Məhkəmə qərarları › İş №2(102)-1524/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1524/2019

11.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1524/2019 11.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1524/2019 Bakı şəhəri 11 mart 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2018-ci il tarixli, 2(103)8546/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (ha kim S.Mehrəliyev) 21.05.2018-ci il tarixli, 2(004)-4208/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh QSC-nə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Nəbiyev, R.Qurbanov, A.İmanov) 30.07.2018-ci il tarixli, 2(103)-8546/2018 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, cavabdeh X1 apelyasiya şikayətinin qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21.05.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaç ı Cavabdeh QSC-nə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 16.04.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, kredit xətti üzrə atası X5 ilə Cavabdeh QSC arasında bağlanmış 10.11.2010-cu il tarixli 20M000000112 saylı ipoteka müqaviləsinin etibarsız olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçının anası və ailə üzvləri ipotekada olan yaşayış evində qeydiyyatdadırlar və orada yaşayırlar. Lakin ipoteka müqaviləsini təsdiqləyərkən notarius onların razılıq ərizələrini almamışdır. Bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000- ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsində işə baxılarkən noratiar işinin tələb edilməsi barədə məhkəməyə şifahi vəsatət verilmiş, lakin məhkəmə iclaslarının protokollarında vəsatət verilmədiyi göstərilmiş, buna dair şikayət şifahi olaraq apelyasiya instansiyası məhkəməsində də verilmiş, bu xüsusata heç bir qiymət verilməmişdir. Bundan əlavə apelyasiya şikayətində də qeyd edilmişdir ki, ipotekaya qoyulmuş ev iddiaçının və anasının vəsaiti hesabına birgə nikah dövründə əldə edilmiş kimi sökülərək yenidən inşa edilmiş, birmərtəbəli evin yerində ikimərtəbəli ev inşa edilmişdir. Apellyasiya şikayətinin bu dəlilinə də heç bir q iymət verilməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, birinci instansiya məhkəməsinin iş üzrə nəticələrini formal olaraq təkrar etmiş, şikayətdə qeyd olunan prosessual hüquq normalarının pozulması ilə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2018-ci il tarixli, 2(103)-8546/2018 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh QSC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məl umat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və iş materiallarında olan ipoteka saxlayan Cavabdeh QSC-nin “Cəlilabad” filialı ilə ipoteka qoyan X5 arasında bağlanmış 10.11.2010-cu il tarixl i, ************* saylı ipoteka müqaviləsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış 29.06.2010-cu il tarixli, *************** saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün ipoteka qoyan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Salyan Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən Biləsuvar şəhəri, ********************* ünvanında xüsusi mülkiyyətində olan 219.8 kv.m ümumi, 82.7 kv.metr yaşayış, 137.1 kv.yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 04.08.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5 27.01.2003-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi ün van 1 ünvanında yerləçən yaşayış evini miras almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 24.11.2017-ci il tarixli məktubundan görünür ki, Respublikada ünvan Reyestrinin aparılması ilə əlaqədar siyahıya alınma zamanı fərdi yaşayış evlərinin nömrəsi müvafiq dövlət orqanlarının iştirakı ilə tərtib edilmiş sxematik plana uyğun dəyişdirilmiş, X3 məxsus 23 nömrə dəyişilərək 20 nömrə kimi qeyd olunmuşdur. İş materiallarında olan Biləsuvar RPŞ-nin 30.10.2017-ci il tarixli arayışının surətindən görünür ki, ********* şəhəri, ************ ünvanında 24.02.2005-ci il tarixdən pasport qeydiyyatındadır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin araşdırılmış və müəyyən olunmuş halları ondan ibarətdir ki, ipoteka saxlayan Cavabdeh QSC-nin “Cəlilabad” filialı ilə ipoteka qoyan X5 arasında bağlanmış 10.11.2010-cu il tarixli, ************* saylı ipoteka müqaviləsinə əsasən, tərəflər arasında bağlanmış 29.06.2010-cu il tarixli, 20L000000160 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün ipoteka qoyan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Salyan Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən Biləsuvar şəhəri, ******************* ünvanında xüsusi mülkiyyətində olan 219.8 kv.m ümumi, 82.7 kv.metr yaşayış, 137.1 kv.yardımçı sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü etmişdir. 04.08.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X5 27.01.2003-cü il tarixdə vəfat etm iş X2 vərəsəsi kimi ünvan 1 ünvanında yerləçən yaşayış evini miras almışdır. İddiaçı həmin ünvanda 24.02.2005-ci il tarixdən pasport qeydiyyatındadır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinə əsasən yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdiril məsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” 03.11.2015-ci il tarixli qərarı ilə müəyyən etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipote ka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.” Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə kollegiyası qeyd etmişdir ki, girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olmadığından, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab etmiş, həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış v ətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, lazımi qaydada əsaslandırmaqla iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, iddiaçı tərəfin kassasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmış, bununla bağlı hər hansı sübut təqdim edilməmiş, apelyasiya şikayətinin dəliləri ilə eynilik təşkil edən dəlillərə isə apelyasiya instansiyası məhkəməsi hüquqi və qanuni qiymət vermişdir. Beləliklə, göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417. 1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2018-cı il tarixli, 2(103)-8546/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar