000 manat müəyyən edilməsi ağlabatan sayıla bilməz. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd edilən məsələyə dair gəldiyi nəticə əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyası həmçinin ekspert rəyinin əsaslı olmaması barədə dəlilə qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(012)-3259/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(012)-3259/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-922/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-922/2022
14.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver