Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1534/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi (maraqlı şəxs Bakı Şəhəri 23 saylı Notariat Ofisinin notariusu X7, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb olunmaqla) ərizəsinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1534/22 Açar sözlər: notariusun hərəkətlərindən şikayət, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Ərizəçi (maraqlı şəxs Bakı Şəhəri 23 saylı Notariat Ofisinin notariusu X7, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 cəlb olunmaqla) notariusun hərəkə tinin qanunsuz hesab edilməsi barədə ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1277/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Ərizəçi (bundan sonra - ərizəçi) 01.12.2018-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olmuşdur. X4 20.10.2019-cu il tarixdə vəfat etmişdir. Bakı Şəhəri 23 saylı Notariat Ofisinin (bundan sonra – Notariat Ofisi) notariusu X5 notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə 18.04.2020-ci il tarixli qərarına əsasən mərhum X1 valideynləri X3 və X2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Notaria t Ofisinin notariusu X5 notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə 10.07.2020-ci il tarixli qərarına əsasən ərizəçiyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Ərizəçi məhkəməyə müraciət edərək, Notariat Ofisinin xüsusi notariusu X5 hərəkətlərinin qanunsuz hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi haqqında 18.04.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, notariusun həmin qərarı əsassızdır və bu səbəbdən ləğv edilməlidir. Çünki, buna zərurət olduğu halda notarius ərizəçinin müraciəti əsasında əlavə araşdırma aparmamışdır. Məhkəmə iclasında işt irak edən Notariat Ofisinin notariusu X5 vəkili Vəkil izahatında bildirmişdir ki, mərhum X1 3 vərəsəsi var: anası, atası və həyat yoldaşı. Hər üçü müraciət etmiş və vərəsə kimi tanınmışdır. Lakin sonradan mərhumun atası və anası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ərizəçinin ləyaqətsiz vərəsə hesab olunmasını xahiş etmişlər. Həmin tələbə məhkəmədə baxıldığına görə notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4009/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Axundova) ərizə rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ərizəçi notariusun 10.07.2020-ci il tarixli qərarını deyil, məhz 18.04.2020-ci il tarixli qərarını mübahisələndirdiyini b ildirmişdir. Lakin ərizəçinin notariusun 18.04.2020-ci il tarixli qərarını mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Çünki notariusun 18.04.2020-ci il tarixli qərarı ilə digər vərəsələr olan X3 və X2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Ərizəçiyə münasibətdə isə notarius 10.07.2020-ci il tarixli qərarı qəbul etmişdir. Odur ki, onun ərizəsi rədd olunmalıdır. Məhkəmə öz mövqeyini M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Qətnamədən ərizəçi apelly asiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Ərizəçi şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Əsasları ərizəsinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Belə ki, notariusun 18.04.2020-ci il tarixli qərarı onun hüquqlarını pozur. Çünki ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunması barədə 10.07.2020-ci il tarixli qərar hazırkı mübahisələndirilən qərar əsasında qəbul edilmişdir. Buna görə də həmin qərar ləğv olunmalıdır. L akin işə baxmış məhkəmə bunu nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1277/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), R.Həsənov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, ərizəçinin notarius tərəfindən qəbul edilmiş 18.04.2020-ci il tarixli qərarın ləğvini tələb etməyə subyektiv hüququ yoxdur. Belə ki, həmin qərar konkret şəxslərə (C.Məmmədov və N.Məmmədovaya) münasibətdə qəbul edilmiş və ərizəçinin hüquqlarına münasibətdə heç bir müddəanı özündə əks etdirmir. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Qətnamədən ərizəçi kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Ərizəçi (vəkil X6) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsində notariusun notariat hərəkətləri aparmaqdan imtina etməsi halları göstərilməmişdir. Mübahisələndirilə n qərarda həmin maddədə göstərilən hallardan heç biri öz əksini tapmamışdır. Məhkəmə notariusun qərarlarını təhlil etməmiş, sözügedən Qanunun tələblərinin pozulub-pozulmamasını araşdırmamış, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 76-78 və 81-ci maddələrini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş olunduğundan həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1). Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranma sından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qəna ətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1277/2021 nömrəli iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1534/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1534/2022
11.04.2022 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver