Məhkəmə qərarları › İş №2(102)-1870/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1870/2022

11.04.2022 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1870/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar Ərizəçi1, Ərizəçi5 və Ərizəçi6 cavabdehlər Zaqatala rayon 2 saylı Notariat kontorunun xüsusi notariusu X1, DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 şəxs6 qarşı iş üzrə QƏRARDADİ iş № 2(102)-1870/22 (Açar sözlər: müqavilənin etibarsızlığı, iddiadan imtina) Bakı şəhəri, 11 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar Ərizəçi1, Ərizəçi5 və Ərizəçi6 cavabdehlər Zaqatala ra yon 2 saylı Notariat kontorunun xüsusi notariusu X1, DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 x Maraqlı şəxs6 qarşı “bölgü planının, torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət qeydiyyatının, həmin qeydiyyat əsasında verilmiş çıxarışın, alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1838/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh Maraqlı şəxs6 kassasiya şikayətinə 11 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar Ərizəçi1, x Ərizəçi5 və Ərizəçi6 iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Zaqatala rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 21 yanvar 2018-ci il tarixdə təsdiq edilmiş, 24.10.2014-cü il tarixli **********61 saylı çıxarışdakı 0.1431 ha torpaq sahəsinin Maraqlı şəxs3, Maraqlı şəxs4 və X4 arasında tərtib edilmiş bölgü planının, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs3, Maraqlı şəxs4 və X2 adına aparılmış Göyəm küçəsində yerləşən 0.1431 ha torpaq sahəsinin 0.1073 ha hissəsinə dair Daşınmaz Əmlakın Dövlət Qeydiyyatının və həmin qeydiyyat əsasında verilmiş RX ******* saylı Çıxarışın, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX ******* saylı çıxarış əsasında Maraqlı şəxs3, Maraqlı şəxs4 və X4 və Maraqlı şəxs6 arasında 0.0532 kvm torpaq sahəsinin alqı- satqısına dair 28 mart 2018-ci il tarixli AN-İ ******* saylı müqavilənin və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

2. Zaqatala Rayon Məhkəməsinin 2(033)-729/2020 saylı, 04 sentyabr 2020-ci il tаrixli, qətnaməsi ilə iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki İ icraat

3. İddiaçılar Ərizəçi1, Cindarova (Məhərrəmova) Zahidət Əhməd qızı, Ərizəçi5 və Ərizəçi6 qətnamədən apellyаsiyа şikаyəti vermişlər.

4. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 257/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Mə hkəməsinin 2(033)-729/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki İ icraat

5. İddiaçılar Ərizəçi1, Ərizəçi5 və Ərizəçi6 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişlər.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3728/2021 saylı, 30 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki İİ icraat

7. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1838/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(033)-729/2020 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunmuş, cavabdehlər Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 xx müştərək qaydada satdıqları daşınmaz əmlakın dəyəri kimi alınmış 5300 (beş min üç yüz) manatın alınaraq Maraqlı şəxs6 qaytarılması qət edilmişdir. d) Kassasiya şikayətinin dəlilləri

8. Cavabdeh Maraqlı şəxs6 (Vəkil2) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. e) Kassasiya şikayətinə qarşı etiraz

9. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Lakin iddiaçılar hər biri ayrılıqda məhkəmə kollegiyasına notarial qaydada təsdiq edilmiş ərizələrlə müraciət edərək, idd iadan imtina etdiklərini, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddi açı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 261.0.4. İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddəl ərinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin normalarına (MPM, 52.1, 52.5, 191.1) əsasən hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir.

11. İddiaçıların iddiadan imtina barədə ərizələrinə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyasının qətnaməsi ləğv edilməli, iş üzrə icraata MPM-in 261.0.4-cü maddəsinə uyğun olaraq xitam verilməlidir.

12. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi ilə yanaşı, onu da izah edir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında v ə eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

13. Yuxarıda göstərilənləri və MPM-in 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar Ərizəçi1, Cindarova (Osyeva) Cəmilət Əhməd qızı, Cindarova (Muradova) Havva Əhməd qızı, Cindarova (Məhərrəmova) Zahidət Əhməd qızı, Ərizəçi5 və Ərizəçi6 iddia tələbindən imtinaları qəbul edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1838/2021 nömrəli, 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar Ərizəçi1, Cindarova (Osyeva) Cəmilət Əhməd qızı, Cindarova (Muradova) Havva Əhməd qızı, Cindarova (Məhərrəmova) Zahidət Əhməd qızı, Ərizəçi5 və Ərizəçi6 iddia tələblərinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar