Məhkəmə qərarları › İş №2(102)-1531/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1531/2022

04.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1531/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: işdə iştirak etməli şəxsin iştirakı olmadan işə baxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 2(103)8119/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazıl ı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən “İstilik” kafesi X1 mülkiyyətində olmuşdur. İddiaçı adından nümayəndəsi X7 və Cavabdeh MMC arasında bağlanmış 30 dekabr 2009-cu il tarixli razılaşma müqaviləsinə əsasən tərəflər birgə kommersiya maraqlarını rəhbər tutaraq pul vəsaitlərini, digər maddi resurslarını, peşəkar təcrübələrini, işgüzar nüfuzlarını və işgüzar əlaqələrini birləşdirmək yolu ilə ünvan 2 ünvanında 1 girişli, 12 mərtəbəli yaşayış binasını inşa etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılaşmasına əsasən obyektin dəmir beton kontruksiyasının xarici və daxili arakəsmələrinin hörülməsi müqavilə imzalandığı gündən 26 ay müddətinə başa çatmalıdır. Müqavilənin 6-cı bəndində tikilə cək binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.m, 18 kv.m qaraj, yaşayış mərtəbəsinin 613 kv.m sahəsi birinci tərəfə - X2 məxsus olması razılaşdırılmışdır. İddiaçı adından etibarnamə əsasında nümayəndəsi X3 notariat qaydada verdiyi 31 mart 2011-ci il tarixli ərizəsinə əsasən İddiaçı ünvan 3 ünvanında yerləşən torpaq sahəsində Cavabdeh MMC-nin tikinti işləri aparmasına etiraz etməmiş, bu barədə gələcəkdə iddia qaldırmayacağını bəyan etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 30 oktyabr 2009-cu il tarixdə Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış (reyestr nömrəsi 3M/640) ünvan 2 ünvanında yerləşən və iddiaçının mülkiyyəti ndə olan əmlak kompleksi kimi müəssisə “İstilik” kafesinin pay qoyuluşu olaraq nəzərdə tutulduğu Razılaşma Müqaviləsinin 6-cı bəndində nəzərdə tutulan öhdəliklərin cavabdeh tərəfindən icra edilməmiş hissəsi olaraq həmin ünvanda tikilmiş çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsinin və 18 kv.m qarajın cavabdehdən alınaraq ona verilməsi və vurulmuş maddi zərərə görə cavabdehdən 120000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh 30 oktyabr 2009-cu il tarixli müqavilə öhdəliklərini yaşayış sahəsi ilə bağlı hissəsində əməl etsə də, binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 293 kv.m hissəsi və 18 kv.m qarajla bağlı öhdəl iklər bu günə qədər yerinə yetirilməmişdir. Cavabdeh MMC birinci instansiya məhkəməsində ərizə verərək, iddia tələbi üzrə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(004)1843/2021 nömrəli qətnaməsi ilə (hakim G.T.Axundova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh tərəf öz öhdəliyini lazımınca icra etdiyini sübut edə bilmir. Lakin müqavilənin icrası müddətinin 26 ay müəyyən edilməsini, habelə mübahisəli ərazidə cavabdehin tikinti işləri aparmasına etiraz etmədiyi və gələcəkdə buna dair iddia qaldırmayacağına dair iddiaçının adından onun nümayəndəsi X7 tərəfindən yazılmış 31 mart 2011-ci il tarixli ərizə ni nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddia müddəti ötürülmüşdür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 373.2, 375.2, 377.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(004)-1843/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 2(103)-811 9/2021 nömrəli qərardadı ilə (hakim T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.S.Şirinovdan və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(004)-1843/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı ilə “Bəşir İnşaat" MMC ilə arasında 30 oktyabr 2009-cu il tarixdə Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış (reyestr nömrəsi 3M/640) ünvan 2 ünvanında yerləşən və mülkiyyətində olan əmlak kompleksi kimi müəssisə “İstilik” kafesinin pay qoyuluşu olaraq nəzərdə tutulduğu Razılaşma Müqaviləsi üzrə həmin ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşən 293 kv.m ölçüdə qeyri-yaş ayış sahəsinin və 18 kv.m ölçüdə qarajın İddiaçı təhvil verilməsinin Cavabdehnə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mülki mübahisə üzrə iddia müddətini tətbiq etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarına istinad edərək göstrəmişdir ki, cavabdehin müqavilə üzrə öz öhdəliklərini icra etməməsi nəticəsində İddiaçı mülkiyyətindən qanunsuz mərhum olmaqla məhz onun mülkiyyət hüquqları pozulmuş, onun mülkiyyəti bərpa olunmamış və belə olan halda mübahisə mülkiyyət hüququ ilə bağlı olduğundan idd ia müddəti tətbiq edilə bilməz və onun tələb hüququ hər hansı müddətlə məhdudlaşdırıla bilməz. Bundan başqa, işin hallarından göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Cavabdeh iddiaçının əmlaklarının əvəzində iddiaçıya pul vəsaitini verdiyini bildirsə də, bununla bağlı sübutlar təqdim edə bilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçıya pulun verilməsini təsdiq edən sübutların məhkəmə kollegiyasına təqdim edilməsi cavabdehə təklif olunsa da və buna görə məhkəmə iclası təxirə salınsa da, cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməsi sübut olunmur. Müqavilə üzrə 293 kv.m ölçüdə qeyri-yaşayış sahəsi və 18 kv.m ölçüdə qaraj İddiaçı təhvil verilməli, həm in hissədə iddia təmin olunmalıdır. Lakin bununla da onun mülkiyyət və əmlak hüquqları bərpa olunmaqla maddi ziyanın tutulması barədə iddia sübut olunmadığından və təmin edilməsi üçün əsaslar olmadığından, iddia həmin hissədə təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdeh MMC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 2(103)-8119/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki halların düzgün müəyyən etməmişdir. Belə ki, apellyasiya mə hkəməsi Azərbaycan Respublikası MM-in 373.2-ci maddəsinin tələblərini pozmuş, MM-in 384.0.4-cü maddəsini düzgün tətbiq etməmiş, uzun müddətdir ki, fəaliyyəti dayandırılmış cavabdeh MMC-nin bütün sübutları saxlamaq imkanının olmamasını nəzərə almamış, mübahisəli qeyri-yaşayış sahəsinin digər şəxslərin mülkiyyətində olmasına münasibət bildirməmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iddiaçı kassasiya şikayəti verməmişdir. Bu səbəbdən hazırki kassasiya baxışının predmetini cavabdehin kassasiya şikayətinə əsasən apellyasi ya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60- cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzi nin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 418.4.5-ci maddəsinə əsasən işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. “ Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, iş materiallarından müəyyən olu nur ki, cavabdehin hazırki iddiaya və iddiaçının verdiyi aprellyasiya şikayətinin dəlillərinə etirazın dəlillərinə iddiaçının iddia müddətinin ötürülməsi ilə yanaşı, mübahisələndirilən qeyri-yaşayış sahəsinin başqa şəxsin mülkiyyətində olması olmuşdur. Apellyasiya məhkəməsi iddia müddətinin tətbiqinə yuxarıda şərh edilən qaydada hüquqi qiymət vermişdir. Lakin məhkəmə tərəfindən cavabdehin irəli sürdüyü digər dəlili ilə bağlı hər hansı qiymətləndirmə aparılmamışdır. Halbuki, birinci instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu verilmiş və alınan sənədlərlə müəyyən olunmuşdur ki, X6 Cavabdeh MMC ilə bağlanmış 25 fevral 2018-ci il tarixli 1 nömrəli müqavilə ilə onun adına olan Ya samal rayonu, Şərifzadə küçəsi, 215 ünvanında yerləşən ümumi sahəsi 945 kv.m. qeyri-yaşayış sahəsini 30 aprel 2020-ci il tarixdə "xxxx" MMC-nin icarəsinə vermişdir. X5 Cavabdeh MMC ilə bağlanmış 28 iyul 2020-ci il tarixli Y/2 nömrəli müqavilə ilə onun adına olan Yasamal rayonu, Şərifzadə küçəsi, 215 ünvanında yerləşən ümumi sahəsi 960 kv.m. qeyri-yaşayış sahəsini 18 noyabr 2020-ci il tarixdə "xxxx" MMC-nin icarəsinə vermişdir. Lakin apellyasiya məhkəməsi iddiaçının tələb etdiyi qeyri-yaşayış sahələrinin hazırda başqa şəxslərin hüquqlarından azad vəziyyətdə mövcud olub-olmamasını, o cümlədən tələb olunan 293 kv.m. qeyri-yaşayış sahənin X4 və (və ya) X11 müqavilə ilə verilmiş sahə(lər) ilə üst-üstə düşməsini araşdırmamış, düşdüyü halda sahənin hazırki sahibini (sahiblərini) işə cəlb edib, on un iştirakı ilə tərəflərin hansının üstün hüquqlara malik olmasına hüquqi qiymət verməmişdir. Halbuki, qeyd olunan məsələlərin həllindən hazırki iddianın təmin edildiyi halda qətnamənin icrasının mümkünlüyü asılıdır. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konsti tusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 2(103)-8119/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar