Məhkəmə qərarları › İş №2(102)-1537/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1537/2022

05.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1537/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və İddiaçı2 "xxxx" MTK-ya qarşı, "xxxx" MTK-nın İddiaçı1 və İddiaçı2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1537/22 (Açar sözlər: yeni tikilən binalarda sahələrin əvəzləşdirilməsi problemi) Bakı şəhəri, 05 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi vəzifəsinin MTK-nın üzərinə qoyulması, maddi və mənəvi zərərin əvəzinin, habelə kirayə haqqının ödənilməsi” barədə ilkin, Cavabde h Mənzil Tikinti Kooperativinin İddiaçı1 və İddiaçı2 qarşı “kompensasiya ödənilməklə qeyri-yaşayış sahəsinə olan hüquqlara xitam verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8148/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 74 ünvanında yerləşən binanın 1-ci (birinci) mərtəbəsindəki ümumi sahəsi 22,8 kv.m olan qeyri-yaşayış sahəsi (34 saylı bərbərxana) ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1 və İddiaçı2 məxsus olmuş, 22.01.2017-ci il tarixdə Cavabdeh MMC ilə onların arasında müqavilə bağlanmış, müqavilədə sözügedən əmlakın (qeyri-yaşayış sahəsinin) ümumi sahəsinin 22,8 kv.m., əlavə tikilinin 7,2 kv.m. ölçüdə olduğu müəyyənləşdirilmiş, müqavilənin 1.1-ci bəndinə əsasən adı çəkilən şəxslər həmin qeyri-yaşayış sahəsini MMC-yə təhvil verməyi, MMC isə bunun əvəzində, inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən qeyri-yaşayış sahəsi ölçüsündə (30 kv.m) yeni yaşayış və ya qeyri-yaşayış sahəsini (mülkiyyətçilərin istəyi ilə) onlara təhvil verməyi, eləcə də, ayda 300 manat kirayə haqqı ödəməyi öhdələrinə götürmüş, müqavilənin 4.2-ci bəndində “Yeni qeyri-yaşayış sahəsinin həmin sahənin layihəsinə uyğun vəziyyətdə, layihə ilə nəzərdə tutulmuş şəraitlə mülkiyyətçiyə təhvil veriləcəyi” və “təhvil verilmənin aktla rəsmiləşdiriləcəyi” nəzərdə tutulmuş, İddiaçı1, İddi açı2 və Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmaqla MMC-nin möhürü ilə təsdiq edilmiş və sözügedən müqaviləyə əlavə olunmuş çizgi-plan, fotoşəkillər və texniki pasportun göstəriciləri ilə 34 saylı bərbərxananın 5,06 metr enində, 4,84 metr uzunluqda sahəni əhatə etməklə, ön cəbhəsinin X1 küçəsinə baxması təsdiq edilmişdir.

2. İlkin iddiaçılara 2020-ci ilin iyun ayına qədər (iyun ayı daxil olmaqla) müqavilədə nəzərdə tutulmuş kirayə haqqı ödənilmiş, həmin dövrdən sonra ödəniş həyata keçirilməmişdir.

3. Müqavilə tərəfləri müqavilə şərtlərinin yerinə yetirilməməsi əsası ilə hazırki mübahisəni başlatmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 - Cavabdeh MMC-yə qarşı «zərər və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 74 ünvanda tikilmiş yeni binada, X1 küçəsindən ayrıca girişi olan, birinci mərtəbədə yerləşən 5 metr enində 6 metr uzunluqda ön cəbhəsi X1 küçəsinə baxan 30 kv.m istifadəyə yararlı qeyri-yaşayış sahəsinin təmirli, sanitar qovşaqla təmin olunmaqla iddiaçıların ümumi birgə mülkiyyətinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, maddi zərərə görə 7,200 manat, mənəvi zərərə görə 12.000 manat pulun cavabdehdən tutulması, Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 74 ünvanda tikilmiş yeni binada, X1 küçəsindən ayrıca girişi olan, birinci mərtəbədə yerləşən 5 metr enində 6 metr uzunluqda ön cəbhəsi X1 küçəsinə baxan 30 kv.m istifadəyə yararlı qeyri-yaşayış sahəsinin iddiaçıların ümumi birgə mülkiyyətinə verilən günədək cavab dehdən hər ay 600 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 74 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ümumi birgə mülkiyyət hüququ ilə onlara məxsus olmuşdur. Obyekt çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşmiş, ümumi sahəsi 30 kv.m olmuş, 5 metr enində, 6 metr uzunluğunda ön cəbhəsi X1 küçəsinə baxmışdır. İddiaçılarla cavabdeh arasında 22 yanvar 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçılar özlərinə məxsus qeyri- yaşayış sahəsini cavabdehə təhvil verməyi, cavabdeh isə həmin binanı sökərək yerində yeni bina tikməyi və həmin binanın 1-ci mərtəbəsindən, X1 küçəsi istiqamətində, hazırda Bazarstore kimi fəaliyyət göstərən ticarət sahəsinin sağ və ya sol hissəsində 30 kv.m qeyri-yaşayış sahəsini iddiaçıların mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilə ilə cavabdehin öz öhdəliyini icra etməsinin son müddəti 22 yanvar 2020-ci il müəyyən edilmişdir. Lakin həmin yerdə bina tikilməsinə baxmayaraq iddiaçılara bəhs olunan qeyriyaşayış sahəsi təqdim edilməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçılara maddi və mənəvi ziyan dəymişdir. Artıq əmlaka münasibətdə kirayə xərcləri müqavilə şərtləri ilə deyil, həmin ərazidə olan 30 kvadratmetrlik qeyri-yaşayış sahəsinin kirayəsinin bazar qiyməti ilə hesablanmalı və tənzimlənməlidir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur.

6. Cavabdeh MMC əvvəlcə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd olunmasını və ünvan 2 ünvanda Cavabdeh MTK tərəfindən təklif edilən qeyri-yaşayış sahəsi ilə əvəzləşdirilərək, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Q.Abbasov küçəsi ev 74 ünvanında yerləşən 34 saylı bərbərxanaya olan hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, sonradan isə dəqiqləşmə ərizəsi verərək, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə kompensasiya ödənilməklə İddiaçı1 və İddiaçı2 sözügedən mənzilə olan hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin müvafiq qərarına və Səbail rayon icra Hakimiyyətinin müvafiq sərəncamına əsasən Cavabdeh MTK tərəfindən Bakı şəhəri, X1 küçəsi ev 72-74-76-76a ünvanlarında 1-4 mərtəbəli yaşayış binalarının söküntüsü həyata keç irilməli və həmin binalarda yaşayan sakinlər iki il müddətində tikintisi başa çatdırılmalı olan binalarda mənzillərlə təmin edilməli idilər. İlkin iddiaçılarla bağlanmış 22.01.2017-ci il tarixli Müqavilənin 1.1-ci bəndinə görə mülkiyyətçilər mülkiyyətlərində olan Bakı şəhəri, X1 küçəsi 74 ünvanında yerləşən 34 saylı bərbərxananı yaşayış kompleksinin tikintisi məqsədilə Cəmiyyətə təhvil verir, cəmiyyət isə həmin qeyri-yaşayış sahəsinin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən qeyri-yaşayış sahəsi ölçüsündə mülkiyyətçilərin istəyi ilə yeni yaşayış və qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verir. Müqavilənin 3.3-cü bəndinə əsasən, kirayə məbləğinin kompensasiya məbləği 1 aylıq 342 manat müəyyən edilir, həmin məbləğdən 14 faiz ödəmə mənbəyində 42 ma nat vergiyə, qalan hissə 300 manat mülkiyyətçiyə ödənilir.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(009)744/2021 nömrəli qətnaməsi ilə (hakim İ.Rüstəmli) ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı1 və İddiaçı2 məxsus ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasına (34 saylı bərbərxana) Cavabdeh MMC tərəfindən ayrıayrılıqda İddiaçı1 25,900 manat, İddiaçı2 25,900 məbləğində kompensasiya (ümumilikdə 51,800 manat) ödənilməklə, İddiaçı1 və İddiaçı2 ünvan 6 ünvanında yerləşən qeyriyaşayış binasına (34 saylı bərbərxana) mülkiyyət, istifadə və sahiblik hüquqlarına xitam verilməsi, qarşılıqlı iddianın qaldırılması üçün Cavabdeh MMC tərəfindən ödənilən 30 manat dövlət rüsumunun İddiaçı1 və İddiaçı2 tutularaq Cavabdeh MMC-yə ödənilməsi, "xxxx" MMC tərəfindən aparılmış məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat vəsaitin ilkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tutulub "xxxx" MMC-nin hesabına (hesab: VÖEN **********; hesab N Azn: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN **********, müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) köçürülməsi qət edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binalardakı şəxslərin mülkiyyət hüquqlarının əvəzi ödənilməklə məhdudlaşdırılması Nazirlər Kabinetinin qərarı və Səbail rayon İcra Hakimiyyətinin sərəncamı ilə müəyyən edilmiş qaydada tənzimlənmişdir. Yəni, belə binaların sakinlərinin müvafiq kompensasiya müqabilində çıxarılmala rı səlahiyyətli dövlət orqanlarının aktlarında nəzərdə tutulmuşdur.

10. Dövlət orqanlarının qəbul etdiyi bu aktlarda söküntünün və mülkiyyətçilərə məxsus bina və ərazinin yenidən qurulması üçün şirkətlərə verilməsi abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qeyd edilən vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə izah edilir. Həmin binaların qəzalı və şəhərsalma normalarına cavab verməyən vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövləttikintilayihə” DLİ-nin aktı da mövcuddur. O da məlumdur ki, bu söküntü Bakı şəhərinin ək sər rayonları, o cümlədən Səbail rayonu üzrə aparılmaqla on minlərlə şəxsin yaşadığı yüzlərlə bina və sahələri (təkcə Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 41 yaşayış binasını) əhatə edir. Beləliklə, söküntü və yenidən qurma tədbirlərinin yuxarı dövlət orqanlarının aktları əsasında aparılması, paytaxtın əksər rayonlarını və böyük sayda əhalisini əhatə etməsi, xüsusilə də qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binalarla bağlı olmaqla, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldiyi, belə binalarda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasına kömək edə biləcəyi nəzərə alındıqda, müdaxilənin cəmiyyətin maraqlarına xidmət etməsi (ictimai mənafe üçün olması) qənaətinə gəlmək mümkündür. Bu o deməkdir ki, baxılan işd ə vətəndaşların mənzilləri üzərindəki mülkiyyət hüquqlarına müdaxilə qanuni məqsəd daşıyır.

11. Məhkəmə onu da qeyd etmişdir ki, baxılan işdə fiziki şəxslərin düşdükləri zərərin (məhrumiyyətin) əvəzinin artıqlaması ilə ödənilməsi faktları təsbit olunmuşdur. Həm Nazirlər Kabinetinin qərarında, həm də Səbail rayon İcra hakimiyyətinin sərəncamında sahə mülkiyyətçisinə binanın yerləşdiyi yerdə tikiləcək yeni binada müvafiq mənzil verilməsi, habelə tikinti müddətində onun kirayə evə yerləşdirilməklə kirayə pulunun ödənilməsi təminatları nəzərdə tutulmuşdur. Müqavilə ilə nəzərdə tutulmuş kirayə haqqı iş materiallarına əlavə edilən sübutlara əsasən görünür ki, şirkət tərəfindən çoxmərtəbəli bina hazır olan vaxtadək kirayə haqqı tərəflər arasında bağlanmış müqavilədə göstərilən qiymətlərə uyğun ol araq ödənilmişdir. Hazırki halda, ilkin iddia üzrə iddiaçıların müqavilədə nəzərdə tutulduğundan yüksək məbləğdə kirayə haqqı tələb etməsi əsassız hesab edilməlidir.

12. İddiaçı1 və İddiaçı2 həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8148/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi E.Həsənov, hakimlər X.Mərdanova və F.Babayev) apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-744/2021 nömrəli, 23 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi vəzifəsi nin MTK-nın üzərinə qoyulması, maddi və mənəvi zərərin əvəzinin, habelə kirayə haqqının ödənilməsi” barədə ilkin iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 74 ünvanında inşa edilmiş yeni binada, X1 küçəsindən ayrıca girişi olan, birinci mərtəbədə yerləşən, eni 5 (beş) metrdən az olmamaqla ön cəbhəsi X1 küçəsinə baxan, 30 (otuz) kv.m ölçülü istifadəyə yararlı qeyri-yaşayış sahəsinin təmirli və sanitar qovşaqla təmin olunmuş vəziyyətdə İddiaçı1 və İddiaçı2 təhvil verilməsi vəzifəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, 01 iyul 2020-ci il tarixdən etibarən həmin qeyri-yaşayış sahəsinin İddiaçı1 və İddiaçı2 təhvil verilənədək hər ay 300 (üç yüz) manat kirayə haqqının, eləcə də mənəvi ziya nın əvəzi qismində hər biri üçün 1000 (min) manat olmaqla cəmi 2000 (iki min) manatın Cavabdeh Mənzil Tikinti Kooperativindən Şeyx-Əli-Əkbər İsmayıl oğlunun və İddiaçı2 xeyrinə tutulması, ilkin iddia tələblərinin qalan hissədə, həmçinin Cavabdeh Mənzil Tikinti Kooperativinin İddiaçı1 və İddiaçı2 qarşı “kompensasiya ödənilməklə qeyri-yaşayış sahəsinə olan hüquqlara xitam verilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin olunmaması, ilkin iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manatın Cavabdeh Mənzil Tikinti Kooperativindən alınaraq İddiaçı1 ödənilməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləğinin Cavabdeh Mənzil Tikinti Kooperativinə aid olunması, birinci ins tansiya məhkəməsinin təyin etdiyi qiymətləndirmənin haqqı olan 150 (yüz əlli) manatın isə Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

14. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı nəticəyə gələrkən, tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməmiş, eləcə də maddi hüquq normalarının tələblərini kobud şəkildə pozaraq, eyni zamanda qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, ilkin iddia tələbləri ilkin iddiaçıların mülkiyyət hüquqlarının qorunması ilə bağlı olduğundan və mülkiyyət hüquqlarından imtina etmələri ilə əlaqədar bağladıqları müqavilənin şərtlərinin pozulması onların iddialarının əsas dəlilini təşkil etdiyind ən, ilkin iddiaya mülkiyyət hüququnun müdаfiəsi və müqavilə öhdəlikləri ilə bаğlı qanunvericilik çərçivəsində qiymət verilməlidir.

15. Apellyasiya kollegiyası hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə Cavabdeh MMC (MTK), “yeni qeyri-yaşayış sahəsini həmin sahənin layihəsinə uyğun vəziyyətdə, layihə ilə nəzərdə tutulmuş şəraitlə mülkiyyətçiyə təhvil verəcəyini” öhdəsinə götürdüyündən və 34 saylı bərbərxananın 5,06 metr enində, 4,84 metr uzunluqda sahəni əhatə etməklə ön cəbhəsinin X1 küçəsinə baxdığı müəyyən edildiyindən, MTK-nın ilkin iddiaçılara etdiyi təklif müqavilə şərtlərinə uyğun olmamışdır.

16. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarının 1.3-cü bəndində müvafiq icra hakimiyyəti orqanlarına tapşırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etsinlər.

17. Göründüyü kimi, Cavabdeh MMC-nin (MTK-nın) sözügedən ərazidə söküntütikinti işləri həyata keçirməsinin hüquqi əsasını təşkil edən Nazirlər Kabineti q ərarında sökülən binalarda əmlakı olan sakinlərə məhz “sökülmüş tikilinin yerində” yeni əmlak verilməsi nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, tərəflər arasında bağlanmış müqavilə müvafiq məzmunda təfsir olunmalı, Bakı şəhəri, Səbail rayonu, X1 küçəsi 74 ünvanında inşa edilmiş yeni binada, X1 küçəsindən ayrıca girişi olan, birinci mərtəbədə yerləşən, eni 5 (beş) metrdən az olmamaqla ön cəbhəsi X1 küçəsinə baxan 30 (otuz) kv.m ölçülü istifadəyə yararlı qeyri-yaşayış sahəsinin təmirli və sanitar qovşaqla təmin olunmuş vəziyyətdə ilkin iddiaçılara təhvil verilməsi öhdəliyi MTK-nın üzərinə qoyulmalıdır.

18. Nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış sözügedən müqavilə hazırda da qüvvədədir və tərəflər həmin müqavilənin etibarlılığını mübahisələndirməməklə məhz bu müqaviləyə istinad la tələblər, habelə arqumentlər (etirazlar) irəli sürmüşlər. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

19. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, ilkin iddiaçıların “qeyri-yaşayış sahəsinin ümumi birgə mülkiyyətlərinə verilən günədək MTK-dan hər ay üçün 600 manatın xeyirlərinə tutulması” tələblərini də qi smən əsaslı hesab etmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, müqavilədə MMC (MTK) yeni qeyri-yaşayış sahəsini ilkin iddiaçılara təhvil verəcəyi vaxtadək ayda 300 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüş, həmin ödənişi 2020-ci ilin iyun ayına qədər həyata keçirmiş, iyul ayından etibarən ödənişləri dayandırmışdır.

20. Apellyasiya Məhkəməsi ilkin iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində, həmçinin, ilkin iddiaçıların mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsaslı hesab etmişdir.

21. Apelyasiya Məhkəməsi ilk iddianı təmin edərkən müqavilə, müqavilənin təfsiri, mülkiyyətin müdafiəsi, öhdəlik hüquq münasibətlərini nizama salan maddi hüquq normalarına istinad etmişdir.

22. Cavabdeh MTK həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şi kayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh MTK kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun olaraq belə əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə əsassızdır və işin hallarına uyğun deyildir. Məhkəmə nəzərə almamışdır ki, qeyriyaşayış sahəsinin ilk iddia üzrə iddiaçılar tərəfindən təhvil alınmaması MTK-nın müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Əksinə, ilk iddia üzrə iddiaçıların hərəkətləri nəticəsində və təqsiri üzündən qeyri-yaşayış sahəsi o nlar tərəfindən təhvil alınmır. Bu isə, MTK-nın üzərinə qanunsuz və əsassız öhdəlik qoyulmasına gətirib çıxara bilməz. İlk iddiaçıların tələbi qanunsuz olmaqla, müqavilə şərtlərinə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:

25. Maddə

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə

29. İ, İİ, İİİ və İV. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

27. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasların biridir.

28. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üz rə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Maddə. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

32. Maddə.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımı nca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müva fiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edil ən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Apellyasiya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

44. İşin halları bölməsindən göründüyü kimi, 22.01.2017-ci il tarixdə tərəflər arasında müqavilə bağlanması, həmin müqavilənin mübahisələndirilməməsi, ləğv edilməməsi, hal-hazırda da qüvvəsində olması, tərəflərin öz iddia tələblərini həmin müqaviləyə istinad edərək əsaslandırması işin mübahisəsiz hallarıdır.

45. İşin mübahisəli halları ondan ibarətdir ki, iddiaçılar Cavabdeh MTK-nın müqavilə şərtlərinə uyğun olmayan sahəni onlara təklif etdiyini, qarşı tərəf isə təklif olunan sahənin müqavilə şərtlərinə uyğun olmasını mübahisələndirmişlər.

46. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Cavabdeh MTK müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş, müqavilə üzrə razılaşdırılmış tələblərə cavab verməyən qeyri-yaşayış sahəsini İddiaçı1 və İddiaçı2 təklif etmiş, sonuncular isə müqavilə şərtlərinə uyğun olmadığı üçün təklifdən imtina etmişdir.

47. Şirkətin təklifi iddiaçılara məxsus olan qeyri-yaşayış sahəsinin yerləşmə yeri ilə uyğun gəlmir. İddiaçılar sökülən qeyri-yaşayış sahəsinin yerləşdiyi yerdə, özünün əvvəlki küçəyə sərbəst çıxışı olan sahədən yer verilməsini tələb edir. Şirkət isə yeni tikilidə yuxarı mərtəbədə və yaxud başqa küçəyə çıxışı olan hissədən yer təklif edir.

48. Apellyasiya Məhkəməsi haqlı olaraq Azərbaycan Respublikasının MM-nin 404-cü maddəsinə istinad edərək tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə şərh verərək hesab etmişdir ki, iddiaçıların təhvil verdikləri qeyri-yaşayış sahəsinə uyğun sahə almaq niyyətində olmuş, həmin sahəyə uyğun sahə dedikdə isə, məhz qeyri-yaşayış sahəsinin yerləşdiyi mərtəbə, küçəni nəzərdə tutulmuş, sa hə əvvəlki kimi qeyri-yaşayış sahəsi olmalıdır. Belə olan təqdirdə, sahənin şəraiti əvvəlki sahənin şəraitinə uyğun hesab olunur.

49. Eyni zamanda apellyasiya icraatında məhkəmə cavabdeh tərəfin dəlillərinə rəğmən haqlı olara qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarı qəzalı vəziyyətdə olan evlərdə yaşayış və qeyriyaşayış sahələri olan şəxslərin yaşayış və məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir.

50. Müqavilə şərtlərindən çəkinmək üçün Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarına istinad tamamilə əsassızdır. İddiaçılar onlara məxsus olmuş sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsinin əvəzi olaraq eyni şəraitli sahənin onlara verilməsini tələb edirlər. Həmin əmlakın yerində inşa edilmiş binada daha yuxarı mərtəbədə, və yaxud tamamilə başqa küçəyə baxan sahədə iddiaçılara yer təklif olunması qeyd olunan qərarın güdüyü məqsədə zidd olmaqa yanaşı mülkiyyət hüquqlarının tənasübsüz surətdə məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

51. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilkin iddiaçıların mülkiyyət hüququnun müdаfiəsi üçün müqavilə öhdəlikləri ilə bаğlı normalara istinad etməkdə haqlı olmuşdur.

52. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən, mülkiyyətin toxunulmazlığına, növündən a sılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Res publikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir.

53. Mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Odur ki, mülkiyyətlə bağlı məsələlərə qiymət verən məhkəmələr həmin prinsipləri rəhbər tutmalıdır.

54. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

55. Kassasiya şikayətinin dəlillərinə münasibətdə kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsi tərəfindən aparılan araşdırmalar zamanı öz təsdiqini tapmadığından formal olmaqla, apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz.

56. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

57. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəlləyə (§34-§36) əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 58. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

59. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab e dir ki, Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MTK-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8148/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar