Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1531/2019 01.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 01 mart 2019-cu il İş № 2(102)-1531/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xankişiyev Şafiq Fəyyaz oğlunun katibliyi, İddiaçı və onun vəkili Əmiraslanov Rauf Nazim oğlunun iştirakları ilə, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” Açıq Səhmdar Cəmiyyəti Bakı Apelly asiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçıcavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı siğorta ödənişinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-3670/2018) İddiaçı iddia tələbi təmin edilmiş, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 12.023 (on iki min iyirmi üç) manat məbləğində maddi zərərin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12.053 (on iki min əlli üç) manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Baxışova (məruzəçi), V.Həsənov, N.Cəfərov, iş № 2(103)11232/2018) “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilərək, İddiaçı 01 iyul 2013-cü il tarixli, MB********** saylı siğorta müqaviləsinə əsasən 15 fevral 2018-ci il tarixdə baş vermiş siğorta hadisəsinə görə “KİO RİO” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan müəyyənləşdirilməklə müvafiq siğorta ödənişinin ödənilməsi cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyri nə 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: “xxxx” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili Əmiraslanov Rauf Nazim oğlu göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etm iş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci iltarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Prosesin digər iştirakçıları məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi ak tlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında 01 iyul 2013-cü il tarixdə sığorta müqaviləsi bağlanmış və həmin şəhadətnamə əsasında “Kia Rio” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil 5 (beş) il müddətinə (02.07.2018-ci il tarixədək) kasko növü üzrə sığortalanmış, sığorta məbləği 15.000 manat məbləğində müəyyən edilmişdir.Həmin şəhadətnamədə sığorta olunan kimi, avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs qeyd edilmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş AD 072920 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə görə, “KİA RİO” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil 22.12.2017-ci il tarixdən İddiaçı mülkiyyətindədir. 15. 02.2018-ci il tarixdə sığorta hadisəsi baş verənədək sığorta müqaviləsi üzrə tərəflərdən heç biri sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün digər tərəfi xəbərdar etməmiş, cavabdeh yalnız 28.03.2018-ci il tarixdə bu barədə X3 bildiriş göndərmişdir. Bu hal təsdiq edir ki, 15.02.2018-ci il tarixdə yol nəqliyyat hadisəsi baş verərkən 01.07.2013-cü il tarixli, MB********** saylı sığorta müqaviləsi qüvvədə olmuşdur. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 889.1-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta e tdirmək hüququnun əsaslandığı mənafedir. 889.2-ci maddəyə əsasən sığorta marağının mövcudluğu qanunla və ya mülkihüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. 884.6–1-ci maddəyə əsasən əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır. 889.6-ci maddəsinə əsasən sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı itərsə sığorta müqaviləsinə xitam verilməlidir. Sığorta müqaviləsinə xitam verilməsi qaydası, əsasları və nəticələri Mülki Məcəllənin 919-921-ci maddələrində nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 920.1-ci maddəsindən görünür ki, bu M əcəllənin 919-cu maddəsində göstərilən hallarda (sığorta marağının mövcud olmaması da daxil olmaqla) sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda bu Məcəllənin 920.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir. Mülki Məcəllədə sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxslə sığorta predmeti arasında mülki-hüquqi müqaviləyə əsaslanan əlaqənin olması sığorta marağının mövcud olması kimi şərtləndirildiyindən, sığortalanmış əmlakın özgəninkiləşdirilməsi Mülki Məcəllənin 919-cu maddəsində sığorta müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən edilmədiyindən, o cümlədən sığorta müqaviləsinin şərtlərinə əsasən sığorta hadisəsi baş verərkən nəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən istənilən şəxsin sığortalı hesab edildiyi müəyyən edildiyindən İddiaçı “KİA RİO" markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsasla idarə edən və zərər dəymiş əmlakla bağlı sığorta marağı olan şəxs kimi sığortalanmış əmlaka vurulmuş ziyanla bağlı cavabdehdən sığorta ödənişi tələb etməyə haqlıdır. “xxxx” Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsinin əsası kimi aşağıdakılara istinad etmişdir: “...hadisə ilə bağlı sənədlər araşdırılarkən şirkətimizə təqdim edilmiş AD№ 072920 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən “Kia Rio” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilin 22.12.2017-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına rəsmiləşdirilməsi məlum olmuşdur. B ildirmək istəyirik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 889.1-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsi baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Həmin Məcəllənin 889.2-ci maddəsinə əsasən sığorta marağının mövcudluğu qanunvericiliklə və ya qanunvericiliyə uyğun olaraq bağlanmış mülki-hüquqi müqavilə ilə tanınır. Sığortalı ilə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. Həmin Məcəllənin 889.6-cı maddəsinə əsasən siğorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı itərsə, sığorta müqaviləsinə xitam verilməlidir. Həmin Məcəllənin 919.1.8-ci maddəsinə əsasən sığorta marağı artı q mövcud olmadıqda sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilir. Beləliklə qeyd edilən avtomobil 22.12.2017-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçdiyindən sığortalı ilə sığorta predmeti arasında, yəni M.A.Hüseynli ilə “Kia Rio” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil arasında tanınan əlaqə - sığorta marağı mövcud olmadığına görə 01.07.2013-cü il tarixli, MB********** saylı sığorta müqaviləsi 15.02.2018-ci il tarixdən vaxtından əvvəl xitam edilmiş hesab olunur. 01.07.2013-cü il tarixli, MB********** saylı sığorta müqaviləsi xitam olunduğundan əvvəl baş vermiş sığorta hadisəsinə görə sığortalıya ümumi sığorta haqqı məbləğindən çox sığorta ödənişi verildiyi üçün sığortalıya heç bir sığorta haqqı məbləği qaytarılmamışdır. Həmçinin qeyd etmək istəyirik ki, bundan sonra “Kia Rio” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində heç bir yeni sığorta müqaviləsi bağlanmamışdır. Cəmiyyətimizdə “Kia Rio” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində qüvvədə olan hər hansı sığorta müqaviləsi mövcud olmadığından “Kia Rio” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin tərəfimizdən ödənilməsi mümkün olmamışdır.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini, mülki işin materiallarını araşdırıb hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilib, iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Belə ki, apelyasiya şikayətində birinci instansiyası məhkəməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, “xxxx” Açı q Səhmdar Cəmiyyəti ilə siğorta müqaviləsi X5 arasında bağlanmışdır. Siğorta hadisəsi baş verən vaxt avtomaşın İddiaçı mülkiyyətində olmuş, siğorta hadisəsi baş verən vaxt “Kia Rio” markalı, **-ET-*** dövlət nömrə nişanlı avtomaşını İddiaçı idarə etmişdir. Siğorta şəhadətnaməsində siğortalı X5, siğortadan faydalanan şəxslər “Bank VTB və siğortalı” qeyd olunmuşdur. Məhkəməyə iddia tələbi ilə İddiaçı müraciət etmiş və iddia tələbi təmin olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona siğorta ödənişi ödənilməsini işin hazırki vəziyyətində aşağıdakı əsaslarla tələb edə bilərdi:
1. İddiaçının siğorta ödənişi ödənilməsi barədə tələbi birbaşa qanuna əsaslanmış olsun. Yəni qanun siğorta olunmuş avtomaşının mülkiyyətçisinə siğorta ödənişi ödənilməsini birbaşa nəzərdə tutmuş olsun. Apell yasiya instansiyası məhkəməsi qətnaməsində belə bir maddi hüquq normasına istinad etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi maddi hüquq normalarından heç biri siğorta olunmuş avtomaşının mülkiyyətçisinə müvafiq siğorta ödənişi ödənilməsini nəzərdə tutmur.
2. İddiaçı siğorta şəhadətnaməsinə əsasən faydalanan şəxs kimi nəzərdə tutulmuş olsun. Siğorta şəhadətnaməsində faydalanan şəxs kimi “XXX və siğortalı” nəzərdə tutulmuşdur. Həmin şəhadətnaməyə əsasən siğortalı X4r. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, “siğorta müqaviləsinin şərtlərinə əsasən siğorta hadisəsi baş verərkən nəqliyyat vasitəsini qanuni əsaslarla idarə edən istənilən şəxsin siğortalı hesab edildiyi müəyyən edildiyindən İddiaçı “Kia Rio” markalı, **-ET-*** dövlət qeydiyyat niş anlı avtomobili qanuni əsasla idarə edən və zərər dəymiş əmlakla bağlı siğorta marağı olan şəxs kimi siğortalanmış əmlaka vurulmuş ziyanla bağlı cavabdehdən siğorta ödənişi tələb etməyə haqlıdır.” Apellyasiya instansiyası məhkəməsi İddiaçı siğorta müqaviləsinin şərtlərinə görə “siğortalı” olmasını qeyd etsə də, məhkəmənin gəldiyi bu nəticə siğorta şəhadətnaməsi ilə təsdiqlənmir. Siğorta şəhadətnaməsinə əsasən “siğortalı X4r.” Şəhadətnamədə “avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən şəxs” “siğorta olunan” hesab olunur. Siğorta qanunvericiliyinə görə “siğortalı” və “siğorta olunan” anlayışları fərqli olmaqla, fərqli hüquqi nəticələrə gətirib çıxarır. Siğorta şəhadətnaməsində “siğortalı” faydalanan şəxs kimi qeyd olunduğu halda, “siğorta olunan” faydalanan şəxs hesab olunm ur. Faydalanan şəxs isə siğorta müqaviləsinə uyğun olaraq siğorta ödənişi verilməli olan şəxsdir. İddiaçı siğorta hadisəsi baş verdiyi vaxt avtomaşını idarə etdiyinə görə o, “siğorta olunan” hesab edilə bilər, lakin “siğortalı” hesab edilə bilməz. Müqaviləyə əsasən “siğorta olunan” faydalanan şəxs hesab edilmədiyinə görə onun siğorta ödənişini siğorta müqaviləsinə əsasən tələb etmək hüququ mövcud deyildir.
3. Siğortalı, o cümlədən faydalanan şəxslər (XXX və X5) siğorta müqaviləsinə əsasən tələb hüququnu mülki qanunvericiliyə əsasən İddiaçı vermiş olsaydı, o, siğorta şəhadətnaməsinə əsasən siğorta ödənişi tələb etmək hüququna malik olmuş olardı. Lakin siğorta ödənişini tələb etmək hüququnun İddiaçı güzəşt edilməsi barədə mülki işdə hər hansı sübut mövcud deyildir.
4. Apellyasiya instansiyas ı məhkəməsi İddiaçı siğorta ödənişi tələb etmək hüququnu “siğorta hadisəsi nəticəsində zərərçəkmiş şəxslə siğorta predmeti arasında mülki hüquqi müqaviləyə əsaslanan əlaqənin olmasının siğorta marağının mövcud olması kimi şərtləndirilməsi” ilə də əlaqələndirmişdir. Məhkəmə kollegiyası bu fikirlə də razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 889.1-ci maddəsinə əsasən, sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Məhkəmə kollegiyası hesab edir ki, siğorta müqaviləsi İddiaçı ilə bağlanmadığına görə onun siğorta obyektini siğorta etdirmək hüququnun əsaslandığı mənafe də mövcud deyildir. Mülki Məcəllənin 889.2-ci maddəsi müəy yən edir ki, sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin olunması ilə razılaşdıqda həmçinin ona istinad etmişdir ki, “siğortalanmış əmlakın özgəninkiləşdirilməsi Mülki Məcəllənin 919-cu maddəsində siğorta müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən edilmədiyindən” İddiaçı siğorta ödənişi tələb etmək hüququ olmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu dəlili ilə də razılaşmır. Mülki Məcəllənin 919-cu maddəsində siğorta müqaviləsinə xitam verilməsinin nəzərdə tutulmaması İddiaçı üçün siğorta ödənişini tələb etmək hüququnu müəyyən edə bilməz. Müqavilə İddiaçı ilə bağlanmadığına görə onun siğorta ödənişi tələb etmək hüququ Mülki Məcəllənin 889.2-ci maddəsinə əsasən ya qanunla, ya da mülki hüquqi müqavilə ilə (məsələn tələbin güzəşti barədə) tanınmalıdır. Apellyasiya instansiyası məhkəməsi isə nə belə bir qanun normasına, nə də müqaviləyə istinad etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1.-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır. Mülki Pro sessual Məcəllənin 418.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə Kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmamış, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018 -ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Vəfaddin İbayev