Məhkəmə qərarları › İş №2(102)-1531/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1531/2023

11.04.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1531/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı3, İddiaçı1 və X5 cavabdehlər X14, Cavabdeh2, X16, X17, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh6 (maraqlı şəxslər ƏMDX yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi və Tovuz Regional “ASAN Xidmət Mərkəzi” Notariat Ofisi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğvi tələbi üzrə subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı3, İddiaçı1 və X5 cavabdehlər X14, Cavabdeh2, X16, X17, "xxxx" MMC, Cavabd eh6 (maraqlı şəxslər ƏMDX yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi və Tovuz Regional “ASAN Xidmət Mərkəzi” Notariat Ofisi) qarşı alğı-satqı müqaviləsinin, bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2345/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 11 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tovuz Rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli 30 saylı qərarı ilə Tovuz rayonu Dönük Qırıqlı kənd sakinləri X19, X15, Cavabdeh3, İddiaçı1, İddiaçı2 və İddiaçı3 1,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sah əsi verilmiş, bu barədə JN-357 KOD 503**118 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib olunmuşdur.

2. Həmin mülkiyyətçilərdən biri - X21 vəfat etmişdir. Pəri Quliyevanın vərəsəsi – qızı Cavabdeh3 09.11.2**4-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlakın Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 30 saylı qərarı ilə verilmiş, Tovuz rayonu Dönük-Qırıqlı kəndində yerləşən, JN-357 KOD-503**118 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1.17 ha torpağın mərhumun payına düşən hissəsindən ibarət olduğu qeyd olunmuşdur.

3. Bundan sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən 1.17 ha torpaq sahəsinə JN-0982 KOD 503**118 nömrəli torp ağa mülkiyyət hüququna dair yeni dövlət aktı verilmişdir. Həmin aktda mülkiyyətçi kimi yalnız Cavabdeh3 qeyd olunmuşdur.

4. Cavabdeh3 28.12.2**4-cü il tarixdə Tovuz rayon Dövlət Notariat kontorunda təsdiqlənmiş və 4Ə2-261 sayla notariat reyestrində qeydə alınmış alğı-satqı müqaviləsi əsasında JN-0982 KOD 503**118 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 1,17 ha torpaq sahəsini X8 beş milyon səkkiz yüz manata satmışdır.

5. Cavabdeh3 adına tərtib olunmuş JN-982 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında 1,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi göstərilmişdir. Torpaq sahəsi iki konturda yerləşməklə 0,56 ha və 0,6081 ha torpaqdan ibarət olmuşdu.

6. X14 28 noyabr 2**4-cü il tarixli alğı-satqı müqaviləsi əsasında başqa şəxslərdən JN-358 saylı torpağa mü lkiyyət hüququna dair dövlət aktında göstərilən 1,17 ha torpaq sahəsini də satın almışdır. Həmin torpaq sahəsi də eyni ilə iki konturda yerləşməklə 0,56 ha və 0,6081 ha torpaqdan ibarət olmuşdur. Hər iki alğı-satqı müqaviləsi əsasında X2 torpaq sahələri sonuncunun adına dövlət qeydiyyatına alınarkən qeyd olunan torpaq sahələrinin qonşu olan iki 0,56 ha torpaq sahələri bitişik olduğundan birləşdirilərək 1,12 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüququ qeydiyyata alınaraq 503013**0420 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş, yerdə qalan 0,6081 ha torpaq sahələri bitişik olduğundan birləşdirilərək 1,2162 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüququ qeydiyyata alınaraq 503013**0423 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

7. X14 mülkiyyətində olan 1,12 ha torpaq sahəsini xx.xx.2020 -ci il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh2 bağışlamış və həmin torpaq sahəsi 503013**0420 nömrəli çıxarışla sonuncunun adına dövlət qeydiyyatına alınmışdır.

8. X14 mülkiyyətində olan 1,2162 ha torpaq sahəsinin 0,70 ha hissəsini xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsi əsasında X4, torpaq sahəsi sonuncunun adına **********93 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmış, sonradan həmin torpaq sahəsi qanun üzrə vərəsəlik hüququ əsasında sonuncunun qızı Cavabdeh6 adına **********93 reyestr nömrəli çıxarış əsasında dövlət qeydiyyatına alınmışdır.

9. Torpaq sahəsinin yerdə qalan 0,5162 ha hissəsi isə alğı-satqı müqaviləsi əsasında X14 tərəfindən X3, Pərvanə Qasımova isə həmin torpaq sahəsini "xxxx" MMC-yə satmış, həmin torpaq sahəsi **********88 reyestr nömrəli çıxarış a əsasən "xxxx" MMC-nin adına dövlət qeydiyyatına alınmışdır.

10. İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı DTXK-nin Tovuz rayon şöbəsi tərəfindən verilmiş JN-0982 kodlu 503**118 saylı 27.12.2**4-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının ləğv edilməsi, onun əsasında əmələ gəlmiş bütün hüquqi sənədlərin, o cümlədən alğı-satqı müqaviləsinin ləğv edilməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması barədə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.

11. Gəncə İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 2- 1(114)-1351/2020 saylı qərarına əsasən, JN-982 kod 503**118 nömrəli 27 dekabr 2**4-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi öh dəliyinin DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar belə əsaslandırılıb ki, 09 noyabr 2**4-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Pəri Quliyevaya məxsus olmuş torpaq sahəsi Cavabdeh3 adına sənədləşdirilərkən digər mülkiyyətçilərin torpaq sahələri də sonuncunun adına sənədləşdirilmiş və həmin torpaq sahəsinə dair sadəcə Cavabdeh3 adına JN- 982 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2-1(104)-135/2021 saylı qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2-1(102)-1290/2021 saylı qərarı ilə Gəncə Apeiyasiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2-1 (104)-135/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar İddiaçı3, İddiaçı1 və X13 cavabdehlər X14, Cavabdeh2, X16, X17, "xxxx" MMC, Cavabdeh6, maraqlı şəxslər ƏMDX yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə və Tovuz Regional "ASAN Xidmət Mərkəzi" Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli 30 saylı qərarı ilə onlara verilmiş 1,17 ha torpaq sahəsinə dair Tovuz Regional ASAN Xidmət Mərkəzi Notariat Ofisində Cavabdeh3 ilə X14 arasında bağlanmış 28 dekabr 2**4-cü il tarixli 4Ə2- 261 saylı alğısatqı müqaviləsinin tam ləğv edilməsi, X6 mü lkiyyət hüququ ilə qeydiyyata alınmış 503013**0420 reyestr nömrəli çıxarışın 1/2 hissəsinin ləğv edilməsi, X14 tərəfindən həmin torpağın 1/2 hissəsini oğlu Cavabdeh2 bağışlama müqaviləsinin 1/2 hissəsinin və ona həmin bağışlama müqaviləsi əsasında verilmiş 503013**0420 reyestr nömrəli çıxarışın 1/2 hissəsinin, X6 503013**0423 reyestr nömrəli çıxarışın 1/2 hissəsinin ləğv edilməsi, X17 ilə həmin torpağa münasibətdə edilmiş alğı-satqı müqaviləsinin hissəvi ləğv edilməsi və onun əsasında verilmiş çıxarışda 1/2 hissəsinin ləğv edilməsi, Sonradan həmin sahənin "xxxx" MMC-yə satılmasına dair alğı-satqı müqaviləsinin hissəvi ləğv edilməsi və onun əsasında alınmış həmin çıxarışda 1/2 hissəsinin ləğv edilməsi, X6 503013**0420 reyestr nömrəli çıxarışda X18 ilə olan alğı-satqı müqaviləsinin hissəvi l əğv edilməsi və həmin satılan torpağın **********93 reyestr nömrəli çıxarışın 1/2 hissəsinin ləğv edilməsi, həmin torpaq sahəsinin qanun üzrə vərəsəlik qaydasında Cavabdeh6 verildiyindən sonuncuya verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, onun əsasında tərtib edilmiş **********3 reyestr nömrəli çıxarışın 1/2 hissəsinin ləğv edilməsi, cavabdehlərin torpaq sahəsindən çıxarılması və yönəldilmiş qanunsuz hərəkətlərinə, müdaxilələrinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.

13. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırıblar ki, Gəncə İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən JN982 kod 503**118 nömrəli, 27 dekabr 2**4-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilməsi öhdəliyinin DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmış, Gəncə Apellyasiya Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2-1(104)- 135/2021 saylı qərarına əsasən, Gəncə İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 avqust 2021-ci il tarixli 2-1 (102)-1290/2021 saylı qərarına əsasən, Gəncə Apellyasiya Məhkəməsinin 09 mart 2021ci il tarixii 2-1 (104)-135/2021 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. JN982 kod 503**118 nömrəli, 27 dekabr 2**4-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı ləğv edildiyindən həmin dövlət aktı əsasında tərtib edilmiş bütün sənədlər ləğv edilməlidir.

14. Birinci instansiya məhkəməsinin i claslarında cavabdehlər iştirak etməmişdir.

15. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(062)788/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Mustafayev) iddia təmin edilmiş, ləğv edilmiş JN-982 kod 503**118 nömrəli 27 dekabr 2**4-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında tərtib edilmiş və dövlət aktında göstərilmiş 1,17 ha torpaq sahəsinin X1 dair 28 dekabr 2**4-cü il tarixli, reyestrdə 4Ə2-261 sayla qeydə alınmış daşınmaz əmlakın alğısatqı müqaviləsi, həmin müqavilə əsasında X6 adına tərtib edilmiş 503013**0420 reyestr nömrəli çıxarış qismən - JN-982 kod 503**118 nömrəli 27 dekabr 2**4-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinə dair hissədə, 503013**0423 reyestr nömrə li çıxarışın 1/2 hissəsi, X14 ilə Cavabdeh2 arasında bağlanmış 30 oktyabr 2020-ci il tarixli reyestrdə 4Ə-1032 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsi qismən - JN-982 kod 503**118 nömrəli 27 dekabr 2**4-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinə dair hissədə, X14 ilə X18 arasında bağlanmış 25 dekabr 2013-cü il tarixli reyestrdə 4Ə/3-864 nömrə ilə qeydə alınmış alğı-satqı müqaviləsi qismən - JN-982 kod 503**118 nömrəli 27 dekabr 2**4-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinə dair hissədə, X9 adına tərtib edilmiş **********93 reyestr nömrəli çıxarış qismən - JN-982 kod 503**118 nömrəli 27 dekabr 2**4-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinə dair his sədə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Cavabdeh6 adına tərtib edilmiş **********93 reyestr nömrəli çıxarış qismən - JN-982 kod 503**118 nömrəli 27 dekabr 2**4-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinə dair hissədə, X14 ilə X17 arasında bağlanmış alğı-satqı müqaviləsi və həmin müqavilə əsasında X10 adına tərtib edilmiş **********88 reyestr nömrəli çıxarış, X17 ilə "xxxx" MMC arasında bağlanmış alğı-satqı müqaviləsi və həmin müqavilə əsasında "xxxx" MMC-nin adına tərtib edilmiş **********88 reyestr nömrəli çıxarışın qismən - JN-982 kod 503**118 nömrəli 27 dekabr 2**4-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinə dair hissədə ləğv edilməsi, cavabdehlər X14, Cavabdeh2, Cavabdeh3, X 17, Cavabdeh6 JN-982 kod 503**118 nömrəli 27 dekabr 2**4-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 1,17 ha torpaq sahəsindən çıxarılmaları və cavabdehlərin həmin torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulması qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, JN-982 kod 503**118 nömrəli, 27 dekabr 2**4-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı ləğv edildiyindən həmin dövlət aktı əsasında tərtib edilmiş bütün sənədlər qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş hesab edilir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88 217.4, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmış dır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdehlər Cavabdeh2 və X14 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, X14 ilə Cavabdeh2 arasında bağlanmış 30 oktyabr 2020-ci il tarixli reyestrdə 4Ə-1032 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsinin qismən, X14 ilə X18 arasında bağlanmış 25 dekabr 2013-cü il tarixli reyestrdə 4Ə/3-864 nömrə ilə qeydə alınmış alğısatqı müqaviləsinin qismən, X14 ilə X17 arasında bağlanmış alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında X10 adına tərtib edilmiş **********88 reyestr nömrəli çıxarışın, X17 ilə "xxxx" MMC arasında bağlanmış alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında "xxxx" MMC-nin adına tərtib edilmiş **********88 reyestr nömrəli çıxarışın qismən ləğv edilməsi və torpaq sahəsində n çıxarılmaları hissəsində ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Vicdanlı əldə edən olduğuna görə məhkəmə onunla digər şəxslər arasında bağlanmış alğı-satqı və bağışlama müqavilələrini ləğv etməkdə və həmin şəxsləri torpaq sahəsindən çıxarılmalarını qət etməkdə haqlı olmamışdır. Həmçinin alğı-satqı müqaviləsi qismən ləğv edildikdən sonra iddiaçılarda qalan 1/2 hissə torpaq sahəsinə görə ilkin alğı-satqıda ödənilmiş pul vəsaiti barədə münasibət bildirməmişdir. Məhkəmənin qətnaməsində göstərilir ki, cavabdehlər X8, Cavabdeh2, Cavabdeh3, X12, Cavabdeh6, "x xxx" ММС-уə, maraqlı şəxslər DƏDRX-nın 15 saylı Tovuz Ərazi İdarəsinin və Tovuz Regional ASAN Xidmət Mərkəzi Notariat ofısinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məlumat üçün bildirilir ki, iş üzrə cavabdehlərdən heç birinə, о cümlədən hazırda məhkəmə qətnaməsini mübahisələndirən X8 və Cavabdeh2 məhkəmə bildirişi göndərilməmişdir. Cavabdeh X14 ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır, Bakı şəhərində işləyir və hazırkı işlə bağlı ona məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməmişdir. İş üzrə cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmədiklərinə görə məhkəmə iclaslarında iştirak etməmişlər və bu səbəbdən də məhkəmə iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdıra bilməmişdir. Yəni ½ hissə torpaq sahəsi qanuni əsaslarla cavabdeh X6 mülkiyyətində qaldığı halda onunla digər şəxslər arasında bağlanmış müqavilələr ləğv edilmişdir.

20. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2345/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia təmin edilməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırm a ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçılar yuxarıda qeyd olunan sənədləri mübahisələndirsə də, alğı-satqı müqaviləsində tərəf olmadıqlarından, onlar həmin alğı-satqı müqavilələrinin ləğv edilməsini tələb etmək üçün subyektiv hüquqları yoxdur. Hal-hazırda həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələr qüvvədə olduğundan mübahasiləndirilən çıxarışların ləğv edilməsinə dair tələb də əsaslı sayıla bilməz.

22. Kollegiya həmçinin qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsini ilk dəfə X7 notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında əldə etmiş cavabdeh X14 əmlakı vicdanlı əldə edəndir. Belə ki, o, həmin 1.17 ha torpaq sahəsini notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında, həm də dəyərini ödəməklə əldə etmişdir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi iddiaçıların bu kimi iddia ilə müraciət etməkdə subyektiv hüquqa malik olduqlarını araşdırmamış, həmçinin mübahisələndirilən müqavilələr bağlanarkən cavabdehlərin vicdanlı əldə edən olmalarına hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçılar kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını və ya şin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 339, 421, 422, 42 3, 424, MPM-in 8, 9, 14, 77,78, 82.3, 88, 188-ci, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrini pozmuşdur. Məhkəmə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qərarını nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsinin subyektiv hüquqa istinadən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməsi qanunsuzdur. Məhkəmə işə mahiyyəti üzrə baxmalı olduğu halda hər hansı bir araşdırma aparmamış, kifayət qədər sənədlər olduğu halda sübut növü kimi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə cavabdehlər tərəfindən etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin təmin edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edirlmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mül ki Məcəlləsi

27. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

28. Maddə 324.1. Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

29. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

30. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənm əsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

31. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir.

32. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

33. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyət li pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

34. Maddə 423.1. müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

35. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və o nlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ol an bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik e dilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnaməm iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkə məsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş mübahisəsiz halları bu qərarın 111-ci paraqraflarında göstərilib.

50. İddiaçılar JN-982 kod 503**118 nömrəli, 27 dekabr 2**4-cü il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı Gəncə İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən ləğv edildiyinə görə, Cavab deh3 ilə X14 arasında bağlanmış 28 dekabr 2**4-cü il tarixli 4Ə2- 261 saylı alğı-satqı müqaviləsinin, X14 ilə Cavabdeh2 arasında bağlanmış bağışlama müqaviləsinin qismən, X14 ilə X18 arasında bağlanmış 25 dekabr 2013-cü il tarixli alğı-satqı müqaviləsinin qismən, X14 ilə X17 arasında bağlanmış alğı-satqı müqaviləsinin, X17 ilə "xxxx" MMC arasında bağlanmış alğı-satqı müqaviləsinin qismən ləğv edilməsini və bu müqavilələr əsasında daşınmaz əmlaka dair reyestr qeydiyyatların ləğvini tələb ediblər.

51. Müqavilənin ləğv edilməsi tələbinin maddi hüquqi əsasları kimi Mülki Məcəllənin 421424-cü maddələri çıxış edir.

52. Mülki Məcəllənin “Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi” əsasları adlanan 421-ci maddəsi müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qar şılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur.

53. Məcəllənin 423.1-ci maddəsi isə məhz bu məqsədlə bağlanan müqavilənin (razılaşmanın) formasına aid məsələni tənzimləyir. Həmin maddəyə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Bu normada “müqavilənin ləğv edilməsi haqqında razılaşma” ifadəsindən istifadə olunsa da, burada məhz tərəflərin qarşılıqlı razılaşması yolu ilə müqavilə münasibətlərinə xitam verilməsi nəzərdə tutulmuşdur.

54. Həmçinin müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

55. Göründüyü kimi müqavilənin ləğv olunması üzrə hüquqlar müqavilə tərəfinə aiddir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

57. Nəzərə alınmal ıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması f aktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

58. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.

59. İşə baxmı ş apelyasiya instansiyası məhkəməsi də işin hallarını müqavilənin ləğvini tənzimləyən hüquq normalarının dispozisiya şərtləri əsasında təhlil edərək müəyyən etmişdir ki, iddiaçılar mübahisələndirilən müqavilələr üzrə tərəf(lər) deyil və buna görə də hazırki iddialar üzrə subyektiv hüquqları yoxdur.

60. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

62. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin ha llar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2345/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar