Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-694/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, X7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mülki iş üzrə (Açar sözlər: kredit tələbi və ipoteka) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(012)-183/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. Belə ki, iş materiallarında olan 05 may 2015-ci il tarixli, 1-G1-1-0-306-15 nömrəli kredit müqaviləsindən müəyyən edilir ki, kreditor "xxxx" İKB ASC-nin 1 saylı filialı və borcalan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən sonuncuya illik 25%-lə 36 ay müddətinə 13000 USD (on üç min ABŞ dolları) məbləğində kredit verilmişdir.
2. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının çıxarışından müəyyən edilir ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır.
3. 05 may 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən edilir ki, Cavabdeh1 götürdüyü kredit məbləğini müvafiq qrafik əsasında aylıq 516.88 manat olaraq ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş planına Cavabdeh1 imza etmişdir.
4. 05 may 2015-ci il tarixli, 1-G1-1-0-306-15 nömrəli kredit müqaviləsinə və 05 may 2015-ci il tarixli, 1-G1-1-0-306-15 nömrəli İpoteka müqaviləsinə əlavədən görünür ki, kredit müqaviləsində “36 ay” sözü “74 ay” sözü, “xx.xx.2018” sözləri “xx.xx.2021” sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi “xx.xx.2021” hesab edilmiş, İpoteka ilə təmin edilmiş öhdəlik “74 ay”, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək icra edilməlidir.
5. İpoteka müqaviləsinə əlavədən müəyyən edilir ki, ipoteka müqaviləsinin də müddəti xx.xx.2021-ci ilədək uzadılmışdır.
6. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən 13000 USD məbləğində kredit götürmüşdür.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətindədir.
8. 05 may 2015-ci il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" İKB ASC-nin 1 saylı filialı və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.0623 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evi ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 35000 (otuz beş min) manat olaraq müəyyən edilmişdir.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışdan müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.0623 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evi "xxxx" İKB ASC-nin 1 saylı filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 21 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır.
10. Həmçinin, iş materiallarından görünür ki, sonrakı ipoteka qeydiyyatı da DƏDRX-də xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
11. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.0623 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, X10 qeydiyyatdadırlar.
12. Bank tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 həmin tarixə olan əsas borcu 10737.22 USD əsas, 12865.5 USD faiz, 890.26 USD cərimə borcu olmaqla, ümumilikdə cəmi 24492.98 USD təşkil edir.
13. "xxxx" ASC tərəfindən Cavabdeh1 göndərilən xx.xx.2021-ci il tarixli məktubda 5 gün müddətində borcunu ödəməyi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb olunacağı və tutmanın ipoteka predmetinə yönəldiləcəyi əks olunmuşdur. xx.xx.2021-ci il tarixli İddiaçı ASC tərəfindən verilən ərizədən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir.
14. İş üzrə keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrini əks etdirən xx.xx.2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1-G1-1-0-306-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu ümumilikdə 16.219,16 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən: xx.xx.2018-ci il tarixə əsas borc üzrə 11.163,70 ABŞ dolları; faiz borcu üzrə 5.055,46 ABŞ dolları. Qeyd edilir ki, iş materiallarında 05 may 2015-ci il tarixli, 1-G1-1-0-306-15 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh1 cərimə hesablanmadı. Bundan başqa qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən xx.xx.2018-ci il tarixdən sonrakı dövrdə 391,21 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Lakin borc məbləğinin hesablanma tarixi xx.xx.2018-ci il tarixə göstərildiyindən 391,21 ABŞ dolları məbləğində ödənişlər nəzərə alınmadı.
15. Məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrini əks etdirən xx.xx.2022-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" İKB ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1-G1-1- 0-306-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixə (sualda soruşulan tarixə) banka olan borcu, ümumilikdə 24.665,88 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən: xx.xx.2021-ci il tarixə əsas borc üzrə 11.163,70 ABŞ dolları; faiz borcu üzrə 13.502,18 ABŞ dolları təşkil edir.
16. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, sahəsi 0.0623 ha olan 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m əsas, 29.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 39.000 (otuz doqquz min) manat bazar dəyərinə uyğun likvid qiymətinin dəyəri 31.000 (otuz bir min) manat müəyyən edilir.
17. “X11 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, sahəsi 0.0623 ha olan 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m əsas, 29.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 86.650 (səksən altı min altı yüz əlli) manat, likvid qiymətinin dəyəri 74.500 (yetmiş dörd min beş yüz) manat müəyyən edilir.
18. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 saylı fərdi yaşayış evinin bazar dəyəri 85.000 (səksən beş min) manat, likvid qiymətinin dəyəri 72.000 (yetmiş iki min) manat müəyyən edilir.
19. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında xüsusi mülkiyyətində olan 0.0623 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 21 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır.
20. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 həmin tarixə 10737.22 ABŞ dolları əsas, 14170.5 ABŞ dolları faiz, 1347.98 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 413.55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 26669.25 ABŞ dolları borcu vardır.
21. İş materiallarına əlavə olunan notarial qaydada təsdiq olunmuş ərizələrin surətindən görünür ki, Cavabdeh3, X7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.623 ha torpaq sahəsinə ipoteka qoyulmasına etiraz etmirlər. İpoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd şərtsiz tərk edəcəkdirlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
22. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, X3, Cavabdeh4, Cavabdeh5, X5 və Cavabdeh6 qarşı Abşeron Rayon Məhkəməsinə müraciət edərək “Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2015-ci il 05 may tarixli kredit müqaviləsi üzrə 10737.22 USD əsas, 12865.5 USD faiz, 890.26 USD cərimə borcu olmaqla, ümumilikdə cəmi 24492.98 USD borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, - tutmanın Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən və istifadədə olan 0.0623 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, - həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən və istifadədə olan 0.0623 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, - satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən və istifadədə olan 0.0623 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X4 və digər şəxslərin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən və istifadədə olan 0.0623 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X4 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 05 may tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “1 saylı” filialından illik 25%-lə 36 ay müddətinə 13000 USD məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsi ünvanında yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən və istifadədə olan 0.0623 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi 2015-ci il 05 may tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 05 may tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il aprelin 09-dək Cavabdeh1 2015-ci il 05 may tarixli kredit müqaviləsi üzrə banka 10737.22 USD əsas, 12865.5 USD faiz, 890.26 USD cərimə borcu olmaqla ümumilikdə cəmi 24492.93 USD borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönədilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən edilmişdir. cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönədilməli, həmin əmlak həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir.
24. İddiaçı ASC iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2015-ci il 05 may tarixli kredit müqaviləsi üzrə 10737.22 ABŞ dolları əsas, 14170.5 ABŞ dolları faiz, 1347.98 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 413.55 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 26669.25 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinin və 0.0623 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və digər şəxslərin Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən. 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və digər şəxslərin həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(012)-183/2022 nömrəli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia qismən təmin edilərək; - Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 10737.22 ABŞ dolları, faiz borcu 13502,18 ABŞ dolları, cərimə borcu 130 ABŞ dolları, müqavilə müddətindən sonrakı dövr üçün 5%-lə 413,55 ABŞ dolları, cəmi 24.782,95 ABŞ dolları məbləğində pulun qətnamə icra olunan vaxtı Azərbaycan manatı ekvivalenti hissəsində uyğun və 30 manat dövlət rüsumuna görə pul tutulması, - tələbin Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə yönəldilməsi, - həmin əmlakların açıq hərracdan satılmsı, əldə edilən pul borcun ödənilməsinə yönəldilməsi, əmlak satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, X7, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evindən və 0.0623 ha torpaq sahəsindən çıxarılmaları, həmin əmlakların boşaldılması, Cavabdeh1 Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə həmin əmlakın açıq hərracda satılandan sonra istifadə hüququnun itirilməsi, - ipoteka predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinin və 0.0623 ha torpaq sahəsinin likvid dəyərinin ilkin satış qiymətinin 72.000 (yetmiş iki min) manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, - -iş üzrə keçirilmiş qiymətləndirmə ilə əlaqədar "xxxx" MMC-nin qiymətləndirmə xərci ilə əlaqədar 150 manat xidmət haqqının iddiaçı tərəf ödədiyindən və hazırda iddia qismən təmin edildiyindən həmin məbləğin 50 manatının iddiaçıya aid edilməsi 100 manatının isə Cavabdeh1 tutularaq İddiaçı ASC-yə verilməsi, iş üzrə “X11 Mərkəzi” MMC-nin qiymətləndirmə fəaliyyəti ilə əlaqədar 300 manat məhkəmə xərcinin iddia qismən təmin edildiyindən xərcin 100 manat hissəsinin İddiaçı ASC-dən, 200 manatının isə Cavabdeh1 tutularaq “X11 Mərkəzi”-yə ödənilməsi, iş üzrə "xxxx" MMC-nin qiymətləndirmə fəaliyyəti ilə əlaqədar 200 (iki yüz) manat xidmət haqqının 70 manatının İddiaçı ASC-dən, 130 manatının isə Cavabdeh1 tutularaq həmin MMC-yə ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 200 manat məhkəmə xərcinin 70 manatının İddiaçı ASC-dən, 130 manatının isə Cavabdeh1 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.
26. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbi əsas borc hissəsində təmin edilərək 10737.22 ABŞ dolları, faiz borcu hissəsində qismən təmin edilərək 13502,18 ABŞ dolları, cərimə borcunun məbləği azaldılaraq 130 ABŞ dolları, müqavilə müddətindən sonrakı dövr üçün 5%-lə 413,55 ABŞ dolları, cəmi 24.782,95 ABŞ dolları məbləğində pul cavabdeh dən tutulub iddiaçıya verilməlidir.
27. Məhkəmə öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olmaqla təmin edilməli, tələb ipoteka predmeti - Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməlidir.
28. Məhkəmə iddia tələbinin fərdi yaşayış evi və torpaq sahəsi hərracdan satılandan bir ay sonra cavabdehlərin həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehlər tələb ipoteka predmetinə yönəldiyi halda ipoteka predmetini boşaltmaları barədə yazılı öhdəlik götürdüklərindən iddia həmin hissədə əsaslıdır və təmin edilməlidir.
29. Məhkəmə cavabdehlərin istifadə hüquqlarının itirilməsi itirilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilməli ipoteka qoyan mülkiyyətçi Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Koroğlu küçəsində yerləşən, 4 otaqlı, 93.2 kv.m ümumi, 63.6 kv.m yaşayış, 29.6 kv.m yardımçı sahədən ibarət 31/1 nömrəli fərdi yaşayış evinə və 0.0623 ha torpaq sahəsinə olan istifadə hüququ tələb həmin əmlaklara yönəldikdə və o satıldıqdan sonra itirilməli, iddia həmin hissədə digər cavabdehləərə münasibətdə təmin edilməməlidir. Belə ki, işin materiallarında olan 6 saylı forma arayışdan həmin şəxslər mülkiyyətçi Cavabdeh1 qohumları kimi qeyd edilib və 2004-cü ildən sonrakı müddətlərdə həmin evə qeydiyyata alınmışlar. Həmin evdən istifadə ilə bağlı onlarla mülkiyyətçi arasında evdən istifadə ilə bağlı hər hansı rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir.
30. Məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd etmişdir ki, tərəflər arasında bağlanan ipoteka müqaviləsində ipoteka predmetinin qiyməti 35 000 manat qiymətləndirilmişdir. İş materiallarında olan qiymətləndiriçilərin rəyinə əsasən ipoteka predmetlərinin likvid dəyəri 31000 manat, 74500 manat və 72000 qiymətləndirilmişdir. Məhkəmə müqayisəli təhlil edərək ipoteka predmetinin likvid dəyərinin 72000 manat müəyyən edilməsini işin faktiki hallarına uyğun,qanuni və əsaslı hesab edir.
31. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, 317.1, 319.1, 319.6, 385, 427, 445.1, 448.1, 449.1, 462.1, 465.2, 467, 739.1-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39.3.3, 59.3 və 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
32. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh Vəliyev X9 Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(012)-183/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir.
33. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsi yüklü edildiyi zaman bildirmişdir ki, pul qaytaracaq sadəcə olaraq pulun götürülməsi üçün hər hansı əmlak lazımdır ki, pul qaytarılan qədər yüklü edilməlidir. Bu müqavilə bağlanmışdır. Həmin müqavilənin etibarsız sayılması zamanı məhkəməyə müracət ediləcəkdir. Məhkəmə isə heç bir əsası olmadan iddianı təmin etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəindən tam araşdırma aparılmış və iş üzrə zəruri rəylər alınmışdır. Hesab edir ki, cavabdehin apellyasiya şikayəti verməkdə məqsədi işi süni şəkildə yubatmaqdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
36. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər səbəb və mümüknsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehlər rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 055 789 00 85, 051 581 00 76, 070 282 38 68, 050 427 14 00 və 055 838 19 45 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.
37. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)
38. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(012)-183/2022 nömrəli qətnaməsi cavabdehlərdən yalnız Cavabdeh1 tərəfindən mübahisələndirilmişdir.
42. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin apellyatora münasibətdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin apellyatora münasibətdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi barədədir.
45. İşin məhkəmə tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında kredit müqaviləsi, həmin müqavilənin təminatı kimi ipoteka müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.
46. Apellyasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh apellyasiya şikayətində gah ona məhkəmənin yeri və vaxtı barədə məlumat verilmədiyini, gah mövcud müqaviləni gələcəkdə mübahisələndirəcəyini, gah da maddi və prosessual hüquq normalarının pozulmasını göstərir.
47. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə ayrı-ayrılıqda araşdırma apararaq bildirir ki, əvvəla mülki iş materiallarından görünür ki, cavabdehlər, o cümlədən apellyator rəsmi poçt vasitəsilə yanaşı mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə də xəbərdar olunmuşlar.
48. Kollegiya bununla bağlı bildirir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)
49. İkincisi, hansısa müqavilənin gələcəkdə mübahisələndirilməsi hazırki iddia tələbinə təsir etməyən bir haldır.
50. Üçüncü, cavabdeh (apellyator) qənamənin düzgün olmadığını bildirsə də, bu dəlillər anlaşılan deyildir. Çünki, Cavabdeh1 özü qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür.
51. Dördüncüsü, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir.
52. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Çünki işin müəyyən edilmiş halları həmin normaların dispozitiv şərtlərinə uyğun gəlir, eləcə də sübutlar prosessual qaydalara uyğun qiymətləndirilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(012)-183/2022 nömrəli qətnaməsi apellyatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.