Məhkəmə qərarları › İş №2(102)-1523/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1523/2023

24.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1523/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək mübahisələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1, Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2(103)-464/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İ şəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, işçi xx.xx.2020-ci il tarixindən işəgötürən tərəfindən əsas iş yeri üzrə Tikinti Departamentində təmir tikinti isləri üzrə paket meneceri vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi qısa müddətli layihə üçün, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək müddətli bağlanmış, əmək haqqı aylıq 34525 manat müəyyən edilmişdir. 2. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində daxil edilmiş 2 saylı əlavəyə əsasən, əmək müqaviləsinin 7.4 bəndləri qeyd olunan redaksiyada verilmişdir: Hər ay bu əmək müqaviləsinin bəndində göstərilən əmək haqqının 4000 manat (vergilər və çıxılİmalar xaric olmaqla) işçinin AFB Bank hesabına köçürüləcəkdir. Qeyd olunan əmək haqqının geri qalan hissəsi işçinin Arab Bank PLC-də olan hesabına köçürüləcək. Ödəniş günündə Azərbaycan Mərkəzi Bankının USD/AZN və AVRO məzənnəsi istifadə olunacaqdır.

3. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 45/K nömrəli əmrinə əsasən, cəmiyyətin Tikinti departamentinin Təmir-tikinti işləri üzrə paket meneceri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilməsi, son haqq hesab: istifadə edilməmiş 01 gün əmək məzuniyyətinə görə qanunla nəzərdə tutulmuş kompensasiya verilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 207.150 manat əmək haqqının, hər gecikdirilmiş gün üçün 1% olmaqla cəmi 62.100 manat məbləğində ödəncin, cəmi 269.250 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, əvvəllər cavabdeh vaxtı-vaxtında əmək haqqını ödəsə də, getdikcə ödənişlər gecikməyə başlamışdır. xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi daha 6 ay müddətinə uzadılmışdır. 2021-ci ilin yanvar ayında artıq işə götürənin ona külli miqdarda əmək müqaviləsi üzrə ödənilməmiş əmək haqqı borcu yara nmışdır. Britaniya vətəndaşıdır və xarici ölkə vətəndaşının Azərbaycanda əmək fəaliyyəti göstərməsi üçün xüsusi icazə tələb olunur. Bütün icazələri daim qaydasında olmuşdur. Bununla işəgötürən özü məşğul olmuşdur. Dəfələrlə şirkət rəhbərliyinə və şirkətin HR Menecerinə əmək haqqının ödənilməsi ilə bağlı iradlarını bildirsə də, heç bir ödəniş və heç bir reaksiya olmamışdır. Faktiki olaraq işəgötürən 5 aydan artıq müddədə ona əmək haqqı verməməklə, onu işdən kənarlaşdırmaqla əmək müqaviləsinin şərtlərini birtərəfli qaydada kobud surətdə pozmuş, faktiki əmək müqaviləsinə qanunsuz olaraq son qoymuşdur.

6. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, sonuncu məhkəmə iclasında cavabdeh tərəfindən məhkəməyə xx.xx.2021-ci il ta rixli 45/K saylı əmrin surəti təqdim edilmiş və bildirilmişdir ki, guya o, öz xahişi ilə işdən azad edilmişdir. Lakin o, xx.xx.2021-ci il tarixdə işdən azad edilmə ilə bağlı heç bir ərizə verməmiş, ümumilikdə belə bir əmrin verilməsindən xəbərsiz olmuşdur. İşəgötürən tərəfindən ona bildirilmişdir ki, əmək müqaviləsinin sonuna qədər olan əmək haqqı tam olaraq ödəniləcəkdir və bundan sonra onun könüllülüyü əsasında qarşılıqlı razılıqla əmək müqaviləsinə xitam veriləcəkdir. Lakin işəgötürən onun etibarından sui-istifadə edərək, xarici vətəndaş olmasını və ölkədə müvəqqəti qalmaq iqtidarında olmasını bildiyindən belə bir əmr vermiş və həmin əmrlə onu tanış etmədən əmək müqaviləsinə xitam vermişdir. Hazırda eyni vəziyyətdə olan onlarla işçi tərəfindən məhkəmədə analoji iddialar qaldırılmışdır. Göstərilənləri nəzərə alaraq cavabdeh tərəfindən qəbul edilmiş 45/k saylı xx.xx.2021-ci il tarixli əmrin ona aid hissədə ləğv edilməsi və ilkin iddia ərizəsində göstərilən tələblərin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi tamamilə əsasızdır. İddiaçının vəkilinin izahatından belə başa düşülür ki, iddiaçı öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilməsindən məlumatsızdır. Belə ki, cavabdehin ancaq ağ mühasibatlığı var. Bütün əməliyyatlar bazaya yerləşdirilir. 2020-ci ilin mart ayından pandemiya ilə əlaqədar əməkdaşların işə buraxılması dayandırılmış, iş rejimi ancaq onlayn aparılmışdır. “Aypara şəhərciyi” proyekti üçün xaricdən mütəxəssislər dəvət edilmişdir. Həmin ərəfədə işçilərin əmək ha qqının ödənilməsində gecikmələr olmuşdur. Gecikmələr olmasına baxmayaraq, işçilərin əmək haqqı ödənilmişdir. İddiaçının öz ərizəsi əsasında əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən onun bütün haqq hesabları ödənilmişdir. İddiaçı artıq şirkətin əməkdaşı deyil. İşçilərin sayının çox olması səbəbindən ödəmələr barədə sənədləri təqdim edə bilməmişdir. İddiaçı xarici vətəndaş olduğu üçün onlarda əmək kitabçası anlayışı yoxdur.

8. İş materiallarında olan, İddiaçı tərəfindən Cavabdeh MMC-nin Baş Direktoru C.Muradova ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəyə əsasən, o, cəmiyyətin rəhbərliyinə müraciət edərək, tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir.

9. İş materiallarında olan, Cavabdeh MMC tərəfindən İddiaçı xx.xx.2020xx.xx.2021-c i il dövr ərzində ödənilmiş əmək haqqı barədə çıxarışa əsasən, xx.xx.2021-ci il tarixdə 4000 manat; xx.xx.2020-ci il tarixdə 4000,38 manat; xx.xx.2020-ci il tarixdə 4000 manat; xx.xx.2020-ci il tarixdə 8500 manat; xx.xx.2020-ci il tarixdə 3999,99 manat; xx.xx.2020-ci il tarixdə 3999,99 manat; xx.xx.2020-ci il tarixdə 3982,36 manat; xx.xx.2020ci il tarixdə 1552 manat; xx.xx.2020-ci il tarixdə 10184 manat məbləğində əmək haqqı ödənişləri edilmişdir.

10. Məhkəmənin sorğusuna əsasən “AFB Bank" ASC tərəfindən təqdim edilmiş İddiaçı-ın adına açılmış AZ72AZFİ40140US**********002 nömrəli hesabdan çıxarışa əsasən, iddiaçının hesabına xx.xx.2020-ci il tarixdə iyun ayı üçün 14.102,23 Avro, xx.xx.2020-ci il tarixdə iyul ayı üçün əmək haqqı 11.663, 97 Avro, xx.xx.2020-ci il tarixdə avqust ayı üçün əmək haqqı 11.462,64 Avro, xx.xx.2020-ci il tarixdə iyul ayı üçün əmək haqqı 1345,22 Avro, xx.xx.2020-ci il tarixdə oktyabr ayı üçün əmək haqqı 7658,97 Avro, xx.xx.2020-ci il tarixdə noyabr ayı üçün əmək haqqı 11.198,53 Avro, xx.xx.2021-ci il tarixdə 2020-ci il dekabr ayı üçün əmək haqqı 16.252,49 Avro, xx.xx.2021-ci il tarixdə 2021-ci il yanvar ayı üçün əmək haqqı 13.280,07 Avro və xx.xx.2021-ci il tarixdə işçinin son haq-hesabı qismində 7702,15 Avro məbləğində pul vəsaiti köçürülmüşdür.

11. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(004)-2905/2021 nömrəli, 16 iyul 2021-ci il tarixli qətnaməsi (hakim:Toğrul Axundov) ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə qarşı irəli sürd üyü əmrin ləğvi, ödənilməmiş əmək haqqının və onun gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi iddiasının əsassız olduğu, mübahisələndirilən əmrin qanunvericiliyin tələblərinə əməl olunmaqla qəbul edildiyi təsbit olunmuşdur. İddiaçı iddia ərizəsində qəbul edilmiş əmrlə bağlı məlumatının olmamasını, cavabdeh tərəfindən ona əmək haqqının ödənilmədiyini iddia etsə də, bu barədə iddia ərizəsinə heç bir mötəbər sübut əlavə etməmiş, eyni zamanda, məhkəmə baxışı zamanı onun bu iddiaları araşdırılmış sübutlarla təkzib olunmuşdur.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndi, 13-cü maddəsinin 1-ci bəndi, 45-ci maddəsinin 1-ci, 48-ci maddəsinin 3-cü, 68-ci maddəsinin 1, 2-ci, 83-cü maddəsinin 1-ci, 154-cü maddəsinin 1-ci, 172-ci maddəsinin 1,2,4,5-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 9, 14.2, 77.1, 88, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq n ormalarını pozmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı öz ərizəsi əsasında könüllü olaraq işdən çıxmışdır. Hərçənd, iddiaçı belə bir ərizə verməsini ümumilikdə bilməmiş, ən əsası isə qanunvericiliyin tələblərinə əsasən işdən azad edilmə barədə əmrlə tanış edilməmiş, son haqq-hesab aparılmamışdır. Qanunvericiliyin tələblərinə əsasən qeyd edilən əmək haqqı hər ay ödənilməli olduğu halda işəgötürən əmək haqqını vaxtında ödəməmişdir. Məhkəmə isə gecikmə günlərini müəyyən edərək borc məbləğini müəyyən etməmişdir. Halbuki ödənişlərlə bağlı bütün bank sənədləri məhkəməyə təqdim edilmişdir. Eyni zamanda işəgötürən qanunsuz olaraq işçini işdən azad etmişdir. Belə olan halda iddia tələbləri ilə müəyyən edilmiş məbləğ cavabdehdən tutulmalı olduğu halda məhkəmə bunu etməmişdir.

16. Apellyasiya icraa tı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 31 avqust 2022-ci il tarixli 9/2732 nömrəli ekspert rəyinə əsasən, İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə ona ödənilməmiş əmək haqqı, son haqq-hesab və məzuniyyət pulu müəyyən edilmədi. Lakin aylar üzrə ödənilməli əmək haqqı tarixlərində gecikmələr olmuşdur. Gecikdirilmiş əmək haqqının 1% faiz məbləğində ödənşin hesablanıb, hesablanmamasının müəyyən edilməsi hüquqi xarakterli olduğundan məhkəmə tərəfindən nəzərə alınmalıdır. İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə ona ödənilməmiş və gecikdirilmiş əmək haqqının 1% faiz məbləğində ödənşin hesablanmalı olduğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə hazırkı ekspertiza zamanı hesablanmış 1% məbləğində ödəncin 28970 manat təşkil etdiyi müəyyən edildi.

17. Bakı Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 25 oktyabr 2022-ci il tarixli, 2(103)-464/2022 nömrəli qətnaməsi ilə (hakimlər: İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin əmək haqqının vaxtında verilməməsinə görə hər gecikdirilmiş gün üçün 1% olmaqla ödənşin verilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılaraq iddianın qismən təmin edilməsi, iddiaçıya cavabdeh tərəfindən əmək haqqının vaxtında verilməməsinə görə əmək haqqının hər gecikdirilmiş günü üçün 1% olmaqla cəmi 28970 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxla nılması qət edilmişdir.

18. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh MMC ilə bağladığı 19 may 2020-ci il tarixli əmək müqaviləsinə əsasən həmin MMC-nin Tikinti Departamentində təmir tikinti işləri üzrə paket meneceri vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi qısa müddətli layihə üçün, tərəflərin qarşılıqlı razılığı əsasında 19 may 2020-ci il tarixdən 19 noyabr 2020-ci il tarixinədək müddətli bağlanmış, aylıq əmək haqqı 34525 manat məbləğində müəyyən edilmişdir. 25 oktyabr 2020-ci il tarixində əmək müqaviləsi 6 ay müddətinə uzadılsa da, İddiaçı işdən azad olunma barədə 18 yanvar 2021-ci il tarixli ərizəsinə əsasən Cavabdeh MMC-nin baş direktorunun 29 yanvar 2021-ci il tarixli 45/K saylı əmrinə əsasən, MMC-nin 6 nəfər əməkdaşı, o cümlədən İddiaçılə bağlanmış əmək müqaviləsinə Azər baycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir.

19. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin pozulması hallarına yol verilmədiyindən, 29 yanvar 2021-ci il tarixli 45/k saylı əmrin iddiaçıya aid hissədə ləğv edilməsi barədə iddia tələbini rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

20. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 31 avqust 2022-ci il tarixli 9/2732 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə ona ödənilməmiş əmək haqqı, son haqq-hesab və məzuniyyət pulu müəyyən edilmədi. Lakin aylar üzrə ödənilməli əmək haqqı tarixlərində gecikm ələr olmuşdur. Gecikdirilmiş əmək haqqının 1% faiz məbləğində ödəncin hesablanıb, hesablanmamasının müəyyən edilməsi hüquqi xarakterli olduğundan məhkəmə tərəfindən nəzərə alınmalıdır. İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə ona ödənilməmiş və gecikdirilmiş əmək haqqının 1% faiz məbləğində ödəncin hesablanmalı olduğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə hazırkı ekspertiza zamanı hesablanmış 1% məbləğində ödəncin 28970 manat təşkil etdiyi müəyyən edildi.

21. Göründüyü kimi, ekspertiza tədqiqatı nəticəsində cavabdehin iddiaçıya ödənilməmiş əmək haqqı borcunun olması müəyyən edilmədiyindən, cavabdehdən ödənilməmiş 207150 manat əmək haqqının tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi düzgün olaraq təmin edilməmişdir.

22. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə g örə isə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

23. Maddənin “Qeyd” hissəsinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi o lduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

24. İş materiallarında olan “AFB Bank" ASC tərəfindən təqdim edilmiş İddiaçı adına açılmış AZ72AZFİ40140US**********002 nömrəli hesabdan çıxarışdan və Cavabdeh MMCnin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, cavabdeh təşkilat əmək haqqının ödənilməsində gecikmələrə yol verilməsini etiraf etmiş və gecikmələrin səbəbinin pandemiya dövrü ilə bağlı olmasını bildirmişdir. (i.v.65-66)

25. Göründüyü kimi, əmək haqqının ödənilməsinin gecikdirilməsi faktı cavabdeh təşkilat tərəfindən də etiraf olunmuş və tərəflər arasında fərdi əmək mübahisəsinə səbəb olmamışdır. 26. “AFB Bank" ASC tərəfindən təqdim edilmiş İddiaçı adına açılmış AZ72AZFİ40140US**********002 nömrəli hesabdan çıxarışdan və iş materiallarından, habelə məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iddiaçının 2020-ci ilin iyul ayı üçün əmək haqqı həmin ilin sentyabr və dekabr aylarında, oktyabr ayı üçün əmək haqqı dekabr ayında, 2020-ci ilin dekabr ayı üçün əmək haqqı 2021-ci ilin fevral ayında ödənilmiş, bundan əlavə, əmək haqları təqvim aylarının müxtəlif günlərində ödənilmişdir.

27. Cavabdeh MMC iddiaçının əmək haqqının gecikdirilməsinin pandemiya dövrü ilə bağlı olmasını bildirsə də, məhkəmə ko llegiyası qeyd edir ki, tərəflər arasında əmək münasibətlərinin mövcud olduğu dövrün pandemiya dövrünə təsadüf etməsi iddiaçıya (işçiyə) əmək haqqının ödənilməsinin gecikdirilməsinə üzrlü hal kimi hesab oluna bilməz.

28. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilmiş və pandemiyadan əziyy ət çəkən sahibkarlıq subyektlərinə kifayət qədər maliyyə dəstəyi göstərilmişdir.

29. Bundan əlavə, Cavabdeh MMC iddiaçının əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmaması, yəni müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçinin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

30. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əmək haqqının vaxtında verilməməsinə görə hər gecikdirilmiş g ün üçün 1% olmaqla ödəncin verilməsi barədə iddia tələbini təmin etməməkdə haqlı olmamışdır.

31. Odur ki, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmiş əmək haqqının vaxtında verilməməsinə görə hər gecikdirilmiş günü üçün 1% olmaqla cəmi 28970 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir

32. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə, 154, 172-ci maddəsinin 1, 2, 4, 5-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1, 384.0.2, 385.1.1, 385.1.4, 386, 390-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətini n dəlilləri

33. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək müqviləsinə xitam verildiyi dövr dünyada və ölkə ərazisində baş verən pandemiyaya təsadüf etdiyindən iddiaçıya işlədiyi bütün aylara görə əmək haqqı və işdən çıxması ilə bağlı son haqq-hesab, işəgötürənin təqsiri olmadan, COVİD-19 pandemiyası səbəbindən az müddətə olan gecikmələrlə tam olaraq ödənilmişdir. Bu səbəbdən də, birinci instansiya məhkəməsi qətnaməsində haqlı olaraq iddiaçının cavabdehə qarşı irəli sürdüyü əmrin ləğvi, ödənilməmiş əmək haqqının və onun gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi iddiasının əsassı z olduğu, mübahisələndirilən əmrin qanunvericiliyin tələblərinə əməl olunmaqla qəbul edildiyi qənaətinə gəmişdir. Apellyasiya instansiyası məhkəməsi isə əmək haqqının ödənilməməsində səbəbin “COVİD-19” pandemiyası olması faktına diqqət yetirməməklə sübutlara subyektiv və qərəzli qiymət vermişdir. Halbuki, “COVİD-19” pandemiyası dövründə əksər şirkətlərdə, o cümlədən Cavabdeh MMC-də maliyyə dövriyyəsində problemlər olmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası yekun aktda hesab edir ki, Cavabdeh MMC iddiaçının əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmaması, yəni müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin gö rülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçinin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 82.1-ci maddəsinin tələbinə əsasən əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur

35. Kassator şikayətini əsaslandırarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə də istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilsə də, kassasiya şikayətinin dəlillərindən məlum olur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində mübahisələndirilir. Ona görə də apellyasiya instans iyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi

39. Maddə

154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

40. Maddə 172 (hissə 1). Aylıq əmək haqqı işçilərə, bir qayda ola raq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

41. Maddə 172 (hissə 2). Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.

42. Maddə 172 (hissə 4). İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

43. Maddə 172 (hissə 5). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək müb ahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 44. 172-ci maddənin qeydi: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtınd a verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərarı

45. Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəli llər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yoxlanılan hissədə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

54. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilmiş hissəsi üzrə gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 31 avqust 2022-ci il tarixli 9/2732 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə on a ödənilməmiş əmək haqqı, son haqq-hesab və məzuniyyət pulu müəyyən edilmədi. Lakin aylar üzrə ödənilməli əmək haqqı tarixlərində gecikmələr olmuşdur. Gecikdirilmiş əmək haqqının 1% faiz məbləğində ödəncin hesablanıb, hesablanmamasının müəyyən edilməsi hüquqi xarakterli olduğundan məhkəmə tərəfindən nəzərə alınmalıdır. İddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə ona ödənilməmiş və gecikdirilmiş əmək haqqının 1% faiz məbləğində ödəncin hesablanmalı olduğu məhkəmə tərəfindən əsaslı hesab olunduğu təqdirdə hazırkı ekspertiza zamanı hesablanmış 1% məbləğində ödəncin 28970 manat təşkil etdiyi müəyyən edildi.

55. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə görə isə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdir ilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

56. Maddənin “Qeyd” hissəsinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

57. İş materiallarında olan “AFB Bank" ASC tərəfindən təqdim edilmiş İddiaçı adına açılmış AZ72AZFİ40140US**********002 nömrəli hesabdan çıxarışdan və Cavabdeh MMCnin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, cavabdeh təşkilat əmək haqqının ödənilməsində gecikmələrə yol verilməsini etiraf etmiş və gecikmələrin səbəbinin pandemiya dövrü ilə bağlı olmasını bildirmişdir.

58. Göründüyü kimi, əmək haqqının ödənilməsinin gecikdirilməsi faktı cavabdeh təşkilat tərəfindən də etiraf olunmuş və tərəflər arasında fərdi əm ək mübahisəsinə səbəb olmamışdır. 59. “AFB Bank" ASC tərəfindən təqdim edilmiş İddiaçı adına açılmış AZ72AZFİ40140US**********002 nömrəli hesabdan çıxarışdan və iş materiallarından, habelə məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iddiaçının 2020-ci ilin iyul ayı üçün əmək haqqı həmin ilin sentyabr və dekabr aylarında, oktyabr ayı üçün əmək haqqı dekabr ayında, 2020-ci ilin dekabr ayı üçün əmək haqqı 2021-ci ilin fevral ayında ödənilmiş, bundan əlavə, əmək haqları təqvim aylarının müxtəlif günlərində ödənilmişdir.

60. Cavabdeh MMC iddiaçının əmək haqqının gecikdirilməsinin pandemiya dövrü ilə bağlı olmasını bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında əmək münasibətlərinin mövcud olduğu dövrün pandemiya dövrünə təsadüf etməsi iddiaçıya (işçiyə) əmək haqq ının ödənilməsinin gecikdirilməsinə üzrlü hal kimi hesab oluna bilməz.

61. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilmiş və pandemiyadan əziyyət çəkən sahibkarlıq subyektlərinə kifayət qədər maliyyə dəstəyi göstərilmişdir.

62. Bundan əlavə, Cavabdeh MMC iddiaçının əmək haqqını vaxtında ver məyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmaması, yəni müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçinin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

63. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillər inə eləcə də kassasiya şikayətində göstərilən hallara hüquqi qiymət verildiyindən mübahisələndirilən hissədə iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən iddianın təmin edilmiş hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.

65. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2022-ci il tarixli 2(103)-464/ 2022 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar