Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1529/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: iddiadan imtina, iş üzrə icraata xitam 12.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-463/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı
1. Cavabdeh MTK-nın sədri X1 ilə payçı İddiaçı arasında bağlanmış 18.05.2016-cı il tarixli, 178 saylı "xxxx" müqaviləyə əsasən MTK, tərəfindən ünvan 1 ünvanında tikilən yaşayış evinin 1-ci giriş, 12-ci mərtəbəsində 55 nömrəli mənzili, ümumi sahəsi 147.4 kv.m olmaqla payçıya (iddiaçıya) verməyi öz öhdəsinə götürmüş, payçı isə mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürmüşdür. Mənzilin yaşayış və qeyri-yaşayış sahəsinin hər kv.m 983.60 manat miqdarında (ABŞ dollarının məzənnəsi ilə 655.73 ABŞ dolları miqdarında) qiymətləndirilməklə mənzilin ümumi dəyəri 144983 manat (96654.6 ABŞ dolları) razılaşdırılmışdır. Mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və ona MTK tərəfindən borcunun olmaması barədə 17.11.2016 -cı il tarixli, 44 nömrəli maliyyə arayışı verilmişdir.
2. Mübahisəli mənzil İddiaçı adına 28.06.2019-cu ildə qeydiyyata alınmış və çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsinin 133.8 kv.m olduğu qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən "xxxx" 18.05.2016-cı il tarixli müqavilə üzrə artıq ödənilmiş 8917,93 ABŞ dollarının bugünki məzənnəsinə uyğun olaraq 15160,50 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış "xxxx" 18.05.2016-cı il tarixli müqavilənin 1-ci bəndinə görə kooperativ, tə rəfindən ünvan 2 ünvanında tikilən yaşayış evinin 1-ci giriş, 12-ci mərtəbəsində 55 nömrəli mənzilin, ümumi sahəsi 147.4 kv.m olmaqla payçıya (iddiaçıya) verməyi öz öhdəsinə götürmüş, payçı isə mənzilin pay haqqını müəyyənləşdirilən mərhələlər üzrə ödəməyi və son nəticədə mənzili qəbul etməyi öz üzərinə götürmüşdür. Müqaviləyə görə mənzilin yaşayış və qeyri-yaşayış sahəsinin hər kv.m 983.60 manat miqdarında (ABŞ dollarının məzənnəsi ilə 655.73 ABŞ dolları miqdarında) qiymətləndirilməklə mənzilin ümumi dəyəri 144983 manat (96654.6 ABŞ dolları) təşkil edir. Sözügedən müqavilənin 5- ci bəndində açıq şəkildə qeyd olunmuşdur ki, manatın məzənnəsində dəyişiklik olarsa, müqavilə qiyməti üçün ABŞ dolları ilə olan qiymət əsas götürüləcəkdir. İddiaçı müqavilə üzrə öhdəliklərini vaxtında və tam şək ildə icra etmiş, mənzilin dəyərini cavabdeh MTK-ya ödəmişdir. MTK tərəfindən verilmiş 17.11.2016-cı il tarixli, 44 nömrəli maliyyə arayışına görə o, mənzilin pay dəyərini tam ödəmişdir və MTK-ya borcu yoxdur. Pay dəyərini tam şəkildə ödədiyi mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair çıxarış əldə edilməsi üçün aidiyyəti üzrə AR ƏMDK yanında DƏDRX-nə müraciət etmişdir. Buna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Lakin çıxarışda mənzilin ümumi sahəsinin 133.8 kv.m olduğu qeyd edilmişdir. Yəni cavabdeh MTK ona müqavilədə qeyd edildiyindən 13.6 kv.m az sahə vermiş və öz öhdəliklərini tam şəkildə icra etməmişdir. Bu fakt isə mənzil üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı 28.06.2019-cu il tarixdə ortaya çıxmışdır. Hazırda cavabdeh MTK-dan ona müqavilə üzrə verilməyən, əvəzində pul ödənilən 13.6 kv.m sahəyə görə artıq ödənilən məbləğ (13.6 kv.m x 655.73 ABŞ dolları = 8917,93 ABŞ dolları) 8917,93 ABŞ dollarıdır, bu da bugünki məzənnə ilə (1.70 nəzərə alınaraq) 15160,50 manat edir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (maddə S.Mehrəliyev) 13.11.2019-cu il tarixli, 2(011)-8020/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməsi, Cavabdeh MTKdan "”kooperativ binada mənzil tikintisi haqda” 18.05.2016-cı il tarixli müqavilə üzrə artıq ödənilmiş 8.917,93 (səkkiz min doqquz yüz on yeddi dollar doxsan üç sent) ABŞ dollarının bugünki məzənnəsinə (1 USD = 1.70 AZN) uyğun olaraq 15160,50 manat pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 18.05.2016-cı il tarixli, 178 saylı "xxxx" müqavilənin şərtlərinə əsasən cavabdehin ünvan 3 ünvanında tikilən yaşayış evinin 1-ci giriş, 12-ci mərtəbəsində ümumi sahəsi 147.4 kv.m olmaqla 55 nömrəli mənzili iddiaçıya verməyi öz öhdəsinə götürməsi, iddiaçı tərəfindən mənzilin dəyərinin tam ödənilməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi, nəticədə, iddiaçıya müqavilədə nəzərdə tutulduğundan 13.6 kv.m az sahəyə malik mənzilin verilməsi, bununla da, iddiaçıya 8917,93 ABŞ dollarına ekvivalent olaraq 15160,50 manat (8917,93 USD x 1.70 AZN = 15160,50 AZN) ziyan dəyməsi müəyyən edil mişdir.
7. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 390.1, 425.1, 442-ci, Mülki Prossesual Məcəlləsinin 2.1, 4.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.06.2021-ci il tarixli ekspert rəyinə əsasən, ünvan 3 ünvanında inşa edilmiş binanın 1-ci giriş, 12-ci mərtəbədə yerləşən, 4 otaqlı, 55 saylı mənzilin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59-cu maddələrinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş, “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın tələblərinəzərə alınmaqla sahəsi 136,9 kv.m təşkil etdiyi müəyyən edilmişdir
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-463/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.11.2021-ci il tarixli, 2(011)134/2021 nömrəli qətnaməsi dəyişdirilmiş, Cavabdeh MTK-dan 10.327,80 manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətinə verilən mənzilin ümumi sahəsi ekspert rəyinə əsasən, 136.9 kv.m təşkil etdiyi halda iddiaç ıdan sahəsi 147.4 kv.m olan mənzilin dəyəri alınmışdır. Belə olan halda cavabdehdən iddiaçının xeyrinə tutulmalı pul 10.327,80 manat müəyyən edilməlidir. (147.4- 136.9=10.5×983.6 manat (kv.m dəyəri)). Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
15. İddiaçı kassasiya instansiyasına yazılı ərizə göndərərək Cavabdeh MTK ilə aralarında olan mübahisə tam həll olunduğundan iddiadan imtina etdiyini və qeyd edilən əsasa görə mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizəyə iddiadan imtina barədə İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəsi əlavə edilmişdir. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
26. Azərbaycan Respublikası MPM-nin 52.1-cı maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
27. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası İddiaçı iddiadan imtinaya dair ərizəsini araşdıraraq belə hesab edir ki, İddiaçı imtinası başqa şəxslərin hüquqularını və qanunla qorunan mənafelərini pozmadığından onun imtinası qəbul edilməli mülki işin icraatına xitam verilməlidir.
29. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 52, 191-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiadan imtinaya dair ərizəsi qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-463/2021 nömrəli iş üzrə 24 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki işin icraatına xitam verilsin Qərardad qəbul edildiyi andan qüvvəyə minir.