Məhkəmə qərarları › İş №2(102)-2954/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2954/2025

22.10.2025 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2954/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Tovuz Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi və maraqlı şəxs "xxxx" KB ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Tovuz Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı (maraqlı şəxs "xxxx" KB ASC) qarşı icra qeydinin ləğv edilməsi tələblərinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-938/2025 nömrəli, 20 may 20 25-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli əlavə kredit müqaviləsi əsasında sonuncuya 36 ay müddətinə, xx.xx.2026-cı il tarixinədək illik 20 faiz ödəmək şərtilə 40000 manat kredit verilmiş, kreditin təminatı olaraq xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsi İddiaçı məxsus Tovuz rayonu Alakol kəndində yerləşən 116,40 kv metr fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Tərəflər qarşılıqlı razılaşaraq ipoteka predmetinin ilkin qiymətini 64000 manat müəyyən edilmişdir. İpoteka müqaviləsində 30 gün ərzində borc alan tərəfindən ö hdəliklər yerinə yetirilmədikdə ipoteka saxlayanın notariusun icra qeydi əsasında ipotekaya tutma yönəltmək hüququ nəzərdə tutulmuşdur. 2. xx.xx.2024-cü il tarixli bildirişdə İddiaçı "xxxx" ASC-yə cəmi 35652,9 manat borcu qaldığı qeyd edilmiş və ödəniş edilmədiyi təqdirdə ipoteka predmetinə tutma yönəldilməsi üçün notarius tərəfindən icra qeydi aparılacağı barədə xəbərdarlıq edilmişdir;

3. Tovuz Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi əsasında, "xxxx" KB ASC-nin tələbi ilə ipoteka qoyan İddiaçı məxsus Tovuz rayonu Alakol kəndindəki 0,1132 ha torpaq sahəsi və üzərində yerləşən 116,4 kv.m sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktl arı a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Tovuz Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz regional “ASAN xidmət” mərkəzinin xüsusi notariusu X1 tərəfindən verilmiş 04 oktyabr 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, borc məbləği 6-7 ay tərəfindən ödənilmişdir. Bundan başqa, hazırkı icra qeydində olan borc və faiz həqiqəti əks etdirmir. Qeyd olunan məbləğ mübahisəlidir və məhkəmədə iddia icraatı qaydasında baxılan zaman müəyyən edilən məsələlərdir. Tovuz regional “ASAN xidmət” mərkəzinin xüsusi notariusu X1 tərəfindən verilmiş 04 oktyabr 2024-cü il tarixli icra qeydi əsassızdır. Belə ki, həmin kredit müqa viləsi üzrə icra qeydindən əvvəl də İddiaçı tərəfindən müəyyən ödənişlər edilmişdir. Bundan başqa həmin icra qeydi barədə İddiaçı tərəfindən Tovuz rayon icra şöbəsi tərəfindən çağırıldığı vaxtı məlumat almışdır.

6. Tovuz Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli 2(062)-3287/2024 nömrəli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) iddia təmin edilməmişdir.

7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi Tovuz rayonu, Alakol kəndində yerləşən fərdi yaşayış evinə dair ipoteka müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən iddiaçıya 40000 manat borc verilmişdir. Maraqlı şəxs "xxxx" ASC dəfələrlə İddiaçı bildiriş göndərmiş, öhdəsinə götürdüyü borcu ödəməsi barədə xəbərdarlıq e dilmiş, əks təqdirdə icra qeydi veriləcəyi, həmçinin icra qeydi əsasında borcun ipoteka predmetinə yönəldilməsini bildirmişdir.

8. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia üzrə icra qeydinin verilməsi ilə bağlı hər hansı bir prosessual qaydaların pozulması qeydə alınmamışdır. Belə olan halda icra qeydinin ləğv olunması üçün əsaslar mövcud deyil. Ona görə də iddia təmin edilməməlidir.

9. Məhkəmə öz mövqeyini «Notariat haqqında» Azərbaycan Qanununun 9, 27, 76 və 78-ci maddələrinə istinadla əsaslandırmışdır. Respublikası b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsində qeyd edilən dəlillərlə əsaslandırılm ışdır.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-938/2025 nömrəli, 20 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: İslam Həsənov-sədrlik edən və məruzəçi, Günay Cavadova və Rüfət Məcidov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini 90 gündən artıq müddət ərzində icra etməmişdir. İddiaçının bank qarşısında 33325,95 manat əsas, 2145,61 manat faiz borcu, 181,34 manat dəbbə pulu olmaqla, cəmi 35652,90 manat borcu yaranmışdır. Bank tərəfindən xx.xx.2024-cü il tarixdə borcalan İddiaçı yaranmış borc öhdəliyini 20 gün müddətində icra etməyəcəyi təqdirdə icra qeydinin aparılması barədə bildiriş göndərilmiş (ünvan - Tovuz, Alakol k) və h əmin bildiriş xx.xx.2024-cü il tarixdə borcalan tərəfindən qəbzə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Həmçinin, bank tərəfindən ipoteka qoyana borc öhdəliyi icra edilməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə bildiriş göndərilmiş (ünvan - Tovuz, Alakol k) və həmin bildiriş xx.xx.2024-cü il tarixdə borcalan tərəfindən qəbzə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. "xxxx" KB ASC borcalanın kredit müqaviləsindən irəli gələn borcunun tutmanın ipoteka predmetinə yönəldilməklə ödənilməsi barədə icra qeydi verilməsi ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmiş və Tovuz Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə müvafiq icra qeydi verilmişdir.

14. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı işə əla və edilmiş sənədlərə nəzər saldıqda müəyyən edilir ki, iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişdə borc öhdəliyini 20 gün müddətində icra etməyəcəyi təqdirdə icra qeydinin aparılması barədə açıq və aydın ifadə olunan xəbərdarlıq əksini tapmışdır. Həmin bildiriş xx.xx.2024-cü il tarixdə borcalan tərəfindən qəbzə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Bundan sonra borclunun borc öhdəliyi ilə bağlı hər hansı etiraz və ya mülahizəsi olmamışdır. Mübahisələndirilən icra qeydi isə xx.xx.2024-cü il tarixdə verilmişdir.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, icra qeydi notariat haqqında qanunvericiliyin tələblərinə riayət edilməklə verilmişdir.

16. Bundan başqa, qeyd edilmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydaları “İpoteka ha qqında” Qanunun 36-cı maddəsində tənzimlənir. Həmin normaya görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

17. Hazırkı işdən də müəyyən olunu r ki, tələbkar bank tərəfindən xx.xx.2024-cü il tarixdə borcalana yaranmış borc öhdəliyini 21 gün müddətində icra etməyəcəyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə bildiriş göndərilmişdir. Həmin bildiriş xx.xx.2024-cü il tarixdə borcalan tərəfindən qəbzə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar, yəni müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu halları müəyyən edilmədiyindən iddianın təmin edilməsi üçün əsaslar mövcud olmamışdır.

19. Məhkəmə gəldiyi nəticəni “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata, Azərbaycan Respublikası Nazir lər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 nömrəli qərarı ilə təsdiqlənmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandıraraq apellyasiya instansiya məhkəməsi tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci fəslinin 76-cı maddəsinin, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə pozuldu ğunu göstərmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu 23.Maddə

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İ cra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin a parılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respubli kasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Azərbaycan Respublikasında haqqında” Təlimat notariat hərəkətlərinin aparılması qaydaları 24.Maddə

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”-da nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunu n cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borcl unun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 25.Maddə 26.1.7 İpoteka saxlayanın bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək hüququ vardır. 26.Maddə 34.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. 27.Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 28.Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqe yi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

35. Məhkəmə tərəfindən apellyasiya şikayətinin dəlilləri yoxlanılaraq müəyyən edilmişdir ki, mübahisələndirilən icra qeydi verilərkən həm kreditor bank tərəfindən, həm də notariat orqanı tərəfindən qərarda qeyd edilmiş qanun normalarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın tələblərinə əməl edilmiş, hər hansı pozuntuya yol verilməmişdir.

36. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-938/2025 nömrəli, 20 may 2025-ci il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar